Мцгяддимя


Seminar və ya müstəqil iş üçün suallar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

127 
 
 
Seminar və ya müstəqil iş üçün suallar  
 
1.
 
A.Helvetsinin əsərlərində radikal sensualizm.  
2.
 
Fransa materialistlərinin əxlaqi baxışlarında sensualizm və 
utilitarizm. J.J.Russonun humanist etikası. 
3.
 
Kantın etikasında rasionallıq və əxlaqi borc. Riqorizm. Ən 
ali insani keyfiyyət– əxlaqi borcdur.  
4.
 
Hegel  əxlaqi  şüurun  tarixi  xarakteri  haqqında.  Əxlaq 
anlayışı  («Ruh  fenomenologiyası»).  Əxlaq  iradənin  subyektiv 
ifadəsidir. 
5.
 
Hegelin  iradə  nəzəriyyəsi.  Vicdan  əxlaqın  əsasıdır. 
Əxlaqda  subyektiv  və  obyektiv  tərəflərinin  vəhdəti.  Əxlaq  və 
hüququn nisbəti.  
6.
 
Fixte əxlaq haqqında 
7.
 
L.Feyerbaxın əxlaq nəzəriyyəsi.  
8.
 
K.Marks əxlaqın tarixi xarakteri haqqında. 
9.
 
A.Şopenhayerin etik baxışları.  
10.
 
Etika  F.Nitsşenin  yaradıcılığının  əsasıdır.  Egoizm. 
Altruizm.  
11.
 
Spenserin təkamülçü əxlaqı. 
 
Tapşırıqlar 
 
a) adamda mənəvi şüurun olması mənəvi azadlığın 
şərtidir. Siz kimi mənəvi şüuru olmayan subyekt hesab etdiniz: 
- balaca uşağı; 
- çox qəzəblənmiş insanı; 
- dəlini; 
- düzəlməz axmağı; 
- çarəsiz vəziyyətə düşmüş insanı. 
Təklif edilmiş variantlardan hər birinə görə öz cavabını 
əsaslandırın. 


128 
 
b) sizin həyatınızda aşağıda göstərilmiş münaqişəli 
vəziyyəti doğurmuş vəziyyətlərin nümunələrini gətirin: 
- Layiq olmayan və alçaldıcı tənələr. 
- Neqativ ümumiləşdirmələr, yersiz "damğalar". 
- Insanın özünü necə aparmalı olduğu haqqında inadlı 
məsləhətlər, təlimatlar. 
- Danışığın mövzusuna aidiyyatı olmayan və ya 
həmsöhbət tərəfindən artıq dəyişdirə bilmədiyi faktlara 
müraciət. 
- Danışıq sərhədlərinin qətiyyətli kəsilməsi, müzakirə 
üçün müəyyən mövzuların qapanması. 
- Yersiz istehza, söyüşlər, lənətlər, "buxarı buraxmaq" 
məqsədi daşıyan təhqiredici fikirlər. 
 
"Şirkətin sosial məsuliyyəti". Praktik tapşırıq. 
Bu  gün  biznes  təşkilatı  qarşısında  duran  əhəmiyyətli 
məsələlərdən  biri  onun  sosial  məsuliyyət  daşıması,  ölkə 
qarşısında duran problemlərin həllini təmin edə biləcək konkret 
fəaliyyətidir.  
Burada iki cür yanaşma var:  
1.  Hesab  edilir  ki,  sosial  problemləri  dövlət  həll  etməli, 
biznes  isə  yalnız  "pulun  artırılması"  ilə  məşğul  olmalıdır.  Bu 
mövqe onunla əsaslandırılır ki,  sosial sahədə fəaliyyət  şirkətin 
gəlirlərinin  azalmasına  doğru  aparır,  bununla  əlaqədar  onun 
rəqabət mövqeləri pisləşir, xərcləri artır, bu da sonradan bütün 
qiymətlərin qalxmasına gətirib çıxarır, zərər istehlakçılara dəyir 
və başqa mənfi nəticələrə də səbəb olur. 
2.Cəmiyyət  qarşısında  biznesin  sosial  məsuliyyətinin 
tərəfdarları  hesab  edirlər  ki,  biznesmenlər  qarşısında  mənəvi 
öhdəliklər  var,  sosial  fəaliyyət  sahibkarlara  böyük  xeyir  verə 
bilər, cəmiyyətdə onların imicini yaxşılaşdırar, yaxşı reklam ola 
bilər. 
 
Növbəti suallara əsaslandırılmış cavab verin: 


129 
 
1. Kimin mövqeyi ilə siz razılaşırsınız və niyə? 
2.  Sizin  fikrinizcə,  müasir  Azərbaycanda  sahibkar  ölkə 
qarşısında sosial öhdəlikləri yerinə yetirməyə məcburdurmu və 
hansı formalarda? 
3. Son nəticədə bu ona sərfəli olacaqmı, həmçinin 
maliyyə baxımından? Əgər olacaqsa, niyə? 
4. Azərbaycan biznesi hansı formalarda sosial dəstəyi 
həyata keçirə bilər: 
-ancaq firma miqyaslarında; 
-region, ölkə miqyaslarında. 
 
Mövzu 5.Azərbaycanın ictimai fikir tarixində etik 
ideyalar 
 
Zərdüşdlük  təlimində  xeyir  və  şər  problemi.  Maniçiliyin 
əxlaqi  kodeksi.  Məzdək  xeyir  və  şər  haqqında.  İslam 
təriqətlərində  əxlaq  problemi  (əşarilik,  mütəzilik,  qədirilik). 
Xürrəmilikdə  etik  ideyalar.  Bəhmənyar,  Xəqani  insanın  əxlaqi 
keyfiyyətləri  barəsində.  E.Miyanəci  və  Ş.Sührəvərdinin  əxlaqi 
fikirləri.  Nizami  Gəncəvinin  etik  baxışları.  Şəms  Təbrizi  əxlaq 
haqqında.  Əbhədi  Marağayının  «Cami-Cəm»  əsərində  etik 
ideyalar. M.Şəbustəri əxlaq haqqında. N.Tusinin əxlaqi fikirləri 
(«Əxlaqi-Nəsiri»). M. Fizulinin əsərlərində əxlaq problemləri.  
H.Z.  Şirvaninin  etik  ideyaları  («Bustanus-siyahət»). 
İ.Qutqaşenlının əsərlərində əxlaq problemi. Q.B.Zakirin əxlaqa 
münasibəti.  Etikanın  sosioloji  nəzəriyyəsi.  A.A.Bakıxanov 
cəmiyyətdə  əxlaqın  vəziyyəti  haqqında.  («Təkzibi-əxlaq»). 
M.Kazımbəyin  etik  baxışları.  H.B.  Zərdabi,  M.F.Axundovun, 
S.Ə.Şirvaninin əxlaqi baxışları.  
M.Mahmudbəyovun  dini-etik  baxışları.  A.Talıbov, 
Z.Marağainin 
əxlaqi 
baxışları. 
N.B.Vəzirov, 
M.C.Məmmədquluzadə, 
M.T.Sidqi 
əxlaq 
haqqında. 
Z.Göyuşovin etik fikrin tədqiqində xidmətləri. 
 


130 
 
5.1.Qədim dövrdə etik fikir 
 
Məlumdur  ki,  ibtidai  icma  quruluşu  dövründə 
Azərbaycanın  qədim  əhalisinin  şüurunda  totemizm  ideyaları 
formalaşmışdır.  Tayfa,  qəbilə  üzvləri  ilə  hər  hansı  bir  heyvan 
(bəzən  –  bitki)  arasında  sıx  əlaqənin  olması  haqqında 
təsəvvürlər  belə  bir  inama  söykənirdi:  icmanın  yaşaması, 
mövcud olması həm də müəyyən heyvan növü ilə sıx əlaqəlidir. 
Totem  seçilən  heyvan  bir  növ  həmin  insanların  birlik 
simvoluna  çevrilirdi;  heyvanın  adı  rəmzi  xarakter  daşımağa 
başlayır.  Həmin  heyvanlar  sırasında  ayıın,  qurdu,  vəhşi  atı, 
vəhşi  keçini  və  s.  göstərmək  olar.  Ev  heyvanlarının  da 
adlarından  totem  kimi  istifadə  olunurdu  (öküz,  qoç,  it).  Qadın 
kultu də var idi, çünki  qadın  obrazı  bir sıra ideyaları  təcəssüm 
edirdi:  bərəkət,  qədim  əcdad,  yaranışın  özəyi,  ocağın 
qoruyucusu  və  kahinə.  Heyvan  və  qadın  heykəlcikləri  magiya 
mahiyyətli ibadətlər üçün istifadə olunurdu. 
Ünsiyyət  və  davranış  normaları  həm  yuxarıda  qeyd 
edilən totemizm və magiya, həm də animistik ideyalar haqqında 
təsəvvürlər  (insanlar,  heyvanlar,  bitkilər,  təbiətin  yaratdığı 
digər  canlı  və  cansız  aləmin  hər  bir  cismi  hansısa  həyati 
qüvvəyə  malikdir)  üzərində  qurulurdu.  Ruh  haqqında  olan 
təsəvvürlərin  simvolik  ifadəsi  üçün  quş,  ilan  təsvirləri  istifadə 
olunurdu. Zaman simvolu  kimi  günəşin  yanında  qayığın,  uçan 
durnanın,  daha  sonra  isə  təkərin,  svastikanın  təsvirlərindən 
istifadə olunurdu
1

Qədim insanların təsəvvürlərində ruh insanla bərabər bu 
dünyada  yaşamaqda  davam  edir,  amma  ruhun  həyatı  bu 
dünyanın həyatından bir qədər fərqlənir. Ruhun bədəndən ayrı 
qalıb  yaşaması  barədə  də  təsəvvürlər  tədricən  yaranmağa 
başlayır:  hisslər  müəyyən  obrazlar  şəklində  ifadə  olunurdu. 
                                                 
1
 Рзакулизаде С. Философская мысль Азербайджана. Баку: Текнур, 
2010. – 455 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə