51
Dini fəzilətlər inam, ümid, sevgidir. Bunlardan ən kamili və
əsası sevgidir. Hər üçü ən ali fəzilət sayılır. Həzzaımanın alisi
isə allahın seyr edilməsidir (o dünyada).
Bütövlükdə Akvinali Fomanın əxlaqi baxışlarından
məlum olur ki, əxlaq və din tam birləşib
vahid bütövü təşkil edə
bilməz. Səbəbi din və ağlın din və biliyin bir araya
sığmamasıdır. İlahi müqəddərat və şəxsiyyətin iradə azadlığı
arasında barışıq nöqtələrinin axtarılması orta əsrlərin son
mərhələlərində əxlaqi təfəkkürün tənqidi ilə nəticələndi. Tənqid
rasional və mistik istiqamətlərdə aparılırdı. Bunlardan
birincisinin təmsilçisi İoann Duns Skot (1266-1308) olmuşdur.
O, göstərirdi ki, ağıl və iradə müxtəlif bacarıqlardır. Ağıl özünü
müəyyən şəkildə ifadə edir, iradə isə azaddır. İradəyə biliklər,
təəssüratlar, motivasiya təsir edə bilər, lakin iradi aktları izah
edə bilməzlər. Iradənin fəaliyyətini Duns Skot indeterminizm
baxımından izah edir. Ağıl və iradənin fərqləndirilməsi fəlsəfə
və ilahiyyatın fərqləndirilməsi üçün bir əsas olmuşdur. Burada
əslində dünyaya elmi-nəzəri və əxlaqi-praktiki münasibət
fərqləndirilir.
Dərketmə subyekti olan insan əslində bu işdə Allahdan
asılı olmur. Amma iradə və onun təcəssümü olan din ağıl və
fəlsəfi-nəzəri fəaliyyətdən üstündür. Iradə dərketmə prosesinə
birbaşa müdaxilə edə bilməsə də, ağlı istiqmətləndirə bilər.
Allahın iradəsi müqəddəs kitablarda ifadə olunub. O, əxlaqi
qaydaları yaradıb ki, insan onları öz iradəsində istifadə etsin.
İnsan iradəsi ilə tərbiyə olunmalıdır ki, o, allahın iradəsini
şərtsiz olaraq əxlaqi norma kimi qəbul etsin. Bunu qəbul etmək
üçün allahı sevmək lazımdır.
Həmin dövrün digər görkəmli nümayəndəsi
Uilyam
Okkam (1285-1349) da fəlsəfə və ilahiyyat sahələrini
fərqləndirirdi. Allah öz əməllərində yalnız iradəsinə əsaslanır.
Buna görə də yalnız onun iradəsi İncilin əsas əxlaqi
həqiqətlərin əsasında durur. Digər tərəfdən, Okkam hesab edir
ki, mənəviyyatı elmi, empirik yolla da əsaslandırmaq olar.
53
yolunu keçir. Allaha qədər ucalmaq, ona qovuşmaq insanın əsil
vəzifəsi, mahiyyətidir.
Seminar və ya müstəqil iş üçün tapşırıqlar
1.
Xristianlığın əxlaqi nəzəriyyəsi.
2.
Patristika dövrü. Müqəddəs Avqustin.
3.
Orta əsrlər fəlsəfəsinin sxolastika mərhələsində dini
əxlaq.
4.
Akvinalı Fomanın əxlaqi ideyaları və Aristotel.
5.
Fövqəlrasional xristian etikası və antik dövrünün rasional
etikası arasında kompromis.
Tapşırıqlar
a) "Əxlaqın Qızıl qaydası"da deyilir:
özünə arzu
etmədiyini başqalarına da etmə.
Müxtəlif vəziyyətlərdə onu
tətbiq edin və əsaslandırın:
- iki sahibkar ticarət sazişi haqqında
mübahisə edir;
- qoca insan gəncin
köməyinə ehtiyac duyur;
- oğru şərəfsiz yolla varlanmış insanın əmlakını
oğurlayır;
- ac bir tikə çörək oğurlayır;
- dostlar (rəfiqələr) tanışları haqqında qeybət qılırlar;
- vətəndaş hərbi xidmətdən boyun qaçırır;
"Qızıl qayda" universaldırmı? Bütün
hadisələr üçün bir
qayda kifayətdirmi?
b) Zorakılıq əxlaqi mənada ədəbsizlikdir. Amma
təcrübədə bu, tez-tez tətbiq olunur. Əgər lazım olacaqsa, Siz
bunu hansı şəraitdə tətbiq etməyə hazırsınız:
- cinayətin qarşısının alınması üçün;
- faydalı islahatların
həyata keçirilməsi üçün;
- hakimiyyətin əldə edilməsi və saxlanılması üçün;
- xarici
düşməndən müdafiə üçün;