124
bütün dünyanı aid edir, çünki insan ondan öz maraqları və
mənafelərini ödəmək üçün istifadə edə bilir. Bunun üçün
insanın daxilində kifayət qədər güc var.
Engels Fridrix (1820-1895) alman filosofudur. O,
fəlsəfi-əxlaqi ideyaları ilk növbədə mövcud cəmiyyətin tənqidi
təhlili əsasında öyrənməyə çalışırdı. Sol “kiçik” hegelçilərin
itopik tənqidi ideyalarından tədricən uzaqlaşan Engels
göstərirdi ki, insan fəaliyyəti xarakterini dəyişmək üçün ilk
əvvəl onun öz daxilində “əməyin parçalanması”nın, yəni
özgələşmə prosesinin qabağını almaq lazımdır. Engelsin
təsəvvürlərinə görə gələcək kommunizm cəmiyyətində əmək
insanın ilk tələbatına çevriləcək, sosial aləmin humanist
yenidənqurulması baş verəcək, insan fəaliyyəti tam sərbəst
olacaqdır. “İnsanın həyatından bütün fövqəltəbii, fövqəlinsani
olanı aradan qaldırmaq lazımdır. Tarix insan tərəfindən
yaradılır və insan bütün həyati münasibətlərin meyyarı, ölçüsü
olmalıdır”. Yeni dünyada sırf insani, əxlaqi münasibətlər
qurulmalıdır. Abstrakt şəkildə burada kommunist idealı təsvir
olunur. Engels bu cəmiyyətin əsas vəzifəsini hərtərəfli inkişaf
etmiş şəxsiyyətin formalaşdırılmasında görürdü.
K.Marks ilə birgə yazdığı “Alman ideologiyası” (1845-
1846) əsərində o, əxlaqın, mənəviyyatın tarixi təkamülünü
izləməyə çalışır. Engels Feyerbaxın əxlaqi ideyalarının abstrakt
olduğu üçün onları tənqid edirdi.
“Anti-Dürinq” əsərində o göstərirdi ki, hər bir əxlaq
nəzəriyyəsi son nəticə etibarilə cəmiyyətin müəyyən inkişaf
mərhələsinin iqtisadi vəziyyəti ilə sıx bağlıdır. Əxlaq sinfi
xarakter daşıyır, çünki müxtəlif siniflərin (sosial qruplar)
mövqeyindən sosial hadisələri qiymətləndirir. Əsil əxlaq
sinifsiz cəmiyyətdə mümkündür.
Marks Karl (1818-1883) alman filosofu olaraq, fəlsəfi –
etik baxışlarını formalaşdırmağa cəhd etmişdir. O, hesab edirdi
ki, insanların ictimai tarixi yalnız onların fərdi inkişafı tarixidir.
Marks insanın cəmiyyətdə özgələşmənin səbəblərini araşdırmış,
125
burada istehsal münasibətlərinin rolunu göstərmişdir. Şəxsiyyət
ictimai münasibətlərin məcmusu olduğu üçün onun mənəvi
inkişafı ictimai sərvətlərin tam zənginliyi şəraitində mümkün
olacaqdır.
Danimarkalı filosof Syören Kyerkeqor (1813-1855)
hesab edirdi ki, insan allahla birbaşa, kilsə vasitəçiliyi olmadan
ünsiyyətdə olmalıdır. Kyerkeqor etik problemlərə xüsusi maraq
göstərirdi. O, hesab edirdi ki, Hegel və rasionalizm
nümayəndələri insan fərdinin subyektiv yaşayışını qəbul
etmirdilər; əslində bu yaşayış insanın özü qədər realdır. İnsan
özünü, dünyanı ekzistensial baxımından, yəni əsil varlıq
şəklində dərk edib qiymətləndirməyi bacarmalıdır. Dünya ölüm
ayağındadır, onu ümüdsizlik bürüyüb. Burada paradokslar, yəni
əksliklər xeyli artmışdır. Fərd yalnız öz mövcudatını
düşünməli, öz duyğuları, xatirələri, daxili aləmini nəzərdən
keçirməlidir. Kyerkeqor həyatın üç mərhələsini göstərmişdir:
estetik (burada insan heç vaxt reallaşmayan imkanlarla rastlaşır,
burada o ani, ötəri bir hallarla, uydurulan həyatla yaşayır), etik
(bu zaman insan real olaraq yaşayır, onda öz yaşamasına görə
məsuliyyət hissi əmələ gəlir; bu mərhələyə sabitlik və
təəssüratlanma dərinliyi, “Mənin” təhlili xasdır), dini (insan,
hansısa dilemmanı həll etdikdə, sonu olanı yox, əbədi olanı
seçir).
Beləliklə, Kyerkeqor əsas etik problemi həm də dinlə
əlaqələndirirdi: insan, dini qəbul edərək, daima allah qarşısında
borclu olduğunu düşünür. Kyerkoqorun etik ideyaları öz əksini
“Həzzalma və borc”, “Qorxu anlayışı haqqında” (1844)
əsərlərində tapmışdır.
Spenser Herbert (1820-1903) ingilis filosof-pozitivist,
təkamülçü əxlaqın nümayəndəsi olmuşdur. Spenser hesab
edirdi ki, ümumdünya təkamül prosesi baş verir ki, buna həm
təbiət, həm də cəmiyyət cəlb edilmişdir. Spenser əxlaqı bütün
canlılara xas olan davranışın xüsusi hadisə olduğunu
göstərmişdir. Əxlaq təkamülün ən ali nəticəsi və yekunudur. O,
126
hesab edirdi ki, “bir sıra həqiqətlər, o cümlədən mənəviyyat
haqqında təlim var ki, mahiyyət etibarilə fiziki aləmin
həqiqətləri isə üst-üstə düşür. Bəşəriyyətin can atdığı şeylərin
nizamı əslində bütün təbiətin can atdığı nizamdır”. Utilitarizm
nümayəndələri kimi, Spenser də hesab edirdi ki, mənəviyyatın
əsasında insanın xoşbəxt olmasına olan meylləri durur, bu da
ümumi təkamülün bir tərəfi və elementidir. Təkamül
nəticəsində mənəviyyat cəmiyyətə xas olan altruizm və eqoizm
arasında (həm təbiətdə, həm də cəmiyyətdə) gedən mübarizəni
yumşaltmaq vasitəsi kimi çıxış edir. Spenserə görə insan
davranışı tarixən bir neçə mərhələ keçir ki, bunun nəticəsində
əxlaqi hisslər və anlayışlar yaranır və təkmilləşir, şərdən xeyirə
doğru nizamlı keçid reallaşır.
İnsan davranışı tədricən həyat şəraitinə, insanın bir canlı
növ olaraq həyat şəraitinə uyğunlaşaraq onun qorunub
yaşamasına istiqamətləndirilmişdir. Nəticədə insan və
cəmiyyətin məziyyətləri üst-üstə düşməyə başlayır, insan
davranışı ideala yaxınlaşır, şəxsiyyət və cəmiyyət arasında hər
hansı bir ziddiyyət aradan qaldırılır, burada tarazlıq əldə edilir.
Fərdin öz tələbatlarına yönəldilmiş hərəkətləri eyni zamanda
bütün
cəmiyyətin
tələbatlarının
ödənilməsinə
imkan
yaradacaqlar. Spenser həyatın əsas qaydasını belə ifadə edir:
“ictimai şəraitlə müəyyən edilmiş həddlərdə şəxsi xoşbəxtliyin
əldə edilməsi”.
Spenserə görə əxlaq ədalətlilik və xeyriyyəçilik kimi
abstrakt prinsiplərə əsaslanır. Ədalətlilik hər kəsin mütləq
azadlığa hüququdur ki, bütün digər fərdlərin azadlığı ilə üst-
üstə düşməlidir. Xeyriyyəçilik isə elə bir hərəkətdir ki,
mükafatlandırma arzusunu yaşamadan insana həzz verir.
Spenser ona görə dövləti şər qüvvə sayırdı ki, o, fərdin
azadlığını
məhdudlaşdırır.
Spenserin
etik
baxışlarına
metafiziklik, idealizm və vulqar biologizm xas idi. Onun
başlıca əsərləri “Sosial statistika” (1850), “Etikanın əsasları”
(1892-1893) olmuşdur.
Dostları ilə paylaş: |