41
Beləliklə, Origen insanların xilas olunmasına, onların bu
işdə bacarığına qəlbən inanırdı. İnsan azad və ağıllı varlıq
olaraq bu işin öhdəsindən gələ bilər. Origenin bu fikrini kilsə
rəsmi səviyyədə rədd etmişdi.
Latın apologetikasının görkəmli
nümayəndələrindən biri
Tertulian (təxminən 160 – 220) hesab olunur. Digər
tədqiqatçılardan fərqli olaraq Tertulian dini ideyaların fəlsəfi
əsasalandırılmasını rədd edir, bunu xristian dünyagörüşünə zidd
olduğunu hesab edirdi. Din və inam fəlsəfə və ağıl
məhkəməsində müzakirəyə verilə bilməz. Belə bir ifadə onun
adına yazılır: “İnanıram, çünki absurdludur”. Tertulianın
fikrincə, xristian kilsəsi insan nəslinin dirçəldilməsinə xidmət
edir. Ənənəvi dəyərləri unutmaq, yeni, xristian dəyərləri qəbul
etmək lazımdır. Insanı Allaha yaxın edən iki şey var – asketizm
və itaət. Allah insanı yaradarkən ona xeyirxah olmaq bacarığını
da bəxş etmişdir. Xeyirxahlığı və yaxşılığı insan həm qəbul
edə, həm də etməyə bilər. Iradə azadlığından düzgün istifadə
etməyən günaha, şərə batır. Allah şəri görəndə öz ədalətliliyini
nümayiş edir. Tertulian 7 bağışlanmaz günah göstərir: qətl,
bütpərəstlik, yalan, əxlaqsızlıq, dinsizlik, zina, küfr. Günahkar
adam öz əməllərinə görə allahın cəzasını qorxu içində gözləyir.
Əxlaqi həyat tərzi bu dünyanın sevinclərindən imtina etmək və
allaha itaət etmək deməkdir. İbadət etmək, oruc tutmaq, allaha
itaət etməklə insan inamı, sevgini, ümidi, sədaqəti, ədaləti,
əzablara qarşı dözümlülüyü, utancaqlığı, bəkarəti qazana bilər.
Tertulianın etikasına kiniklərin təsiri güclü olmuşdur. Bütün
tələblərə əməl etmək olduqca çətindir. Xilas yolunu seçən insan
daxilən buna hazır olmalıdır, o, bu yolda qətiyyətli olmalıdır.
Tertulian xristian kilsəsinin mənəvi ehkamlarına dəstək
versə də, eyni zamanda bir sıra məsələlərdə xristian etikasının
bəzi ideoloji funksiyalarına qarşı çıxış edirdi. Asketizmə (tərki-
dünyalığa) böyük dəstək verən müəllif hesab edirdi ki, insan nə
qədər çox əzablara düçar olsa, bir o qədər onun Allahdan aldığı
mükafatı böyük olacaqdır. Şəhidlərin yeri cənnətdir.