Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

100 
 
mənafe təşkil edir”. Helvetsi “ağıllı eqoizm” nəzəriyyəsini irəli 
sürmüşdü. 
Fransa  filosofu  Deni  Didro  (1713-1784)  Şeftsberinin 
ideyalarını  bir  qədər  də  inkişaf  etdirərək  bunları  evdemonizm 
(ən ali məziyyət xobəxtlikdir) və qedonizm (insan həyatının ali 
məqsədi həzz almaqdır) ideyaları ilə tamamlamağa çalışmışdır: 
“yaxşılığı ona görə edirlər ki, o, faydalıdır. Eyni zamanda şər, 
məsələn, eqoizm, özümüzü qorumaq üçün önə çəkilir”. 
Hər bir tarixi iki cürə öyrənmək olar: ya bir-birini ardıcıl 
şəkildə  əvəz  edən  tarixşünaslıq  məktəbləri  və  cərəyanlar 
silsiləsi kimi, ya da tarixşünaslıq ilə mədəniyyətin hər hansı bir 
növü,  ilk  növbədə  onun  dünyagörüşü  vasitəsilə  yaranan 
əlaqələr sistemi kimi. 
Sensualizmin  daha  bir  forması  –  panteizm  üzərində 
qurulan  evdemonizmdir.  Panteist  evdemonizm  insan  əxlaqını 
təbiətin ilahi  mahiyyəti ilə eyniləşdirir və bunun  əsasında fərd 
və icma, hisslər və zəka, meyllər və borcun bütövlüyünü sübut 
etməyə çalışır. 
  4.3.  Jan  Jak  Russonun  əxlaqı  baxışlarının  tənqidi 
xarakteri. 
 Sensualizm 
üzərində  qurulan  əxlaqın  sonuncu 
nümayəndəsi fransa maarfiçi-filosofu Jan Jak Russodur (1712-
1778).  O,  bu  əxlaqın  tənqidi  xarakterini  bir  qədər  də 
dərinləşdirdi.  Onun  başlıca  ideyası  belə  səslənir:  “...  hər  bir 
insan o zaman xeyirxah sayıla bilər ki, onun fərdi iradəsi hər bir 
şeydə  ümumi  iradəyə  uyğundur  və  biz  böyük  həvəslə 
sevdiyimiz  insanların  istədiyini  istəyirik”.  Yaxşılıq  olmayan 
yerdə  azadlıq  da  yoxdur.  Eyni  zamanda  o,  əxlaqı  siyasətlə, 
ictimai  quruluşla  əlaqələndirir.  Russonu  daima  belə  sual 
düşündürürdü:
 
“sözün geniş mənasında başa düşülən ən yaxşı, 
yəni  ən  fəzilətli,  ən  bilikli,  ən  müdrik,  xalqın  yarada  biləcək 
dövlət quruluşunun təbiəti nədir?” 
  Əxlaq  haqqında  Russonun  düşündükləri  Helvetsinin 
əxlaqi  atomizm  (buraya  eqoizm,  maraqlar  və  ümumi  rifah 


101 
 
anlayışları  daxil  edilməklə)  ideyalarını  çox  qabaqladı.  Necə 
şərait  yaradılmalıdır  ki,  insanın  daxili  aləmi,  onun  emosional, 
rasional, praktiki qüvvələri və ictimai maraq arasında uyğunluq 
yaransın?  O,  hesab  edirdi  ki,  sahibkarların  iqtisadi  bərabərliyi 
həm də onların siyasi mənada tam hüquqlu vətəndaşlar olması 
ilə  tamamlanmalıdır.  Russo  həm  də  şəxsiyyətin  materialist 
anlamını qəbul etmirdi ki, burada fəlsəfi cəhətdən fərdlərin bir-
birindən  özgələşməsi  əsaslandırırlırdı.  O,  göstərirdi  ki, 
həzzalmaya  meylli  olması  insanları  bir-birinə  yaxınlaşdırmaq 
əvəzinə uzaqlaşdırır. Russo insanı panteizm mövqeyindən dərk 
edərək, burada onun psixologiyasını və praktik fəaliyyətini əsas 
götürür. İnsan emosional varlıq olaraq, həyatdan ləzzət alır, axı 
ruhun  duyduğuna  heç  bir  ağıl  çatmaz.  İnsanın  emosionallığı 
onun sosial təbiətinin zənginlinyinə güclü təsir edir, bu da onun 
“təbii” vücudunun dirçəldilməsi üçün zəmanət rolunu oynayır. 
İnsanlarda əzəldən başqasına qarşı mərhəmət, duyğu hissi var. 
Bu  mərhəmət,  xeyirxahlıq  hissi  sonradan  əmələ  gəlmir  və 
sonradan formalaşmış digər hisslərdən qat-qat üstündür. 
  Hər bir şəxsiyyətin daxili sütunu, özəyi onun vicdanıdır. 
Vicdan  da  özünü  mühakimlərdə  yox,  hisslərdə  biruzə  verir. 
Subyektin obyektiv aləmə münasibəti və sosial davranışı onun 
hissləri  üzərində  qurulmuş  olur.  Cəmiyyətdə  insanın 
özgələşməsi  getdikcə  dərinləşir.  Sivilizasiya  tarixi  əslində 
özgələşmiş  əmək  tarixidir.  Əmək  bölgüsü  dərinləşdikcə,  əmək 
yoxsulluğun  mənbəyinə  çevrilir,  gələcək  uğrunda  mübarizə 
indiki həyatı pozur, insanı özünün olduğu kimi qalmasına əngəl 
törədir. Beləliklə, cəmiyyətdə yaranan sinfi ziddiyyətlər insanın 
daxili  aləminə,  sosial  münasibətlərə  dağıdıcı  təsir  göstərir. 
Əxlaqi  dəyərlər  tarixən  dəyişkən  ictimai  münasibətlər  kimi 
başa düşülməlidir. 
  Əslində  Russonun  “duyan  insan”  anlayışı  Dekartın 
əxlaqi  subyektin  rasional  konsepsiyasına  qarşı  yönəldilmişdir. 
İnsan istədiyi həqiqəti öz analitik düşüncəsinə əsasən əldə edə 
bilər, lakin əxlaqi prinsiplər belə həqiqətə zəmanət  verməsələr 


102 
 
də,  xaosdan  salamat  çıxıb  qalmasına  köməklik  edir.  Russo 
eqoizmi əxlaqın əsası  kimi  qəbul  etmir. O  görür ki,  cəmiyyət, 
xarici vasitə olaraq fərdin tələbatlarlnı ödəyir. Ümumi iradə və 
şəxsi  maraqlar  arasında  olan  ziddiyyətdən  çıxış  yolunu  Russo 
harmonik  şəkildə  şəxsi  və  ümumi  maraqların  inkişafında 
görürdü.  Əsl  azadlıq  da  bu  zaman  əldə  edilir.  Vicdan  subyekt 
səviyyəsində  sosial  məkan  həddlərində  tənzimləyici  və 
birləşdirici rol oynayır. 
  Beləliklə,  Russonun  əsas  amalı  şəxsi  maraqlar  və 
ictimai  dəyərlər  arasında  antaqonizmin  aradan  qaldırılmasıdır. 
Həmin antroqonizm, yəni ziddiyyətlərin səbəbi özgələşdirilmiş 
kollektivçilik,  siyasi  təqiblər  və  sosial  imtiyazlardır.  Təbii 
qanunları  sosial  qanunlarından  üstün  tutan  Russo  təbiətin 
adından yazır ki, “...mənim qardaşlarım öz xoşbəxtliyini mənim 
bədbəxtliyim  üzərində  qurur...  ən  vəhşi  səhra  mənim  üçün 
nifrət  və  xəyanətlə  qidalanan  qəddar,  acıqlı  adamlardan  ibarət 
olan cəmiyyətdən əzizdir”. Russo burada sadə adamların və ali 
təbəqəni təşkil edən varlıların əxlaqını fərqləndirir. Xalqın təbii 
xeyirxahlıq  hissi  var.  Ali  təbəqədə  fəzilət  məhv  edilir,  burada 
fayda və özündən razılıq hissi hökm sürür. Ümumiyyətlə çıxış 
yolu  azad  fərdlərin  birliyi  kimi  fəaliyyət  göstərən  cəmiyyətin 
formalaşdırılmasıdır.  Belə  cəmiyyətdə  fərdlərin  əxlaqi 
kamillliyinə  nail  olmaq  mümkün  olacaqdır.  Şəxsiyyət  ümumi 
mənafelərə  görə  əxlaqi  məsuliyyət  daşıyır.  Onun  yeganə 
yaşamaq prinsipi – başqasına pislik eləməmək xislətidir.  
  Beləliklə,  Jan  Jak  Russo  Fransanın  sosial  və  siyasi 
mütəfəkkiri,  filosofu  olaraq  əxlaqi  baxışlarını  ilk  növbədə 
sosial-siyasi  mövqelərdən  əsaslandırırdı.  Russo  həm  köhnə 
feodal cəmiyyətinin qaydalarını və normalarını inkar edir, həm 
də kapitalizm cəmiyyətinin bir sıra tərəflərini tənqid edirdi. İlk 
növbədə hərisliyi, əxlaqi pozuntuları kəskin şəkildə tənqid edən 
Russo  öz  dövrünün  cəmiyyətini,  sivillizasiyasını  rədd  edir, 
hesab edirdi ki, burada mədəniyyətin tərəqqisi əslində sosial və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə