Мцгяддимя


Orta əsrlər fəlsəfəsinin sxolastika mərhələsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

45 
 
2.3. Orta əsrlər fəlsəfəsinin sxolastika mərhələsində 
dini əxlaq 
 
Boetsi  (480-524)  əxlaqında  neoplatonizm,  stoisizm  və 
xristianlıq  cərəyanlarının  təsiri  görünür.  Yaradan  allah  ideyası 
ali xeyir ideyasi ilə birləşdirilir. Dünya nizamı allahın iradəsinə 
bərabərdir.  Həmin  nizam  insan  taleyində  ifadə  olunur.  Həmin 
talenin arxasında isə insan gərək öz allahının hökmünü, qərarını 
görsün. Allahın əlində hər bir şərli əməl əslində yaxşılığı həyata 
keçirmək üçün bir vasitədir. 
  Əxlaqlı  davranış  yolu  ilə  insan  gərək  dünyanı  fəlsəfi 
səviyyədə dərk etsin. Yalnız fəlsəfə həzzalmanın ali dərəcəsini 
təmin edə bilər. Əxlaqi qüvvələr bəşəri qüvvələrə çevrilir. 
  Qriqori  (540-604,  590-cı  ildən  Roma  Papası  I  Qriqori) 
xristianlıq 
tarixində  ilk  dəfə  olaraq  xristian  əxlaqi 
konsepsiyasının  həm  nəzəri,  həm  də  praktiki  cəhətdən 
əsaslandırılmasına  nail  oldu.  Real  insanın  ən  vacib 
xarakteristikası onun günahkarlığıdır. Bunun səbəbi isə insanın 
azad  iradəsidir.  İnsan  xeyir  və  şəri  fərqləndirmək 
məcburiyyətindədir.  Əsas  günah  isə  iftixardır.  Təkəbbürlük 
daha  7  günaha  səbəbkardır:  məğrurluq,  paxıllıq,  hiddətlənmə, 
tənbəllik,  acgözlük,  pozğunluq,  qarınqululuq.  Bunların  hər 
birindən  daha  7  günah  əmələ  gəlir.  Məsələn,  acgözlükdən 
xəyanətkarlıq,  yalan,  andı  pozma,  nigarançılıq,  qəddarlıq  və 
məkrlilik  əmələ  gəlir.  Bu  günahlara  qalib  gəlmək  üçün  7  əsas 
yaxşılığı  özündə  yaşatmaq  lazımdır:  müdriklik,  ağıllılıq, 
məsləhətalma,  dərketmə,  qüdrət,  xeyirxahlıq,  günah  etməkdən 
hədsiz  dərəcədə  qorxmaq.  Bunların  hər  biri  bir  pilləkəndir  ki, 
hər  bir  pilləni  fəth  etmək  üçün  itaət  lazımdır.  İtaət  iftixarın 
əksidir.  Əxlaq  insan  tərəfindən  özünün  günahkar  olmasının 
dərk edilməsi üçün bir vasitədir. 
  Qriqori  əxlaqın  normativ  funksiyasını  vurğulayır. 
Şəxsiyyət əslində daxilən qərar qəbul etmək əvəzinə ideologiya 
səviyyəsinə  ucaldılmış  bir  norma  və  qaydalar  toplusuna  tabe 


46 
 
olmalı  idi.  Bütün  bunlar  kilsə  hakimiyyətinin  güclənməsinin 
təzahürü idi. 
  Orta  əsrlər  fəlsəfəsinin  sxolastika  mərhələsində  dini 
əxlaqın yeni interpretasiyası ondan ibarət idi ki, allah günahkar 
dünyanı  olduğu  kimi  qəbul  etməli,  inam  idrak,  ağıl  ilə 
barışmalı, insanın gündəlik həyatı isə ümidlə işıqlandırmalı idi. 
Bunun üçün tədqiqatçılar üzünü  yenidən Platona və Aristotelə 
döndərməli oldular. 
  Sxolastika  dövründə  İoann  Skot  Eriugena  (təxminən 
810-877)  insan  dəyərini  və  fəallığını  yüksək  qiymətləndirə 
biləcək  panteist  ontologiyasını  yaradır.  Allah  bütün  şeylərin 
mahiyyətidir.  Varlığın  ali  vəziyyəti  onun  allaha  qovuşması 
məqamıdır.  İnsanın  əxlaqi  məqsədləri  öz  varlığında  həmin 
qovuşma  anı  səviyyəsinə  ucalmaqdır.  Dərketmə  prosesində  də 
insan  allaha  qovuşur.  Dərketmə  dərinləşdikcə  əxlaqi 
kamilləşmə  də  daha  yetkin  olur.  Dərketmə  pillələrini  bir-bir 
keçən  insan  allaha  yəni  ali  həqiqətə  doğru  hərəkət  edir.  İnsan 
mənəvi cəhətdən fəal olmalıdır ki, allah-təalaya qovuşa bilsin. 
  Şərin  səbəbi  heç  də  allahda  deyil.  Şər  əslində 
qeyrivarlıqdır (yəni  heçnə). Şər bir günahdır ki,  insan azadlığı 
ilə  bağlıdır.  Allah  yalnız  xeyrə  cavabdehdir.  O,  insanı  xilas 
yoluna aparır. Insan da bu işdə fəal olmalıdır. 
  Sxolastikanın  daha  bir  nümayəndəsi  olan  Kenterberili 
Anselm  (1033  –  1109)  hesab  edirdi  ki,  insan  iradəsi  Allahın 
qüdrətinin, böyüklüyünün inikasıdır. Iradə azaddır və şübhəsiz, 
insan  cisminin  və  ruhun  üzərində  hakimiyyətə  malikdir.  Azad 
iradə  obyektiv,  fərdin  özündən  asılı  olmayan  bir  qüvvədir. 
Onun  vəzifəsi  ədalətə  nail  olmaqdır.  Insan  iradəsinə  xas  olan 
azadlıq  ədaləti  elə  ədalət  naminə  qoruyub  saxlayır.  Azadlıq 
potensial  və  aktual  formada  ifadə  oluna  bilər.  Potensial  o 
zaman  aktual  (reallaşmış)  ola  bilər  ki,  seçim  azadlığına  malik 
olan  insan  şərdən  uzaqlaşa  bilsin.  İnsan  iradəsi  ədalətlə 
bağlıdır,  ədalət  isə  ilahi  təbiətə  malikdir.  Yalnız  allah  –  taala 
azad  iradəni  gerçəkləşdirə  bilər.  İnsanın  əxlaqi  xilası  yalnız 


47 
 
allahın  iştirakı  ilə  mümkündür.  Əxlaqda  Anselm  öz  “ikinci 
Avqustin”  ləbəqini  təsdiqləmişdir.  Onun  ümumi  qənaəti 
belədir:  əxlaq  öz  mənşəyi  və  məzmununa  görə  ilahi  iradə  ilə 
üst-üstə düşür. 
  Pyer Abelyarın (1079 – 1142) etikası “Özün özünü dərk 
et”  əsərində  izah  edilmişdir.  Onun  etik  baxışları  nominalizm 
ideyalarından  irəli  gəlir.  O,  hesab  edirdi  ki,  allahın  iradəsi  ali 
obyektiv  normadır;  normaya  uyğunluğu  isə  insan  ağılı  ilə 
müəyyən edilir. Əxlaqi qiymətvermənin meyarı insan zəkasıdır, 
insan  əqidəsidir.  Insanın  daxili  hökmü,  yəni  vicdanı  allahın 
hökmlərindən də üstündür. Hər hansı bir əməl özü-özülüyündə 
mövcud  deyil,  o,  həmin  əməli  həyata  gətirən  səbəblərlə 
bağlıdır. Xeyir subyektiv məna daşıyır. 
  Abelyar günah haqqında yazır ki, o, əvvəlki nəsillərdən 
miras  qalmayıb.  Hər  kəs  öz  əməllərinə  görə  cavabdehlik 
daşıyır. Ən ağır günah əqidədən şüurlu olaraq dönməkdir. Allah 
yalnız məqsədi göstərir. Cənnətə doğru yolu insan istədiyi kimi 
keçir.  Hər  kəsin  taleyi  onun  əlindədir.  Əxlaq  təbii  qanunla 
bağlıdır  (təbii  qanun  isə  əxlaqi  dərketmə  deməkdir).  Elə 
adamlar olub ki, xristian olmayaraq yüksək əxlaqi keyfiyyətlərə 
malik  olmuşdular  (məs. Sokrat).  Abelyarın  ideyaları  Pelaqinin 
fikirlərinə çox yaxındır. 
 
2.4. Akvinalı Foma 
   
Akvinalı  Foma  (1225/26  –  1274)  feodal  dövrünün 
yetkinlik  mərhələsində  əxlaqı  həmin  mərhələnin  tələbələrinə 
uyğun təsnifatlaşdırıb qaydaya salmışdır. Burada o, Aristotelin 
ensiklopedik  sistemindən  faydalanaraq  dini  ideyaları  rasional 
arqumentlərlə zənginləşdirməyə çalışmışdı. Fomanın etikasında 
həm  nəzəri,  həm  normativ  güzəştlər  özünü  biruzə  verir:  bir 
tərəfdən,  burada  rasional  cəhətdən  əsaslandırılmış  əxlaqi 
vəzifələr  sistemi  irəli  sürülür,  digər  tərəfdən  də  bu  vəzifələrin 
insanın  imkanları  xaricində  olması  göstərilir,  buna  görə  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə