Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

115 
 
yaxınları,  əzizləri  ilə  birgə  xoşbəxt  olmaq  istəyər.  Belə  bir 
istiqamətlənmə  son  nəticədə  mənəvi  borca  çevrilir: 
başqalqarının da xoşbəxt olmasına mane olma! 
  Alman  filosofu  Fixte  İohann  Qotlib  də  (1762-1814) 
etikaya  öz  münasibətini  bildirmişdir.  Aləm  insan  fəaliyyəti 
sahəsi olduğu üçün burada fəaliyyətin özü belə əxlaqi qanunun 
reallaşması deməkdir. Bu cür yanaşma azadlıq (almalı olan) və 
zərurət  (mövcud  olan)  arasındakı  ziddiyyəti  aradan  qaldırmalı 
idi. Fixteyə görə fəaliyyət mütləq şəkildə özbaşına ola bilməz; 
onun  azadlıq  dərəcəsi  məqsədlə  uzlaşır,  xarixi  təsirin  nəticəsi 
kimi o, reallaşmır. Olmalı olanın və mövcud olanın arasındakı 
ziddiyyəti  Fixte  hər  ikisini  yarada  biləcək  və  fərdlərin  özündə 
formalaşdıran  transsendental,  fövqəl  “Mən”-də  görür.  O, 
göstəriridi  ki,  azadlıq  əxlaqi  qanun  əsasında  həyata  keçirilən 
fəaliyyət zəminində mümkündür.  
Bu  cür  düşünməklə  Fixte  abstrakt  fərdiyyətçilik 
haqqında təsəvvürləri rədd etmək, azadlığı isə ictimai inkişafın 
nəticəsi kimi təsvir etmək istəyirdi. Yəni fəaliyyət fərdin özünə 
aid ola bilər. Cəmiyyət qanunlarına tabe olmaq azadlığı istinsa 
etmir.  Cəmiyyət,  məqsdəyönlü  birlik  olaraq  insanların  azadlıq 
vasitəsilə  qarşılıqlı 
fəaliyyət 
formasıdır.  Hüquq  da 
mənəviyyatın zəruri şərtidir (hər ikisi bir yerdə etika məkanını 
təşkil  edir).  Eyni  zamanda  dövlətdən  kənarda  cəmiyyət 
üzvlərinin normal həyatı mümkün deyildir. 
  Kamil 
cəmiyyəti  yaratmaq  üçün  dövlət  gərək 
cəmiyyətin  bütün  üzvlərinin  iradəsini  ifadə  edə  bilsin.  Fixte 
əxlaqi  ideal  haqqında  da  yazırdı  ki,  bu  “xalis  ruhun  böyük 
bütövlüyü”dür, buna yalnız əxlaqi özünükamilləşdirmə yolu ilə 
nail  olmaq  mümkündür.  İlk  növbədə  insan  öz  mənəvi-kamil 
olan  transsendental  “Mən”-i  müxtəlif,  empirik  “Mən”-lərə 
(fərdlərə, hansılarda ki, o, təcəssüm olunub) xas olan nöqsanlar 
və  qüsurlardan  təmizlənməlidir.  Transsendental  “Mən”-in 
məzmunu  özünü  vicdana  olan  tələblərdə  ifadə  edir.  Məhz 
vicdan  mənəvi  borcun  yeganə  əsası  sayıla  bilər:  “Daxilimdəki 


116 
 
əxlaqi  qanun  daima  mənim  xalis  “Mən”-in  formasını 
səciyyələndirir...”.  
Yalnız vicdan insanı həmişə və şərtsiz-şəriksiz idarə edir. 
İnsan  xarici  təsirləri  nəzərə  almadan  vicdana  uyğun  hərəkət 
etməlidir.  İctimai  münasibətlərin  təkmilləşməsi  yolunu  Fixte 
insanların  əxlaqi  özü-özünü  kamilləşdirməsində  görürdü. 
“Xaricimdə  olanı  dəyişdirə  bilmədiyimə  görə  daxilimdəkinin 
dəyişdirməsinə  qət  etmişəm”.  Eyni  zamanda  Fixte  mənəvi 
fəaliyyətin  bir  istiqamətini  də  ictimai  münasibətlərin 
dəyişilməsində görürdü. 
 
4.4.XIX əsrin ikinci yarısında etik baxışlar 
 
Furye  Şarl  (1782-1897)  Fransa  sosialisti  və  utopisti 
olmuşdur.  Furyenin  bir  çox  ideyaları  XVIII  əsrin  fransız 
materialistlərinin  təlimləri  üzərində  qururdu.  O,  ilk  növbədə 
insana anadangəlmə xas olan təbii  “ehtiraslara”  nəzər  yetirirdi 
(sağlam olmaq meyli, sevgi, yaradıcılıq və s., cəmi 12 ehtiras). 
O,  göstərirdi  ki,  bütün  bunlar  faydalı  və  zəruridir.  İnsan  üçün 
elə bir şərait yaradılmalıdır ki, o, bütün müsbət məziyyətlərini 
ifadə edə bilsin. İnsan anadangəlmə zərərli vərdişlər və arzulara 
malik  deyil.  Yalnız  sivilizasiyanın  süqutu  şəraitində  bütün 
sosial  münasibətlər  dəhşətli  dərəcədə  təhrif  olunur.  İnsana 
altruizm  hissinin  xas  olmasına  baxmayaraq,  o  işləməyə, 
başqalarına köməklik göstərməyə çalışır, cəmiyyətdəki rəqabət, 
müxtəlif  sosial  qrupların  maraqları  arasında  formalaşan 
ziddiyyətlər  isə  fərd  və  cəmiyyət  arasında  antaqonizmin 
yaranmasına gətirib çıxarır. 
  “Furyenin  idealı”  vahid  təsərrüfat  və  sosial  aləmin 
yaradılması idi. Burada bütün “insani maraqların” harmoniyası, 
insanların  həmrəyliyi  təmin  olunmalıdır.  Belə  cəmiyyətdə 
yaşayan insanlarda yeni keyfiyyət – “unitarizm”, yəni hamının 
yaxşı  yaşamasına  meyllilik  əmələ  gələcəkdir.  Burada  şəxsi 
rifah arzusu hamının rifahının yüksək olması arzusu ilə uzlaşır. 


117 
 
Furye  ailə  əxlaqı,  qadının  cəmiyyətdəki  vəziyyəti,  uşaqların 
düzgün tərbiyəsi problemlərinə də öz münasibətini bildirmişdir. 
Oqüst  Kont  (1798-1857)  fransa  filosofu,  pozitivizm 
cərəyanının  və  sosiologiya  elminin  banisi  olaraq,  əxlaqi 
baxışlar  sistemini  yaratmışdır.  Elmin  üç  inkişaf  mərhələsinə 
(teoloji,  metafizika,  pozitiv)  uyğun  olaraq,  Kont  həm  də  eyni 
adlı  sosial  inkişaf  mərhələlərini  fərqləndirir.  Bu  mərhələlərin 
reallaşması siyasətin müsbət, yəni “pozitiv” elmə çevrilməsinə 
imkan yaradır. Bu elm inqilabi-tənqidi ruhdan azaddır. 
  Kontun  fikrincə,  etikanın  qanunlarında  insan  nəslinin 
həmrəy  həyatının  daimi  şəraiti  əks  olunur.  Əxlaqın  tətbiqi  və 
formalaşması uzunmüddətli ictimai faydanı nəzərdə tutan fayda 
yox,  ictimai  həyata  meyl,  sosial  instinktdir,  bu  da,  öz 
növbəsində  hisslərə  əsaslanır  və  şəxsi  maraqdan  asılıdır. 
D.Yum və A.Smit ardınca o, göstərir ki, qəbilə üzvü olan ayrıca 
fərdin  davranış  qaydaları  şəxsi  maraqlarla  yox,  hadisələrin 
ümumi  gedişatı  ilə  müəyyən  olunur.  Təcrid  edilmiş  fərd 
yalnızca  bir  abstraksiyadır;  real  həyat  ailədə,  ilk  sosial 
orqanizm olaraq başlanır. Fərdi həyatda şəxsi instinktlər, ailədə 
isə simpatiya üstünlük təşkil edir. Nəticədə ailədə yaşayan şəxs 
eqoist  meyllərdən  uzaqlaşır,  o,  başqaları  üçün  yaşamağa 
başlayır.  İctimaj  həyatda  isə  fərdin  intellektual  bacarıqları  və 
qabiliyyətləri inkişaf edir. 
  Yalnız  sosial  instinktlər  sərbəst  inkişaf  edir;  bunun 
nəticəsində  insan  daxilən  məmnun  olur;  həmin  razılıq  hissi  nə 
tərifdən, nə də ki, mükafatdan asılıdır. Sosial orqanizmin üzvü 
olması  ideyası  insanda  cəmiyyət  üçün  görə  biləcək  əməllər 
haqqında  əminlik  yaradır.  Nəticədə  insanda  ən  nəcib 
xüsusiyyətlər  əmələ  gəlir,  təbii  bacarıqlar  inkişaf  edir,  pis 
vərdişlər isə  ya məhv olur,  ya da ki,  dəyişərkən  ümumi  rifaha 
və inkişafa xidmət etməyə başlayır. 
  Ən  ali  əxlaqi  ideya  bəşəriyyət  ideyasıdır  ki,  bunun 
inkişafı  fərdi  və  sosial  qüvvələrin  birgə  səyləri  nəticəsində 
mümkün  olacaqdır.  Kont  yeni  “bəşər  dinini”  yaratmağa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə