Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   2   3   4   5   6   7   8   9   10   ...   29

Aytən Quliyeva

 

 



20 

göz


lərini gördüm... Mənə elə etibarla, inamla baxırdılar ki... Mə-

ni

m  ömrümün  çoxu  gedib,  azı  qalıb.  Amma  onların  axı  bütün 



həyatları qabaqdadır. Onların etibarını qırmaq olmaz... Əgər on-

la

rın inamı qırılsa, elə fikrə gəlsələr ki, dünyada ədalət, düzgün-



lük deyilən bir şey yoxdur və həyata da məhz bu fikirlə qədəm 

qoy


salar onda nə gözləyir bizi, ilahi?”(11,95). 

Qiyas  əsl  ziyalı  kimi  təkcə  bu  günü  ilə  yaşamır,  o,  gələcək 

nəsillərin, cəmiyyətimizin qayğısına qalır. Sabahımızın saf mə-

nəviyyatlı,  təmiz  əxlaqlı  insanlar  yetirməsi  üçün  bu  gündən 

möh

kəm  zəmin  hazırlayır.  Heç  bir  mənafe  naminə  haqsızlığa 



zəştə  getməyərək,  yalnız  həqiqətin  gücünə  arxalanır.  “Qiyas 

təmiz, tələbkar, namuslu müəllimdir... Şamxal kimi xalqın hesa-

bına piylənmiş, yağlanmış müstəntiqlər yaxşılıqdan, nəcabətdən, 

milli 

xarakterdən  danışanda,  Bəhram  kimi  professorlar bir çox 



xari

ci  ölkələrdə  olmasından,  ən  çox  bəzək  şeyləri,  maqnitofon 

növ

ləri ilə maraqlanıb, mətləbsiz söhbətlər açanda, Qiyas ağıllı 



və  sərt  məntiqli  sözlərilə  onları  yandırıb-yaxır,  qəzəbləndi-

rir”(51,347). 

Qiyas yaşadığı cəmiyyətdə naqis əxlaqlı insanlarla qarşılaşsa 

da, namu


slu  adamların  varlığına  da  inanır.  Bu  onun  Əjdər  ilə 

söh


bətində açıq-aşkar özünü büruzə verir. 

Əsərdə vicdanı ləkə götürməyən obrazlardan biri də Əjdərdir. 

Bu 

mənada o, maddi anlamda varlı, mənəvi mənada isə çox ka-



sıb və çirkin olan Ağarəfi ilə qarşılaşdırılır. Əjdər Qiyasa başına 

gələn  bir  əhvalatı  danışır:  “İki-üç gün bundan qabaq simenam 

qur

tarıb, parka gedirəm. Gördüm ki, bir kişi əlini qaldırdı, saxla-



dım, dedim bəlkə yolumun üstüdür, apararam... Deyir, apar mə-

ni Buzovnaya, iyirmi manat verərəm sənə. Buzovnaya da bilir-

sən də, çetçik beş manat vurur. Yox, deyirəm, pulun-zadın mənə 

la

zım deyil, smenam qurtarıb, evə gedirəm. Birdən nə desə yax-



şıdır. Mən deyir, mütləq sənin maşınında gedəcəm, özü də sənə 

yüz manat pul verirəm... Otur deyirəm, getdik. İndi gedirik yolu, 

mən yenə öz-özümə fikir eləyirəm. Deməli, bu məndən artıq kişi 

çıxdı, dediyini elədi, mənim, demək, kişiliyimi, qeyrətimi pulla 




Anar – 75  

 

21 



al

dı, mən də demək razı oldum. Bəli, gedib çıxırıq Buzovnaya, 

çıxardır düz yüz manat, “mən kişiyəm” deyir, sözümüz sözdür

bu sənin haqqın, götürdüm pulu, Qiyas bax, balanın, balalarımın 

ca

nıyçün,  bu  bərəkət  haqqı,  beşcə  manat  çıxdım,–çetçik dörd 



yet

miş vurmuşdu, doxsan beş manatı qaytardım zdaçi. Gözü kəl-

ləsinə çıxdı: Belə niyə, deyir? Ona görə ki, deyirəm, mən də ki-

şiyəm, səndən də əskik kişi deyiləm, qoca olsam da”(11,97). Ha-

di

sələrin gedişatından məlum olur ki, yalnız öz puluna güvənən, 



hər  şeyin,  hətta  insan  mənəviyyatının  da  pula  satıla  biləcəyinə 

ina


nan bu adam Ağarəfidir. Lakin onun bütün cəhdləri boşa çı-

xır. O həm Qiyasa, həm də Əjdərə məğlub olur. Əsər prinsipial, 

öz şərəf və ləyaqətini daim qoruyan insanların qələbəsi ilə bitir.     

