Aytən Quliyeva
18
onun janrı, üslubu mübahisələrə səbəb olmuşdur. Ə.Hüseynov
məqaləsində həmin tənqidi fikirlərə münasibət bildirir və haqlı
ola
raq yazır: “Bu əsərin “elmi fantastik”, “fantastik”, “elmi şər-
ti-
metofarik” janrda yazıldığını sübüt etməyə çalışanların gətir-
dik
ləri arqumentlər, irəli sürdükləri ehtimallar “yarımçıq əsər”
dam
ğasına urcah olunmuş povestin forma əlamətlərini əvvəlcə-
dən hazırlanmış janr qəlibinə sığışdırmaqdan başqa heç nəyə
xid
mət etmirdi... Orijinal sənətkarın bədii dünyası onun hansısa
qa
nunauyğunluqlara, yaradıcılıq normalarına kor-koranə riayət
et
məsi ilə yox, həyata, ənənəyə, sözün bədii gücünə yeni müna-
si
bəti ilə şərtlənir”(48). Və bu mənada “Əlaqə” bədii xüsusiyyət-
ləri ilə nəinki Anarın öz yaradıcılığında, hətta Azərbaycan nəsri
fonunda öz orijinal
lığını qoruyur.
Povest obrazlar s
isteminin orijinallığı, zaman-məkan ölçüləri-
nin, vəziyyətlərin qeyri-adi xarakteri ilə yazıçının digər qələm
məhsullarından seçilir. Əsərdə yaradılan məkan, hadisələrin axa-
rı o qədər bitkin, təsiredicidir ki, oxucu sanki təsvir olunan və-
ziyy
ətləri bir kino kadrı kimi gözü önündə canlandıra bilir. Bu-
ra
da yazıçının sözün gücü ilə təsvir yaratmaq, obrazların hiss və
həyəcanlarını, daxili dünyalarını açmaq məharəti xüsusi olaraq
diq
qətəlayiqdir. Bu əsəri ilə Anar insanın yaşadığı mühitlə qarşı-
lıqlı əlaqələrinin ahəngdarlığı üçün ünsiyyət tarazlığının vacibli-
yi probleminə toxunur.
Əlaqə, ünsiyyət həyatın, ümumiyyətlə, mövcudluğun ilkin
şərtidir. Əlaqənin mürəkkəbliyi, bu problemə donuq, cansız me-
yarlar
la yanaşmağın nəticələri tələbənin aqibəti fonunda gerçək-
ləşir. Povestin baş qəhrəmanı olan tələbə cəmiyyətdən, ünsiyyət-
dən kənara çəkilmiş bir insandır. Hadisələrə duyğusuz, emosiya-
sız, yalnız soyuq məntiqlə baxmaq onun rahatlığını pozmuş, ən
adi vəziyyətlərdə belə dərkedilməzlik burulğanına salmışdır. Bu-
na görə də o, hər şeydən xoflanır, şübhələnir, müəyyən bir çətin-
lik qarşısında özünü itirir. Tələbənin gördüyü bütün qarabasma-
lar, qeyri-
adi proseslər, əşyalar arasındakı uyğunsuzluqlar onun
in
tellektual tamlığını itirmiş beyninin məhsuludur. Bu qarışıqlı-
|