Anar – 75
31
mışdır.
Ədəbiyyata gəldiyi ilk zamanlardan mənəvi-əxlaqi mövzular
Anar ya
radıcılığının, xüsusilə də onun hekayələrinin əsasını təş-
kil etmişdir. Hələ özü gənc ikən üzvü olduğu ziyalı mühitində
gör
düyü bəzi çatışmazlıqlar onu düşündürmüş, bu eybəcərlikləri
gös
tərən əsərlər yaratmağa vadar etmişdir.
Anar
ın 1958-ci ildə, cəmi 20 yaşında ikən Mirzə Cəlil üslu-
bun
da yazdığı “Ürəyim ağrıyır” hekayəsi bu fikirlərin bariz nü-
mu
nəsidir. Bu kiçik hekayə böyük mətləblərdən xəbər verir.
Əsərin əsas qəhrəmanı öz bircə oğlunu çox sevən bir atadır. Hə-
yat yoldaşı hələ oğulları körpə olanda dünyası dəyişdiyində o,
oğlunu tək böyütmək məcburiyyətində qalmışdır. Ata bütün öm-
rü
nü öz balasına həsr etmiş, ona təhsil vermişdir. Artıq institutu
bi
tirib, mühəndis olan oğul evlənmək fikrinə düşür. Görüşdüyü
qız və onun ailəsi ilə atasını tanış etmək istəyir. İlk baxışda nor-
mal axarla davam edən hadisələr ailələrin ilk tanışlıq mərasimin-
dən dəyişir:
“Sözümü qurtarmamışdım ki, qapı açıldı, kök bir arvad, de-
yəsən qızın anası idi, qapıya çıxdı və bizi görcək çığırdı:
–Oho, Farik, pirvet. Skolko let, skolko zim. Eta tvoya ates?
Mən əvvəl duruxub qaldım. Gördüm ki, arvadın qaş-gözü
qapqaradır. Dedim, bəlkə məni ayrı millət bilib. Azərbaycanlı
ol
duğumu bildirməkçün dedim:
–
Xoş gördük.
Dedi:
–Pirvet! Pirvet! Zaxadi!
İçəri girdik. O biri otaqdan bir kişi gəldi. Deyəsən, kök arva-
dın əri idi. Arvad dedi:
–Paznakomsa Mikael, eta ates Farik.
Və Mikael deyilən mənə yanaşıb əl verdi:–Mı oçen rad–dedi,
– Kak delo?
Mən yaxşı başa düşmədim və odur ki, gülünc vəziyyətə düş-
məməkçün onun bu sualını cavabsız qoymağı daha münasib bil-
dim”(5,202).
|