Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

103 
 
mənəvi  tənəzzül  ilə  yekunlaşdı;  insanlar  azadlıqdan  və 
xoşbəxtlikdən mərhum oldular. 
  Russo  hesab  edirdi  ki,  mənəviyyatın  əsası  ən  köhnə, 
rasionalizm  üzərində  qurulan  sivilizasiya  tərəfindən  hələ 
pozulmamış  insanın  təbii  meyillərdədir,  insanı  təbiət  mülayim 
və  xeyirxah  bir  varlıq  kimi  yaradıb.  İnsan  özünü  qorusa  da, 
bunu  eqoizm  həddinə  çatdırmır  və  təbii  mərhəmət  hissi  ilə 
cilovlayır.  Bununla  belə  təbii  insan  təcrid  olunmuşdur,  buna 
görə  də  onun  davranışını  tənzimləyən  hüquqi  və  əxlaqi 
normalar  birbaşa  onun  təbiəti  üzərində  qurula  bilməz.  Bunlar 
“ictimai  müqavilə”  nəticəsində  yaranır;  bu  müqavilə  əsasında 
isə kollektivçi orqanizm olan vətəndaş cəmiyyəti yaranır.  
Burada 
insanın 
hərəkətləri 
mənəvi 
cəhətdən 
qiymətləndirilir,  ədalət  instinktin  yerini  tutur,  borc  isə  fiziki 
impulsun əvəzinə işlədirlir. Russonun fikrincə, ən vacib əxlaqi 
keyfiyyətlər burada əməksevərlik, məişət və adətlərin sadəliyi, 
vicdanlılıq  və  ürəkaçıqlılıq,  nəhayət,  vətəndaşlıq  mövqeyi, 
ictimai  maraqların  xeyrinə  şəxsi  maraqlardan  imtina  etmək  və 
s-dir.  Sonuncu  xüsusi  olaraq  əhəmiyyətlidir,  çünki,  Russonun 
fikrincə,  qurula  biləcək  ideal,  bərabərləşmə  və  xalq 
hakimiyyyəti 
prinsipi 
üzərində 
qurulan 
cəmiyyətdə, 
vətəndaşların  azadlığı,  bərabərliyi  və  xoşbəxtliyi  tam  təmin 
olunmayıbsa  da,  xüsusi  mülkiyyətin  və  onunla  bərabər 
eqoizmin daima artması təhlükəsi qalır.  
  Russo  vətəndaşlıq  intizamı  prinsipini  müdafiə  edir, 
eqoizmə meylli insanlara qarşı ciddi cəza tədbirlərinin tətbiqini 
tələb 
edirdi. 
Əxlaqi 
normaların 
nüfuzu 
din 
ilə 
gücləndirilməlidir. 
Deizm 
mövqeyində 
duran 
Russo 
xristianlığın  ehkamları  və  etikasını  rədd  edərək  dövlətin 
zəminini  mərhəmətli  və  əvəzini  verən  ilahi  qüvvədə  görürdü. 
Belə  “vətəndaşlıq”  dini  vərəndaşların  əxlaq  normaları  və 
vəzifələrini, ictimai  müqavilənin  yenilməzliyini  müəyyən edir. 
Bununla belə Russo  həmin müqavilə pozulan zaman istibdada 
qarşı inqilabın labüdlüyünü qeyd edir. Tərbiyənin əsas vəzifəsi 


104 
 
insan  və  vətəndaşın,  onun  şəxsiyyəti  üzərində  zor  işlətmədən 
formalaşmasında görürdü. Bu zaman uşağın təbii qabiliyyət və 
bacarıqlarını inkişaf etdirmək lazımdır. 
Bütövlükdə  Russonun  ideyaları  Fransa  burjua  inqilabı 
fəallarının  sosial-siyasi  və  əxlaqi  baxışlarına  güclü  təsir 
etmişdir.  Xüsusi  ilə  burada  yakobinçiləri  qeyd  etmək  olar. 
Russonun  əxlaqi  ideyaları  “Elmlər  və  sənətlər  haqqında 
mühakimələr”  (1750),  “İnsanlar  arasında  bərabərsizliyin 
mənşəyi  və  əsasları  haqqında  mühakimələr”  (1755),  “İctimai 
müqavilə haqqında” (1762), “Elm  və  yaxud tərbiyə haqqında” 
(1762) işıqlandırılmışdır. 
Klassik burjua etikasının son mərhələsi İ.Kant, İ.Q.Fixte, 
F.V.Y.Şellinq, Q.V.Hegel, L.A.Feyerbax kimi görkəmli filosof-
tədqiqatçılarının  adı  ilə  bağlıdır.  Artıq  qeyd  olunduğu  kimi, 
Yeni  dövrün  etikasının  üç  başlıca  cərəyanı  –  rasionallıq, 
naturalizm və panteizm - şəxsin əxlaqi bütövlülüyü məsələsini 
müxtəlif şəkildə həll etməyə çalışırdılar.  
 
 
4.3. Alman klassik fəlsəfəsində etika 
 
Alman klassik fəlsəfəsinin banisi Emmanuel Kant (1724-
1804)  artıq  formalaşmış  əxlaqi  nəzəriyyələrdə  daxili 
ziddiyyətləri tapmış, onların  metodoloji  əsaslarını  izah etməyə 
çalışmış, burada yeni problemləri ortalığa qoymuşdur. Kant da 
evdemonizmi  (xoşbəxtliyə  can  atma)  insan  davranışının 
səciyyəvi  cəhəti  kimi  qəbul  edir.  Kant  həm  də  azad  iradənin 
transsendental qanununu formulə etməyə çalışmışdır. 
  Etik  məsələləri  araşdıran  Kant  ilk  növbədə  insanda 
nəzəri  və  ppraktiki  davranışı  fərqləndirir.  Hər  ikisi  ruhun 
məhsulu  olsa  da,  onların  vəzifələri  müxtəlifdir.  Nəzəriyyədə 
düşüncə vasitəsilə hissi-empirik material həzm olunur, nəticədə 
elmi  təcrübə  meydana  gəlir.  Praktikada  isə  ağıl  insanı  hələ 
olmayana, hələ yaranana doğru istiqamətləndirir. Kant göstərir 


105 
 
ki,  insan  ruhunun  üç  qabiliyyəti  var:  dərk  etmə,  həzz  alma  və 
onun əksi, həzz almama, bir də iradə. Bunlara üç şüur hadisəsi 
uyğundur:  düşüncə,  mühakimə  qabiliyyəti,  ağıl.  Əxlaq 
transsendental  borc  hissidir.  Kant  çox  mürəkkəb  sistem 
vasitəsilə  əxlaqi  reallığı  konkret  həyatla  bağlamağa  çalışır. 
Hegel,  Kantın  əxlaqını  tənqid  eədərk  göstərirdi  ki,  tamamilə 
qəbuledilməz  olan  bu  əxlaqilik  vətəndaş  cəmiyyəti  və  həyat 
arasında  abstrakt  bir  ziddiyyətin  üzərində  qurulur.  Lakin  Kant 
əslində  Russonun  ideyasını  davam  edərək  sivilizasiyanı  və 
xüsusi  mülkiyyəti  tənqid  edir.  Kant  cəmiyyəti,  bir  də  aprior 
ideal prinsip olan azadlıq məkanını fərqləndirir. Bu prinsipi heç 
vaxt  axıra  qədər  həyata  keçirmək  olmur.  Söhbət  burada  tarixi 
və  təbii  qanunlar  arasındakı  fərqlərdən  gedir.  Tarixi  qanunlar 
bir meyldir və daima qardaşlıq, bərabərlik, səadət kimi yüksək 
dəyərlərə doğru bir hərəkətdir. 
  Təbiətin  qanunları  və  insan  fəaliyyəti  arasında  yaranan 
uçurumu  necə  fəth  etmək  olar?  Bu  suala  cavab  vermək  üçün 
Kantın  əsərlərinə  müraciət  etmək  lazımdır:  “Xalis  ağlın 
tənqidi”  (1781)  “Praktiki  ağlın  tənqidi  (1788),  “Mühakimə 
yürütmək  qabiliyyətinin  tənqidi”  (1790).  Təbii  səltənətin  və 
azadlıq  səltənətinin  bütövlüyünü  yalnız  nəzəri  səviyyədə  başa 
düşmək,  qavramaq  mümkün  deyil.  Bunu  yalnız  ilahi  intellekt 
edə  bilər.  İnsana  bu  iki  tərəfin  bütövlüyü  hisslər  vasitəsilə 
verilir.  İnsan  həm  ağla  malik,  həm  də  təbii  bir  subyekt  olaraq 
təbiətdə  və  tarixdə  daxili  əlaqələndiricini  tapır  –  bu, 
məqsədyönlülük və gözəllikdir. 
  Kant  öz  yaradıcılığında  əxlaqı  din,  hüquq,  incəsənət, 
gündəlik  həyatla  nisbətdə  qiymətləndirməyə  çalışır.  O,  əxlaqı 
və  dini  bir-birindən  ayırmağa  cəhd  edir:  “insan,  öz  mənəvi 
borcunu  yerinə  yetirmək  üçün  özündən  uca  olan  başqa  bir 
varlıqda  ehtiyac  duymur.  Əxlaqi  qanun  var  ki,  bu,  insana 
praktiki  ağıl  vasitəsilə  verilir”.  Eyni  zamanda  Kant  dini  ağıl 
üzərində  qurulan  bir  inam  kimi  qələmə  verməyə  və  bununla 
onu  kilsə  inamından  uzaqlaşdırmağa  çalışır.  Allahın  varlığını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə