Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

32 
 
etdirir. Məlumdur ki, əxlaqi ideyalar tarixində mənəvi tələbləri 
Allahdan,  Kainatdan,  insan  “təbiətindən”  və  s.  irəli  gələn 
ehkamlar olduğu hesab  olunurdu. Bəzən də ayrı-ayrı siniflərin 
baxışları  və  mövqeləri  ümumbəşəri  adi  ilə  qəbul  etdirilirdi. 
Gərək  unutmayaq  ki,  əxlaqi  prinsiplər  və  tələblər  ilk  növbədə 
insan  cəmiyyətində,  müəyyən  tarixi  şəraitdə  yaranmış  və 
inkişaf etmişdir. 
 
1.5. Qədim Çində və Hindistanda əxlaqi ideyalar və 
təsəvvürlər 
 
Bütün
 
ənənəvi sayılan cəmiyyətlərdə (xüsusilə bu Şərqə 
aiddir)  davranış  stereotipləri,  yəni  insanların  vərdiş  etdikləri 
sosial  struktur  ünsürləri,  inzibati-siyasi  quruluş,  ünsiyyət 
qaydaları  (o  cümlədən  nitq)  –  cəmiyyətin  sabit  və  davamlı 
inkişafı  üçün  bir  zəmin  rolunu  oynamışdır.  Belə  ənənəvi 
cəmiyyətlər  latın  Amerikası,  Afrika,  Asiya  ölkələrində  uzun 
müddət mövcud olmuşdur. Bu mənada Hindistan və Çin xüsusi 
maraq  doğurur.  Çin  ölkəsində  ənənəvilik  elə  bir  dərin  iz 
salmışdır  ki,  min  illər  ərzində  bunun  sarsıdılması  qeyri-
mümkün  olmuşdur.  Hələ  e.ə.  1000  əvvəl  cəmiyyətin  idarə 
olunmasında  əxlaqi  dəyərlərin  əsaslı  rol  oynaması  ideyası 
hakim  mövqe  tuturdu.  Allahları  ilahiləşdirmək  əvəzinə  burada 
əcdadların, 
real 
qəbilə 
və 
nəsil 
qəhrəmanlarının 
ilahiləşdirilməsi prosesi başlandı.  
Ilahiləşdirmədən kənarda qalmayan yeganə obyekt səma 
olmuşdur. Səmanın rolu (simasız, adsız və təbii olan səmanın) 
qədim  dövrdə  etik  dəyərlərin  rolu  və  əhəmiyyətini  nəəzərə 
alaraq  sosial  ahəngdarlığa  nail  olmasından  ibarət  idi.  Sosial 
ahəngdarlığa,  sosial  ideala,  real  şəkildə  davranış  qaydalarına, 
adət-ənənələrinə, ədəb-ərkana necə nail olmaq yolu göstərilirdi. 
Uzun  müddət  ərzində  və  xüsusi  olaraq  Konfutsi  dövründə  bu 
istiqamətdə  mühüm  işlər  aparılırdı.  Burada  birləşən  əxlaqi 
ideyalar  və  bütün  həyat  sahələrini  əhatə  edən  ibadətlər  “li” 


33 
 
anlayışı vasitəsilə ifadə olunmuşdur. İbadətlər (rituallar) bəzən 
hədsiz  dərəcədə  ehkamlaşdırılır,  bütə  çevrilirdi.  “Li” 
anlayışının  interpretasiyası  iki  mənada  gedirdi:  1.  Bu,  əsasən 
insanın  daxili  borcu  və  ləyaqət  hissidir.  2.  İnsanın  cəmiyyət 
qarşısında yerinə yetirdiyi vəzifələrdir. 
Çində  etikanın  əsas  inkişaf  xüsusiyyəti  (demək  olar  ki, 
dünyanın əksər və xüsusilə, ənənəvi olan ölkələrə də bu xas idi) 
ondan  ibarətdir  ki,  onun  elementləri  əxalq  sahəsindən  başqa 
həm  də  ibadətləri,  ritulları,  mərasimləri,  adət  və  ənənələri, 
vətəndaş  hüququnu  əhatə  edirdi.  Əxlaq  burada  davranış 
qaydaları  kompleksi  olaraq,  istər  sosial  və  antropoloji,  istərsə 
də  qnoseoloji  və  ontoloji  mənalarda  istifadə  olunurdu.  Məs. 
biliklər, varlığın ölçüləri və digər göstəriciləri də onların əxlaqi 
əhəmiyyətinə görə qiymətləndirilirdi. Məsələn, varlığı “fəzilət”, 
“xeyrixahlıq”,  “səmimilik”  kimi  kateqoriyalar  vasitəsilə 
qiymətləndirirdilər.  Konfutsi  dövründən  etibarən  əxlaqi 
ideyalar  həm  də  dini  mahiyyətli  hesab  olunmağa  başlandı, 
bütün vətəndaşlar üçün təkzibedilməz kodeksə çevrildi. Burada 
əsas  rolu  “cəza”  qorxusu  yox,  vərdiş,  yəni  hər  hansı  bir 
hərəkətin, ritualın stereotipə çevrilməsi halı oynayırdı. 
“U tzin” (5 kitab) adlı qanunlar kitabı Çində eramızın lap 
əvvəllərində  tərtib  olunmuşdu.  Bunların  içində  əxlaqi 
dəyərlərin  təbliği  baxımından  “Li  tzi”  əsəri  (traktat)  daha 
əhəmiyyətli idi. Bu kitab uzun müddət ərzində çinlilərin əxlaqi 
dəyərlər  ensiklopediyasına  çevrilmişdir.  Burada  ilk  növbədə 
əcdadların ağıllı kəlamları, qayda-qanunlarla bağlı fikirlər ifadə 
olunurdu.  Təxminən  300  əsas  və  3000  əlavə  qaydalar  burada 
izah  olunur  ki,  onlara  hər  bir  kəs  ciddi  şəkildə  əməl  etsin.  Bu 
qaydaların  hesabına  cəmiyyətin  və  dövlətin  sabitliyi  zəruri 
şəkildə təmin olunurdu
1
.  
Budduizm  (sanskrit  dilində  buddha  –  şölələnmiş,  vəhyə 
nail olmuş deməkdir), dünya dinlərindən biri olaraq hələ e.ə. V 
                                                 
1
 Этика и ритуал в традиционном Китае. Сб. статей. М.: Изд. «наука», 
1988 – 331 с. 


34 
 
– IV əsrlərdə yaranmışdır. Buddizmin etik təliminə görə varlıq 
həmişə  əzabkeşlidir;  ilahi  varlıq  bu  dünyanı  elə  yaradıb  ki, 
fiziki  ölüm  həyatın  tükənməsini  bildirmir:  ölən  ruh  başqa  bir 
cilddə  yenidən  dünyaya  gəlir.  Hər  bir  yaranış  ruhu 
kamilləşdirir, o, özündə yaxşılıqları toplayır və bununla da xilas 
yoluna  çıxır,  daxili  bütövlük  və  xarici  varlıqdan  tam  təcridlik 
halına  (nirvanaya)  nail  olur.  İnsanın  bu  yolu  karma  adlanır. 
Yenidən  dünyaya  gəlməsinin  səbəbi  –  həyata  olan  bağlılıqdır. 
Son yaranışa o adam nail ola bilər ki, o bütün əzab-əziyyətə tab 
gətirərək, bu dünyaya özünü bağlayan bütün telləri qıra bilsin. 
Əsas  tələblərdən  biri  –  kim  olursa  olsun,  ona  qarşı  insanın 
özünü  gözləməsidir,  yəni  heç  kəsə  ziyan  vurmamaq, 
“yamanlığa 
yamanlıqla” 
cavab 
verməmək 
prinsipini 
gözləməkdir. 
  İdeal  adam  odur  ki,  o  özündə  bütün  emosiyaları  basıb 
qorxmadan ədalətsizliyə, zorakılığa, zülmə baxsın. Lamaizmdə 
on  ağ  fəzilət  və  on  qara  günah  fərqləndirilir  ki,  bunların 
xilasolunmaya  (nirvanaya)  təsiri  vardır.  Günahlar  cismani 
(həyatdan  məhrum  etmək,  oğurlamaq,  pozğun  həyat  sürmək), 
sifahi  (yalan,  böhtan,  acıdillik,  adamı  dolamaq)  və  şüuri 
(düşüncə,  paxıllıq,  bidətçilik,  kin)  olur.  Hər  birinin  konkret 
cəzalandırma  yolları  göstərilib.  Yaxşılıqlara  görə  (məs.,  əl 
tutmaq,  zəkat  paylamaq,  doğruçuluq,  düşmənçiliyi  yatırmaq, 
“müqəddəs  yazıya”  səcdə,  dinin  həqiqiliyinə  inanmaq  və  s.) 
gələcəkdə ən  yaxşı  qayıdışlar, behiştlik, xilasolunma (nirvana) 
vəd olunur
1

 
Müstəqil iş 
Suallar  
1.
 
İlk əxlaqi düşüncələrə səbəb nə olmuşdur? 
2.
 
Əxlaqda insanlar və allahların münasibətləri və 
insanların bir-birinə münasibətləri nə ilə fərqlənir? 
                                                 
1
 Этические учения древней Индии // http://etika-education.ru/  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə