Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   110

312 
 
  A.Sveyster  əxlaqın  universal  bir  sahənin  olması 
haqqında  yazırdı:  “Mən  başa  düşdüm  ki,  bizim  mədəniyyətin 
əxlaqi  ifadəsi  kifayət  qədər  yüksək  deyil.  Onda  sual  olunur: 
niyə  əxlaq  bizim  mədəniyyətə  bu  dərəcədə  az  təsir  göstərir? 
Nəhayət  ki,  mən  bu  faktın  izahını  tapdım:  əxlaq  heç  bir  təsir 
gücünə malik deyil, çünki o, sadə və kamil deyil. Onun sahəsi 
bizim  insanlara  olan  münasibətini  öyrənməkdir,  əslində  isə  o, 
bizim bütün varlığa olan münasibətimizi əsas götürməlidir. Bu 
cür  kamil  etika  adi  etikadan  olduqca  sadə  və  daha  dərindir. 
Onun  köməyi  ilə  biz  bütün  Kainata  mənəvi  izlərlə  bağlana 
bilərik”
1

Əxlaqi  dəyərlər  və  normalar  ayrı-ayrı  regionlarda 
müəyyən  şəkildə  tətbiq  olunur  və  insanların  praktik 
fəaliyyətində,  mənəvi  sahədə  (ilk  növbədə  nəzəri  təfəkkür 
səviyyələrində)  özünü  büruzə  verir.  Dünya  bütövlüyü  və 
vəhdəti  artdıqca  bu  dəyərlər  və  normaların  uzlaşmasında  bir 
sıra  çətinliklər  yaranmağa  başlamışdır.  Məlumdur  ki,  əxlaq 
tarixi  mərhələlərə  uyğun  inkişaf  edir,  burada  dəyərlər  dəyişir, 
inkişaf  edir,  dini  və  yaxud  dünyəvi  formada  müxəlif 
hərəkətlərdə  (ibadətlər,  mərasimlər,  davranış  tərzi,  adət  və 
ənənələr)  ifadə  olunur.  Bunların  fəaliyyət  dairəsi  və  təsirliliyi 
insan 
cəmiyyətinin 
ümumi 
sivilizasiya 
mərhələsinə, 
mədəniyyətin inkişaf pilləsinə uyğun olaraq müəyyən edilir. 
  Əxlaqi dəyərlər və normalar müxtəlif xalqlarda müxtəlif 
dərəcədə  tətbiq  olunur  və  əhəmiyyət  daşıyır.  Bəzi  hallarda 
bunlar  dini  formalarda,  bəzi  hallarda  isə  elmi  təfəkkürünün 
müxtəlif  sahələrində  ifadə  olunur  və  bununla  da  öz  təsir 
dairəsini azaltmış və yaxud artırmış olur. Məsələn, Çin yeganə 
ölkədir ki, burada ən qədim dövrlərdən etibarən əxlaq universal 
ontoloji  qüvvə  kimi  insanların  həm  özü,  həm  də  dünya 
haqqında təsəvvürlərində tam şəkildə öz ifadəsini tapmışdır.  
Digər bölgələrdə də belə meyllər olsa da, əxlaqi dəyərlər 
və  normalar  elmi-nəzəri  səviyyədə  ümumiləşdirilərək 
                                                 
1
 Швейцер А. Культура и этика. М., 1973 


313 
 
insanların  mənəvi  aləminə,  müəyyən  hallarda  isə  konkret 
fəaliyyət  sahələrinə  aid  edilirdi.  Burada  fəlsəfənin  təşəkkül 
tapdığı  qədim  yunan sivilizasiyanı  xatırlatmaq olar:  məntiq  və 
fəlsəfə  elmlərinin  formalaşması  həm  də  “etika”  adlanan  elm 
sahəsinin  əmələ  gəlməsinə  səbəb  olmuşdur.  Bununla  belə, 
qədim  yunan  fəlsəfəsinin  Avropa  mədəniyyəti  və  müəyyən 
mənada  sivilizasiyanın  yaranmasında  müstəsna  rolunu  nəzərə 
alsaq, başa düşmək olar ki, insanın dünyaya və digər insanlara 
münasibət qiymətləndirilərkən niyə ilk növbədə din və hüquqda 
formulə edilən əxlaqi qaydalara müraciət olunmuşdur. 
Hal-hazırda  bu  ənənə  davam  etməkdədir  və  müasir 
müxtəlif əqidəli, məsləkli insanlar qruplara birləşərək siyasi və 
iqtisadi  vasitələrlə  öz  mənafeyinə  nail  olmağa  çalışdığı 
dünyada  yüksək  əxlaqi  dəyərlərin  əvvəlki  anlamı  artıq  öz 
əhəmiyyətini  itirmişdir.  Təsadüfi  deyil  ki,  böyük  humanist  və 
sülhpərəst insan A.Şveytser dünyada əxlaqın dəyərini artırmağa 
çalışmış, bu sahədə böyük işlər görmüşdür
1
. İndiki  dünya  bu 
səylərə hələ ki, heç cürə cavab vermir. Cəmiyyətin inkişafının 
gələcəyini  düşünən  bir  qrup  alimləri  birləşdirən  “Roma 
klubunun”  başçısı  Aurelio  Peççei  bu  istiqamətdə  aparılan 
işlərin önündə gedənlərdən biridir.  
Demək  olar  ki,  A.Şveytserdən  sonra  bu  sahədə  ən 
məşhur  tədqiqatçılarından  biri  olan  A.Peççei  başa  düşür  ki, 
insan nəsli hal-hazırda böyük böhran içərisindədir və çıxış yolu 
yalnız 
insan 
təfəkkürü 
və 
davranışının 
keyfiyyətli 
sıçrayışındadır.  Beynəlxalq  nizamda  yaranan  çətinliklər,  insan 
şüurunda baş verən dərin psixososial dəyişikliklər insan nəslini 
uçuruma  doğru  aparır.  Dünyanı  idarə  etmək  üçün  insanlar 
kifayət  qədər  vasitə  və  imkanları  əldə  etmişlər.  Lakin  burada 
yalnız siyasi iradə kifayət deyil. Indi qarşımızda duran vəzifələr 
                                                 
1
 Yenə orada 


314 
 
daha  çətin  və  əzəmətlidir.  Vaxtımız  az  qalıb,  hər  bir  insan  bu 
prosesə cəlb olunmalıdır
1
.  
  Peççei çıxış yolunu nədə görür? Birinci növbədə ekoloji 
böhranın  aradan  qaldırılmasında.  Sonra  isə  insanlar  tərəfindən 
öz  vərdişlərinin,  əxlaqi  qaydalarının  və  davranışının  əsaslı 
şəkildə dəyişdirilməsində. Çünki yaranmış vəziyyətin səbəbkarı 
olan  insanlar  baş  verən  dəyişikliklərə  öz  mənəvi  həyatını 
uyğunlaşdıra  bilmir,  halbuki  bu  dəyişikliklərin  səbəbkarı  elə 
özləridir.  Yaranmış  böhranın  mənbəyi  insanın  daxili  olanı, 
onun  xislətidir.  Deməli,  bütün  problemlərin  həlli  ilk  növbədə 
insanın  özünün,  onunu  daxili  aləminin  dəyişdirilməsindədir. 
Peççei  buna  “insani  keyfiyyətlər”  deyir.  Yuxarıda  göstərilən 
məşhur  əsərində  o  göstərir  ki,  yalnız  insani  keyfiyyətlərin  və 
insani  qabiliyyətlərin  inkişafı  hesabına  sivilizasiyanın  maddi 
gəlirə  və  dəyərlərə  yönümü  dəyişdirərək,  onun  nəhəng 
potensialını xeyirxah işlər naminə istifadə etmək olar. 
  Qeyd olunur ki, biz əslində bu işin hələ ki əvvəlindəyik. 
Baş  verən  təkamül  dəyişikliklərin  hansı  istiqamətdə  bundan 
sonra  cərəyan  edəcəyi  barədə  ciddi  düşünmək  lazımdır.  Insan 
özünə  planeti  tabe  etdirmişdir,  deməli,  indi  onun  idarə  etməyi 
bacarmalıdır.  Əgər  insanlar,  özündə  qüvvə  və  güc  taparaq  öz 
indiki  vəziyyətinin  mürəkkəbliyi  və  qeyri-stabilliyini  axıra 
qədər dərk edə bilsə, əgər bu ağır vəziyyətin həlli üçün lazımi 
mədəni  yetkinliyinə  nail  ola  bilsə,  onda  gələcək  ona  bəxş 
ediləcək.  
Əksinə,  əgər  insan  öz  daxili  böhranının  qurbanı  olaraq 
Yer  üzündəki  həyatın  müdafiəçisi  və  baş  arbitri  rolunun 
öhdəsindən  gələ  bilməsə,  onda  o  insanların  sayının  kəskin 
azalmasına və həyat  səviyyəsinin bir neçə  əsr əvvəlki həddinə 
enə bilməsinin şahidi olacaqdır. İnsanda belə dəyişikliyi yalnız 
yeni  humanizm  təmin  edə  bilər.  Bu  yeni  humanizm  inqilabi 
xarakter  daşımalıdır.  Yeni  dəyərlər  dünyaya  gəlməlidir  və  bu 
                                                 
1
 Аурелио Печчеи. Человеческие качества. Издательство "Прогресс". 
Москва. 1980, s.6-8
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə