Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   110

42 
 
  Daha sonra o hesab edirdi ki, xeyirxahlıq insanda, onun 
günaha  batması  ilə  əlaqədar  olaraq  zəyifləsə  də,  tam  itmir. 
İnsan,  iradəsinə  arxalanaraq  xeyirxahlığını  öz  ruhunda  bərpa 
edə bilər. Yəni insanın əxlaqi imkanları çox böyükdür. Mənəvi 
–  dini  icma  olan  kilsənin  tədricən  böyük  bürokratik  instituta 
çevrilməsini  görən  Tertulian  bununla  heç  cürə  barışmaq 
istəmirdi. 
 Beləlikə,  orta  əsrlər  etikasında  xristian  cərəyanı 
özünəməxsus  yol  keçir,  kilsənin  mövqeyi  möhkəmləndikcə 
teologiya  və  fəlsəfənin  də  ittifaqı  daha  möhkəm  olurdu.  Bu 
sahədə Avqustin Avrelinin (350-430) xidmətləri olduqca böyük 
olmuşdur.  Ən  böyük  xristian  alimlərindən  biri  sayılan  və 
Müqəddəs ləqəbi ilə tanınan Avqustin fəlsəfənin təxminən min 
il sonrakı inkişafını müəyyən etmişdi. O, hesab edirdi ki, insan 
taleyi  onun  özündən,  onun  yaşamağının  əxlaqi  mənasından 
yox,  iradəsindən  asılıdır.  Avqustin  etikanın  bir  çox 
müddəalarını ilahi ehkamlarla bağlamışdır.  
Öz  “Tövbə”  əsərində  Avqustin  belə  bir  fikri 
əsaslandırmağa çalışır ki, allah fövqəl  yaradıcı qüvvədir, onun 
fəaliyyət məqsədi isə elə özüdür. Allah özü-özünə bərabər olan 
ali  məziyyətdir.  Bununla  da  dünyada  olan  bütün  insanlara  da 
həmin  məziyyəti  bəxş  edir.  Konkret  məzmunundan  asılı 
olmayaraq  allahın  iradəsi  elə  xeyirin  özü,  yeganə  ali 
yaxşılıqdır.  Ilahi  hökmlər  mükəmməldir  və  heç  bir  əlavə 
yoxlamağa  ehtiyac  duymurlar.  Allahın  yaratdığı  hər  bir  şey 
xeyirlidir: təbiət, onun ali zirvəsi insan və s.  
Dəyərlər,  o  cümlədən  əxlaqi  dəyərlər  varlıq  və  allah 
arasında  olab  fərqlərlə  əlaqəlidir.  İnsan  qavranışı  o  zaman 
comərdlik  sayıla  bilər  ki,  o,  dünyadakı  qayda-qanunları 
gözləyir,  ali  və  ali  olmayanları  fərqləndirir.  “Əgər  dünyadakı 
nizamı  gözləsək,  Allaha  doğru  irəliləyə  bilərik,  gözləməsək, 
bilmərik”.  Həzzalma  yalnız  allaha  məxsusdur,  bütün  qalanlara 
istifadə  etmə,  faydalanma  qalır.  Avqustin  belə  əxlaqi  hökmü 


43 
 
irəli sürür: “Allahı sev, amma ondan istifadə etmə, bu dünyanın 
məziyyətlərindən faydalan, lakin onlara sevinmə”. 
  Yer  üzündəki  məziyyətlərin  əxlaqi  dəyəri  var,  lakin 
bunların dəyəri ikinci dərəcəlidir. Asketizm ilk növbədə insanın 
xudpəsəngliyinin  basılması  deməkdir.  Allaha  sevgi  yolunda 
kasıbçılıq, orucluq, nitqdə və geyimdə təvazökarlıq, rahiblik və 
s. kimi vasitələrdən istifadə olunmalıdır. Avqustin intellektual – 
estetik  və  intellektual  –  məntiqi  məziyyətlərə  böyük  önəm 
verirdi:  bunların  vasitəsilə  allahı  daha  dərindən  dərk  etmək 
mümkündür.  Nəticədə  dünyanın  ritmində  harmoniya,  İsa 
peyğəmbərin anlamında isə allahın və dünyanın, fövqəlhissi və 
duyğulu olanların harmoniyası kimi çıxış etməsi baş verir. 
  Bir  mənada  Avqustinin  əxlaqi  ideyaları  stoiklərin 
fikirlərinə  yaxındır:  əxlaq  cismani,  predmetlər  aləmindən 
daxili,  mənəvi  plana  çəkilir,  lakin  çıxış  nöqtəsi  burada  insan 
yox, allahdır. Əxlaq allahın iradəsi ilə üst-üstə düşdüyünə görə 
o,  varlıqdan  qabaq,  onun  hissi  sərhədlərindən  əvvəl  yerləşdiyi 
ehtimal  olunur.  Avqustinin  fikrincə,  insanın  əxlaqi  mövqeyi 
özünün cılız, zəif bir varlıq olması fikri ilə bağlıdır. Bəs insanın 
iradə  azadlığı,  yəni  onun  əxlaqi  imkanları  nədir,  nədən 
ibarətdir? 
  Bəzi 
məsələlərlə  Avqustinin  daha  bir  xristian 
tədqqiatçısı,  öz  müasiri  Pelaqi  ilə  mübahisə  edirdi.  Pelaqi 
xristian  əxlaq  haqqında  belə  düşünürdü:  insan  əxlaqi 
suverenliyə  malikdir.  İnsanın  “xilas”  olunması  onun  iradə 
azadlığı  əsasında  baş  verə  bilər.  Azadlıq  haqqında  təlimi, 
məziyyət haqqında ideyanı o, kilsə ehkamlarından uzaqlaşdırır. 
O,  hesab  edirdi  ki,  qanun  yaradan  allah  eyni  zamanda  həmin 
qanunu  reallaşdırmaq  üçün  azad  iradəni  də  vermişdir.  Burada 
imkan, meyl, yəni arzu və həqiqət, gerçəklik var. Anadangəlmə 
günah  yoxdur.  İnsan  əslən  azaddır.  Allah  insanın  əxlaqi 
kamilləşmə  işində  yaxından  iştirak  edir.  Allah  insana  xeyrə 
könüllü  olaraq  əməl  etmək  qabiliyyəti  bəxş  etmişdir.  Eyni 
zamanda  o,  insana  mömin  həyat  qanunlarını  bəxş  etmiş,  İsa 


44 
 
Məsih  sifətində  isə  həmin  qanunlara  əməletmə  nümunəsini 
vermişdir.  Günahları  bağışlamaqla  allah  insana  kamilliyə  nail 
olmaq  həvəsi  vermişdir.  Allahın  verdiyi  cəza  insanın  yaxşı  və 
yaxud bəd əməllərinə uyğun olur. 
  Avqustin  Pelaqinin  belə  yanaşmasını  qəbul  etmir,  o, 
deyir:  ola  bilməz  ki,  hər  kəsin  taleyi  onun  öz  əlində  olsun.  O 
qeyd  edirdi  ki,  insanın  gübahkarlığı  onun  iradə  azadlığını 
düzgün  başa  düşməməsindədir.  Şər  xeyir  olmayan  yerdə 
yaranır, dəyərlərin sıralanmasının pozulmasıdır. Günah üç cürə 
olur:  cismani,  əməli  və  seyr  və  müşahidə  edilən.  Əxlaqi  şərin 
səbəbi  insan  təbiətindədir.  Şər  cəzalandırılır,  bu  da  allahın 
ədalətli olmasını sübut edir. Bunu ilk insan nəsilləri öz üzərinə 
almalıdırlar.  Tale,  qismət  insanı  ömür  boyu  müşaiyyət  edir. 
İnsan  bütövlükdə  allahın  iradəsindən  asılıdır.  Avqustin  əxlaqı 
tamamilə  dinə  tabe  edir.  İnsanın  əxlaqi  davranışının 
hərəkətverici  qüvvəsinin  sevgi  olduğunu  göstərir.  Əxlaqın 
vəzifəsi  sevgini  insan  təbiətinə  tam  uyğun  olan  predmetə 
yönəltməkdir. Həmin predmet yalnız allah ola bilər. İnsanın öz 
yaxın  və  əzizlərinə  bəslədiyi  sevgi  allaha  olan  sevginin  bir 
variantıdır. Müxtəlif əxlaqi keyfiyyətləri özündə daşıyan insana 
həmin  sevgi  əldə  edə  biləcək  yaxşılıqları  özündə  aşılamağa 
köməklik edir. 
  Əxlaqi 
səylər 
allaha 
olan 
sevgiyə 
doğru 
istiqamətlənməlidir.  Bu  sevgi,  allaha  ümid  və  inam  insana 
qüvvə  verir.  Beləliklə,  Avqustin  əxlaqı  insandan  tam  ayraraq 
onları  obyektiv,  allah  tərəfindən  təyin  edilmiş  kəlamlar  kimi 
qiymətləndirir.  Rəsmi  katolik  kilsə  daha  çox  Pelaqinin 
mövqeyini dəstəkləyirdi. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə