Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

112 
 
  Əxlaqi münasibətlərdə fərdlərin bir-birinə münasibətləri 
müəyyənləşir.  Fərdlər  burada  duyan,  hiss  edən  varlıqlar  kimi 
çıxış  edirlər  (söhbət  sevinc,  ümid,  qorxu  kimi  hisslərdən, 
utanmaq,  peşman  olmaq  kimi  əxlaqi  keyfiyyətlərdən  gedir). 
Hegel  göstərir  ki,  əslində  ictimai  həyatın,  onun  tarixi 
hərəkatının  əxlaqi  kateqoriyalarla  heç  bir  uyğunluğu  yoxdur. 
Bu  mənada  o,  Kanta  qarşı  çıxış  edir  (Kant  tarixilikdə  həm  də 
əxlaqi mahiyyət axtarırdı). Tarixi şəxsiyyətləri fəaliyyətə təhrik 
edən  motivlər  –  ehtiraslar,  hökmran  olmaq  istəyi,  hakimiyyət 
arzusu,  hökm  etmək  ləzzəti  olmuşdu.  Bunlarda  əxlaqi  hissləri 
görmək  bir  növ  naşı  adam  tərəfindən  tarixi  qiymətləndirmək 
deməkdir.  Əxlaq  və  əxlaqi  təbliğat  əslində  ideoloji  xarakter 
daşıyır. 
  Hegelin  təsəvvüründə  əxlaqi  şər  tarixən  dəyişkəndir  və 
hər bir dövrdə yeniləşir. Bütövlükdə o, xeyir və şərin etik fikir 
tarixində  yerini  və  rolunu  təhlil  edərək  burada  onu  hərtərəfli 
təfsir etmişdir.  
Digər  alman  filosofu  Lüdviq  Andreas  Feyerbax  (1804-
1872)  öz  əxlaqi  baxışlarını  dinin  və  idealist  əxlaq 
nəzəriyyəsinin  tənqidi  üzərində  qurur.  O,  insanı  fəaliyyətdə 
olan varlıq kimi  qiymətləndirərək, materialist  yönümlü etikanı 
yaratmağa  çalışmışdır.  Eyni  zamanda  o,  burada  ardıcıl  deyil. 
Feyerbaxın etika haqqında təsəvvürlərinə naturalist materializm 
təsir  etmişdir.  Feyerbaxın  yaradıcılığında  etika  əsas  yer  tutur. 
Başlıca  əsəri  “Spirituaslizm  və  materializm,  xüsusən  onların 
iradə azadlığına münasibətdə haqqında”dir (1866), bir də onun 
etika haqqında məktublarıdır. 
  Məlumdur  ki,  Feyerbaxın  etik  və  ateist  baxışları  bir-
birinə  çox  yaxındır.  Feyerbax  din  haqqında  yazır  ki,  bu, 
fantastik  mahiyyətli  icma  şüuru,  insanın  hissi  bünövrəsinin 
sosial  və  tarixi  varlıq  tərəfindən  ayrılması,  özgələşməsidir. 
İnsanın ictimai – praktiki mahiyyəti burada fərdlərin emosional 
münasibətlərini,  öz  sosial  eyniliyini,  bərabərliyini  duymağa 


113 
 
olan  qarşılıqlı  tələbatıdır.  Din  isə  əslində  özgələşmiş  formada 
əxlaqilikdir. 
  Əxlaq  haqqında  Feyerbax  ilk  əsərlərində  də  yazır 
(“Ölüm və ölməzlik haqqında düşüncələr” (1830). Bütövlükdə 
bir  çox  digər  əsərlərində  də  əxlaq  məsələlərinə  münasibət 
bildirilir (məs., “Xristianlığın mahiyyəti” (1841) və s. Feyerbax 
insanın  daxili  qabiliyyətlərinin  inkişafında  cəmiyyətin  tarixi 
prosesinin  rolunu  qiymətləndirərkən  göstərir  ki,  insanın  fitri 
imkanları  (emosiyalar,  təfəkkür)  ondan  təcrid  edilmiş  və 
müstəqil, özü də insana yad, düşmən olan bir qüvvə kimi (allah, 
obuektiv ideya) təqdim edilmişdir. 
  Feyerbax sübut etməyə çalışır ki, xristian dini və klassik 
buryua  alman  fəlsəfəsinin  əsasları  idealizmdir.  İndiyə  qədər 
insan  mənəvi  substansiyanın  inkişaf  nəticəsi  kimi  göstərilirdi; 
hal-hazırda  təbii  insanı  və onun fitri imkan və xüsusiyyətlərini 
özü-özünü  yaradan  yaradıcı  başlanğıc,  mərkəz  kimi 
qiymətləndirmək  lazımdır.  Feyerbaxın  insanı  abstraksiyalar 
üzərində  qurulur.  İnsan  bütöv,  fəaliyyətdə  olan  bir  varlıqdır. 
Onun  emosional  və  rasional  dərkedici  qabiliyyətləri  var.  Fərd 
maddi, praktiki fəaliyyətdən kənarda götürülür. İnsan həyatının 
sosial  xarakteri  burada  mənəvi  -  əxlaqi  sahə  ilə 
məhdudlaşdırılır.  
O, utopik şəkildə insanlararası münasibətlərində abstrakt 
humanizm  ideyalarını  irəli  sürür.  Feyerbax  dini  inkar  edərkən 
burada  real  tarixi  praktikanı  nəzərə  almır.  İnsan  dərk  etmək 
qabiliyyətinə  malik  universal  təbii  məxluqdur.  Subyekt  – 
obyekt  dialektikasını  o  belə  görür:  Mən  və  Sən.  İnsan  digər 
insanla  eyniyyət  təşkil  edir  (mahiyyət  etibarilə).  Real  şəkildə 
isə Mən və Sən arasında fərqlər mövcuddur.  
  Subyekt  və  obyektin  üst-üstə  düşməsi  insanı  insan 
tərəfindən hissi seyretmə zamanı baş verir. İnsan insanı həm də 
sosial  varlıq  kimi  qavrayır.  İnsan  mahiyyəti  buna  görə  sosial 
xarakter  daşıyır.  Eqoizmə  də  münasibətini  bildirən  Feyerbax 
göstərir  ki,  əslində  eqoizm  fayda  yox,  fərd  tərəfindən  insanın 


114 
 
yaratdığı  (incəsənətdə,  elmdə,  digər  ictimai  fəaliyyət 
sahələrində)  bütün  zənginliklərdən  faydalanmasıdır.  İnsanın 
meylləri,  bacarıq  və  qabiliyyətləri  eqoizm  vasitəsilə  hərəkətə 
gəlir.  Buna  görə  də  eqozimin  bir  çox  növləri  var:  fərdi,  tək, 
həm də sinfi, milli, qrup və s. Xeyir səadətə meylin təsdiqi, şər 
isə səadətə meylin inkarıdır. İnsan davranışının emosional tərəfi 
sonrakı  ictimai  fəaliyyət üçün bir növ  çıxış  nöqtəsidir.  İctimai 
tərəfi  isə  səadətə  can  atmaqdır.  İnsanın  emosionallığı  ilk 
növbədə  onun,  digər  insanın  duyulmasında  özünü  bildirir.  Öz 
hissi  ilə  o,  digər  insanın  varlığını  təsdiqləyir.  Sevgi  insanın 
həmrəyliyə  yenilməz  meylidir.  Xoşbəxtliyə  fərdi  canatma 
digərlərin  xoşbəxtliyini  və  ümumiyyətlə  başqalarının 
xoşbəxtliyini istisna edir. 
  Bütövlükdə  Feyerbaxın  etikası  ilk  növbədə  həmin 
dövrün  fəlsəfəsinin  panteist  –  materialist  xətti  ilə  bağlıdır.  Bu 
etika  həm  də  müəyyən  mənada  utopik  sosializm  ideyalarını 
özündə  əks  etdirirdi.  Onun  xoşbəxtlik  etikası  materialist 
xarakter daşıyır. 
  Lüdviq  Feyerbax  əxlaqın  əsaslandırılmasında  eqoizm 
prinsipindən irəli gəlirdi. Eqoizm dedikdə insanın təbiəti və öz 
zəkasına  uyğun  davranması  nəzərdə  tutulur.  Feyerbaxın 
fikrincə  məhz  eqozim  teologiyanı,  dini,  istibdadı  inkar  edir, 
məhz bu qüvvələr insan davranışına xaricdən təsir edərək onun 
əsl təbiətinə və tələbatlarına ziddir. Adları çəkilən hallar yalnız 
o  zaman  mənəviyyatın  əsasına  çevrilə  bilər  ki,  onlar  insan 
davranışını idarə edərkən onun şəxsi, eqoist maraqlarını təmsil 
edəcəklər. 
  Feyerbax  hesab  edirdi  ki,  xeyir  fərdi,  sırf  təbiət 
tərəfindən müəyyən edilmiş tələbatlarının ödənilməsi kimi başa 
düşməlidir.  O,  göstərirdi  ki,  hisslər  mənəviyyatın  meyyarıdır; 
insan istiqamətlənmələrin ən alisi xoşbəxt olmaq arzusudur. O, 
hesab  edirdi  ki,  fərdi  əxlaq  mümkün  deyil,  çünki  mənəviyyat 
iki tərəfi nəzərdə tutur:  həm  “Mən”-in  olmasını, həm  də onun 
digər  insanlarla  ünsiyyətini.  Xoşbəxt  olmaq  istəyən  insan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə