Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

82 
 
  Beləliklə,  Bernard  Mandevil  orjinal  etik  nəzəriyyənin 
müəllifidir.  Müəllifi  bəzən  əxlaqsızlıqda  və  ateizmdə 
təqsirləndiridilər.  Onun  adı  yuxarıda  çəkilən  əsərinin  başlıca 
ideyası  əxlaqi  yaxşılıq  və  ictimai  rifahın  bir-birinə 
uyğunlaşdırılmasıdır.  Müəllifin  gəldiyi  qənaət  belədir:  öz 
cəmiyyətində şərin təzahürləri və xassələri zəruri və faydalıdır. 
Mandevil insan münasibətləri sisteminin kəskin tənqidini verir, 
hərislik,  qazanc  ruhunu  pisləyir.  Alleqorik  olaraq,  burada 
zəhmətkeş  arı  pətəyi  timsalında  əməksevər,  varlı  və  qüdrətli 
millət” təsvir olunur, “bununla belə burada bir çox şər ifadələri 
də 
çiçəklənir, 
məsələn, 
hərislik, 
yalan, 
ikiüzlülük, 
şöhrətpərəstlik,  avaraçılıq,  israfçılıq  və  s.  Buna  baxmayaraq, 
pətək  sakinləri  öz  həyatından  çox  razı  idilər,  çünki  şərin 
təzahürləri həyatı yaxşılaşdırır, onu irəliyə doğru aparır”.  
Şeftsberi  və  Hatçesondan  fərqli  olaraq,  Mandevil  insan 
təbiətində  anadangəlmə  altruizmi  inkar  edir,  burada  eqoizmin 
üstünlüyünü  sübut  etməyə  çalışmışdır.  Əxlaqi  dəyərlər  və 
normalar  insan,  daha  dəqiq  desək,  siyasətçi,  qanunları  tərtib 
edən,  ağıllı  adam  tərəfindən  yaradılır.  Tarix  boyu  insanlara 
öyrədirdilər  ki,  onlar  öz  eqoist  meyllərini  boğub  digərlərinin 
maraqlarına  üstünlük  versinlər.  İlk  növbədə  burada 
şöhrətpərəstlik  və  yaxud  öyünmək  qabiliyyəti  nəzərdə 
tutulurdu.  Buna  uyğun  olaraq  insanları  dil  ilə  şirnikləşdirərək, 
onlara vicdan anlayışını da öyrətməyə başladılar. 
  Əxlaq insanın ictimai varlığa çevrilməsi üçün bir alətdir. 
Bu  alətdən  istifafdə  edərək  insan  öz  davranışını  tənzimləyir, 
mədəni  və  sosial  həyatı  nizamlayırdı.  Yaxşılıq  edən  insanlar 
hörmət  və  ehtiramla  qarşılanır,  bu  isə  onlarda  qürur  hissi 
oyadır.  İnsan  fəaliyyətini  istiqamətləndirən,  təhrik  edən  məhz 
əxlaqdır. Mandevil cəmiyyətin təbiəti haqqında yazırdı ki, “bizi 
fəaliyyətə  məcbur  edən  zülümkarlıq,  aclıq,  susuzluq, 
çılpaqlıqdır, bunların ardınca bizim şöhrətpərəstliyimiz və həzz 
almaq  istəyimiz,  bizim  tənbəlliyimiz  və  ardıcıl  olmamağımız 
bütün  sənətlər,  elm,  incəsənət,  məşğuliyyət  və  istehsalın  dahi 


83 
 
təhrikedicisidir”.  İnsan  yalnız  öz  həyati  tələbatları  və  praktik 
maraqlarının  təsiri  altında  sosial  varlığa  çevrildi.  Belə  şərait 
olmasaydı, insanlar bir-birindən təcrid vəziyyətdə yaşayardılar. 
  Antoni Eş Kuper Şeftsberi (1671-1713) etika və estetika 
üzrə  əsərlərini  bir  kitabda  çap  etdirmişdir.  Onun  “İnsanların, 
adətlərin, rəylərin, zəmanələrin təsviri” adlı bu kitabinda (1711) 
insan problemi gözəllik və ləyaqətin etik və estetik prinsipinin 
vəhdəti  baxımından  araşdırılır.  Bizə  məlumdur  ki,  bu  prinsip 
əvvəllər  antik  estetikada,  sonralar  isə  Intibah  dövrünün 
fəlsəfəsində öz ifadəsini tapmışdır. 
Şeftsberi  sübut  etməyə  çalışır  ki,  gözəllik  və  ləyaqət, 
gözəllik  və  comərdlik  əslində  eyni  bir  şeydir:  Platon  və 
Aristotel tərəfindən gözəlliyə verilən tərif nəzərə alsaq (burada 
onun  əsas  əlamətlərinin  –  mütənasiblik  və  proposionallıq 
olduğu göstərilir), onda görmək olar ki, onlar həmin tərifi həm 
də  yaxşılıqla,  comərdliklə  uzlaşdırırlar.  Şeftsberi  də  buraya 
əlavə edir ki, “məsələn, zövq aləmində biz, təbii ki, simmetriya 
və  yaxud  nizam  ideyası  olmadan  ötüşə  bilmirik.  Qəbul 
etməliyik  ki,  proporsional  və  düzgün  münasibət  və  yaxud 
vəziyyət  əslində  hər  bir  predmet  üçün  həqiqətən  təbii  və 
düşərlidir. Şeftsberi hesab edirdi ki, əxlaqi gözəlliyin məzmunu 
qəlb arzularının ahəngdar vəhdətini təşkil edir. 
Şefstberi bu mənada T.Hobbsun eqoizm haqqında fikrini 
qəbul etmirdi (guya eqoizm, yəni xudbunlik insan davranışının 
əsas  stimuludur).  Şübhəsiz,  eqoizmlə  bağlı  müxtəlif  affektlər 
var  (affekt  –  həyəcan,  hirs  deməkdir);  məsələn,  özünüqoruma 
hissi,  həyata  sevgi,  xoşbəxtliyə  can  atmaq  və  s.  Lakin  bunlar 
başqa  adama  o  zaman  zərər  gətirə  bilərlər  ki,  ona  bütövlükdə 
hakim  olsalar.  Eqoistik  affektlər  təbii  affektlərə  nizmalanır  və 
tənzimlənir (məsələn, xoş rəğbət, xeyirxahlıq, mərhəmət və s.) 
“Sosial hiss” və yaxud “sosial duyğu” da var ki, o, insan nəsli 
ilə şərik olma, yekdil olma hissi kimi qiymətləndirilməlidir. 
Adları çəkilən affektlərlə yanaşı Şeftsberi insan təbiətinə 
zidd  olan  affektləri  də,  o  cümlədən  kin,  məkrlilik,  paxıllıq, 


84 
 
qisasçılıq  və  s.  göstərir.  “Belə  hissləri  özündə  yaşadan  insan 
digərlərə  zərər  gətirməklə  yanaşı  özü  də  bədbəxt  olub  tənha 
qalır.  Belə  insan  qəlbində  həmişə  bədbəxt  və  tənha  olur.  Bu 
insanın qəlbi özündə vəhşilik və eybəcərliyi daşıyan bir səhraya 
bənzəyir.  İnsan  cəmiyyətdə  yaşamaq  üçün  yaradılıb”
1
  (yenə 
orada).  İnsan  qəlbinin  təbii  vəziyyəti  –  altruzizmə  üstünlük 
verməklə  eqoist  meyyləri  və  affektləri  fəth  etməsidir.  İnsan 
cəmiyyəti ona görə durur və yaşayır ki, burada insanlar ictimai 
həyata  meyylidirlər.  Belə  cəmiyyətin  əsası  və  qarantı  dövlətin 
mütləq  hakimiyyəti  yox,  insana  təbiət  tərəfindən  bəxş  edilmiş 
“əxlaq  hissi”  dir.  Bu  hiss  yalnız  insana  xas  olaraq,  əxlaqi 
şüurun  ali  formasını  təşkil  edir.  Bunun  vasitəsilə  insan  digər 
hissləri, affektləri qiymətləndirə bilir. 
Beləliklə,  Şfetsberi  əxlaqi  rasionalizmə  qarşı  çıxış  edir, 
mənəviyyatın əsasında əxlaq hissini yerləşdirirdi. Öz müəllimi 
və  ideya  mənbəyi  C.Lokkdan  fərqli  olaraq,  Şeftsberi 
anadangəlmə  mənəvi  prinsiplərin  olması  ideyasına  qarşı  çıxış 
edirdi.  Xatırladaq  ki,  Lokk  əxlaqi  prinsiplərin  nisbiliyini  və 
dəyişkənliyini  vurğulayırdı,  göstərirdi  ki,  bu  prinsiplər 
mühitdən və tərbiyədən  çox asılıdır. Şeftsberi isə bunu bu  cür 
olmasını  qəbul  etmir,  göstərir  ki,  mənəviyyat  avtonom, 
özünəməxsus xarakter daşıyır. 
O, təbiəti mənəvi-cismani sintez və bütövlülüyün nizamı 
kimi  qiymətləndirir,  fəzilətdə  isə  nizama  sevgini,  ölçülülüyün 
gözəlliyini  görür.  Onun  etikası  estetika  ilə  sıx  əlaqəlidir  və 
onun  fəlsəfi  dünyagörüşünün  əsasını  təşkil  edir.  Onun  başlıca 
əsəri  “Əxlaqçılar”  (1709)  adlanır.  İnsan  öz  istək  və  arzularını 
ağla qarşı qoyur. Ağıl insanın fərdi təbiiliyini əsarətə alır, təbii 
hal və fəaliyyətdə olan ruh arasında məsafə yaradır. 
  Şeftsberi  materiyanı  panteizm  mövqeyindən  şərh  edir, 
burada  totallıq  (daxili  bütövlülük)  kimi  xüsusiyyəti  göstərir. 
İnsan,  estetik  düşüncəyə  malik  bir  varlıq  olaraq  daxili 
qüvvələrinin yüksək harmoniyasına malikdir. Yaradıcı fəaliyyət 
                                                 
1
 Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə