Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə110/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

336 
 
keyfiyyətdir.  İnsan  bu  zaman  öz  qüvvələrinə  inamını  itirir, 
xarici  qüvvələrə  tabe  olur,  tale  ilə  barışır,  öz  məğlubiyyətini 
qəbul  edir,  yaxşı  gələcəyə  ümidini  itirir.  Bu  cür  əhval  – 
ruhiyyənin  əmələ  gəlməsinin  əsas  səbəbi  cəmiyyətdə  və 
təbiətdə mövcud olan müəyyən qanunauyğunluqlardır ki, insan 
üçün bunlar nəzarətdən kənar olan kortəbii qüvvələr kimi çıxış 
edir.  Dinlərdə  məhz  barışıqlıq  əsas  möminlik  əlamətlərindən 
biri  sayılır.  Bu  hissin  əksi  nikbinlik  və  barışmazlıqdır;  insan 
gərək  çətinliklərə  baxmayaraq,  daim  qarşısına  qoyduğu 
məqsədə  nail  olmağı,  özünə  və  digər  insanlara  qarşı  tələbkar 
yanaşmağı, hər hansı bir mənfi cəhətə barışmaz mövqe tutmağı 
bacarmalıdır. 
Comərdlik insanın ən çətin və mürəkkəb şəraitdə özünü 
qətiyyətli  və  məqsədəuyğun  şəkildə  aparmasını  nəzərdə  tutur. 
İnsan  qarşıda  duran  məqsədə  nail  olmaq  üçün  gərək  bütün 
qüvvələrini səfərbər etməyə, lazım olsa, canından da keçməyə 
hazır olmalıdır. Comərdlik xüsusi iradi qabiliyyət olsa da (onu 
həm  də  insan  psixikası  ilə  əlaqələndirirlər)  həm  də  müəyyən 
sosial  məna  daşıyır.  Sinifli  cəmiyyətdə  comərdliyi  müəyyən 
təbəqənin  üstünlüyü  kimi  qiymətləndirirdilər.  Məs.,  Platon  bu 
keyfiyyəti  döyüşçülərə,  müdrikliyi  filosoflara  aid  edir, 
mötədilliyi sənətkarlarda görürdü. 
  Ümumiyyətlə  comərdlik  hər  bir  insana  xas  ola  bilər  və 
istənilən sahədə və yaxud istənilən halda özünü ifadə edə bilər. 
Lovğalıq  və  yaxud  təkəbbürlük  mənfi  əxlaqi  keyfiyyət 
olaraq  özünə  tənqidi  münasibətini  itirmiş  insanı  bildirir.  Belə 
insan  öz  bacarıq  və  üstünlüklərini  çox  yüksək  qiymətləndirir, 
ətrafdakıların  fikri  və  rəyi  ilə  hesablaşmır,  bu  və  ya  digər 
birliyi,  faktı  heç  bir  dərin  əsas  olmadan  rədd  edir.  Eyni 
zamanda  insanda  olan  sağlam  rəqabət  hissi  paxıllıq  hissinə 
qarşı qoyula bilər. 
  Lovğalıq  mənfi  əxlaqi  keyfiyyət  olaraq  özünə  qarşı 
tənqidi hissini itirən, öz bacarıq və qabiliyyətlərini şişirdən, hər 
hansı bir birlik və mədəni sahədə hamı tərəfindən qəbul edilmiş 


337 
 
təsəvvürləri  inkar  edən  adamda  özünü  ifadə  edir.  Əsasən 
lovğalıq  keçmişdə  əldə  edilən  nailiyyətlər  əsasında  (bəlkə  də 
həmin  nailiyyətlər  uydurma  idi)  əmələ  gəlir;  belə  adamlarda 
izzəti-nəfs, özünü bəyənmə, məğrurluq olduqca çoxdur. 
Tamahkarlıq  mənfi  əxlaqi  keyfiyyət  olaraq  insan 
davranışını,  onun  motivlərini  xarakterizə  edir;  belə  keyfiyyətə 
malik  insan  bütün  əməllərini,  onun  əhatəsində  olan  adamlarla 
münasibətlərini 
şəxsi 
maddi 
mənfəət 
baxımından 
qiymətləndirir.  Tamahkarlıq  insanların  maddi  nemətlərə 
münasibətdə  eqoizmin  ifadəsi  kimi  başa  düşülməlidir.  Bunun 
sosial  mənası  ictimai  marağa  nisbətdə  şəxsi  maddi  marağa 
üstünlüyün  verilməsidir.  Tamahkarlığın  kökləri  xüsusi 
mülkiyyətdədir. Məlumdur ki, müasir cəmiyyətin təşəkkülündə 
xüsusi  mülkiyyətin,  eynilə  tamahkarlığın  çox  böyük  rolu 
olmuşdur (bu barədə A.Smit dəfələrlə yazmışdır). 
Kobudluq  –  mənfi  əxlaqi  keyfiyyətdir;  bu  zaman 
davranış  mədəniyyəti  pozulur;  kobudluq  nəzakətin  əksidir. 
İnsanlara hörmətsizliyin ifadəsidir; bu zaman onların maraq və 
mənafeləri  pozulur,  kiminsə  iradə  və  arzuları  başqalara  zorla 
qəbul etdirilir, insan öz hirsini onlara tökür. 
  Kobud adamlar bəzən bilərəkdən, bəzən də düşünmədən 
ətrafdakıların  ləyaqətinə  toxunur,  özünü  sirtıqcasına  aparır, 
söyüş sözlərdən istifadə edir, dələduzluq edirlər. 
Ətalət insanın artıq köhnəlmiş vərdişlərə, adət-ənənələrə 
hədsiz  sədaqət  bəsləməsini  xarakterizə  edən  mənəvi 
keyfiyyətdir.  Nəticədə  həmin  insan  yeni,  mütərəqqi,  daha 
aktual  tələbatlara  uyğun  olanı  artıq  qavraya  bilmir.  Əxlaqi 
mənada ətalət ehkamçılığa yaxındır. Ətalətli adam öz şüurunda 
kök  salmış  ehkam  və  mövhumata  uyğun  hərəkət  edir  və  bu 
təsəvvürlərə  zidd  olan  hər  bir  şeyə  qarşı  düşmən  münasibət 
bəsləyir. Ətalətin psixi kökləri də var, çünki insan öz zehnində 
kök salmış davranış formalarından, düşüncə tərzindən asanlıqla 
əl çəkə bilmir. 


338 
 
Bununla  belə  ətalətin  ictimai  kökləri  də  var:  ictimai 
münasibətlər,  həyat  tərzi  mühafizəkar  xarakter  daşıdıqda, 
müəyyən  sosial  qrupların  maraq  və  mənafeləri  onları  yeniliyə 
qarşı  çıxmasına  məcbur  etdikdə,  ətalət  hökm  sürür.  Adətən 
hakimiyyətdə olan sosial qrup və siniflər bu mənəvi keyfiyyətə 
malikdirlər. Ətalət bürokratçılıq və formalizm ilə sıx bağlıdır. 
Riyakarlıq mənfi əxlaqi keyfiyyət sayılır. Burada əxlaqa, 
hamı  tərəfindən  qəbul  olunmuş  əxlaqi  normalara,  humanizmə 
zidd  məqsədlərə,  eqoist  maraq  və  mənafelər  naminə  alçaq 
niyyət və motivlər əsasında ali motivlər və humanist məqsədlər 
mənanı  verilir.  Burada  hərəkətin  əsil  mahiyyəti  və  ona  başqa 
məna  vermək  niyyəti  bir-birilə  toqquşur.  Riyakarlığın  əksi 
vicdanlılıq,  doğruçuluq,  səmimilikdir.  Riyakarlıq  daha  çox 
ictimai  ədalətsizlik  və  onunla  bağlı  ziddiyyətlərin  yayıldığı 
cəmiyyətdə özünü büruzə verir. Eyni  zamanda riyakarlıq ayrı-
ayrı fərdlərin psixoloji keyfiyyəti kimi də qiymətləndirilə bilər. 
O,  insan  həyatında  yaranmış  xüsusi  vəziyyət  və  şəraitlə 
əlaqəlidir,  amma  həmişə  burada  cəmiyyətdə  formalaşmış 
sosial-mənəvi tendensiyalar da nəzərə alınmalıdır. 
Tüfeyli  olmaq,  tüfeylilik  mənfi  əxlaqi  keyfiyyətdir. 
Burada  tüfeyli  həyat  sürmək  ictimai  faydalı  əməkdən  boyun 
qaçırma hal kimi xarakterizə olunur. 
  Tüfeylilik sosial hadisə kimi xüsusi mülkiyyət şəraitində 
meydana  gəlmişdir.  Cəmiyyətin  varlı  təbəqələri  arasında  bu 
hadisə  daha  çox  özünü  büruzə  verirdi.  Özgələşmə  şəraitində 
əmək  öz  yaradıcı  məzmununu  itirir.  Buraya  elmi-texniki 
inqilabın  nəticələrini  də  əlavə  etmək  lazımdır:  belə  şəraitdə 
həm  işsizlərin  sayı,  həm  də  asudə  vaxtın  həcmi  artır. 
Istehlakçılıq  meylləri  genişlənən  bir  cəmiyyətdə  bekarçılıq, 
tüfeylilik meylləri də artır. 
Xəyanət ümumi mənafeyə, həmrəyliyə, dostluğa, sevgiyə 
olan sədaqətin pozulması deməkdir. Xəyanət anlayışının mənfi 
mənası həmin adları çəkilən keyfiyyətlərinin müsbət məzmunu 
ilə müəyyən edilir.  


339 
 
Şöhrətpərəstlik  ictimai  və  əxlaqi  hiss  olaraq  özünü 
şöhrət qazanmaq naminə görülən hərəkətin motivini ifadə edir. 
Məqsəd  ümumi  diqqəti  cəlb  etmək,  ətrafdakılarda  paxıllıq  və 
qibtə hisslərini oyatmaqdır. Bu cür motivlər hər hansı bir insan, 
gündəlik 
fəaliyyət 
üçün 
səciyyəvi 
hala 
çevriləndə, 
şöhrətpərəstlik həmin adamın əxlaqi keyfiyyəti kimi çıxış edir. 
Şöhrətpərəst  adam  öz  əməllərini  ictimai  fayda  baxımından 
mənalandırmaq  qabiliyyətini  itirir.  Yalnız  şöhrət  istəyi  ilə 
yaşayan  belə  insanı  öz  hərəkətlərinə  yalnız  xarici  təsir,  yəni 
ətrafdakıların  diqqəti  maraqlandırır.  Şöhrətpərəstlik  mənfi 
əxlaqi keyfiyyət kimi cəmiyyət tərəfindən həmişə qınanmışdır. 
Vicdan,  vicdanlılıq  mənəviyyatın  vacib  tələblərindən 
birini özündə əks etdirən əxlaqi keyfiyyətdir. Buraya doğruluq, 
prinsipiallıq,  verilmiş  sözə  əməl  olunması,  görülən  işin 
dolğunluğuna  inam,  başqaları  qarşısında  səmimi  olmaq  kimi 
xüsusiyyətlər  daxildir.  Vicdanlı  insan  hər  bir  digər  insanın 
hüququnu  tanıyır.  Vicdanlılığın  əksi  yalan,  riyakarlıq, 
ikiüzlülük,  oğurluqdur.  Vicdanlı  olmaq  tələbi  sosial  həyat 
şəraitində  insanların  birgə  həyat  sürmək  tələbindən  irəli  gəlir. 
Vicdanlı olmaq ümumbəşəri tələbdir. 
 
Müstəqil iş 
 
Suallar 
1. Dəyər nədir? 
2.  Əxlaqi  dəyərlərin  təsnifatı  (ideyalar,  gercəkləşmiş 
praktiki əməllər) 
3. Xasiyyət keyfiyyətləri 
Tapşırıq  
 
İşgüzar görüşlərin xüsusiyyətləri 
2. Etiketə riayət etmə, işgüzar insan üçün effektiv imicin 
formalaşması  prosesi  çox  əhəmiyyətlidir.  Bununla  əlaqədar 
olaraq: 


340 
 
2.1.  Bu  nöqteyi-nəzərdən  istənilən  məşhur  insanın 
(siyasətçi, şoumen və s.) imicini xarakterizə etməyə çalışın: 
-  imicin  xarici  tərəfi  –  davranışda  cazibəlik,  yerişi, 
danışığı,  jestlər,  səs,  mimika,  geyim,  saç  düzümü,  yəni  baza 
etiket  formalarına  yiyələnmə  və  ümumiyyətlə  xarici  imicini 
təşkil edən müəyyən dress-koda riayət etmə dərəcəsi; 
-  imicin  daxilini  təşkil  edən  xüsusiyyətlər  (intellekt, 
düşüncə  tərzi,  peşəkarlıq,  məqsədlər  və  vasitələr,  erudisiya, 
ideyalar, maraqlar); 
-  imicin  prosessual  tərəfini  təşkil  edən  xüsusiyyətlər 
(temperament, ünsiyyət formaları, enerjililik, emosionallıq); 
-  imicin  özəyi  (özü  haqqında  təsəvvürlər,  mövqelər, 
istiqamətlənmələr). 
Yuxarıda  göstərilən  sxem  üzrə  işgüzar  insanın  şəxsi 
imicini təhlil edin. Əsas kimi "Sizin imiciniz" testindən istifadə 
edin.  İşin  sonunda  şəxsi  imicin  uyğunluğu  haqqında  işgüzar 
insanın  (fəaliyyəti  sizin  sferasına  uyğun  olaraq)  mükəmməl 
imici haqqında nəticə çıxardın. 
 
"Sizin imiciniz" testi 
İşin əsas mərhələləri 
Birinci mərhələ şəxsiyyətin fərdi işi ilə bağlıdır. Diqqətlə 
imicə  aid  olan  keyfiyyətlərin  aşağıda  göstərilən  siyahısını 
oxumaq  və  bu  keyfiyyətlərin  özündə  təzahür  xüsusiyyətlərini, 
yəni  beş  ballıq  sistem  üzrə  göstərilən  keyfiyyətlərdən  hər 
birinin  özündə  ifadə  dərəcəsini  qiymətləndirmək  lazımdır. 
Bundan  başqa,  o  keyfiyyətləri  seçmək  lazımdır  ki,  insan  onu 
özü üçün əhəmiyyətli hesab edir. 
İkinci  mərhələ.  Bu  mərhələdə  yoxlanılan  adamı  yaxşı 
tanıyan  insanlar  işləyirlər.  Onlar  keyfiyyətlərin  təzahürü 
xüsusiyyətlərini  beş  ballıq  sistem  üzrə  qiymətləndirir  və  ən 
əhəmiyyətli  keyfiyyətləri  seçirlər.  Əgər  böyük  kollektiv 
rəhbərlərinin  yoxlanması  aparılırsa,  onda  üçüncü  mərhələ  də 
lazımdır. 


341 
 
Üçüncü mərhələ. Bu mərhələdə ekspertlər qrupla işləyir, 
burada  çıxışları,  danışıqları  təhlil  edirlər.  Onlar  sadalanan 
keyfiyyətlərə qiymət qoyurlar. 
Dördüncü  mərhələ.  Bu  mərhələdə  imicin  keyfiyyətləri 
üzrə  bütün  alınmış  qiymətlər  müqayisə  edilir.  Sonra  o 
keyfiyyətləri  seçmək  lazımdır  ki,  əhəmiyyətli  olsa  da,  aşağı 
qiymət  almışlar.  Ən  böyük  diqqəti  məhz  bu  keyfiyyətlərə 
yönəltmək və onların korreksiyasına başlamaq lazımdır. 
Diqqət:  qiymətləndirilmənin  keçirilməsində  yalnız 
birinci  mərhələ  ilə  kifayətlənmək  olar,  amma  onda 
subyektivizmin dərəcəsi yüksək olacaqdır. 
Özünəqiymət  və  qiymətləndirilmə  üçün  keyfiyyətlərin 
siyahısı: 
 
1. Adekvat mimika 
2. Aksessuarlar 
3. Səliqə 
4. Əsaslılıq, əyanilik 
5. Xeyirxahlığa inam 
6. Jestlərin ifadəliliyi 
7. Yüksək özünəqiymət 
8. Yüksək hədəflər 
9. Ləyaqətli vasitələr 
10. Qəhrəmanlıq 
11. Düşüncənin elastikliyi 
12. həyat təcrübəsi 
13. Yadda qalan xarici görünüş 
14. Fikirlərin təsirliliyi 
15. İdeoloji mənalılıq 
16. Şöhrət 
17. Səmimiyyət 
18. Möhkəm sağlamlıq 
19. Bacarıq 
20. Kostyum 


342 
 
21. Mədəniyyət 
22. Lider keyfiyyətləri 
23. İnsanlara sevgi 
24. Xəyalpərəstlik 
25. Əfsanənin mövcudluğu 
26. Cazibə 
27. Ayaqqabı 
28. Öyrənmə qabiliyyəti 
29. Ünsiyyətçillik 
30. Natiqlik bacarığı 
31. Düşüncənin orijinallığı 
32. Məsuliyyət 
33. Təbiət və cəmiyyətlə vahidlik hissi 
34. Pozitiv mövqe 
35. Yeriş 
36. Saç düzümü 
37. Xoş təbəssüm 
38. Səsin xoş tembri 
39. Peşəkarlıq 
40. İnkişaf etmiş intellekt 
41. Qətiyyət 
42. Romantik əhval-ruhiyyəsi 
43. Səbir 
44. İradənin gücü 
45. Səsin gücü 
46. Maneələrin öhdəsindən gəlməsinə qabiliyyət 
47. Fərdi üslub 
48. Nəzakət 
49. Səbir 
50. Özünə əminlik 
51. Dəyişmək bacarığı 
52. Qulaq asmaq bacarığı 
53. Yaxşı maneralar (özünü aparmaq mədəniyyəti) 
54. Fikirlərin saflığı 


343 
 
55. Yumor hissi 
56. Maraqların genişliyi 
57. Zəriflik 
58. Emosionallıq 
59. Enerjililik 
60. Erudisiya 
Keyfiyyətlərin  bu  siyahısı  imic  strukturu  əsasında  təşkil 
edilmişdir,  amma  o  son  deyil,  çünki  imicin  özü  konkret 
vəziyyətdən  asılı  olaraq  dəyişir.  O  keyfiyyətləri  əlavə  etmək 
məqsədəuyğundur  ki,  hansılar  yoxlananın,  onun  yaxınları  və 
həmkarlar  və  ya  ekspertlərin  fikrincə,  siyahıda  yoxdur.  Sorğu 
həmçinin  müştərilər  və  partnyorlar  üçün  arzu  olunan 
keyfiyyətlər  haqqında  təsəvvür  yaradır.  Bəzi  keyfiyyətləri 
siyahıya  daxil  etmək  məqsədəuyğundur,  bəzilərini  isə  yox, 
amma təhlil etmək həmişə lazımdır. 
Nəticələrin işlənməsi
Açardan  istifadə  edin.  Keyfiyyəti  qiymətləndirən  balları 
onların nömrələrinə uyğun qoyun. 
Açar: 
prosessual imici təşkil edir: 
14, 17, 18, 26, 29, 31, 41, 43, 44, 48, 49, 50, 52, 58, 59; 
daxili imici təşkil edir: 
4, 11, 12, 19, 21, 22, 28, 30, 32, 39, 40, 51, 55, 56, 60; 
xarici imici təşkil edir: 
1, 2, 3, 6, 13, 20, 27, 35, 36, 37, 38, 45, 47, 53, 57; 
imicin nüvəsi (əsası): 
5, 7, 8, 9, 10, 15, 16, 23, 24, 25, 33, 34, 42, 46, 54. 
İşgüzar  imici  təşkil  edən  balın  hər  birinin  maksimal 
göstəricisi  75-ə  bərabərdir,  amma  belə  mükəmməl  şəxsiyyət 
mümkün  deyil.  Qiymətləndirilməyə  əsasən  balların  miqdarını 
hesablayın.  Nəticədə  məlum  olacaqdır  ki,  imicinizin  hansı 
keyfiyyətləri  sizdə  daha  güclü,  və  hansılar  daha  zəif  ifadə 
edilmişdir.  Alınan  nəticə  sizə  öz  imicini  daha  səmərəli  və 
məqsədyönlü şəkildə formalaşdırmağa imkan verəcəkdir. 


344 
 
  Bununla  belə  aydındır  ki,  faydalılıq  anlayışı  tarixi 
xarakter daşıyır və onun məzmunu və ifadə formaları heç vaxt 
sabit  qalmır.  Hər  hansı  bir  hərəkətin  əxlaqi  dəyəri  və  faydası 
real 
praktika, 
həyatın 
tələbləri 
baxımından 
qiymətləndirilməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


345 
 
MÜNDƏRİCAT 
 
I BÖLMƏ. ETİK TƏLİMLƏR TARİXİ.  
 
Mövzu 1. Qədim dövrün etik nəzəriyyələri 
 
1.1.Qədim 
yunan 
ədəbi 
və 
fəlsəfi 
məktəblərində 
əxlaq..................................................................................3 
1.2.Sofistlər məktəbində əxlaq............................................8 
1.3.  Qədim  yunan  fəlsəfəsinin  klassik  mərhələsində  əxlaqi 
təsəvvürlər........................................................................12 
1.4. Ellinizm dövrünün əxlaqi ideyaları..............................19 
1.5.  Qədim  Çində  və  Hindistanda  əxlaqi  ideyalar  və 
təsəvvürlər..........................................................................32 
 
Mövzu 2. Feodalizm dövrünün əxlaqi nəzəriyyələri 
 
2.1. Xristianlığın əxlaqi nəzəriyyəsi..................................37 
2.2.Patristika dövrü. Müqəddəs Avqustin..........................40  
2.3.  Orta  əsrlər  fəlsəfəsinin  sxolastika  mərhələsində  dini 
əxlaq.................................................................................45 
2.4. Akvinalı Foma............................................................47 
 
Mövzu 3. İntibah və reformasiya dövründə əxlaqi nəzəriyyələr 
 
3.1.  Tarixi  idrakda  etik  ideyalar.  İntibah  dövründə  etik 
nəzəriyyələr......................................................................55 
3.2. 
Cordano 
Bruno 
əxlaq 
haqqında. 
M.Monten..........................................................................61 
3.3. Makiavelli. Spinozanın etik ideyaları...........................68 
3.4.Tomas Hobbsun əxlaq haqqında ideyaları.....................74 
3.5.Rene Dekartın görüşlərində əxlaqın təbii-elmi izahı........28 
3.6. C.Lokkun əxlaqi ideyaları...........................................78 


346 
 
3.7. 
Bernard 
Mandevil, 
Şeftsberi 
və 
Hatçesonun 
etikası...................................................................................78 
 
Mövzu 4. XVIII-XIX əsrlərdə etik nəzəriyyələr 
4.1.Fransa  maarifçilik  dövrünün  etik  nəzəriyyələri.  Etikada 
sensualizm.......................................................................93 
4.2. 
Sen-Simon 
və 
Helvetsinin 
fəlsəfi 

əxlaqi 
baxışları.............................................................................97 
4.4. Alman klassik fəlsəfəsində etika.................................104 
4.5.XIX əsrin ikinci yarısında etik baxışlar........................116 
 
Mövzu 5. Azərbaycanın ictimai fikir tarixində etik ideyalar 
 
5.1.
 
Qədim dövrdə etik fikir.........................................130 
5.2.
 
Orta əsrlərdə etik baxışlar......................................132 
5.3.
 
Yeni dövrün etik ideyaları.....................................162 
5.4.
 
XIX əsrdə etik ideyalar.........................................165 
5.5.
 
XX əsrdə etik baxışlar...........................................173 
 
Mövzu 6. XX əsrdə etika 
6.1. XX əsrin etik cərəyanları..........................................177 
6.2. 
XX 
əsrin 
ayrı-ayrı 
tədqiqatçıları 
etika 
haqqında.........................................................................186 
 
II BÖLMƏ. MÜASİR ETİKA PROBLEMLƏRİ 
 
Mövzu  7.  Etikanın  predmeti  və  cəmiyyətin  mənəvi  həyatının 
əxlaqi əsasları 
7.1. Etika nədir?..............................................................207 
7.2. Etika elminin bölmələri.............................................217 
7.3. Etika və digər ictimai və humanitar sahələri...............222 


347 
 
 
Mövzu 8. Etikanın tədqiqat metodları................................234 
 
Mövzu 9. Etikanın kateqoriyaları və prinsipləri.................. 256 
 
Mövzu 10. Əxlaqi hisslər və əxlaqi praktika 
 
10.1. Əxlaqi hisslər haqqında............................................281 
10.2. Müasir cəmiyyətdə əxlaqi praktika...........................295 
10.3. Sosial nəzarət formaları...........................................304 
 
Mövzu 
11
Əxlaqi 
dəyərlər 
və 
xasiyyət 
keyfiyyətləri.................................................................. 309 
 
 



Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə