Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   2   3   4   5   6   7   8   9   ...   29

Anar – 75  

 

17 



ta”dan  gələn  xeyir-şər  dualizmi,  ikili (binar) model du-

rur”(20,11). 

Əsər qeyri-adi üslubu, aşıladığı vətən sevgisi, onun 

ta

leyindən narahatlıq hissinin yüksək bədii sənətkarlıqla ifadəsi 



cəhətindən əvəzsizdir. 

Anarın  mənəvi-əxlaqi  problemləri  ən  çox  qabartdığı  əsərlə-

rin

dən  biri  “Dantenin  yubileyi”  povestidir.  Əsərin  qəhrəmanı 



Kəbirlinski gənc yaşlarından teatra gəlmiş, uzun illər bu sənətin 

məşəqqətlərinə qatlaşmış, teatr sənətinin yüksək tələblərinə ca-

vab verə bilməsə də, ömrünün axırınadək ondan ayrıla bilməmiş 

əsl  sənət  vurğunudur.  Səhnəni  özünün  həyatı  sayır,  səhnə  isə 

onu qəbul etmir. Kəbirlinski öz yerində olmayan və yerini itir-

mək təhlükəsinin ağrısını yaşayan obrazdır. O, hər yerdə təhqir, 

dan

laq görsə də, heç bir vəchlə teatrdan ayrıla bilmir, bütün bun-



la

rı teatr sənətinin tələb etdiyi qurbanlar kimi qəbul edir. Oxucu 

Kəbirlinskini daxilən saf, təmiz bir insan kimi görür.  Çünki Kə-

bir


linski paxıl deyil, gənc istedadların teatra gəlməsinə ürəkdən 

sevinir, ata-

anası vəfat etmiş Eldarı  doğma övladı kimi böyüdüb 

boya-


başa çatdırır.   

Sonda naqis əxlaqlı Məcidin yersiz hərəkəti ilə qarşılaşsa da, 

ye

nə də sınmır, arvadı Həcərin dəstəyi ilə baş verənləri unudur. 



Po

vestdə yazıçı həyatın dərin qatlarını və insanın daxili aləmini 

da

ha da yaxından görmək və göstərmək imkanını nümayiş etdi-



rir.  “Qəhrəmanı  duymaq,  onun  qayğılarını,  həyəcanlarını  başa 

düşmək, qəlbinə yol tapmaq, onunla həssas, səmimi davranmaq 

ba

xımından bu nəsrdə yeni mənalı təsiredici cizgilər özünü gös-



tərir. Elə buna görə də Anarın “Dantenin yubileyi” hekayəsi bizi 

təəssir edir... Qəhrəmanın canlı və dolğun təsviri maraq do-



ğurur.  Feyzulla  Kəbirlinski  müasir  nəsrimizdə  sıravi adamların 

bəlkə də ən təbii, ən tipik nümunəsi kimi canlıdır... Feyzulla bir 

akt

yor kimi istedadsız olsa da, insan kimi onda gözəl keyfiyyət-



lər var və yazıçı bu keyfiyyətləri görməyə bizi çağırır”(47,132).  

Anarın maraqlı əsərlərindən biri ilk dəfə 1977-ci ildə “Ulduz” 

jur

nalında çap olunan “Əlaqə” povestidir. “Əlaqə” çap olunduğu 



ilk  dövrlərdən  tənqidçilər  tərəfindən  birmənalı  qarşılanmamış, 


Aytən Quliyeva

 

 



18 

onun  janrı,  üslubu  mübahisələrə  səbəb  olmuşdur.  Ə.Hüseynov  

məqaləsində həmin tənqidi fikirlərə münasibət bildirir və haqlı 

ola


raq yazır: “Bu əsərin “elmi fantastik”, “fantastik”, “elmi şər-

ti-


metofarik” janrda yazıldığını sübüt etməyə çalışanların gətir-

dik


ləri  arqumentlər,  irəli  sürdükləri  ehtimallar  “yarımçıq  əsər” 

dam


ğasına urcah olunmuş povestin forma əlamətlərini əvvəlcə-

dən  hazırlanmış  janr  qəlibinə  sığışdırmaqdan  başqa  heç  nəyə 

xid

mət etmirdi... Orijinal sənətkarın bədii dünyası onun hansısa 



qa

nunauyğunluqlara,  yaradıcılıq  normalarına  kor-koranə  riayət 

et

məsi ilə yox, həyata, ənənəyə, sözün bədii gücünə yeni müna-



si

bəti ilə şərtlənir”(48). Və bu mənada “Əlaqə” bədii xüsusiyyət-

ləri ilə nəinki Anarın öz yaradıcılığında, hətta Azərbaycan nəsri 

fonunda öz orijinal

lığını qoruyur. 

Povest obrazlar s

isteminin orijinallığı, zaman-məkan ölçüləri-

nin,  vəziyyətlərin  qeyri-adi  xarakteri  ilə  yazıçının  digər  qələm 

məhsullarından seçilir. Əsərdə yaradılan məkan, hadisələrin axa-

rı  o qədər bitkin, təsiredicidir ki, oxucu sanki təsvir olunan və-

ziyy

ətləri bir kino kadrı kimi gözü önündə canlandıra bilir. Bu-



ra

da yazıçının sözün gücü ilə təsvir yaratmaq, obrazların hiss və 

həyəcanlarını,  daxili  dünyalarını  açmaq  məharəti  xüsusi  olaraq 

diq


qətəlayiqdir. Bu əsəri ilə Anar insanın yaşadığı mühitlə qarşı-

lıqlı əlaqələrinin ahəngdarlığı üçün ünsiyyət tarazlığının vacibli-

yi probleminə toxunur.  

Əlaqə,  ünsiyyət  həyatın,  ümumiyyətlə,  mövcudluğun  ilkin 

şərtidir. Əlaqənin mürəkkəbliyi, bu problemə donuq, cansız me-

yarlar


la yanaşmağın nəticələri tələbənin aqibəti fonunda gerçək-

ləşir. Povestin baş qəhrəmanı olan tələbə cəmiyyətdən, ünsiyyət-

dən kənara çəkilmiş bir insandır. Hadisələrə duyğusuz, emosiya-

sız, yalnız soyuq məntiqlə baxmaq onun rahatlığını pozmuş, ən 

adi vəziyyətlərdə belə dərkedilməzlik burulğanına salmışdır. Bu-

na görə də o, hər şeydən xoflanır, şübhələnir, müəyyən bir çətin-

lik qarşısında özünü itirir. Tələbənin gördüyü bütün qarabasma-

lar, qeyri-

adi proseslər, əşyalar arasındakı uyğunsuzluqlar onun 

in

tellektual tamlığını itirmiş beyninin məhsuludur. Bu qarışıqlı-




Anar – 75  

 

19 



ğın əsas səbəbi tələbənin ilk öncə öz daxili ilə ünsiyyətini sah-

ma

na sala bilməməsidir. Bu tipli qəhrəmanlarla biz Anarın son 



dövr hekayə yaradıcılığında da rastlaşırıq. Və bu proses bir çox 

hal


larda qəhrəmanın məhvinə səbəb olur.  

Anarın çoxşaxəli yaradıcılığında dram janrı da özünəməxsus 

yer tutur. Onun “Keçən ilin son gecəsi”, “Şəhərin yay günləri”, 

“Səhra yuxuları”, “Adamın adamı”, “Yaşıl maşın”, “Evləri kön-

d

ələn yar” əsərləri daşıdığı mənəvi-əxlaqi problemlər baxımın-



dan  dövrünün  bir  çox  səciyyəvi  cəhətlərini  özündə  əks  etdirir. 

Bu əsərlərin hər birində zamanəmiz üçün aktual olan əxlaq, mə-

nəviyyat  məsələlərinə  rast  gəlirik.  “Müəllifin  nəsr  yaradıcılığı 

üçün  səciyyəvi  olan  yeniliyə,  axtarışlara,  tapıntılara  meyllilik 

onun dramaturgiyasında da aşkar müşahidə olunmaqdadır... Ədi-

bin nəsr əsərləri kimi, dramaturgiyası da gecikmiş, ömrünü bitir-

məkdə olan, ənənəvi mövzularda yazılmamış, əksinə onun qələ-

min


də  adi  görünə  biləcək  məsələlər  sənətin  qeyri-adilik  məqa-

mına qaldırılmışdır”(2,493). 

Sənətkarın maraqlı dram əsərlərindən biri olan “Şəhərin yay 

gün


ləri”ndə  mənəvi-əxlaqi  problemlərə  geniş  yer  verilmişdir. 

Ya

zıçı  yaratdığı  rəngarəng  obrazlar,  xarakterlər  vasitəsilə  cə-



miy

yətimizi təşkil edən müxtəlif fərdlərin iç üzünü açır.  

Əsərin əsas qəhrəmanı olan Qiyas Zeynallının simasında əsl 

əllim,  ziyalı  obrazı  yaradılmışdır.  Sənətkar  əsər  boyu    onu 



müx

təlif xarakterli insanlarla qarşılaşdıraraq, müxtəlif hadisələr-

lə  üzləşdirir.  Bunun  vasitəsilə  qəhrəmanının  daxili  aləmindəki 

saf


lığı, əqidə bütövlüyünü, gələcəyə, insanlara olan inamını gös-

tərir.  Bir  çoxlarının    adi  həyat  şəraitlərini  dəbdəbə  ilə  əvəz  et-

mək üçün  vicdanlarını satmalarına, onlara etibar edilən vəzifə-

lərindən şəxsi mənafelərinə uyğun istifadə etmələrinə baxmaya-

raq, Qiyas 

yeganə oğlunun xilası naminə belə haqsızlığa yol ve-

rə  bilmir.  Müstəntiq  Şamxalın  oğluna  yüksək  qiymət  verib  öz 

vəzifə şərəfini itirmir və həyat yoldaşı Dilarəyə bunun səbəbini 

ay

dınlaşdıraraq  onu  qınayanlara  ibrət  dərsi  verir:  “Mən  bacar-



ma

dım,  istədim,  amma  eləyə  bilmədim.  Mən  o  biri  uşaqların 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə