Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə29/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

88 
 
bizi xeyirxahlığa doğru istiqamətləndirir, əxlaqi hiss isə əslində 
elə  yaxşılığın,  ədalətliliyin,  xoş  məramlılığın  qavranılması 
zamanı yaranan bir hissdir. 
Hatçesona  görə  “ali  hisslər”  tam  müstəqildir,  hər  hansı 
bir xarici təsirdən kənardırlar. Daxili və əxlaqi hisslər hər hansı 
bir faydanın  axtarışından uzaqdırlar. Burada müəllifin rasional 
və utilitar yanaşmalardan uzaq olması nümayiş etdirilir. 
Adət-ənənələr  insan  həyatının  hər  bir  sahəsində 
formalaşır: geyim, qidalanma, əmək sahələri, memarlıq, məişət 
və  s.  Məs:,  XVIII  əsrin  ingilis  yazıçısı  Oliver  Qodsmit  Çin 
əhalisinin  sosial  həyatı  haqqında  yazarkən,  burada  həyat  tərzi, 
dəb  ilə  bağlı  deyir:  “Çində  bir  çox  sənətkar  öz  həmvətənlərin 
şöhrət  düşkünlüyü  hesabına  dolanır.  Əgər  bu  adamlar  həmin 
xüsusiyyətini  tərk  etmiş  olsaydılar,  onda  burun  deşənlər, 
ayaqları sarıyanlar (qadınların ayaqlarını sarıqla sarıyırdılar ki, 
ayaq balaca qalsın: dəb bunu tələb edirdi) və qaşları ütüyənlər 
işsiz  qalardılar.  Amma  Ingiltərədə  vəziyyət  daha  gərdindir: 
çətin ki, modabaz zadəgan xanımın və yaxud bəyin bədənində 
bir bəzəksiz yer qalmış olsun. 
Müəllif ingilislərin əsas mənəvi dəyərlərindən daha birini 
qeyd  edir:  onlar  ətraflarında  olan  yaxın  və  əziz  adamlardan 
sevgidən  daha  çox  hörmət  gözləyirlər.  Nəticədə  hətta  ən  şən 
söhbət zamanı onlar ifrat dərəcədə ciddi olur, sakitliyi nümayiş 
edir.  Mətbuat  bu  xüsusiyyətləri  daha  yaxşı  izah  edir.  Qəzetin 
hər  bir  səhifəsi,  müvafiq  olaraq  bizə  Italiyanın  incəliyi  və 
zərifliyindən, 
İspaniyada 
təşrifat 
qaydalarının 
gözlənilməsindən,  Portuqaliya  əhalisinin  qəddarlığından, 
Avstriyanın 
ehtiyatlılığından, 
Fransanın 
yüngül 
xasiyyətliliyindən,  Hollandiyanın  hərisliyindən,  İngiltərənin 
məğrurluğundan, 
İrlandiyanın 
ehtiyatsızlığından 
və 
Şotlandıyanın milli heysiyyətindən bizə xəbər verir
1

  Əvvəlki  əsrdən  fərqli  olaraq  burada  etika  nikbinlik 
üzərində  qurulur,  insan  həqiqətən  öz  bütün  qüvvə  və 
                                                 
1
 Дитрих фон Гильдебранд. Этика. Издательство: Алетейя. 2001 


89 
 
imkanlarının aşkar edilməsinə ümid bəsləyirdi. Burada əxlaqın 
tənqidi  (B.Mandevil,  K.Helvetsi)  və  altruist  qolları  (C.Lokk, 
A.Ferqüson, 
F.Hatçeson, 
D.Yum, 
A.Smit, 
Volter, 
J.L.D`Alamber, D.Didro) fərqəndirilir. 
Avropa  etika  elminin  daha  bir  nümayəndəsi  Devid  Yum 
(1711-1776)  olmuşdur.  Bu  barədə  o,  əsasən  öz  “İnsan  təbiəti 
haqqında  traktat”ının  üçüncü  hissəsində  yazır.  O,  hesab  edirdi 
ki, insan hərəkətlərinin son məqsədini onun ağlında deyil, hiss 
və  maraqlarında  axtarmaq  lazımdır.  Bunları  yalnız  insanların 
intellektual bacarıqlarında axtarmaq olmaz. Yum göstərirdi ki, 
insana  eqoist  meyllərlə  yanaşı  həm  də  sosial  hisslər  xasdır 
(xoşniyyətlilik, insansevərlik, ədalətlilik). 
  Yum  müəyyən  mənada  neopozitivist  etikasının  da 
banilərindən  biri  sayıla  bilər:  ilk  dəfə  olaraq  o,  elmi 
mühakimələr və əxlaqi, mənəvi qənaətlər arasında, yəni faktlar 
və hisslər arasında əlaqəni axtarmağa çalışmışdır. O, göstərirdi 
ki,  insanda  başqa  insanlara  rəğbət  hissini  bildirmək  kimi 
anadangəlmə  qabiliyyəti  var.  Həmin  qabiliyyət  əxlaq  üçün  bir 
əsasdır.  Onun  fikrincə,  əxlaqi  duyum  əxlaqi  hisslər  və  əxlaqi 
düşüncə arasında bir vasitədir. Əxlaqi duyumu güclü olan insan 
əxlaqı  kamilliyə  tək  nail  ola  bilər.  İnsan  daxilən  ziddiyyətli 
hallar  keçirir  –  həm  duyur,  həm  də  düşünür.  Öz  əxlaqi 
imkanlarını  aşkar  edən  hər  bir  şəxs  konkret  subyekt  olaraq 
cəmiyyətdə  fəal  mövqe  tuta  bilir.  Burada  ahəngdarlığa 
nail olmaq üçün ancaq qadağalar, sanksiyalardan istifadə etmək 
kifayət etməz. 
  D.Yumun  davamçısı,  Şotlandiya  filosofu  və  siyasi 
ütəfəkkir  Adam  Ferguson  (1772-1816)  öz  “Əxlaqi  fəlsəfənin 
əsasları”  əsərində  empirizm  mövqeyindən  etikanı  inkişaf 
etdirməyə  çalışmışdır.  İnsan  xeyirli  olana  can  atır,  şərdən  isə 
uzaq olmağa çalışır. Səadət elə bir daxili mənəvi vəziyyətdir ki, 
o, hətta insanın pis günlərində də onun dadına çata bilər. 
  Yoxsulluq  (həm  maddi,  həm  də  mənəvi)  insanın 
həyatdan  çox  şey  tələb  etməsindən  əmələ  gəlir.  İnsan 


90 
 
cəmiyyətin  üzvü,  Allahın  əlində  bir  alət  olduğunu  gərək 
unutmasın. 
  Onun  şagirdi  Adam  Smit  (1723-1790)  əxlaqı  sosial-
əxlaqi  konformizm  mövqeyindən  əsaslandırırdı.  O,  öz  əxlaq 
nəzəriyyəsinin  əsası  kimi  rəğbət  (simpatiya)  hissini  götürür. 
Simpatiyanın təbii başlanğıcı olsa da, o, əsasən sosial hadisədir. 
Əxlaq  haqqında  öz  başlıca  əsəri  olan  “Əxlaqi  hisslər 
nəzəriyyə”sində  o  yazır  ki,  simpatiya  başqa  insanların  hərəkət 
və  motivlərinə  rəğbətin  bəslənilməsidir.  Əxlaqi  hisslər  ümumi 
davranış qaydaları üçün çıxış nöqtəsidir. İnsanlar xeyirli olana 
can  atır,  şər  olanlardan  uzaqlaşmağa  çalışırlar.  Ümumi  əxlaqi 
qaydalar da bu yolla yaranır. 
  Smit  göstərir  ki,  insanlar  təbiətinə  görə  bir-biri  ilə 
ünsiyyətə meyllidirlər. Onlar bir-birlərinə biganə ola bilmirlər. 
Harmoniyaya,  bərabərliyə  yönəlmiş  hisslər  yalnız  sonradan 
eqoizmlə  əvəz  olunur.  Beləliklə,  insan  hissiyyatı,  emosional 
aləmi ümumi mədəni qaydalar kimi də inkişaf edə bilərlər. Smit 
etikanın  psixoloji  əsaslarına  da  böyük  diqqət  vermişdir.  O, 
hesab  edirdi  ki,  insan  öz  predmetli  mahiyyətini  digər  insanda 
görür.  Smitin  bu  ideyasından  həm  Feyerbax,  həm  də  Marks 
bəhrələnmişlər. Beləliklə, fərd həm də rəğbət hissi ilə yaşayır. 
Müəyyən  mənada  demək  olar  ki,  Smit  şəxsiyyətin  ictimai 
mahiyyətini  əsaslandıra  bilmışdir.  Əslində  isə  onun  əxlaqi 
qəhrəmanı  eqoizmə  malik  olan,  təbii  istəklər,  hisslər  və 
ideyaların daşıyıcısı olan bir fərddir. 
  Bütövlükdə Smitin əxlaqi nəzəriyyəsinin üstün cəhətləri 
insanın  eqoizm  və  altruizm  arasında  necə  tərəddüd  etməsinin 
psixoloji  analizidir.  Bu  prosesi  Smit  bir  növ  insanın 
mənəviyyatında qiymətləndirməyə çalışmışdır. Hər bir insan öz 
maraq  və  mənafelərini  müdafiə  edir.  Onun  hərəkətləri  onu  bir 
şəxsiyyət  kimi  formalaşdırır.  Sosial  münasibətlərin  iştirakçısı 
olan  fərd  seçim  qarşısında  olur:  burada  hisslər  və  düşüncə, 
daxili və xarici hisslər arasında daima mübarizə gedir. 




Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə