Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

29 
 
burada oxşar cəhətlər çoxdur: allah və insan arasında oxşarlıq, 
yaxınlıq  çoxdur;  insan  əxlaqi  hərəkətlərində  suveren  subyekt 
olaraq qalır. O, öz xeyirxah əməlləri ilə vahidə, tama qayıdaraq 
ona  qovuşa  bilər.  Bütövükdə  neoplatonçular  etikası  xeyirxah 
şəxsiyyətin 
intellektual 
– 
optimist 
əxlaqı 
kimi 
səciyyələndirirlər. 
  Ümumi nəticə olaraq, qeyd etmək olar ki, antik əxlaqda 
həm  nəzəri  ideyalar,  həm  də  müxtəlif  normativ  davranış 
modellərin  geniş  çeşidi  təmsil  olunmuşdur:  evdemonizm,  yəni 
ali  dəyər  olan  xoşbəxtliyə  doğru  can  atmaq  (Demokrit, 
Aristotel),  gedonizm  –  həzzalmanın  əxlaqi  səcdəsi  (Aristipp), 
kiniksayağı  asketizm  –  tələbatları  onların  ilkin  təbii  əsasları 
səviyyəsinə  çatdırmaq,  (Antisfen,  Diogen),  volyuntarism  – 
“güclü”  şəxsiyyətin  özbaşınalığı  (kiçik  sofistlər),  mənəvi 
intellektualizm  –  məziyyətlər  və  biliklərin  eyniləşdirilməsi 
(Sokrat), seyredici – mənəvi fəaliyyət (Platon), daxili sabitlik və 
əmin-amanlıq  (epikürçülük),  daxili  mətinlik  (stoiklər),  daxili 
dönməzlik 
(skeptisizm), 
əxlaqi-paklaşdırıcı 
asketizm 
(neoplatonçuluq)
1
.  
Hedonizm  (yunanca  hedoe  –  həzzalma,  ləzzət)  etik  fikir 
tarixində geniş tətbiq edilmiş əxlaqın əsaslandırılmasıdır. Onun 
təbiəti  və  məqsədlərinin  əsas  məzmunu  bir  məqsədlə 
məhdudlaşır  –  həzzalmaya  nail  olmaq  və  əzablardan  qaçmaq. 
Bu  məqsəd  insan  fəalyyətində  əsas  hərəkətverici  qüvvə  hesab 
olunur,  çünki  təbiət  tərəfindən  ona  bəxş  olunmuşdur.  Əxlaqi 
prinsip olaraq, hedonizm insanlarda əsas meyli bu dünyada əldə 
edə  biləcək  sevinclərə  doğru  hərəkət  etməsində  görür. 
Hedonizm  (eynilə  evdomonizm)  asketizmə  ziddir.  Qədim 
Yunanıstanda Demokrit və Aristipp hedonist olmuşlar.  
Hedonizmin  yeni  variantını  –  epikürçiliyi  Epikür 
yaratmışdır (onun davamçısı Tit  Lukretsi Kar olmuşdur). Orta 
əsrlərdə  xristian  kilsə  ideoloqları  hedonizmə  qarşı  sərt  çıxış 
edərək  göstərirdilər  ki,  bu  dünyanın  bütün  ləzzətləri  günahdır. 
                                                 
1
 Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987
 
 


30 
 
Hedonizmə maraq Intibah dövründə  yenidən başlayır. Əxlaqın 
hedonist variantını seçənlər sırasında Hobbs, Lokk, P.Gassendi, 
Spinoza olmuşlar. Hedonizm öz məntiqi davamını utilitarizmdə 
tapmışdır. 
  Müasir  tədqiqatçılar  sırasında  hedonizmi  əxlaqda  qəbul 
edən  C.  Santayana,  M.Şlik,  D.Dreyk  kimi  alimləri  göstərmək 
lazımdır. Bununla belə, hedonist prinsipi qəbul etməklə insanın 
çoxsaylı tələbatlarını yalnız təbii tələbatları ilə məhdudladırmaq 
olmaz. Aydındır ki, həzzalma obyektləri tarixi xarakter daşıyır 
və  onların  məzmunu  daima  dəyişir.  Ümumiyyətlə,  insanın 
qarşıya  qoyduğu  bütün  meyylər  və  məqsədləri  real  həyatda, 
sosial praktikada axtarmaq lazımdır.  
Həmin  dövrün  bidətçi  hərəkatlarında  da  əxlaqi 
problemlər qaldırılır və həll olunması cəhdi göstərilirdi. Burada 
bir çox cərəyanlar, o  cümlədən dualizm  mövcud idi. Məsələn, 
maniçilikdə  (Mani,  216-276)  (Bolqarıstanda  boqomilçilik, 
Fransada  katarlar  və  s.)  qəbul  edilən  iki  əsas  kəlam  var  idi: 
əxlaqi  dualizm  (xeyir  və  şərin  qarşıdurması)  və  əxlaqi 
asketizm. Dünyada iki mahiyyət, iki başlanğıc var: xeyir və şər, 
işıq və zülmət, Lüsifer (Iblis) və İsa Məsih. İlahi substansiyanın 
bütün  canlılarda  əksliyi  var  və  onunla  birgə  onlarda  təmsil 
olunmuşdur. İnsanda da iki ruh var – işıqlı və zülmətli, mənəvi 
və cismani. Şərin təbiəti nədir? Bu, substansiyadır, yoxsa yox? 
Dini  ideologiyada  “bütün  yaxşılıqlar  Allahdandır”  şüarı 
elan  edilirdi.  Bəs  şər  nədir?  Katarlar  şəri  müstəqil  başlanğıc, 
iblis olduğunu göstərirdilər. 
Allah  ideyası  və  şər  ideyası  əslində  bir-birinə  ziddir. 
İnsan,  fəal  həyat  mövqeyi  tutmalı,  şərə  qalib  gəlməlidir.  Şər 
hissiyatı, duyğusu olan materiya ilə eyniləşdirilirdi. Məziyyətli 
həyatın  məzmununu  isə  ardıcıl  materializm  təşkil  edirdi. 
Asketizm  cismani  həzzlərin,  ləzzətlərin  məhdudlaşdırılması, 
xüsusi  mülkiyyətdən  imtina  edilməsi  demək  idi.  Ən  ağır 
günahlar mülkiyyət, andiçmə, yalan, müharibə, ətdən qida kimi 
istifadə  edilməsidir.  Nigaha  qarşı  da  çıxış  edirdilər.  Şərdən 


31 
 
qurtarmaq yollarından biri də pəhrizin saxlanılmasıdır. İnsanda 
kifayət qədər güc var ki, o, günah işlətməkdən canını qurtarsın. 
Bütün  bidətçi  hərəkatlar  eyni  zamanda  kilsənin  hökmranlığına 
qarşı istiqamətləndirilmişdir. 
Skeptisizm  (yunanca  “skeptomai”  nəzərdən  keçirmək, 
öyrənmək) mənəvi və əxlaqi baxımından fərqləndirilir. Mənəvi 
skeptisizm  insanın  mənəvi  bacarıqlarını  mümkün  qədər 
alçaldan,  mənəvi  imkanlarını  məhdudlaşdıran  baxışlar 
sistemidir.  Əxlaqi  skeptisizm  özünü  ən  müxtəlif  formalarda 
ifadə  edə  bilər:  fikir  irəli  sürülə  bilər  ki,  insan  anadangəlmə 
günahkar və şərlidir, o, sosial həyatda əxlaqi hərəkətlər etməyə 
qadir  deyil,  xeyrin  əsil  məzmunu  və  mahiyyətini  dərk  edə 
bilmir,  şüurlu  olaraq  bunu  etməyi  bacarmır,  insan  cəmiyyətin 
sosial və mənəvi qüsurlarını aradan qaldıra bilmir, əxlaqi idealı 
həyata  keçirmək  üçün  ədalət  və  humanizm  üzərində  qurulan 
quruluşa  nail  ola  bilmir  və  s.  Burada  əxlaqi  tərəqqiyə 
inamsızlıq  (pessimizm)  hökm  sürür.  Qeyd  edilən  yanaşma 
özünü daha çox neoprotestantizm cərəyanında ifadə etmişdir. 
  Əxlaqi  skeptisizmdə  isə  əxlaqi  təsəvvürlərin  obyektiv 
əhəmiyyəti  və  dərkedici  xarakteri  inkar  olunur.  Belə  yanaşma 
xüsusi  olaraq  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvllərində  geniş 
yayılmışdır  (V.Samner,  V.Pareto,  K.Mannheym  və  s.).  Hesab 
olunur ki, insanların əxlaqi təsəvvürləri obyektiv reallığı heç də 
özündə əks etdirmir və onların doğru olub-olmaması haqqında 
fikir yürütmək mümkün olmur. Insanlar öz əxlaqi ideyalarında 
rasional  əhəmiyyət  və  məna  axtarırlar.  Əslində  isə  bu  zaman 
vərdiş  edilən  davranış  üsulları  əsaslandırılır.  Deməli,  əxlaqi 
təsəvvürlər  elmi  cəhətdən  əsaslandırıla  bilməz.  Bu  sahədə 
duran  neopozitivizm  nümayəndələri  hesab  edirlər  ki,  əxlaqi 
təsəvvürləri  elmi  səviyyədə  təhlil  edib  tənqid  etmək  qeyri-
mümkündür. 
  Bununla  belə  aydındır  ki,  əxlaqi  təsəvvürlər  ictimai 
şüurun  xüsusi  forması  olaraq  özündə  cəmiyyətin  hər  hansı  bir 
üzvünün  və  yaxud  sosial  qrupun  obyektiv  sosial  şəraitini  əks 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə