Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

327 
 
bağlılığı,  xeyirxahlığı  itirsək,  həyat  da  öz  mənasını  itirər. 
Ləyaqətin qədrini bilin, çünki onsuz dostluq mümkün deyil. 
Siseron  insan  vəzifələri  haqqında  belə  yazır:  “insan 
həyatı  belə  qurulub  ki,  onun  heç  bir  tərəfi  vəzifədən,  borcdan 
yan  keçə  bilməz.  Borca,  vəzifəyə  qulluq  etmək  həyatımızın 
gözəl tərəfidir. Bunlardan qaçmaq isə biyabırçılıq, eyib sayılır. 
Bütün  bunlar  öz  növbəsində  fəzilətlə,  comərdliklə  bağlıdır. 
Siseron göstərir ki, insanlar xeyiri faydalılıq dərəcəsi ilə ölçür, 
əxlaqi gözəlliyi burada nəzərə almırlar. Ona görə də ağrını bir 
dərd olduğunu hesab edən adam heç vaxt cəsarətli ola bilməz
1
.  
Əxlaqi  etiqad  şəxsiyyətin  əxlaqi  fəaliyyətinin  rasional 
əsasını  təşkil  edir,  bunun  əsasında  o,  şüurlu  şəkildə  bu  və  ya 
digər əməlini həyata keçirərək müəyyən davranış tərzinin zəruri 
və  məqsədəuyğun  olmasını  dərindən  dərk  etsin.  Etiqad  insan 
şüurunda dərin kök salmış əxlaqi təsəvvürlərə, yəni normalara, 
prinsiplərə,  ideallara  deyilir  ki,  o  özü  üçün  onlara  əməl 
olunmasını  vacib  bilir.  Əqidə  insan  əməllərinə  təsir  edərək 
onun  fəaliyyət  motivinə  çevrilir.  Bu  motivlərə  əsasən  insan 
hərəkət  edir. Etiqad sosial  fəaliyyətin obyektiv şəraitinin təsiri 
altında  formalaşır.  Mənəvi  mədəniyyətin,  toplanmış  şəxsi 
praktik təcrübənin də burada xüsusi əhəmiyyəti var. 
  Etiqadın  formalaşması  şəxsiyyətin  mənəvi  tərbiyəsi 
vəzifələrindən  biridir.  Bu  proses  mürəkkəb,  ziddiyyətli  və 
çoxcəhətlidir.  Etiqad  həm  də  cəmiyyət  tərəfindən  onun  ayrı-
ayrı  üzvlərinə,  bir  insandan  digərinə  izahetmə  yolu  ilə  əxlaqi 
təsəvvürlərin  ötürülməsi  deməkdir.  Burada  ictimai  rəyin  də 
xüsusi əhəmiyyəti var. 
  Hörmət  əxlaqın  vacib  tələblərindən  biridir.  Burada, 
insanlarda  praktiki  olaraq  ləyaqətin  tanınması  əsasında  onlara 
qarşı  formalaşan  münasibət  nəzərdə  tutulur.  Hörmət  dedikdə 
cəmiyyətin  əxlaqi  şüurunda  ədalət,  hüquq  bərabərliyi,  insan 
maraqlarının  mümkün  qədər  tam  ödənilməsi,  onlara  azadlığın 
                                                 
1
  Марк  Туллий  Цицерон.  О  пределах  блага  и  зла.  Парадоксы  стоиков. 
М.: Российский государственный гуманитарный университет, 2000.  


328 
 
verilməsi,  onlara  etibar  etmək,  onların  inam  və  əqidəsinə 
diqqətlə  yanaşmaq,  nəzakətlilik,  təvazökarlıq,  incəlik  və  s. 
nəzərdə  tutulur.  Hörmətin  əksi  olan  hörmətsizlik  özünü 
mənasız  və  qəddarcasına  ifadə  olunan  zorakılıqda,  istibdadda, 
ədalətsizlikdə, 
bərabərsizlikdə, 
azadlığın 
basılmasında, 
ləyaqətin  tapdanılmasında,  inamsızlıqda,  kobudluqda  və  s. 
ifadə olunur. 
  Adları 
çəkilən 
anlayışlara 
verilən 
mənalardan 
formalaşan hörmət və hörmətsizlik cəmiyyətin sosial xarakteri, 
burada formalaşan sosial münasibətlərlə müəyyən olunur.  
Indi isə əxlaqi keyfiyyətlər haqqında. 
Əxlaqi  keyfiyyətlər  əxlaqi  şüura  aid  olan  anlayışlardır. 
Bunların  köməyi  əsasında  ictimai  həyatda  təkrarlanan,  ən 
xarakterik  davranış  xüsusiyyətləri  müəyyənləşdirilir  və  əxlaqi 
cəhətdən  xarakterizə  olunur.  Əxlaqi  keyfiyyətlər  (məsələn, 
alicənablıq,  doğruçuluq,  namərdlik,  xəsislik,  əliaçıqlıq, 
lovğalıq,  təvazökarlıq  və  s.)  həm  insan  hərəkətlərini,  həm  də 
onun  xasiyyətini  xarakterizə  edirlər.  Məsələn,  vicdanlı  həm 
hərəkətə, həm də insan xasiyyətinə demək olar.  
  Əxlaqi  keyfiyyətlər  həm  müsbət,  həm  də  mənfi  olur 
(məziyyətlər və qüsurlar). Əxlaqi keyfiyyətlər əxlaqi norma ilə 
müqayisədə  daha  ümumi  və  mürəkkəb  hesab  olunur.  Burada 
insan  tərəfindən  nəyə  əməl  etməli  olduğu  hallar  işlənmir; 
ümumi  şəkildə  insan  davranışı  müəyyən  mənada  xarakterizə 
olunur.  Məsələn,  tələbkarlıq  keyfiyyəti  bir  sıra  hərəkətlərdə, 
əməllərdə  ifadə  olunur.  Deməli,  bu  anlayış  vasitəsilə  ifadə 
olunan əxlaqi tələb bir sıra daha konkret davranış normalarının 
icrasını  tələb  edir.  İnsan  bu  zaman  nəyə  əməl  edəcəyini  özü 
düşünüb  tapmalıdır.  Əxlaqi  keyfiyyətlər  anlayışında  göstəriş 
verməklə  yanaşı  həm  də  qiymətvermə  nəzərdə  tutulmuşdur: 
burada həmin hərəkətə müsbət vıə yaxud mənfi münasibət ifadə 
olunur. 
  Ona  görə  də  əməlin  (və  yaxud  insan  keyfiyyətinin) 
tapılması  ona  mənəvi  qiymətin  verilməsi  üçün  bir  meyyar, 


329 
 
əsasdır (məsələn: bu hərəkət pisdir, çünki xəyanəti bildirir). İlk 
dəfə  əxlaqi  keyfiyyətləri  Aristotel  fərqləndirməyə  başlamışdır 
(məsələn, o, məziyyətləri fərqləndirib, şəxsiyyət keyfiyyətlərini 
təhlil  edib  və  s.).  Orta  əsrlər  dövründə  də  əxlaqi  keyfiyyətləri 
Aristotelin  təlimində  olduğu  kimi  qiymətləndirirdilər.  Yeni 
dövrdə  əxlaqi  keyfiyyətləri  həm  xasiyyət  göstəricisi,  həm  də 
cəmiyyətdə qəbul olunmuş davranış üsulu kimi qəbul edirdilər. 
İnsanı sosial mühit formalaşdırır, deməli, xeyir və şəri bildirən 
keyfiyyətlər də cəmiyyətin məhsulu olaraq qalır. 
Qənaətçilik  əxlaqi  keyfiyyətlərdən  biridir  və  insanların 
maddi  və  mənəvi  sərvətlərə  qayğısını  bildirir.  Qənaətçiliyi 
adətən israfçılığa, dəb-dəbəyə, yiyəsizliyə qarşı qoyurlar. Bəzən 
qənaətçilik  tamahkarlıq,  acgözlük,  hərisliklə  yan-yana  gedir. 
Əslində, qənaətçilik ictimai sərvətlərin düzgün, faydalı istifadə 
olunması deməkdir. 
  Alicənablıq  və  yaxud  nəciblik  insan  hərəkətini  onu 
reallaşdırmağa  sövq  edən  yüksək  məqsədlər  və  motivlər 
baxımından  xarakterizə  edən  əxlaqi  keyfiyyətdir.  Buraya  bir 
sıra  müsbət  keyfiyyətlər,  o  cümlədən  fədakarlıq,  sədaqət, 
comərdlik,  səmimilik  və  s.  daxildir.  Müxtəlif  tarixi  dövrlərdə 
alicənablıq anlayışının  məzmunu müxtəlif olmuşdur. Çox vaxt 
nəciblik  ali  təbəqəyə  -  zədaganlara  aid  edilirdi.  Hal-hazırda 
alicənablıq ayrıca götürülmüş fərdin xüsusiyyəti kimi göstərilir. 
Bu  keyfiyyətin  məzmununa  ümumbəşəri  məzmunlu  anlayışlar 
aid edilir (humanizm, özünü fəda verməyə hazırlıq, vicdanlılıq, 
dönməzlik və s.). 
Əxlaqi keyfiyyətlərdən biri də nəzakətdir. Nəzakət insan 
davranışı  tərzidir,  burada  ətrafdakılara,  insanlara  hörmət 
bəsləmək  vərdişi  adi  bir  qaydaya  çevrilmişdir.  Nəzakət 
davranış  mədəniyyətinin  başlıca  təbəbidir.  Buraya  diqqətli 
olmaq, hər bir şeydə xeyirxah olmaq, ehtiyacı olan hər bir kəsə 
lazımi  yardım  və  qulluq  etmək,  ədəbli  olmaq  və  s.  kimi 
qaydalar  daxildir.  Nəzakətin  tərsi  kobudluq,  qanmazlıq  və 
insanlara laqeyd münasibət kimi keyfiyyətlərdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə