Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

109 
 
əqidəyə əsaslanan ümumbəşəri əxlaqi qanunlarının zəruriliyini, 
əxlaqi istiqamətləndirmələrin özünəməxsusluğunu irəli sürürdü. 
Bu  mənada  mənəvi  qanunlar  aprior  xarakter  daşıyır,  yəni 
mürəkkəb  xarakterli  empirik  şəraitdən  asılı  deyil.  Kantın  bu 
yanaşması  öz  davamını  yeni  kantçılıqda,  intuitivizmdə, 
ekzistensializmdə, dialektik teologiyada tapmışdır. 
Ümumiyyətlə,  bu  iki  sahənin  (yəni  avtonov  və 
heteronom)  heç  birinin  əhəmiyyətini  mütləqləşdirmək  olmaz, 
çünki real həyatda hər ikisinin ifadələri var. 
Alman  filosofu  Georq  Vilhelm  Fridrix  Hegelin  (1770-
1831)  etika  nəzəriyyəsində  əsas  xidməti  ondan  ibarətdir  ki,  o, 
Kantdan  fərqli  olaraq  xoş  niyyət  etikasından  sosial  məzmunlu 
etikaya  doğru  bir  addım  atmışdır.  Onun  etik  ideyaları  əsasən 
“Xalq  dini  və  xristianlıq”  (1795-1796)  və  bir  sıra  digər 
yazılarında öz əksini tapmışdır. 
  Hegelin  etik  baxışlarının  nəzəri  mənbəyi  Kant  və 
Fixtenin  əxlaqi  baxışları,  o  cümlədən  xristian  əxlaqının 
maarifçi  variantı  olmuşdur.  Eyni  zamanda  gənc  yaşlarında  o, 
həm də nanteist ənənəyə müraciət etmişdir.  
  Onun  erkən  əsərlərində  hər  hansı  bir  məhdudiyyətə, 
əngələ qarşı çıxış edən azad fərd vəsf olunur. Bu mübarizədə o, 
təbiətlə  həmrəy  olmuşdur.  Yuxarıda  adı  çəkilən  “Xalq  dini  və 
xristianlıq” əsərində o, mənəvi baxımdan daha təsirli olan xalq 
dinini və ciddi şəkildə ehkamlaşdırılmış rəsmi dini fərqləndirir. 
Burada bir ziddiyyət aşkarlanır: bir tərəfdən, din, əxlaq, hisslər, 
digər tərəfdən, ağıl, maarifçilik, ehkamçılıq. 
  Hegel qəti əmin idi ki, xristianlıq əxlaqi dindir, buradakı 
ibadətlər, rituallar ağıl vasitəsilə dərk edilə bilməz.  
  Əxlaq  zəka  ilə  yox,  duyğu  vasitəsilə  qavranılmalı  və 
qəbul edilməlidir. Şəxsiyyət əxlaqi azadlığa malikdir. Cəmiyyət 
insanın  özgələşməsini,  onun  təbiətdən  təcrid  olunmasını 
dərinləşdirir.  Əgər  əxlaqın  mənbəyi  xarici  obyektdirsə,  onda 
apologetik  mahiyyətli  (ehkamçı)  əxlaq  əmələ  gəlir.  Əgər 


110 
 
əxlaqın  mənbəyi  biz  özümüzüksə,  onda  canlı  əxlaq  yaranaraq 
sonu olan həyatı sonsuzluğa doğru ucaldır. 
  Hegel  dini  əxlaqın  özgələşməsi  kimi  qiymətləndirir.  O, 
belə  bir  suala  cavab  verməyə  çalışır:  nə  üçün  əxlaqda  insan 
təcrübəsi kifayət etmir və dinə müraciət olunur? Əslində həmin 
sualın  cavabı  təbiət  və  ruhun  yanlış  qarşıdurmasındadır  ki, 
nəticədə  insan  ruha  yalnız  Allahın  vasitəçiliyi  ilə  qoşula  bilir. 
Müqəddəslik  (Allahda)  və  əxlaqi  kamillik  insan  mahiyyətinin 
bir  qismini  təşkil  edir.  Tarixin  inkişaf  dialektikası  göstərir  ki, 
siniflərin  meydana  gəlməsi,  bərabərsizliyin  dərinləşməsi 
cəmiyyətdə  insanın  özgələşməsi  ilə  nəticələnir.  Özgələşməni 
aradan  qaldırmaq  üçün,  real  insanı  ictimai  varlığa  döndərmək 
üçün dinə müraciət olunmuşdu. 
  Duyan,  real  ictimai  varlıq  olan  insanın  ruhu  rasional 
düşüncənin  köməyi  ilə  əmələ  gəlir.  Hegel  öz  əsərlərində 
(“Fəlsəfi  elmlərin  ensiklopediyası”,  “Hüquq  fəlsəfəsi”  (1821) 
əxlaq  və  mənəviyyat  əsərlərini  fərqləndirir.  Əxlaq  cəmiyyətdə 
əmək bölgüsü nəticəsində  yaranmış bərabərsizliyin  nəticəsidir. 
Qədim  yunan  cəmiyyətində  yunanlarda  vətənpərvərlik  hissi 
etikanı  onların  daxili  əqidəsinə çevrilməyə qoymurdu. Sokrata 
qədərki  afinalılar  mənəvi  cəhətdən  saf  olsalar  da,  əxlaqlı 
deyildilər.  Burada  fərdin  əxlaqi  şüuru  onların  siyasi 
təfəkküründən  hələ  ayrılmamışdı.  Fərdi  iradə  ədalətin  bütün 
formaları ilə üst-üstə düşür. 
  Hegelin  fikrincə  əxlaq  fərdiliyin  ictimai  bütövə 
münasibətini  bildirir.  Burada  xarici  şərtlər  məcmusu  var  ki, 
onları  ya  hüquqi  məcburetmə,  ya  da  ki  şəxsiyyətin  əxlaqi 
seçimi  kimi  yerinə  yetirmək  lazımdır.  Roma  dövründə  fərd 
əxlaqi şəxsə çevrilir. Hegel bu halı tərəqqi olduğunu qeyd edir. 
Mənəviyyat 
ayrı-ayrı 
fərdlərin 
əxlaqi 
düşüncəsində 
(refleksiyasında)  ifadə  olunur.  Mərhələlər  aşağıdakılardır: 
hüquqi – Roma, əxlaqilik – orta əsrlər, mənəviyyat – vətəndaş 
cəmiyyəti, konstitusiyalı dövlət –müasir cəmiyyət. Hegel bunu 
belə  bir  şəkildə  görür:  bu,  elə  bir  vətəndaş  cəmiyyətidir  ki, 


111 
 
burada  mənəvi  aləmin  fərdiyyətçiliyi  cəmiyyətin  müxtəlif 
tərəflərinin  (hüquq,  siyasət,  iqtisadiyyat,  incəsənət,  din)  üzvi 
sintezi vasitəsilə aradan qaldırılır. Beləliklə, Hegeldə əxlaqilik, 
Kantda  və  Fixtedə  olduğu  kimi  ictimai  proseslərin  fövqəl 
meyarı vəziyyətini itirmiş olur. 
  Yeni  cəmiyyətdə  əxlaqilik,  hüququ  və  əxlaqı  özündə 
birləşdirərək xalqın ruhu kimi çıxış edir. Bu ruhun məzmununu 
“əxlaqi dəyərlər, qanunlar və konstitusiya “ təşkil edir. “Ruhun 
fenomenologiyası”  əsərində  o  belə  qənaətə  gəlir  ki,  ictimai 
varlığın  bütövləşməsi  insan  həyatını  təcrid  edilmiş  fərdin 
fəaliyyətinə,  yəni  əxlaqa  gətirib  çıxarır.  Həmin  ictimai  varlıq 
(bütöv,  özgələşmiş  formada  olduğu  üçün  burada  tarixi 
mövcudat  iki  hissəyə  parçalanır:  obyektiv  qanunlara  tabe  olan 
xarici  fəaliyyət  və  daxili  əxlaqi  hərəkətlər.  Subyektin 
bütövlülüyü qalmadığı üçün konkret fəaliyyət əxlaqda normalar 
səviyyəsində  qiymətləndirilir  və  borc  şəklində  çıxış  edir. 
Əxlaqilik ictimai münasibətlərin dərk edilməsi və düşünülməsi 
üzərində  qurulur.  Protestant  ruhunda  ifrat  şəklində  götürülən 
əxlaq əslində bir oyun, yarımçıq qalmış vicdan borcunu yerinə 
yetirməkdən  (dərk  edə  bilmədiyini  bəhanə  tutaraq)  boyun 
qaçırmaqdır.  Burada  Hegel  daxili  əqidə  üzərində  qurulan 
etikadan  sosial  məzmunlu  etikaya  dönüşə  nail  olur.  Beləliklə, 
əxlaqlı  insanda  əsas  olanı  əqidə  yox,  onun  fəaliyyəti, 
hərəkətləridir. Əxlaqi nəzəriyyə konkret predmetli fəaliyyətdən 
irəli gəlməlidir. 
  Hegel “mənəvi” dedikdə dövlət qanununu və ciddi borc 
hissini  nəzərdə  tutur.  Əxlaqi  hiss  əslində  yalnız  milli  ləyaqət 
hissidir;  əqidə  isə  hökümətin  göstərişlərinə  əməl  edilməsidir. 
Vətənpərvərlik  dövlətin  mütləq  olmasının  qəbul  edilməsidir. 
Beləliklə,  Hegelin  fikrincə,  əxlaqın  subyekti  elə  dövlətin 
subyektidir.  Hegel  subyektin  emosional  aləmini  nəzərə  almır; 
yalnız rasional tərəfini qəbul edən filosof azad və məsuliyyətli 
subyekti  tam  şəklində  dövlətin  tabeliyinə  keçirir.  İnsan  fərdi 
məsuliyyətini təxirə salaraq yalnız dövlət borcunu qəbul edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə