Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

Aytən Quliyeva

 

 



26 

ruh


lu  “İncəsənət”  jurnalının  buraxılması  qərara    alınanda  onun 

ən layiqli rəhbəri Anar sayıldı. Jurnalın yeni adının da, konsepsi-

ya

sının da müəllifi Anar oldu. Anarın düşüncəsinin, qeyrətinin, 



zöv

qünün məhsulu olan “Qobustan” toplusu uzun illər Azərbay-

can oxucusu

nun  məftun  edib,  ağır  şəraitdə  milli  düşüncəmizin 

forma

laşmasında əvəzsiz iz buraxıb. “Qobustan” Sovet dövrün-



də “rəsmiləşmiş dissident” jurnal kimi yaşamaqda davam edir-

di”(43). 

 

Ziyalı sənətkarımızın yaradıcılığının xüsusi bir hissəsini pub-



lisis

tika təşkil edir. Onun bir-birindən maraqlı elmi və ədəbi mə-

qa

lələri,  esseləri  öz  orijinallığı  ilə  seçilir.  O,  “Şairin hünəri”, 



“Aşıq Ələsgər”, “Anlamaq dərdi”, “Şairin kədəri”, “Sübhün sə-

fi

ri”, “Böyük ömrün bir əsri”, “Yusif Vəzir haqqında söz”, “Kə-



rəm kimi”, “Vurğunluq”, “Çətin yolun yolçusu”, “Nəsrin fəza-

sı”, “Hamımızın dünyası”, “Dünyanın sehri” kimi məqalələrində 

an

layan və anladan filoloqdur, “Xalçanın hikməti”, “Heykəl ol-



muş insan”, “Gözəlliyə qovuşmaq”, “Şövkət xanımın qərənfillə-

ri”, “Qa


ra  Qarayevə  rekviyem”  məqalələrində  isə  incəsənətin 

sir


lərinə  vaqif  olan  sənətşünasdır,  “Müsibət”,  “Şəhidlər  dağı”, 

“Tor


pağı  vətən  edənlər”,  “Danışa  bilmirəm”  məqalələrində  isə 

vətənin ağır dərdlərinə ürəkdən yanan vətəndaşdır. 

Anar 

xalq və tarix qarşısında cavabdehliyini bütün məsuliy-



yəti ilə duyan, dərk edən, təəssübkeş bir sənətkardır. Onun bə-

dii-


pulisistik əsərlər toplusundan ibarət olan “Dünya bir pəncə-

rədir” kitabında oxucu sənətkarın tədqiqatçılıq istedadını, nova-

tor

luğunu, başlıcası isə vicdanlı ziyalı yanğısını  hiss edir, görür. 



Ki

taba yazdığı geniş ön sözdə Kamil Vəliyev bildirir: “...Anarın 

ye

ni kitabını düşünə-düşünə, duya-duya oxudum. Oxuduqca ilk 



növ

bədə  yazıçı  Anarla  esseist  Anarın,  jurnalist  Anarın,  alim 

Ana

rın eyni adam olduğunu yəqin etdim”(8,3).  



“Nəsrində də, publisistikasında da o, xalqın mənəvi həyatının 

ən önəmli məsələlərindən söz açır, çətin suallara cavab axtarır. 

Bu cavabları qəhrəmanların yerinə deyil, onlarla bir yerdə axta-

rır” (15). 




Anar – 75  

 

27 



Anarın yaradıcılıq yolunu izləyərkən biz onu daim Türk dün-

ya

sına, mədəniyyətinə bağlı bir yazar kimi görürük. Sənətkarın 



bir çox esseləri Türk dünyasının görkəmli ədiblərinə həsr olun-

muş,  hələ  sovet  dövründə  onların  azəri  oxucular  tərəfindən  ta-

nınmasında önəmli rol oynamışdır.  

Anarın  Türk  dünyasına  bağlılığının  daha  bir  sübutu  iki  iri 

həcmli kitabdan ibarət “Min beş yüz ilin oğuz şeiri” antologiya-

sıdır. Bu əsərdə eramızın I minilliyinin ortalarından dövrümüzə 

qədər olan Türk şeiri təsnif edilmişdir. Kitabı  N. Cəfərov belə 

qiy


mətləndirir:  “Anarın  gördüyü  işi  türkoloq  ədəbiyyatşünasla-

rın—F.  Köçərlinin,  Salman  Mümtazın,  Rəşid  Rəhməti  Aratın, 

Agah  Sirri 

Ləvəndin, Cavad Heyətin,  Əhməd  Bican  Ərcilasu-

nun... 

işləri ilə müqayisə etmək mümkündür”(22).  



Anar xalqın milli varlığını dərk edən, mənəvi gələcəyini dü-

şünən, milli ruha malik, vətənə xalqına və türkçülüyə bağlı bir 

zi

yalıdır.  Onun  yaradıcılığı  bütün  dövrlər  üçün  müasir,  aktual 



ola

raq daim yaşayacaqdır. 

 

 

 



 

          



 

 

 

 


Aytən Quliyeva

 

 



28 

 

 

 

 

 

 

ANARIN İLK HEKAYƏLƏRİNDƏ 

ƏDƏBİ QƏHRƏMANA YENİ MÜNASİBƏT 

 

Ədəbiyyatda yeni insan, yeni qəhrəman, yeni məzmun məsə-



ləsi hər zaman cəmiyyətin inkişafı ilə əlaqədar diqqət mərkəzin-

də olmuşdur. 1953-cu ildə Stalinin ölümündən sonra ölkədə hər 

bir sahədə olduğu kimi, ədəbiyyatda, bədii yaradıcılıq aləmində 

bir növ asudəlik, sərbəstlik, nisbi olsa da, söz və düşüncə azadlı-

ğı yarandı. Ədəbiyyatımız bu imkandan səmərəli şəkildə istifadə 

edərək yeni-yeni uğurlar, müvəffəqiyyətlər qazandı. Bu isə özü-

nü 

həm üslub, həm də mövzu baxımından göstərdi. Sənətdə var-



lığa estetik münasibətlərin sərrastlığı, cəsarətli sənətkar mövqe-

yi

nin  fəallığı  önəmli  amilə  çevrildi.  Bu  dəyişiklik  bütün  ədəbi 



növ

ləri əhatə etsə də, daha çox nəsr sahəsində özünü büruzə ve-

rirdi. 

İnsanların həyatında, ictimai və fərdi münasibətlərdə sürətlə 



yeni meyi

llər özünü göstərməyə başladı. Ədəbiyyatımızda əsərin 

qəhrəmanına, qayəsinə, müsbət ideala və bütövlükdə insan ami-

li

nə, onun mənəvi, daxili aləminə baxış və münasibət yeniləşdi. 



Əgər  bundan  əvvəlki  əsərlərdə  əsas  diqqət  qəhrəmanın  ictimai 

fəallığına,  istehsalat  prosesindəki  uğurlarına  yetirilirdisə,  indi 

onun mənəviyyatı, daxili dünyası, hissləri ön plana çəkilirdi. Bu-

nun nəticəsi olaraq ədəbiyyatımızda iç dünyaya nüfuzu, mənəvi-

əxlaqi problemləri üzə çıxaran yeni və xüsusi bir mərhələ yaran-

dı. 50-ci illərin sonlarından başlayan bu yeni mərhələ Azərbay-

can  ədəbiyyatında  özünə  əvəzolunmaz, orijinal bir mövqe qa-

zan


dı.  60-70-ci  illərdə  isə  bu  ədəbiyyat  yeni  ədəbi-bədii  məz-

mun key


fiyyətləri ilə zənginləşdi. Bu dövr xalqımızın taleyində 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə