Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   2   3   4   5   6   7   8   9   ...   29

Aytən Quliyeva

 

 



14 

sin


də  bu  əsəri  tənqid  edərək  yazır:  “Ağ  liman”ın  qəhrəmanlar 

aləmi  tamamilə  deformasiya  və  hallüsinasiyalardan ibarətdir. 

On

ların həyatı yuxu ilə real varlıq arasında cərəyan edir. Yuxu-



da onlar uzun növ

bələr, zolaqlı pijamalar və zolaqlı şlaqbaumlar 

rür, həyatda isə Məmməd Nəsir daim sərxoşdur, idarədə tək-



təkinə  oturub  özü  ilə  nərd  oynayır.  Gündüzlər  Səftər  rəqəmlər 

hallü


sinasiya aləmindədir, gecələr isə mənzilində öz telefonu ilə 

öz nömrəsini yığıb özü ilə danışmaq istəyir. Nemət isə gecə saat 

dörd

də Təhminəyə zəng edib onun gözlərinin rəngini soruşur... 



Ana

rın  qəhrəmanlarının  heç  birində  yüksək,  işıqlı  həyat  idealı 

yox

dur. Yeganə ümid kabusu uzaq üfüqlərdə görünən ağ liman 



və  qırmızı  gəmilərdir  ki,  onlar  da  hələ  ki,  yuxuda  görü-

nür”(35,147).  

Bütün  bu  sayılanlar  sadəcə  povestin  zahiri  əlamətləridir. 

Onun məna yükü isə daha dərinləri əhatə edir. A. Hüseynov mə-

qa

ləsində bunu dəqiq şəkildə ifadə edir: “Ağ liman povestində 



ya

zıçını  yüksək  mənada  məhrum  ömrün  boşluğu,  qanadsızlığı 

ki

mi  mühüm  mənəvi  problem  düşündürür  və  o  bu baxımdan 



qəhrəmanının, eləcə də onu əhatə edən adamların həyatını, dü-

şüncələrini bədii təhlil süzgəcindən keçirir... Yazıçının nailiyyəti 

qəhrəmanlarını  öz  ömürləri  üzərində  düşündürməsində  və  bizi 

on

ların taleyi ilə təsirləndirməsindədir. Anarın qəhrəmanları öz 



ya

şayışlarına işıq salacaq yüksək məna axtarırlar və bu məna sə-

viy

yəsindən də həyatlarını təhlil edirlər”(45,155).  



H.Quliyev isə əsərə belə qiymət verir: “Bu gün bizim nəsrdə 

is

tehlakçı vərdişlərinə kor-koranə uyğunlaşma hallarına diqqətin 



xey

li dərəcədə artdığını müşahidə edirik. Yazıçılarımız belə hal-

la

rı doğuran mənəvi amilləri də şərh etməyə çalışırlar. Bu cəhət-



dən Anarın “Ağ liman” povesti bütünlükdə sovet nəsrinin ideya 

və üslub axtarışları ilə səsləşir”(58,196).  

Povestdə adi hadisələr və sadə insanların mənəvi aləmi, taleyi 

təbii  şəkildə  canlandırılır.  Adamların  bir-birini yaxından tanı-

maq 

istəyi bu əsərdə xüsusi yer tutur. Əsər özünün problemati-



ka

sı, Nemət, Təhminə, Zaur, Məmməd Nəsir kimi ənənəvi me-




Anar – 75  

 

15 



yarlardan 

uzaq  olan,  həyatla  nəfəs  alan  təbii,  adi,  sadə  qəhrə-

man

ları etibarilə gerçək həyatın özüdür. Povestdə o vaxta qədər 



ədəbiyyatımızda görmədiyimiz, alışmadığımız, həyat həqiqətləri 

tün sərtliyi, çılpaqlığı ilə qələmə alınır. “Ağ liman” azəri top-



lumunun 60-

cı illərdəki bir kəsimini təqdim edir. Anar toplumun 

öz içindəki çözülmə prosesini dilə gətirərkən müxtəlif zümrələr-

dən  səhnələr  alaraq  bu  hərəkətin çeşidli  tərəflərini  göstərməyə 

ça

lışır. Dolayısıyla toplumun keçirdiyi dəyişmə prosesində fər-



din taleyi

ni araşdırır. Tərcüməçi Nemətin dünyasının məhvərin-

də adi kimi görünən həyatının arxa planını bu get-gəllər içində 

təsvir edir... İş mühiti, insan ünsiyyətinin sistemi, yaşanılan eşq-

lər, peşmançılıqlar, bağlılıqlar... Romanda bir yandan bunlar önə 

çıxarkən  o  biri  tərəfdən  də  azəri  toplumunun  gerçəkliyi  gözlər 

önü

nə sərilir”(13). 



Əsərin  qəhrəmanlarından  olan  Təhminə  və  Zaur  öz  daxili 

dün


yaları,  əxlaq  qanunları,  normaları  haqqında  düşüncələri  ilə 

həmkarlarından, ətrafdakı insanlardan  fərqlənirlər. Onların mə-

nəvi yaxınlığı, bir-birinə olan münasibəti o qədər səmimidir ki, 

Anar sonradan bu obrazlara bir də qayıdaraq “Beşmərtəbəli evin 

al

tıncı mərtəbəsi” romanını yazır və onların taleyindəki yeni qat-



la

rı oxucularına təqdim edir.   

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” əhatə etdiyi dərin mə-

nəvi-əxlaqi problemləri ilə seçilir. Süjet boyu müxtəfil əxlaq dü-

şüncəsinə malik insanların qarşılaşması, mübarizəsi verilir. Təh-

mi

nə obrazı  povestdə davranışı, sərbəstliyi ilə ilk baxışda meş-



şan bir obraz kimi görünür. Lakin bu surətə bir qədər dərindən 

diq


qət yetirdikdə, onun həyata, ətrafındakı adamlara olan qeyri-

adi, müdrik münasibətinin şahidi oluruq. Təhminə əxlaqi paklı-

ğı, saflığı əsərdə ona qarşı olan surətlər kimi zahirdə yox, batin-

də, insanın təbiətində, xarakterində axtarır. Və bu mənada onun-

la əhatə olunduğu mühit arasında dərin bir uçurum yaranır. Bu 

uçurum o


nun həyatda yeganə təsəllisi, yaşama səbəbi olan Zauru 

itir


məsinə  gətirib  çıxarır.  Təhminə  sona  qədər  öz  mübarizəsin-

dən əl çəkmir. Bu yolda ona qüvvət verən  Zaurun inamı, sevgi-




Aytən Quliyeva

 

 



16 

si

dir. Bütün mənəviyyatı, varlığı ilə bağlandığı Zaurun ətrafdakı 



ni  əxlaqa  malik  insanlara  inanması  Təhminəni  məğlub  edir. 

Son

da elə Təhminənin ölümünə təkcə serroz deyil, onun üzləşdi-



yi  mənəvi-əxlaqi  sarsıntılar,  pozulan,  düzgün  müəyyənləşmə-

yən, zahiri əxlaq normaları səbəb olur.  

“Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” 

ro

manı mənəvi-əxlaqi axtarışlara həsr olunmuşdur. Anar bir na-



sir kimi, gündəlik, adi hadisələrin təsvir və təhkiyəsindən istifa-

də edərək, mənəvi aləmin mürəkkəb, qeyri-adi mahiyyətini təs-

vir edən xüsusiyyətlərini araşdırmağa müvəffəq olur. İnsan mü-

na

sibətləri,  müasirlərimizin  ən  ümdə  qayğı  və  qarşılıqlı  əlaqə 



norma

ları haqqında Anarın yazıçı sözü sosial-psixoloji cəhətdən 

araşdırıldığı üçün inandırıcı təsir bağışlayır”(1,409). 

A

lmaniyanın  Leyspiq  universitetinin  müəllimi  Firiderike 



Büx

ner  “Altıncı  mərtəbənin  hikməti”  adlı  məqaləsində  “Beş-

mərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında yüksək fikir-

lər söyləyərək  yazır: “Bu kiçik məqalədə biz diqqəti əsas etibarı 

ilə  görkəmli  Azərbaycan  nasiri  Anarın  Almaniya  Demokratik 

Res


publikasında çapa hazırlanan yeni kitabına cəlb etmək istəyi-

rik. ...


Əminik ki, Berlindəki “Folk uid Velt” nəşriyyatının alman 

di

lində  çapa  hazırladığı  “Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi” 



əsəri Anarın adını respublikamızda məşhurlaşdıracaq və o, tez-

lik


lə ADR-də öz oxucularını tapacaqdır”(38). 

Anarın sayca ikinci və yaradıcılığının son dövr məhsulların-

dan olan “Ağ qoç, qara qoç” romanı ictimai-siyasi mövzuda qə-

ləmə alınmışdır. Əsər “utopik və antiutopik nağıllar” adlandırı-

lan iki hissədən ibarətdir. Ə. Cahangir əsərin  Azərbaycan ədə-

biy


yatında utopiya mövzusunda yazılmış ilk əsər olduğunu qeyd 

edərək  yazır:  “Keçid  dövrünün  başa  çatması  ilə  üst-üstə  düşən 

“A

ğ  qoç,  qara  qoç”  əsəri  bütün  amansızlığı,  qeyri-təbiiliyi  ilə, 



hətta absurdluğu ilə yeni dünyanı—Yeni Azərbaycanı əks etdi-

rir


.  Adından  göründüyü  kimi,  “Ağ  qoç,  qara qoç”un struktural 

əsasında ən qədim nağıllarımızdan olan “Məlikməmmədin” işıq-

lı dünya-qaranlıq dünya, ağ qoç-qara qoç, son nəticədə “Aves-



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə