324
səylərin birləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bununla
belə sinifli cəmiyyətdə insanların maraq və mənafelərin fərqli
olduğu üçün etibarlılıq bəzən yalan, hiylə, oğurluq və s.
praktikası ilə əvəz olunmağa başlayır. Nəticədə insanlarda bir-
birinə qarşı inamsızlıq yaranmağa başladı.
Dostluq insanların qarşılıqlı münasibətlər formasından
biridir, yoldaşlıq anlayışına yaxındır. Dostluq birbaşa ünsiyyət,
birgə fəaliyyət, maraq, əqidə, meyllər və dünyagörüşünün
ümumiliyi əsasında formalaşır. Dostluq münasibətləri insanlar
arasında yaranan sabit əlaqələrdə, qarşılıqlı yardımda, dəstəkdə,
anlamda, hörmət və etibarda özünü bildirir. Bu münasibətlərə
qarşılıqlı dəstək, simpatiya, bağlılıq, rəğbət hissləri uyğun gəlir.
Dostluğun əksi düşmənçilikdir. Dostluq və ona uyğun
əxlaqi tələblər hələ qədim dövrdə meydana gəlmişdir. Bu
zaman insanlar öz şəxsi münasibətlərini icma və sosial
əlaqələrdən fərqləndirməyə başlamışlar. Əgər insanlar arasında
yabançı münasibətlər və biganəlik, qısqanclıq hökm sürürsə,
dostluğu yalnız mümkünsüz bir ideal kimi qiymətləndirirlər.
Platon göstərirdi ki, dostluq yalnız xeyirxah və bir-birinin
günahından keçməyi bacaran insanlar arasında mümkündür.
Adam Smit dostluğu “təbii simpatiyanın” təzahürü kimi
qiymətləndirirdi. Holbax dostluğun idealını “qarşılıqlı
xoşbəxtliyə” nail olmaq yolunda bir vasitə olduğunu göstərirdi.
Siseron dostluq haqqında demişdir ki, o, yalnız vicdanlı,
namuslu adamlar arasında mümkündür. Bəs vicdanlı adamlar
kimlərdir? Belə adamlar etibarlı, əliaçıq, obyektivdirlər. Bunlar
pozğun, sırtıq yox, olduqca mətindirlər.
İnsanlar cəmiyyətdə
ünsiyyət qurur. Bizə daha yaxın olanlar bizim doğmalar və
bizim əzizlərimizdir ki, onlarla daha çox dostluq əlaqələri
qururuq. Qohumlarla dost olmaq elə təbii bağlılıqdan irəli gəlir,
amma belə dostluğa möhkəm demək olarmı? Dostluq
qohumluq əlaqələrindən daha güclü bir şeydir, çünki
qohumluqda qarşılıqlı rəqabət
itə bilər, dostluqda isə heç vaxt.