Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

318 
 
estetik tərəflər həmin hadisənin iki tərəfi kimi çıxış edir və bir-
biri ilə müəyyən nisbətdə olurlar. Məlumdur ki, insan həyatında 
baş  verən  hadisələrə  həm  əxlaqi,  həm  də  estetik  qiymətlər 
verilir. İnsan davranışı həm əxlaqi, həm də estetik baxımından 
təhlil  olunur  və  qəbul  edilir.  Bəzən  incəsənətdə  bu  iki  tərəfin 
nisbəti  olduqca  mürəkkəb  xarakter  daşıyır.  Məsələn,  mənfi 
halın üstün olması, müsbətin isə məğlubiyyətə uğraması əxlaqi 
şüur  tərəfindən  ədalətin  pozulması,  estetik  baxımından  isə 
faciəvi  olan,  ziddiyyətli  həyatın  qaçılmaz  halı  kimi 
qiymətləndirilir.  Bəzən  bu  iki  tərəf  bir-birinə  zidd  halları 
birləşdirir.  Məsələn,  zahirən  gözəl  olanın  daxilində  mənəvi 
boşluq  müşahidə  olunur,  yaxud  üzdə  olan  yalançı  xeyirxahlıq 
gülüş doğurur. Beləliklə, əxlaqi meyarın təhrif edilməsi estetik 
baxımdan da tənqid olunur. 
  Əxlaqi  dəyərlər  insan  fəaliyyətinin  ümumi  istiqamətini 
bildirirsə, onun məqsədlərinin mahiyyətini ifadə edirsə, estetik 
dəyərlər  həmin  məqsədlərin  reallaşdırılması  yolunu,  müəyyən 
bütövlükdə,  sistemdə  onların  ifadə  olunma  üsulunu  bildirir. 
Əgər  mənəvi  tələblərin  icrası  daxili  azadlıq  şəraitində  yerinə 
yetirilirsə, borc və tələbatlar, əqidə və meyllər şəxsi ləyaqət və 
təvazökarlıq, insana hörmət və eyni zamanda tələbkarlıq, əqidə 
və  dözümlülük  arasındakı  vahidlik  tam  ahəngini  tapıb 
harmoniya  təşkil  edirsə,  onda  burada  həm  də  estetik  dəyər 
formalaşaraq  insanın  həqiqətən  gözəl  olanı  haqqında  təsəvvür 
yaradır.  Mənəvi  və  estetik  arasında  ziddiyyətlərin  yaranması 
səbəbləri onların məzmununda əmələ gələn təhriflərdir. Burada 
tarixi  şəraitin  də  müəyyən  rolu  var.  Indi  isə  ayrı-ayrı  əxlaqi 
dəyərləri və keyfiyyətləri xarakterizə edək. 
Qəhrəmanlıq,  igidlik  insan  davranışının  elə  bir 
formasıdır ki, əxlaqi mənada hünəri bildirir. Qəhrəman, igid, öz 
üzərinə  miqyasına  və  əziyyətinə  görə  olduqca  çətin  vəzifənin 
həllini  götürür,  məsuliyyət  və  borcunun  çox  hissəsini  öz 
üzərinə  alaraq  böyük  sədləri  aşa  bilir.  Qəhrəmanlıq  problemi 
etik  fikir  tarixində  dəfələrlə  müzakirə  olunurdu.  Bəzi 


319 
 
tədqiqatçılar  (C.Viko,  F.Hegel)  qəhrəmanlıq  bacarığını  əsasən 
Qədim  Yunanıstan  dövrünün  fəlsəfəsi  və  incəsənəti  ilə 
əlaqələndirirdilər, məlumdur ki, burada qəhrəmanlıq ideyası öz 
ifadəsini  həm  də  mifologiyada  tapmışdır.  Mifologiyada 
qəhrəman 
fövqəlinsani 
gücə 
malikdir,  allahlar 
ona 
himayədarlıq edir; o, insan nəsli naminə hünər, şücaət göstərir. 
Öz  qismətinə  inanan  qəhrəman  təsəvvür  edir  ki,  gördüyü 
əməllər onun taleyindədir. 
  Hesab  olunurdu  ki,  müasir  dünyada  qəhrəmanlıq  üçün 
yer  artıq  qalmamışdır,  çünki  hər  bir  insan  üçün  davranış 
qaydaları  ciddi  şəkildə  müəyyənləşdirilmiş,  onun  hüquq  və 
vəzifələri göstərilmişdir. Amma İntibah dövründə qəhrəmanlıq 
ideyasına bir də qayıtdılar. 
Faydalılıq  predmet  və  hadisələrin,  eyni  zamanda  insan 
hərəkətlərinin  ictimai  mənada  əhəmiyyətli  olmasını  bildirən 
anlayışdır.  Həmin  hadisələr  və  hərəkətlər  hər  hansı  bir  maraq 
və  mənafelərin,  qarşıya  qoyulan  məqsədlərin  təmin 
olunmasında  müsbət  rol  oynayırlar.  İnsanların  əxlaqi 
fəaliyyərində faydalılıq anlayışı hərəkəti, onun real, əldə olunan 
nəticələri baxımından xarakterizə edir. 
  Əxlaqi  təlimlər  tarixində  faydalılıq  anlayışı  əxlaqi 
kateqoriya  kimi  xarakterizə  olunurdu:  bunun  üçün  əxlaqi 
fəaliyyətin  məqsəd  və  vasitələri,  bu  fəaliyyətin  məqsədyönlü 
olması  göstərilirdi.  Məsələn,  qədim  Hindistanda  materialistlər 
və  qədim  Yunanstanda  sofistlər  hesab  edirdilər  ki,  əxlaqi 
hərəkətlərin  meyarı  və  son  məqsədi  onların  insana  gətirə 
biləcək  faydadır.  Sonradan  faydalılıq  kateqoriyası  əxlaqın, 
mənəviyyatının  əsası  olduğu  haqqında  fikri  Spinoza,  Hobbs, 
Lokk, fransa materialistləri irəli sürdülər. Ümumiyyətlə, demək 
olar  ki,  bütün  dövrlərdə  mənəviyyat  insanların  real  tələbatları 
ilə  uzlaşdırılırdı.  Faydalılıq  ideyası  daha  qabarıq  şəkildə  öz 
ifadəsini  Iyeremiya  Bentamın  utilitarizm  nəzəriyyəsində 
tapmışdır.  Cəmiyyətin  həyatında  əxlaqın  əhəmiyyəti  onun 
fayda verə biləcək bacarığı ilə əlaqələndirilirdi. 


320 
 
Ləyaqət  insanın  əxlaqi  şəxsiyyət  olaraq  dəyərlilik 
ölçüsünü  bildirən  əxlaqi  şüur  anlayışıdır.  Ləyaqət  həm  də 
insanın  özü-özünə  və  cəmiyyət  tərəfindən  ona  olan  xüsusi 
əxlaqi münasibətini bildirən əxlaqi kateqoriyadır. Ləyaqət həm 
də  insan  tərəfindən  dərk  edildiyinə  görə  o,  özünüdərk  və 
özünənəzarət  forması  kimi  də  qiymətləndirilməlidir.  Öz 
ləyaqətini  təsdiqləmək  üçün  insan  gərək  müvafiq  əxlaqi 
hərəkətləri həyata keçirsin (və ona zidd olanları rədd etsin). Bu 
mənada  insan  tərəfindən,  vicdan  və  şərəflə  yanaşı  öz 
ləyaqətinin  düşünülməsi  həm  də  şəxsiyyət  kimi  məsuliyyətin 
özündə aşılanması yollarından biridir. 
  Digər  tərəfdən,  şəxsiyyətin  ləyaqəti  digər  insanların 
həmin şəxsiyyətə hörmət saxlamaq, onun hüquq və imkanlarını 
qəbul  etmək,  ona  qarşı  tələbkar  olmaq  kimi  keyfiyyətləri 
bildirir.  Bəzən  ləyaqəti  insanın  fövqəl  mahiyyətinə  yanaşması 
mənasında  axtarırlar  (bəzi  dini,  etik  məktəblər,  dini 
ekzistensializm və s.). 
  Yəqin  ki,  ləyaqət  insanın  tarixi  inkişafının  müvafiq 
mərhələsini,  onun  həyat  şəraitinə  və  fəaliyyətinə  uyğunluğunu 
da  göstərir.  Məsələn,  feodal  cəmiyyətdə  insan  təbəqələşmə 
mövqeyindən  qiymətləndirilir,  burada  ləyaqətin  daha  çox 
ictimai  kökləri  özünü  ifadə  edirdi.  Burjua  etikasında  şəxsi 
ləyaqəti  insanın  müəyyən  bacarıq  və  qabiliyyətləri  nümayiş 
etdirməklə özünütəsdiqini bildirir. 
Nikbinlik  (latınca  optimus  –  “ən  yaxşı”  deməkdir) 
dünyanın,  cəmiyyətin  inkişafının  ümumi  gedişatına  bir 
baxışdır.  Burada  hesab  olunur  ki,  xeyirxahlıq  şər  qüvvələrinə, 
ədalət  isə  ədalətsizlik  üzərinə  qalib  gələcək;  insan  daima, 
sonsuz  dərəcədə  sosial  inkişafa,  əxlaqi  kamilliyə  doğru 
irəliləməyə  qadirdir.  Nikbinliyin  əksi  bədbinlikdir.  Nikbinlik 
ictimai  əhval  ruhiyyə,  fəlsəfi-etik  baxışlar  sistemi  olaraq 
mənəvi və sosial-tarixi tərəqqi ideyası ilə sıx bağlıdır. Nikbinlik 
insanın  həyatda  istiqamətlənmə  üsulu  olaraq  gələcəkdə  ona 
arzuların faş olunması ümidini verir. Məhz buna görə nikbinlik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə