Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

106 
 
düşünmədən  qəbul  etmək  lazımdır  ki,  şüur  vasitəsilə 
məqsədəyönlü  əxlaqi  hərəkəti  onun  real  nəticəsi  ilə 
əlaqələndirmək mümkün olsun. Kantın etikasında Allah əxlaqı 
və xoşbəxtliyi birləşdirir, insanı da bu yolla fəallaşdırır. Əxlaq 
avtonom xarakter daşıyır, din də əslində əxlaqi-praktik ağıldan 
irəli  gəlir.  Əxlaq  dinə  məzmun,  məna  verir.  Əsil  din  kamil 
həyat  tərzinə  olan  daxili  meyildir:  “din  subyektiv  amil  olaraq, 
bütün vəzifələrimizin ilahi ehkamlar kimi dərk edilməsidir”. 
  İnsanın  əxlaqlılığı  isə  avtonom  ağıl  vasitəsilə  ictimai 
praktikanın  dərk  edilməsidir.  Onun  əxlaqi  imkanları  şəxsin 
ictimai  mahiyyətini  ifadə  edir.  Kant  müəyyən  dərəcədə 
maarifçilərin  əxlaqi  konsepsiyasını  da  əsas  kimi  burada 
götürürdü. 
  Əxlaq  və  hüquq  məsələsinə  Kant  müraciət  etdikdə 
burada  sosial  davranışın  xarici  və  daxili  əsaslarını 
fərqləndirirdi. Aparıcı tərəf burada daxilidir, çünki onlar əxlaq 
üzərində qurulur.  Əxlaqlı  hərələt o hərəkət  sayılır ki,  o, bütün 
insan 
nəslinə 
və 
onun 
rifahına, 
firavanlığına 
istiqamətləndirilmiş  olsun.  Hüquqi  münasibətlər  isə  fərdlərin 
iradəsinə və onların xarici normativ əlaqələrinə yönəldilmişdir. 
Burada  cəza  və  yaxud  cəza  qorxusu  əsas  rol  oynayır.  İnsan, 
hüquqi  normanın  subyekti  olaraq,  özgələşməyə  məruz  qalır. 
Əxlaqilik bu özgələşməni aradan qaldırmaq üçün bir fürsətdir. 
  İncəsənətlə  bağlı  Kant  qeyd  edirdi  ki,  əxlaqlı  olan 
əslində  estetik  olanla  immanentdir,  yəni  uyğundur.  Belə 
anlamda əxlaq insanın bütöv, gözəl və möhtəşəm olması üçün 
bir zəmin rolunu oynayır. Kant öz “Ali və gözəl olanın duyumu 
üzərində  müşahidələr”  (1764)  adlı  əsərində  göstərir  ki,  yaxşı, 
ləzzətli və əksinə olanın duyumu bir o qədər xarici predmetlər 
və  şeylərdən  yox,  hər  bir  insana  xas  olan  həmin  predmetlərin 
təsiri nəticəsində həzzalma bacarığından irəli gəlir: “əxlaqilik – 
gözəllik  duyumu,  insan  təbiətinin  ləyaqətlilik  duyumudur”. 
Müəyyən  mənada  Kantın  baxışları  Şeftsberinin  bu  sahədəki 
ideyalarına  yaxındır.  Kant  estetik  mühakimələr  sırasında 


107 
 
gözəllik,  yaxşılıq  və  cazibədarlığı  fərqləndirir.  Burada  zövqün 
də böyük əhəmiyyəti var. 
  Kant əxlaq və tarix haqqında da fikir söyləmişdir. Əxlaq 
müəyyən  “obyektiv  ruhun”  elementi  kimi  götürülür.  Bəşər 
övladları  yaşamağın  mənasını  yalnız tarixi prosesdə görür. Ən 
ümumi  ümumdünya  vətəndaşlıq  vəziyyəti  yaranacaqdır  ki, 
burada  insan  nəslinin  bütün  bacarıqları  üzə  çıxacaqdır. 
Əxlaqlılıq  elə  bir  düşüncə  tərzidir  ki,  bunun  vəzifəsi  insanı 
ümumbəşərilik həddinə çatdırsın. Bu, insanın bütün bacarıq və 
qabiliyyətlərinin inkişafı deməkdir. Dövlətlər də burada ədalətli 
konstitusiya üzərində inkişaf etməlidir. 
  Əxlaq 
həm  də  mədəniyyətin  tənqidi  cəhətdən 
qiymətləndirilməsinin  meyarıdır.  Sosial  antaqonizmlər  əbədi 
xarakter daşıyır. Həmin antaqonizmləri aradan qaldırmaq üçün 
əxlaqın imkanlarından istifadə etmək lazımdır. Əxlaqın inkişafı 
nəticəsində  elə  bir  mərhələ  gəlib  çıxacaq  ki,  hər  kəsin  tam 
inkişafı,  çiçəklənməsi  bütün  cəmiyyətin  inkişafı  və 
çiçəklənməsi  üçün  şərt  olacaq.  Əxlaq  icmanın  tarixi 
kamilləşməsi  formasıdır.  Kant  göstərirdi  ki,  incəsənət  və  elm 
mədəniyyətin ali pilləsinə çatmaq üçün bir fürsətdir. Sbununla 
belə bizim sivilizasiyamızın ali pilləsində olmasına baxmayaraq 
hələ əxlaqi kamilliyə biz nail ola bilməmişik. 
  Əxlaq bir hadisədir ki, həqiqətdə olmayıb və sözün əsil 
mənasında  heç  vaxt  olmamışdır.  “Əbədi  sülhə  doğru”  (1795) 
əsərində  isə  Kant  siyasət  üçün  əxlaqın  əhəmiyyətindən  bəhs 
edir.  Bu  elə  bir  ümumi  şərtdir  ki,  hər  bir  real  siyasətçi  onlara 
istiqamətlənməlidir.  Ümumiyyətlə  Kant  mənəvi  problemləri, 
cəmiyyəti  kompleksli,  sistemli  şəkildə  təhlil  edərək, 
qiymətləndirməyə  çalışırdı.  Öz  “Əxlaqın  metafizikasının 
əsasları”  (1755)  əsərində  əxlaqi  şüuru  etik  nəzəriyyə 
səviyyəsində  təhlil  etməyə  çalışır.  Burada  o,  əxlaqi  prinsipin 
yalnız zəkanın məhsulu olduğunu qeyd edir. 
  Kant  əxlaqi  qanunlarının  ən  ümumi  əsasını  axtarıb 
qiymətləndirməyə  çalışmışdır.  Fərdin  subyektiv  etikasının  üç 


108 
 
forması  var:  fiziki  hisslər,  bunların  üzərində  isə  eqozim  və 
fayda  etikası  qurulur.  İkincisi  -  əxlaqi  hisslərdir.  Üçüncüsü  - 
ənənəvi  tərbiyə  və  idarəetmə  üzərində  qurulan  empirik 
əxlaqdır.  Kant  özü  etikanı  ağıl  üzərində  quraraq,  onu 
riyaziyyatla  müqayisə  edirdi:  qaydalar  dəqiq  olmalı,  hökm 
mahiyyəti  daşımalıdırlar.  Əxlaqi  hökm  budur:  insan  öz 
faydasını  ən  ümumi  qanuna  tabe  etməlidir.  Fərdin  şəxsi 
maraqları  transsendental  ağıla,  əxlaqi  qanuna  tabe  olmalıdır. 
Ali  əxlaqi  qanun  belə  səslənir:  elə  hərəkət  et  ki,  sən  insan 
nəslinə  həm  öz  timsalında,  həm  də  istənilən  bir  başqa  şəxsin 
timsalında  həmişə  məqsəd  kimi  müraciət  edəsən  və  heç  vaxt 
onu  bir  vasitə  hesab  edərək  ona  müraciət  etməyəsən.  Kantın 
fikrincə  bu,  fəzilətlər  haqqında  təliminin  ali  prinsipidir  və 
formal,  ən  ümumi  xarakter  daşıyır.  Zəka  meyllərə  və  hisslərə 
üstün  gəlməlidir  ki,  fərd  özündə  ictimai  mahiyyəti 
formalaşdırsın və dərk etsin.  
  Kant  həmişə  mənəviyyatın  ali  prinsipinin  formal 
xarakterini  vurğulayırdı.  Bu,  qəti  hökmdür.  Kantın  etik 
nəzəriyyəsi sosial-normativ cəhətdən məhdud idi. Daxili əqidə, 
xoş  məram,  niyyət,  onun  və  fərdlərin  tələbatları  və  istəkləri 
arasında  harmoniyanın  əldə  edilməsi  yalnız  axirət  dünyasında 
sona qədər reallaşa bilərdi. Əxlaqi qanunun reallaşması, fəzilət 
və səadətin üst-üstə düşməsi yalnız allahın azadlıq və ölməzlik 
kimi yenilməz prinsipləri üzərində mümkündür. 
İ.Kant öz “Praktik zəkanın tənqidi” əsərində avtonom və 
heteronom  etikaları  fərqləndirirdi.  Bu  etikalar  əxlaqi  sistemin 
iki  tərəfini  bildirir.  Avtonom  etikada  göstərilir  ki,  əxlaqi 
prinsiplər  və  tələblər  hər  hansı  bir,  mənəviyyata  xaric  olan 
şərait,  maraq  və  məqsədlərdən  asılı  deyil.  Heteronom  etikada 
göstərilir  ki,  həmin  prinsiplər  ictimai  fəaliyyətin  təsiri  altında 
formalaşır.  Kantın  etikası  ən  ümumi  əxlaqi  qanuna  əsaslanır. 
Fransa  maarifçilərinin  mövqeyinə  qarşı  Kant  (onlar 
mənəviyyatın  əsasını  “insan  təbiətinə”  xas  olan  maraqlarda, 
meyllərdə  görürdülər)  şəxsi  vicdanın  müstəqilliyini,  daxili 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə