134
Hər bir kəsin intellektual inkişafı onun şüurunda
intellektual,
zəkalı
ruhun
üstün
gəlməsinə,
onun
kamilləşməsinə səbəb olduğu üçün burada kamilləşmə üçün
sonsuz imkanlar açır. Hətta hesab olunurdu ki, ən yaxşı halda
insan “ilahi” ruh, “mələk” ruhu dərəcəsinə yüksələ bilər ki,
müdrik rütbəsini qazansın. Bununla belə, “Saflıq qardaşları”
başa düşürdülər ki, bütün yaxşılığa dəvət edən, bu barədə yazan
insanlar özləri heç də həmişə mömin olmur, bəzən elə hal da
olur ki, savadsızın biri olduqca abırlı, həyalı bir insandır.
“Yüksək mənəvi ideala nail olmaq üçün lazımdır ki, savadlılıq
xeyirxahlıqla uzlaşsın, nəticədə də bilik artdıqca başqa
insanlara olan sevgimiz də artsın. Əsil sevgi başqasının
xoşbəxtliyinə sevinmək deməkdir.
İnsan gərək yaxşılıq etməyi özünü vərdiş etsin, bu zaman
əvəzini arzulamamalı və gözləməməlidir, çünki belə təqdirdə
bu yaxşılıq deyil. Dinlə bağlı qeyd olunurdu ki, mənəvi
dəyərlərinin möhkəmləndirilməsində dinin də böyük rolu var.
Nə qədər ki, savadsızlıq və nadanlıq var, bir o qədər də din
zəruri olaraq qalacaq. “Peyğəmbərlər ruhun həkimi və
astroloqudurlar; bununla belə, savadlanmış ağıllı adamlar dinə
heç bir ehtiyac duymurlar”. “Saflıq qardaşları” özlərini
“sədaqətin dostu, haqqın adamı, düzgünlüyün oğlu, həqiqətin
sahibi, mənaların bilicisi” adlandıraraq ruhun paklanması,
mənəviyyatın yaxşılaşdırılması işində önəmli olduqlarını
bildirirdilər.
Mühəmməd
Bakuvi
(Baba
Kuxi)
(1033-1050)
Azərbaycanda panteist fəlsəfəsinin erkən nümayəndələrindən
biri olmuşdur. O, “Divan” əsərində insan probleminə
münasibətini bildirərək, qeyd edirdi ki, insan özündə mənəvi və
təbii başlanğıcları birləşdirir. Ruh ilə bədən də birdir. O, insanı
Allahla
eyniləşdirir.
Fərdi
ruhun
özəlliyi
allaha
qovuşmasındadır, çünki Allah əzəli və əbədidir.
Baba Kuxi dərketmənin aparıcı qüvvəsinin emosional
tərəfini vurğulayır: bu, sevgidir, özü də mistik mahiyyətli sevgi.
135
Sevgi ilahi mahiyyətlidir, çünki burada xalis şəkildə Allahın
mahiyyəti ifadə olunur. Sevginin ali dərəcəsi insanın ekstatik
vəziyyətə düşəcək ucalmasına gətirib çıxardır, bu da dərkedənə
ilahi həqiqəti olduğu kimi qəbul etməyə imkan verir.
Cuşa gəlmək “fəna” sözü ilə ifadə olunur. Bu vəziyyətə
çatan insan öz fərdiliyini tam itirərək ilahiyə qovuşur, Allahda
əriyib itir. Əxlaqla əlaqədar Baba Kuxi qeyd edirdi ki, həqiqət,
xeyir, əxlaqi prinsiplər nisbi, tarixi xarakter daşıyır. Həmin
kateqoriyaların sinonimi Allahdır.
Eynəlgüzat Miyanəçi (1089-1131) görkəmli Azərbaycan
filosofu olmuşdur. Panteizm mövqeyindən çıxış edən Miyanəçi
insan mahiyyətinin təşəkkül tapmasında ruhun əhəmiyyətini
xüsusi vurğulamışdı. Ruh ölməzdir. Miyanəçi hesab edirdi ki,
ruh özündə bütün bəşəri qüvvələri cəm etdiyi üçün bədən kamil
və fəal olur. Onun diqqət etdiyi məsələlərdən biri iradə azadlığı
idi. Bunun həllində o, qeyri-ardıcıl idi. Bir tərəfdən o qeyd
edirdi ki, insanın hərəkətləri və bütövlükdə taleyi Allahın
əlindədir, digər tərəfdən isə göstərirdi ki, “Allahın iradəsi ilə
insanın qismətində xoşbəxt olmaq varsa, o, xoşbəxt olacaq,
yoxdursa – yox”. Bununla belə iradəyə malik insan azaddır,
seçim edə bilir. İradə insanın mahiyyətini ifadə edir.
İnsan mikrokosm olaraq özündə bütün aləmin, Kainatın
xüsusiyyətlərini əks etdirir. İlahi mənşəli insan Allaha bərabər
sayılmalıdır. Baba Kuxi kimi, o da ali həqiqətin – Allahın
dərkində sevginin əhəmiyyətindən yazır. Sevgi, emosional amil
olaraq dərketmə obyekti və subyektini birləşdirir, intuisiya
səviyyəsində dərketməni təmin edir. Adı çəkilən əsərdə o,
sevgiyə xüsusi bir bölməni həsr edir: “Sevgi insanın daxili,
gizli işıqsaçma xüsusiyyətidir”. Varlığın mahiyyətini məhz
sevgi təşkil edir. Allahın sevgisi ruhun mahiyyətidir, bizim
sevgi isə ona varlıq mahiyyətini verir, yəni varlığın forması
olur.
Məhsəti Gəncəvi XII əsr Azərbaycan ədəbiyyatının
görkəmli şairəsi olmuşdur. Dünyanı əksliklərin vəhdəti kimi
136
qiymətləndirən Məhsəti burada ziddiyyətləri də görürdü.
Sufiliklə maraqlanan şairə bir çox mənəvi dəyərləri sufilik
mövqeyindən qiymətləndirirdi. O, ədalətlilik, bərabərlik kimi
əxlaqi kateqoriyaları yüksək qiymətləndirərək, qeyd edirdi ki,
ədalətsizlik həmişə öz cəzasını tapmalıdır. O, sosial və iqtisadi
bərabərsizliyə qarşı çıxış edir, lakin əsas səbəbini taledə,
qismətdə görürdü. Bununla Məhsəti insanın iradə azadlığını da
qəbul edirdi. Həyatı nikbincəsinə qiymətləndirən müəllif
göstərirdi ki, həyatı bütün dolğunluğu ilə qəbul etmək və
yaşamaq lazımdır. İnsan humanist olmalı, həyata, yaşamasına
sevinməlidir. İnsan həyatında əsas olanlar azadlıq, sevgi və
musiqidir. Həyatı nikbincəsinə qiymətləndirən Məhsəti
həzzalma, ləzzət fəlsəfəsini tərənnüm edir. O, çox kəskin
şəkildə o, tərkidünyalığa, yalançı möminliyə qarşı çıxış edirdi.
Hakim əxlaq mövqelərində olan müəyyən prinsipləri qəbul
etməyən Məhsəti həm də dini ehkamların bəzilərinə qarşı çıxış
edirdi.
Bütövlükdə öz həyat mövqeyini bildirməklə şairə
cəmiyyətdə hökm sürən nadanlıq və cəhalətə qarşı çıxış edir,
bunları cəsarətlə tənqid edirdi.
Bəhmənyar Azərbaycani (? - 1065) görkəmli Azərbaycan
filosofu olaraq bir çox fəlsəfi məsələlərlə yanaşı həm də etik
problemlərə öz münasibətini bildirmişdir. Onun fikrincə, insan
ruhu ölməz olaraq kosmik zəka və kosmik ruhun özünəməxsus
inikası, refleksiyasıdır. İnsan ruhu varlığın müəyyən
fenomenləri ilə əlaqəli olaraq onların təsiri altında inkişaf edir
və fəaliyyət göstərir.
İnsan ruhunun qüvvəsi onun ağlında, zəkasındadır.
Həmin qüvvə biliklərdən, mənəvi mədəniyyətdən qidalanır.
Dünyada bütün şeylər və hadisələr arasında varislik və
səbəbiyyət əlaqəsi var. Xeyir və şər haqqında Bəhmənyarın
ideyaları da çox maraqlıdır. O, qeyd edir ki, xeyir özü-
özlüyündə müəyyən edilmişdir, şər isə aksidensiya baxımından
qiymətləndirilməli və aşkar edilməlidir. Söhbət nədən gedir?
Dostları ilə paylaş: |