Anarın bu əsəri  səhnələşdirilmiş, Q. Xəlilov bu tamaşaya bö-

yük bir məqalə həsr etmişdir: “Göründüyü kimi, dramaturq Anar 

“Şəhərin  yay  günləri”  əsərinin  əsasına  çox  adi,  müasir  həyati 

mətləbləri  qoymuşdur.  Azərbaycan  Dövlət  Akademik  Dram 

teat


rının baş rejissoru T. Kazımov və dramaturq özü altı pərdəli 

bu dramın üzərində yaradıcılıqla işləmiş, hadisələri mümkün qə-

dər yığcamlaşdırıb, iki hissədən ibarət maraqlı bir tamaşa yarat-

mışlar.  “Şəhərin yay günləri” tamaşasının ən uğurlu cəhəti bun-

da

dır ki, heç bir süni, qondarma, bayağı hadisə, lövhə, hərəkət 



zə dəymir... hər şey həyatdakı kimi sənə çox adi, sadə, inandı-

rıcı və təsirli görünür”(50). 

Cəmiyyətimizdə olan naqisliklər, bəzi insanların rüşvətə, yer-

li

bazlığa, qohumpərəstliyə qurşanıb zərərli əməlləri ilə namuslu 



in

sanların  həyatında  problemlər  törətməsinə  qarşı  etiraz Anar 

ya

radıcılığının əhəmiyyətli hissəsini təşkil edir. Yazıçı “Şəhərin 



yay  günləri”ində  cəmiyyətimizdə  olan  yarıtmazlıqları  dramatik 

səpkidə göstərsə də, “Adamın adamı” pyesində bu problemə ko-

mik planda yanaşmışdır.  

“Adamın adamı” pyesinin əsas mövzusunu da elə  naqisliklə-

rin ifşası təşkil edir. Əsərin qəhrəmanları iki ayrı qütbdə birləşir. 

Düzgünlük, 

ədalətin tərafdarı olan Bağır, Balaxanım, Tahir, Sü-

sən və qanunsuz işlərlə məşğul olan, özlərindən vəzifəcə üstün 




Aytən Quliyeva

 

 



22 

ta

nışlarına  arxalanan,  onların  rəğbətini  qazanmaq üçün alçalan 



İbişli, Fərəc, Nazlı və s. Əsərin əsas qayəsini ədalətsizliyin, iki-

üzlülüyün, saxtaka

rlığın  ifşası  kimi  mənəvi-əxlaqi  problemlər 

təşkil  edir.  Bütün  canfəşanlıqlarına  baxmayaraq  ədalətsizliyin 

tərəfdarı olan qüvvələr məğlub olurlar. Onlar sadəcə düzgünlü-

yün yolu


na çıxmağa qadirdirlər, onun yolunu kəsməyə yox. Bu 

ide


ya əsərin əsasını təşkil edir.  

Anar elə bir istedad sahibidir ki, ədəbiyyatın hər hansı növü-

nə  müraciət  etməsindən  asılı  olmayaraq,  həmin  növün  janrının 

üfüq


lərini genişləndirməyi bacarır. Onun qələmi dramaturgiyada 

da nəsrdə olduğu kimi güclü, mövzuları rəngarəng, düşündürü-

cü, ibrətli və aktualdır. “Fikrimizcə, Anarın dramaturji fəaliyyəti 

xey


li fərqlənir. Bu dramaturgiya teatr sənətinin təbiətinə heyrə-

ta

miz bələdliklə yaradılır. Hətta remarkalar belə konkret səhnə-



nin təsvirini verən ədəbi mətn kimi yox, gələcək tamaşanın oyun 

şərtini nəzərdə tutan səhnə işini şərtləndirir... Anarın dramatur-

gi

yası ədəbiyyat, teatr və kino arasındakı prinsipial sənət fərqlə-



ri, ifadə vasitələri və. s nəzərə alınmaqla yaradılıb. O, həmin sə-

nətlərin  hər  birinin  bədii  imkanlarını,  estetik  meyarlarını  mü-

kəmməl öyrənəndən, tətbiqi baxımdan müəyyən ustalığa yiyələ-

nəndən sonra işə başlayıb”(56). 

Sənətkarın kino-dramaturgiya  sahəsində  fəaliyyəti  də  diqqə-

təlayiqdir. Burada o, orijinal təfəkkür tərzi, yüksək kino duyumu 

olan bir sənətkar kimi fərqlənir. Qazandığı bu uğurun bir səbəbi 

də onun yaradıcılığındakı reallıqdadır. Bu haqqda sənətkar özü 

de

yir: “Yazıçı vaxtı çatmış məsələdən sadəcə söz açmaqla kifa-



yətlənməməli, həm də inandırmalıdır... Əsəri elə qələmə almaq 

la

zımdır ki, oxucunun qəlbinə, zehninə yol tapasan, faktlar, də-



lil

lər inandırıcı olsun. Üzeyir Hacıbəyov haqqında film çəkmək 

fik

rinə  düşəndə  mən  aydın  təsəvvür  edirdim  ki,  burada  mütləq 



onun musiqisi 

hökmran olmalıdır. Bu musiqi adamlar üçün söz-

dən daha inandırıcı olar”(66). 

Anarın əsərləri əsasında çəkilmiş “Gün keçdi”, “Torpaq, Də-

niz, Od, Səma”, “Dantenin yubileyi”, “Hər axşam saat 11-də”, 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə