Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

321 
 
prinsipini fərdin davranışı üçün faydalı bir əsas olduğunu hesab 
etmək olar. Yaxşı gələcəyə inam şəxsiyyətin yaradıcı qabiliyyət 
və  bacarıqlarının  aşkar  olunmasına  səbəb  olur,  ona  özündə 
müsbət  əxlaqi  keyfiyyətləri  formalaşdırmağa  köməklik  edir. 
Etika  tarixində  nikbinliyi  müxtəlif  cürə  əsaslandırırdılar. 
Məsələn,  Platon  mütləq  ədalət  və  xeyiri  qəbul  edir,  bunların 
ideyalar aləmində olduğunu geyd edir. Bu dünyada isə insan o 
şərtlə  fəzilətli  ola  bilər  ki,  onun  ağlı  (məhz  ağıl  vasitəsilə  o, 
ideyalar  aləmi  ilə  ünsiyyət  yarada  bilər)  həyat  şəraitini  özünə 
tabe edə bilsin. 
 Demokrit,  Aristotel,  Epikür,  digər  qədim  dövrünün 
filosofları  düşünürdülər  ki,  insan  öz  hissi  tələblərini  ağıllı 
şəkildə  idarə  etməklə  özünə  fəzilətli,  xoşbəxt  ömrü  təmin  edə 
bilər.  Xristian  əxlaqının  nümayəndələri  Avqustin,  Akvinali 
Foma isə hesab edirdilər ki, xeyirin qələbəsi Allahın iradəsi ilə 
bağlıdır,  bu  isə  yalnız  axirət  dünyasında  mümkündür.  Bu 
dünyada ağrı, əzab-əziyyət həddindən artıq çoxdur, axı günah, 
günahkarlıq  insan  təbiətinin  aparıcı  tərəfidir.  Beləliklə,  burada 
nikbinlik elə əslində bədbinlikdir.  
Yeni  dövrdə  nikbinliyinin  mütləq  ifadəsinin  tərəfdarı 
Leybnits  olmuşdur.  O,  hesab  edirdi  ki,  dünya  kamil  olmayan 
varlıqlardan  ibarətdir  (kamil  və  əbədi  olan  yalnız  Allahdır), 
buna  görə  də  şər  burada  qaçılmazdır.  Aydındır  ki,  Allah  pis 
dünyanı yarada bilməz, yaxşılıq pisliyi, şəri üstələyir. Yəqin ki, 
xeyirin qalib gəlməsi üçün şər bir şərt, fondur, bizim dünya isə 
bütün  mümkün  aləmlərdən  ən  yaxşısıdır.  Sonradan  İ.  Höte, 
Fixte  və  digər  mütəfəkkirlər  də  bu  fikirlə  razılaşırdılar.  Hegel 
tarixdə tərəqqini göstərərkən nikbinliyə əsaslanırdı. Xeyir əldə 
edilmiş  azadlıq,  dünyanın  inkişafının  son  məqsədidir.  Şər 
həyatda  zəruri  olsa  da,  gərək  əngələ  çevrilməsin.  Bunun  üçün 
onu mütləq fəth etmək və irəliyə doğru getmək lazımdır. Sosial 
tərəqqiyə inam həm də bir çox müasir tədqiqatçılar, siyasətçilər 
və adi insanlar üçün xasıdr. 


322 
 
Yaxşılıq (covmərdlik) əxlaqi şüura aid olan anlayışlardan 
biri olaraq şəxsə, sosial qrupa, sinfə, cəmiyyətə xas olan müsbət 
davamlı  keyfiyyətlərin  ümumiləşdirilmiş  ifadəsini  bildirir.  Bu 
zaman  həmin  keyfiyyətlərin  əxlaqi  dəyəri  (qiyməti)  verilir. 
Yaxşılığın  əksi  pislikdir. Yaxşılıq  anlayışı onu  göstərir ki,  hər 
hansı  bir insan bu və  ya digər əxlaqi  keyfiyyətin daşıyıcısıdır. 
Yaxşılıq  haqqında  təsəvvürlər  antik  və  feodal  cəmiyyətlərin 
əxlaqi  şüurunda  fəal  rol  oynayırdı.  Hesab  olunurdu  ki, 
şəxsiyyət  ictimai  əxlaqın  təmsilçisi  və  daşıyıcısıdır.  Əxlaqi 
keyfiyyətlər  insanın  təbii  meyllərindədir  və  onların 
psixikasından irəli gəlir. 
Məsuliyyət  etik  kateqoriyadır.  Məsuliyyət  şəxsiyyətin, 
ona  qarşı  irəli  sürülən  əxlaqi  tələblərə  uyğun  cəmiyyətə 
münasibətdir. İnsan borcu ondan ibarətdir ki, o, hansısa əxlaqi 
tələbləri real şəkildə müəyyən halda düşünüb tətbiq etməlidirsə, 
əxlaqi məsuliyyət həmin görülən hərəkətin, əməlin necə yerinə 
yetirilməsini  və  yaxud  insanın  burada  günahkarlıq  dərəcəsini 
bildirir.  Məsuliyyət  şəxsiyyətin  əxlaqi  fəaliyyətinin,  onun 
özünün  borca  necə  uyğun  gəldiyini  bildirir.  Bununla  əlaqədar 
məsuliyyət  aşağıdakı  məsələni  əhatə  edir:  nə  dərəcədə  insan 
ona  qarşı  irəli  sürülən  tələbləri  yerinə  yetirməyə  qadirdir?  O, 
bunları  düzgün  başa  düşüb  dərk  edibmi?  Onun  fəaliyyət 
imkanları  və  bacarıqlarının  hüdudları  nə  qədərdir?  İnsan 
gördüyü  işinin  ümumi  nəticələrinə  cavabdehdirmi,  o,  həmin 
işin xarici təsirinə cavab verməlidirmi, onları qabaqcadan görüb 
qarşısını  almağı  bacarmalıdırmı?  Bu  suallara  verilən  cavablar 
müxtəlif olur, çünki sosial mühit və şərait də müxtəlifdir. 
Aydındır  ki,  cəmiyyətdə  insan  məsuliyyəti  dövrdən-
dövrə dəyişilir. Bunun səbəbi dünyanın getdikcə daha dərindən 
dərk  edilməsi  və  mənimsənilməsidir.  Burada  özgələşmənin 
rolunu  da  nəzərə  almaq  lazımdır.  Əvvəlki  dövrlərdə  insan 
hərəkətlərində  tale-qismətin  rolunu  hədsiz  dərəcədə  şişirdilər. 
Şəxsi  məsuliyyət  hüquqi  dövlət,  vətəndaş  cəmiyyəti  şəraitində 
artır. 


323 
 
Xeyir (yaxşılıq) anlayışının məzmunu müxtəlif dövrlərdə 
fərqli  idi.  Məsələn,  qədim  Yunanstanda  xeyir  haqqında 
təsəvvürlər  ilk  növbədə  cəsarət,  mötədillik,  müdriklik  və 
ədalətdə  uzlaşdırılırdı.  Bu  barədə  Platon  yazırdı.  Aristotel  də 
qeyd  edirdi  ki,  xeyir  insan  tərəfindən  sosial  təcrübə  əsasında 
qavranılır.  Orta  əsrlərdə  xristian  etikasında  xeyir  dedikdə  üç 
məziyyət  göstərilirdi:  inam,  ümid,  sevgi  (ilk  növbədə  həmin 
anlayışlar  dini  məzmun  daşıyır  və  Allahla  əlaqələndirilirdi). 
Bununla  da  xeyir  asketizm  baxımından  qiymətləndirilirdi. 
Insan  bu  dünyanın  naz-nemətindən  əl  çəkib  bütün  ümidlərini 
axirət günü ilə bağlamalı idi. İntibah dövründə və Yeni dövrdə 
xeyir anlayışı insan xoşbəxtliyi ilə əlaqələndirilirdi. 
  Bütövlükdə  xeyir  haqqındakı  təsəvvürlər  konkret,  real 
sosial-tarixi  şərait  ilə  birbaşa  əlaqəlidir.  İnsanı  əhatə  edən 
aləmin  predmet  və  hadisələrinin  müsbət  dəyərini  bildirən 
anlayışdır. Bu xeyirin növlərindən biri, əxlaqi dəyər, fəzilətdir. 
Bəzən  xeyir  və  fəzilət  sözlərini  sinonim  kimi  istifadə  edirlər. 
Bizi  əhatə  edən  predmet  və  hadisələr  insanların  maraqlarına 
cavab  verdikdə,  bir  o  qədər  onların  xeyiri  artır.  Tarixi  inkişaf 
ziddiyyətli  xarakter  daşıyır,  ona  görə  də  bəzi  adamlar  üçün 
xeyirli olan digərlər üçün ziyanlı və təhlükəli ola bilər. Bununla 
belə xeyirin ümumbəşəri məzmunu  da var.  İnsan maraqlarının 
formalaşması prosesi xeyirin nisbi xarakterini göstərir. 
  Yaxşılıq  da  əxlaqi  şüur  tərəfindən  xeyir  kimi 
qiymətləndirilir,  çünki  bu  müsbət  əxlaqi  məna  daşıyan  bir 
hərəkətdir. Yaxşılığın geniş mənası ümumsosial ola bilər, çünki 
bütün insanların xeyrinə cavab verir. Bunu  yüksək amal, ideal 
naminə həyata keçirirlər. 
Etibarlılıq  digər  insana,  onun  əməllərinə  münasibəti 
bildirir və həmin insanın haqlı, doğru olmasına, onun inamına, 
düzlüyünə, 
vicdanlılığına 
əsaslanır. 
Etibarlılığın 
əksi 
etibarsızlıq,  şübhəlilikdir;  bu  zaman  ümumi  məqsədə  sadiq 
olması, onun hərəkətlərində motivlərin səmimiliyi şübhə altına 
alınır. Cəmiyyət tarixində etibarlılıq onların birgə fəaliyyətində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə