Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə40/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   36   37   38   39   40   41   42   43   ...   90
2013-2444

Anar – 75  

 

45 



dın”ın bir günün içərisində tərk etdiyi “qara paltolu” kişi uzun 

zaman öz sevgisini unu

da bilmir. Bunu isə yalnız insanları də-

rin


dən hiss edən, əsl məhəbbətin qədrini bilən asılqanda işləyən 

qa

dın anlayır. Və əlindən gələn yardımı bütün qadağalara bax-



ma

yaraq  qara  paltolu  kişidən  əsirgəmir.  R.  Ulusel  yazır:  “Sən 

de

mə, heç nəyi ilə diqqəti cəlb etməyən, cəmiyyəti kənardan iz-



ləyən bu qadın insan münasibətlərinin kardioqrammasını hamı-

dan yaxşı çıxarırmış” (72,26). 

Oxucu qəlbini ovsunlayan bu hekayə haqqında N.Əliyeva ya-

zır: “Anar bir sənətkar kimi başqa cür yazmaq iddiasını və arzu-

su

nu  elə  ilk  əsərindəcə  həyata  keçirməyə  nail  olmuşdur...  Kişi 



və  qadın  paltosunun  hər  gün  idarədəki  asılqanda  necə,  hansı 

tərzdə görünməsini söyləməklə, sən demə, bu paltoların sahiblə-

rinin h

əyatı və münasibətləri haqqında çox şey bilmək olarmış… 

Anarın  bu  hekayədə  işlətdiyi  ədəbi  priyom,  bədii  ifadə  üsulu 

açıqdan-açığa  nəsrimiz  üçün  tamam  yeni  və  gözlənilməz  idi” 

(32,14). 

Bu hekayə öz dil-üslub xüsusiyyətləri ilə yazıçının gənc yaş-

la

rında ədəbi dilimizin mahir bilicisi olduğunu, daim dilin saflı-



ğını  qorumağa  çalışdığını    göstərir.  “Anarın  bədii  yaradıcılığa 

at

dığı ilk addımlardan bəlli olur ki, bu addımlardan çıxan səs ta-



ma

milə başqadır, yenidir və yeni olduğu üçün də maraqlıdır. Bu 

ye

nilik gənc sənətkarın dilə bədii yaradıcılıq vasitəsi kimi xüsusi 



diq

qət  yetirməsi  ilə  bağlıdır...  Professional  həssaslığa  görəmi, 

nəyə görəsə mənə elə gəlir ki, həmin hekayənin müvəffəqiyyəti 

bi

rinci növbədə onun dili ilə bağlıdır. Müəllif minimum miqdar-



da sözlə maksimum dərəcədə fikir ifadə etmişdir ki, bu da müa-

sir hekayə dili üçün böyük məziyyətdir. “Asılqanda işləyən qa-

dının söhbəti”ndə müəllif ümmumxalq danışıq dilinə böyük mə-

həbbəti və ondan bacardıqca geniş sürətdə istifadə etməyə səmi-

mi səyi hiss olunur. “Heç vaxt” əvəzinə “heç vədə”, “nədənsə” 

əvəzinə “niyə görəsən”, “qəhvəyi” əvəzinə “mixəyi” işlədilməsi 

məhz bu səyin nəticəsidir” (3).  

“Ağ limanlar və Qırmızı gəmilər” məqaləsində Məmməd Arif 





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə