Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

121 
 
icmanın, həm də sürünün tələbatlarına uyğun gəlir. Əsas məsələ 
– faydanın olub-olmaması məsələsidir
1

Əxlaq  vasitəsilə  sürünün  hər  bir  üzvünə  həmin  sürünün 
funksiyası  olmaq  vəzifəsi  həvalə  olunur.  İcmaların  yaşayış 
şəraiti fərqli olduğu üçün əxlaqlar da bir-birindən fərqlənirdilər. 
Beləliklə, Nitsşe  əxlaqın tarixi xarakterini qəbul  edir  və hesab 
edir ki, mənəviyyat, yəni əxlaqlılıq hər bir ayrılıqda götürülmüş 
insanda  sürü  instinktini  ifadə  edir.  “Təbii  seçim”  yaxşılara 
kömək  etmir,  əksinə,  “ən  pislərə”,  şəraitə  uyğunlaşa  bilən, 
(çoxluq təşkil etdiyinə görə), hiylə işlədib qalib gələn “sürü”yə 
kömək edir. “Ali irq” təkamül nəticəsində yox, bəxtinə bu alilik 
çıxdığına görə əmələ gəlir.  
Nitsşenin  əxlaqi  baxışlarını  araşdırarkən,  qeyd  edək  ki, 
ressentiment  (fransızca  –  qisasçılıq)  Nitsşe  psixologiyasının 
çox vacib  anlayışlarından biridir. Hakimiyyətə olan iradə həm 
fəal, həm də irticaçı bir qüvvə kimi, yəni özü-özünə qarşı olan 
bir  qüvvə  kimi  çıxış  edə  bilər.  Zəiflərdə  açıq  mübarizədə 
hakimiyyətə olan iradə sıxışdırılır, aradan çıxarılır, düşünülmüş 
olmur  və  öz  formasını  itirir.  Zəiflər  Lafonten  (Fransa  şairi) 
təmsildəki  tülküyə  bənzədilir  (  deyir  ki,  üzüm  kaldır,  hələ 
yetişməyib).  Əlçatmaz  olanı  əxlaqi  cəhətdən  pis,  nalayiq, 
pozğun  adlandırılır.  Qüvvətlilər,  güclülər  isə  “ali  dəyərlər” 
baxımından  güya  pislənir,  həmin  dəyərlər  əslində  zəiflərin  və 
bacarıqsızların dəyərləridir; onlar ehtiyac dəyərə çevrilir. Nitsşe 
hesab  edir  ki,  belə  ressentiment  keyfiyyətlərinə  cavab  verən 
insan  əslində  xeyirxahlıqdan  danışa  -  danışa  daha  yüksək 
mövqedə  duran  insanlar  üzərində  hökmran  olmağa  çalışır. 
Ressentiment - əxlaqın əsas mənbəyidir.  
Nitsşe  əzabkeşliyi  və  rəhmi  daima  qarşı-qarşıya  qoyur. 
Əzabçəkmə  özünün  özünə  qalib  gəlməsinə  kömək  edir, 
hökmranlığı artırır, sağlamlığın ali dərəcəsi isə xəstəliyə, ağrıya 
qalib  gəlməsidir.  Rəhm,  mərhəmət,  əksinə,  insanı  zəiflədir, 
                                                 
1
 
Ницше. Веселая наука. //  
http://www.philosophy.ru
 
 


122 
 
hakimiyyətə iradəsini azaldır. “Zərdüştün dedikləri” əsərində o, 
belə  yazır:  “Görəsən,  canını  fəda  verənlərdən  çox  ağılsızlıq 
edənlər varmı? Belə ürəyi olan  yananların axmaqlığından çox, 
dünyaya  əzab  verən  olubmu?  Öz  mərhəmətinə  qalib  gələ 
bilməyən  sevənlərin  vay  halına!  İblis  mənə  bir  dəfə  belə 
demişdi:  “Hətta  allahın  belə  öz  cəhənnəmi  var,  bu  da  onun 
insanlara olan məhəbbətidir”. Bu yaxınlarda isə mən, onun belə 
sözlərini eşitdim: “Allah ölüb, insanlara mərhəmət etdiyi üçün 
Allah  ölüb”.  Xristianlıq  rəhm,  mərhəmət  dinidirsə,  Nitsşenin 
Dionisi təlimi həyatın təsdiqi və əzabkeşliyi dinidir
1
.  
Beləliklə,  Fridrix  Nitsşe  Şopenhayerin  pessimizm 
baxışlarını  bəyənir,  onun  mədəniyyətin,  dəyərlər  sisteminin 
tənqidi  ilə  razılaşırdı.  O  eyni  zamanda  sonradan  belə  bir 
qənaətə gəlmişdir ki, bu ideyalar (həm də onun iradə haqqında 
olan  təlimi)  müasir  mədəniyyətin  böhranını  aradan  qaldırmaq 
üçün kifayət edə bilməz. Nitsşe hesab edirdi ki, Avropa böhran 
ərəfəsindədir.  Bunun  təsdiqini  nihilizmin  (əxlaqi  normaların, 
prinsip və idealların inkarı) yayılmasında görmək olar. Deməli, 
“ali dəyərlər öz əhəmiyyətini  itirir”,  yalançı  dəyərlər meydana 
gəlir.  Burada  xüsusi  olaraq  dinin  rolunu  göstərmək  lazımdır. 
Nitsşe  dinlə  yanaşı,  həm  də  burada  demokratik  və  sosialist 
nəzəriyyə  və  təlimlərin  rolunu  qeyd  edir.  Bu  təlimlərin  əsas 
məqsədi  bütün  insanları  bərabərləşdirmək,  yəni  güclü  olanları 
zəif,  zəif  olanları  isə  güclü  etməkdir.  O,  əxlaqı  mənəviyyatsız 
adlandıraraq,  dəyərləri  “yenidən  qiymətləndirməyə”  dəvət 
edirdi.  Nitsşe  öz  fəlsəfə  və  etikasında  “kosmik”  adlandırdığı 
prinsipi 
– 
“hakimiyyətə 
gəlmək 
iradəsi” 
təlimini 
əsaslandırmağa çalışırdı. 
  Nitsşe  ənənəvi  əxlaqı  tənqid  edir,  çünki  o  ideala 
meyllidir,  insan  davranışını  məhdudlaşdırır,  instinktlər 
dağıdılır,  həyat  məhv  edilir.  Həm  əxlaq,  həm  də  incəsənət 
                                                 
1
  Ницше  Ф.  Так  говорил  Заратустра  (отрывок).  //Вопросы 
философии, 1989, № 5, с.153 
 


123 
 
“hakimiyyətə  gəlmək  iradəsi”  baxımından  yeni  məzmunla 
dolmalı,  dünyaya  yeni,  fövqəl  şəxsiyyətləri  gətirməli  idilər. 
Belə insanlar xeyir və şərin “o tayında” duraraq, yeni cəmiyyəti 
yaratmalı olurlar. Beləliklə, Nitsşe özünə müasir olan cəmiyyəti 
radikal mövqelərdən tənqid edirdi. Bununla belə bu tənqid elita
seçmə  insanların  hakimiyyətinin  əsaslandırılmasına  qulluq 
edirdi.  Burada  fövqəl  insan,  hakimiyyətə  iradə  səcdəsi  aşkar 
şəkildə  ifadə  olunurdu.  Nitsşenin  əsas  əxlaqi  əsərləri 
“Hakimiyyətə 
gəlmək 
iradəsi. 
Dəyərlərin 
yenidən 
qiymətləndirilməsi  təcrübəsi”  (1906),  “Zərdüştün  dedikləri” 
(1892), “Vaxtsız düşüncələr”dir. 
Ştirner  Maks  (1806-1856)  (əsil  adı  Şmidt  İohann 
Kaspardır)  alman  filosofudur.  O,  öz  etik  nəzəriyyəsini  “Vahid 
və  onun  varidatı”  əsərində  izah  etmişdir.  Bu  nəzəriyyə  “xalis 
eqoizm”  prinsipləri  üzərində  qurulmuşdur.  Ştirner  konkret 
fərdi, şəxsi “Mən”i ali reallıq olduğunu bəyan etdi, o, tək, bütöv 
olaraq,  dünyada  olan  bütün  dəyərlərin  yaradıcısıdır.  Ştirner 
başa  düşürdü  ki,  yaşadığı  cəmiyyət  insani  münasibətləri 
sımasızlaşdırır,  insanı  sosial  bütövün  adi  əlavəsinə  çevirir. 
Fövqəlfərdi,  sosial  olanı  Ştirner  şəxsiyyətə  tamamilə  yad  olan 
kimi  təsvir  edirdi.  Bu,  insanın  sərbəst,  azad  yaşamasına  bir 
əngəldir.  Sosial  aləm  fantomlar,  uydurulmuş  obrazlar 
dünyasıdır. Bu dünyaya insanlar tabe olur ona görə ki, onlar öz 
zəkaları  tərəfindən  yaradılan  şeyləri  fetişə,  bütə  çevirərək 
onların qarşısında diz çökürlər. 
Əxlaqi  şüur,  ictimai  rəyə  istiqamətləndirilərək,  əslində 
dini  şüurunun,  yəni  qul  şüurunun,  qul  psixologiyasının 
növüdür.  Əxlaq  normaları  isə  əslində  dini  ehkamlardır. 
Həqiqətən azad insan olmaq üçün insan öz şüurunun buxovuna 
çevrilmiş  əxlaqi  borc,  vəzifə  kimi  anlayışları  gərək  rədd  etsin 
və özünə rəhbər kimi ictimai istiqamətlənmələri yox, yalnız öz 
maraqlarını tutmalıdır. Şəxsi fayda, şəxsi fəzilət insan həyatının 
ali prinsipi olmalıdır. Şəxsi olana Ştirner nəyinki hər bir insana 
xas  olan  təəssüratlanma,  fikirlər,  hərəkətlər  aləmini,  həm  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə