137
Şər o zaman meydana gəlir ki, biz faydanı görmürük, ona nail
ola bilmirik. Deməli, şər nisbi xarakter daşıyır. Ümumdünya
miqyasında buna şər demək düzgün olmaz, çünki səbəbiyyət
qanunu hər bir şeyi əlaqələndirir və izah edə bilir. Məsələn,
kimisə incitmək, sıxışdırmaq şərdir, amma hiddətlənmə ilə
müqayisədə bu əslində, bir yaxşılıqdır. Od xeyirli də, zərərli də
ola bilər.
İnsan arzuları o zaman reallaşa bilər ki, onlar dünya
nizamına uyğun gəlir. Bəhmənyar əxlaqi normaların da nisbi
xarakterindən yazır. Onlar, zaman keçdikcə dəyişir, inkişaf
edir. Bəzən insan əxlaqi seçim qarşısında aciz qalır. Burada
ümumbəşəri dəyərlərdən irəli gələrək çıxış yolunu axtarıb
tapmaq lazımdır. Əsl mənəviyyatlı insanın daxilində, qəlbində
yüksək əxlaqi dəyərlər yaşatmalıdır; yaxşı işləri, əməlləri o,
düşünmədən, qəfil görməlidir; yaxşılıq ürəkdən gəlməlidir.
Yaxşılıq edən adam bunun nəticələrini gərək gözləməsin (yəni
minnətdarlıq, tərifləmə, sevinc bəxşetmə və s.).
“Ət-Təhsil” əsərində Bəhməyar qeyd edir ki, həzzalma,
xoşbəxtlik insanın emosional aləmi ilə bağlıdır. Əgər
emosiyalar, arzu və istəklər olmasa, xoşbəxtlik haqqında
düşüncələr də meydana gəlməyəcək. Həzzalmanın dolğunluğu,
dərəcəsi emosional aləmin genişliyindən, zənginliyindən
asılıdır. Daha sonra qeyd olunur ki, eyni obyekt müxtəlif
insanlar tərəfindən bir cürə qavranıla bilməz, çünki burada
sosial mühit, şərait, fərdi xüsusiyyətlər əhəmiyyətli rol oynayır.
Bəhmənyar tələbatlar haqqında belə yazır: “bəzilərinin
onlara bəxş edilən xoşbəxtlik haqqında heç təsəvvürləri belə
yoxdur. Bu, ona bənzəyir ki, insan gözəl, ahəngdar səsləri,
musiqini eşitsə də, buna heç fikir vermir. Ya da ki, məhəl
qoymur, yaxud da ki, nəzərə almır. Bunu da hər hansı bir
zərərli qidanı qəbul edən və bundan həzz alan adama oxşatmaq
olar, ya da ki, bu ona bənzəyir ki, balı yeməyən xəstələnmiş
adama dərman yerinə bal yedizdirirlər.
138
Ümumiyyətlə təbii qanunlara uyğun dünyada nə varsa,
fəzilətdir. Varlığın müxtəlif səviyyələri olduğu kimi,
həzzalmanın, xoşbəxtliyin də dərəcəsi var, həmin səviyyənin
özü xoşbəxtlik deməkdir. Onun düşünülməsi də xoşbəxtlikdir.
Bununla belə varlığın müxtəlif pillələri var: “ali pillədə birinci
varlıq yerləşir, aşağı pillədə isə ilkin materiya, zaman, hərəkət
kimi varlıqlar yerləşir. Xoşbəxtlik dərəcəsi də bu varlıqların
qavranılmasından asılıdır. Əsil ləzzət o zaman əldə edilir ki, biz
mövcud varlıqların mahiyyəti haqqında biliklərə nail olaq”.
Bəhmənyar tam əminliklə qeyd edir ki, “əsil ləzzət
zehni fəalliyyətdən alınan həzzdir...” Zehni fəaliyyət vasitəsilə
kamil bir mütləqi qavrayırıq, hissi ləzzət isə həmin kamillik
zirvəsindən çox uzaqdır”.
Bəhmənyarın əxlaq ideyaları ilə bağlı daha bir maraqlı
məqam var. O, fizioloji səviyyədə həzzalmanı, əzabkeşliyi,
ləzzəti izah etməyə çalışırdı: “hər dəfə zəkada, emosiyada
müəyyən bir görünüş yarananda ruh əzab çəkməyə başlayır.
Əgər həmin görünüş xoşdursa, onda ürəkdə müsbət keyfiyyət
formalaşır və insan bu zaman ləzzət alır, sevinir. Əgər xoş
deyilsə, onda burada mənfi keyfiyyət formalaşır və insan əzab
çəkməyə başlayır”.
Öz fikrini davam edərək Bəhmənyar burada daha bir
xüsusiyyəti qeyd edir: “Zehni fəaliyyətdən alınan həzzin
emosional tərəfləri var. İnsanın qəlbində hər ikisi birləşir, vahid
bir əhval-ruhiyyə yaranır”.
Şihabəddin Yəhya Şührəvərdi (1155-1192) dünya
fəlsəfəsi tarixində işraqilik təliminin banisi kimi yadda
qalmışdır. Şührəvərdinin yaradıcılığında ontoloji, qnoseoloji,
etik və estetik başlanğıclar üzvi vəhdət təşkil edir və
kompleksli şəkildə öyrənilir. Onun fikrincə, ali mahiyyətin,
yəni Fövqəl işığın dərki imkanlarından vacib olanlardan biri
dərk edənin yüksək mənəviyyatı, onun əxlaqlı olmasıdır:
“yalnız kamilllik zirvəsinə çatanlar zəruri varlığın seyr
edilməsindən sonsuz dərəcədə böyük həzz ala bilir; yalnız ən
139
yaxşı, seçmə insanlar işıq, həqiqət, mənəviyyat ümmanına
həmfikir vəziyyətində olurlar”.
Ali reallıq dərketmə obyekti və subyektidir. Bunlar
vahid bütövü təşkil edir. Yəqin ki, bu cür yanaşma ona gəlib
çıxarıb ki, onun əsərlərində mənəviyyat predmetləri ayrıca
götürülüb işlənməmişdir. Burada ayrı-ayrı kəlamlara da rast
gəlmək olur, məs., “ürəyin genişliyi elə bir keyfiyyətdir ki,
burada insan əvəzini gözləmədən yaxşılıq edir; əgər əvəzini
gözləyirsə, o, ruhən kasıb və cılız bir məxluqdur.
Bildiyimiz kimi, Şührəvərdinin varlıq haqqında fəlsəfi
konsepsiyasında varlıq fəal, yaradıcı, enerjili başlınğıc kimi (ən
ali işıq, buna da daxildir həqiqət, xeyir, ruh, gözəllik, fəzilət,
həyat və s.) materiya (zülmət) isə potensial başlanğıcdır ki,
bunda yaradıcılıq bacarığı yoxdur, o, atribut mahiyyətli müsbət
keyfiyyətlərdən məhrumdur. Şührəvərdiyə görə maddi aləmin
bütün fenomenləri (o cümlədən “aşağı” aləmin iyerarxiyasının
ali pilləsində duran insanda) ikili təbiətə - işıq və zülmətə
malikdirlər. Təbii olaraq, bu cür yanaşma üzərində onun ən ali
həzz olan səadət haqqında təsəvvürü qurulur. Bu zaman insan
bütün maddiyyat və hissiyatla bağlı olanlardan azad olaraq hələ
bu dünyada ikən aliyə, uca olana, mənəvi olana yaxınlaşa bilər.
“Sadə insanlar hesab edirlər ki, qida, içki və s. olmadan
insan xoşbəxt ola bilməz. Bunu bil ki, ləzzət zəka üzərində
düzülüb, buna görə də mümkün xeyir zəkadan, bilikdən
yaranır...”. Şührəvərdi bunu da vurğulayır ki, insanın
kamilləşməsinə yardımçı ola biləcək praktiki zəkanın
xassələrindən biri də ali, mənən üca həyata üstünlüyün
verilməsidir. Əgər insan nadanlıqda batıbsa, həqiqətdən
uzaqdırsa, ona uyğun düşünmürsə, ən güclü əzab-əziyyətə
düçar olacaqdır; bu cür baxışlardan uzaqlaşa bilməyən insan
işıq dünyasını fəth edə bilməz, onun qəlbində əbədi zülmət
özünə yer edəcəkdir.
İnsan öz zəkası, bilikləri vasitəsilə başa düşməlidir ki, o,
tam xoşbəxtlik və yüksək ləzzət hissini o zaman əldə edə bilər
Dostları ilə paylaş: |