Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə86/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   82   83   84   85   86   87   88   89   90
2013-2444

Aytən Quliyeva

 

 



90 

Görkəmli  sənətkarın  şirin,  cəlbedici  təhkiyə  üsulu,  maraqlı 

süjet-

kompozisiya  qurmaq  bacarığı  onun  hekayələrinin  təsir 



qüv

vəsini artırır, onları daha yaddaqalan edir. 

Sənətkarın  hekayələrinin  müsbət  qəhrəmanları  son  dərəcə 

adi, sadə, lakin



 

mənəvi-əxlaqi cəhətdən kamil, güclü insanlardır, 

bu güc onların daxili aləmlərinin paklığından, sadəliyindən irəli 

gəlir.  


Yazıçı hekayələrində daha çox insan mənəviyyatının sirli-so-

raq


lı aləmindən xəbər verir. Bu hekayələrdə müasir insanın mə-

nəvi-əxlaqi aləmi, daxili dünyası, hissləri ciddi problem kimi bir 

növ tədqiqata cəlb edilir. 

 

Anarın  nəsri,  xüsusi  ilə  hekayələri  müasir  dövr  Azərbaycan 

ədəbiyyatının  aktual  problemləri,  ideya-mövzu  və  əsas  istiqa-

mətləri haqqında ümumiləşdirici fikir söyləmək, “yeni nəsr” an-

la

yışının mahiyyətinə aydınlıq gətirmək baxımından xüsusi əhə-



miy

yət kəsb edir. 

“Anar elə yazıçı, elə yüksək səviyyəli milli ziyalıdır ki, hansı 

zir


vədə görünməsindən asılı olamayaraq, xalqımız ondan həmişə 

da

ha böyük sənət zirvələrinin fəth olumasını umur, gözləyir. Bu-



nun

la  belə,  bir  yaradıcı  şəxsiyyət  və  milli  ziyalı  kimi  Anar  öz 

əsərləri ilə ədəbiyyatda və ictimai mühitdə həmişə yeni zirvə ki-

mi görünür” (42).



 

Sənətkar hekayələrində təkcə mövzü istiqamətlərinə görə de-

yil, Azərbaycan ədəbi dilinin inkişaf qanunauyğunluqlarına, sö-

zün semantik məna xüsusiyyətlərinə və imkanlarına vaqif bir sə-

nətkar kimi təsdiqlənir. 

F.  Sadıq  yazır:  “Anar—deyilən  də,  gözümün  qabağına  bir 

A

na  yol  gəlir.  Bu  yol  “Keçən  ilin  son  gecəsi”ndən  baş  alıb, 



“Otel otağı”na gəlib çıxır. Bu yolda böyük-kiçik  yüzlərcə yol və 

cığır kəsişir. Bu yolu ayaq üstə təsəvvür edə bilsəydik, qollu-bu-

daq

lı, çoxşaxəli bir ağaca bənzəyərdi. Bir ağac—bir orman! Bu 




Anar – 75  

 

91 



yo

lu ləngərli, dolu, uzun bir çaya da oxşatmaq olar. Dağlardan, 

dərələrdən, düzlərdən keçib, dənizə yaxınlaşanda neçə-neçə ki-

çik çaylara bölünən, delta yaradan bir çaya!” (69). 

Anar  nəinki  Azərbaycanda,  həm  də  Türk  dünyasında  özünə 

la

yiqli yer tutan, Azərbaycan mənəviyyatını, milli-əxlaqi düşün-



cə tərzini dünyaya çatdıran yazıçı, mütəfəkkir və ictimai xadim-

dir. O, əsərlərində milli dəyərlərimizi daim yüksəkdə saxlayan, 

Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya standartları sə-

viy


yəsinə qaldırmağa nail olan qüdrətli yazıçıdır. 

 

Anar hekayələrində çağının ən aktual problemlərini qaldırdı-

ğından, ən həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki, 

müx


təlif növlü polemikaya, marağa səbəb olur. Onun  yaradıcı-

lığı  haqqında  Azərbaycanda  və  dünyanın  müxtəlif  ölkələrində 

ya

zılan  çoxsaylı  məqalələr,  aparılan  tədqiqatlar  da  bu  marağın 



nəticəsidir.  


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə