Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə4/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110

11 
 
Demokritin  hesab  etdiyi  kimi,  ilk  növbədə  cismani  və 
mənəvi məziyyətləri fərqləndirmək lazımdır. İnsanın ən böyük 
ləyaqəti – onun fiziki vəziyyəti yox, xasiyyətidir. Ümumiyyətlə 
istər  fiziki,  istərsə  də  mənəvi  hərəkətlərində  ölçünü  gözləmək 
lazımdır. Burada hər bir şey nə əksik, nə də ki, artıq olmalıdır. 
Ağıl  vasitəsilə  insan  özünü  idarə  edir,  ehtiraslarını  cilovlayır, 
ani  və  əbədi  olanları  fərqləndirir.  İnsan,  canlı  varlıq  olaraq 
bəzən öz hərəkətlərində cəmiyyətlə zidd olur. Yaxşı olana nail 
olmaq  üçün  böyük  səylər  lazımdır,  pis  olan  isə  daha  tez 
mənimsənilir.  Ağıl  normalara  riayyət  olunmasını  tələb  edir, 
insan isə öz hiss və ehtiraslarını bəzən cilovlaya bilmir.  
Tərbiyə  vasitəsilə  insan  öz  təbiətindən  düzgün  istifadə 
etməli,  cəmiyyətdə  qəbul  olunmuş  əxlaqi  normaları  qavrayıb 
qəbul  etməlidir.  Əsas  vəzifə  ağılın  tələblərini  fərdin 
tələbatlarına 
çevirməkdir. 
İnsanda 
formalaşan 
əxlaqi 
mexanizmlər fərdi xarakter daşısa da, cəmiyyət bunları təlim və 
tərbiyə yolu ilə tənzimləyə bilir. Borc və vicdan hissləri burada 
əsas rol oynayırlar. Ən yaxşı tərbiyəçisi isə əməkdir: “əgər biz 
uşaqları əməyə məcbur etməsəydik, onda onlar nə oxumağı, nə 
musiqini,  nə  gimnastikanı,  nə  də  ki,  ən  çox  yaxşılığı 
möhkəmləndirən  utanmaq  hissini  qavraya  bilməzdilər.  Çünki 
əsasən  belə  qəbildən  olan  məşğuliyyət  nəticəsində  abır-həya 
hissi əmələ gəlir. Borc və abır-həya fərd və cəmiyyət arasında 
yaranan vasitəçi amillərdir”.  
Dövlət,  qanun  insan  üçün  xarici  mühitdir.  Lakin  fərd 
özünü cəmiyyətə, dövlətə qarşı qoymur. Burada bütövlülüyü ilk 
növbədə fərd təşkil edir. Ali məziyyətə nail olmaq üçün əxlaqi 
cəhətdən  ədalətli  hərəkətlər  etmək  lazımdır.  İnsan  əxlaq  üçün 
yox,  əxlaq  insan  üçün  olmalıdır.  Əxlaq  insanın  özünütəsdiqi 
üçün bir fürsətdir. 
 
 
 


12 
 
1.3. Qədim yunan fəlsəfəsinin klassik mərhələsində 
əxlaqi təsəvvürlər 
 
Sokrat  (e.ə.  təxminən  470-399)  maarifçi-filosof  olaraq, 
insanın  əxlaqi  varlığını  dərindən  araşdıra  bilmişdir.  Onun 
fikrincə, fəlsəfənin predmeti – xeyir və şər, fayda və xoşbəxtlik, 
xeyir  və  yaxşılıq  məsələləridir.  İctimai  həyatın  ali  məqsədi 
şəxsiyyətin  əxlaqi  kamilləşdirilməsidir.  Sokrat  əxlaqı  insan 
fəaliyyətinin bütün sahələrində təhlil etməyə çalışır. 
Onun  fikrincə,  əxlaqda  insan  mədəniyyətinin  elə  bir 
müddəaları vardır ki, bunların dərk olunması şəxsiyyətin yaxşı 
olmasının  qarantıdır.  Hər  bir  kəsin  həyat  yolunun  əsasında 
həmin  yüksək  əxlaqi  prinsiplər  durmalıdır.  Sosial  məsuliyyət 
fərdin  ən  vacib  göstəricisidir.  Əxlaq  dünyaya  qiymətvermə 
kimi  yaranır.  Əxlaqi  dəyərləri  konkret  nümunələr,  hərəkətlər 
timsalında da qavramaq olar. 
Sokrat  da  digər  yunan  filosofları  kimi  yaxşılıq  və 
xeyirxahlığı fayda və xoşbəxtlik anlayışları ilə əlaqələndirir. O, 
göstərir ki, hər bir insan həzzalmaya və faydalanmağa can atır. 
Hər  bir  insan  əzabdan  qaçmağa  çalışır.  Demokrit  kimi,  o  da 
başa  düşür  ki,  insanlar  hər  vaxt  ağıllı  seçim  edə  bilmir,  ona 
görə də onlar öz həyatlarının qiymətləndirilməsinə məsuliyyətli 
və  şüurlu  yanaşmalıdırlar.  Hər  bir  əxlaqi  hərəkət  düşünülmüş 
olmalıdır. Xeyirxahlıq əqidə, məslək üzərində qurulmalı, biliyə 
çevrilməlidir.  Reallıq  və  əxlaqi  normalar  arasında  böyük  fərq 
var. Dildə əxlaqı qəbul edib işdə ona əməl edən azdır. Ümumi 
əxlaqi  dəyərlər  biliyin  üzərində  qurulur.  Deməli,  əxlaq 
dərketmə nəticəsində formalaşıb ümumi sosial əhəmiyyət kəsb 
etməyə başlayır.  
  Sokrat məktəbində əxlaq haqqında ideyalar bir qədər də 
inkişaf etdirilmişdi. Bu məktəbin davamçısı sayıla bilən Kirena 
məktəbinin  nümayəndələri  sırasında  ilk  növbədə  Aristippin 
adını  (e.ə.  366  ilə  yaxın  vəfat  etmişdir)  qeyd  etmək  lazımdır. 
Onu əxlaqi gedonizmin banisi olduğunu qeyd edirlər (həzzalma 


13 
 
bir yaxşılıqdır ki, buna daima can atmaq lazımdır). Əzabkeşlik 
(yəni məhrumiyyət) və həzzalma (yəni ağrı və ləzzət) arasında 
fərq  xeyir  və  şər  arasında  fərqin  tapılması  üçün  meyyardır. 
Ləzzətin keyfiyyəti onu əldə etmək üsulundan asılı deyil; ləzzət 
elə ləzzətdir. əsil həzz alma – cismani həzzalmadır. O, indi və 
burada  mümkündür,  yəni  nə  keçmişdə,  nə  də  ki,  gələcəkdə 
mümkün deyil. Xoşbəxtlik bir çox həzzalmaların məcmusudur. 
Bununla belə ləzzət və əzabkeşlik, xeyir və şər kimi, yan-yana 
gedir.  Sokratda  olduğu  kimi,  Aristipp  də  həyatda  yaranan 
müxtəlif çətinliklərə qarşı biliklərdən istifadə etməyi təklif edir. 
Eyni  zamanda  biliklərin  dəyəri  azdır,  onlar  köməkçi  vasitə 
rolunu  oynayırlar.  Söhbət  biliyin  tərbiyəvi,  sosial-tənqidi 
funksiyasından gedir. Fəlsəfə və təhlil qarşıya qoyulan məqsədə 
(həzzalmaya), müxtəlif sosial əngəlləri aradan qaldırmaqla nail 
olmaq üçün bir vasitədir. Söhbət ondan gedir ki, abstrakt əxlaqi 
normalar, utancaqlıq və abır-həya məsələsi ilk növbədə insanın 
həzz almaq tələbatına tabe olmalıdır. 
  Bütövlükdə  Sokrat  məktəbi  nümayəndələri  konkret 
insan  fərdinin  ləyaqətini,  hüquqlarını  müdafiə  edərək,  insan 
həyatının ali əxlaqi dəyər olduğunu bəyan edir, burada müsbət 
hissi  ifadələr  yüksək  dəyərləndirir,  əxlaqı  isə  fərdlərdən 
kənarda  olan  yabancı  bir  qüvvə  olduğunu  göstərirdilər. 
Beləlikdə, 
burada 
etika 
naturalizm 
mövqelərindən 
qiymətləndirilirdi. 
  Antisfenin  yaratdığı  fəlsəfi  məktəbin  ardıcılları  olan 
kiniklər  arasında  belə  bir  fikir  yayılmışdı  ki,  əxlaqı  insan 
varlığından  uzaqda,  tədric  edilmiş  bir  formada  nəzərdən 
keçirmək lazımdır. Antisfen (e.ə. 450-360-a yaxın) hesab edirdi 
ki,  insanı  yaxşılığa  öyrətmək  mümkündür.  Mötəbərlik  və 
yaxşılıq  eyni  şeydirlər.  Xoşbəxt  olmaq  üçün  xeyirxah  olmaq 
kifayətdir.  Xeyirxahlıq  özünü  insan  hərəkətlərində  bildirir. 
Burada  çox  bilmək  şərt  deyil.  Əsas  iradəli  olmaqdır.  Xeyir 
gözəl, şər isə eybəcərdir. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə