Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

140 
 
ki,  özünü  daima  təkmilləşdirsin,  varlığın  ali,  əsl  mahiyyətini 
dərk  etsin,  öləndən  sonra  isə  həmin  mahiyyətə  qovuşaraq,  öz 
səylərini,  düşüncələrini  büsbütün  ona  həsr  etsin.  “İnsan 
kamilləşməsi  yalnız  maddi  olandan  mümkün  qədər  təcrid 
olunduqda mümkündür. Bu zaman o, yüksək kamillik zirvəsinə 
çataraq  ali  bilikləri  qazanır  və  bu  zaman  keçirdiyi  halı, 
xoşbəxtliyi sözlə təsvir etmək mümkün deyil”. 
  Bununla  belə  Şührəverdi  “kamil  insan”  anlayışını 
dəqiqləşdirmir, burada ən layiqli  mənəvi  dəyərləri qeyd etmir, 
bu  normaların  sosial  əsaslarını  təhlil  etmir.  Ümumi  şəkildə 
göstərilir ki, insan həyatının başlıca məqsədinə nail olmaq üçün 
əxlaqi  cəhətdən  kamil  olmaq  lazımdır.  Əsas  məqsəd  isə  Ali 
işığın  dərk  edilməsidir,  bu  isə  ali  başlanğıcların  əldə  edilməsi 
deməkdir.  “Ali  biliklərə”  qovuşmaq  ən  ali  işığın  mahiyyətini 
əldə  etmək  deməkdir:  “zəruri  varlıqdan  kamil  olanı  yoxdur. 
Onun dərki ən əhəmiyyətli şey olduğu üçün daha çox sevinc və 
həzz  bəxş  edir.  Bunlar  müqayisə  olunmaz  dərəcədə 
digərlərindən fərqlidir, üstündür. Ruh bu sevinci yaşamaq, onu 
qavramaq ehtirası ilə yaşayır...”. 
  Əfzələddin İbrahim İbn Əli Şirvani Xaqani (1120-1199) 
öz  yaradıcılığında  əxlaqi  məsələlərə  böyül  diqqət  vermişdir. 
Məsələn,  poeziyanın  əsas  vəzifələrindən  birini  o,  insanlarda 
yüksək  əxlaqi  keyfiyyətlərinin  formalaşdırılmasında  görürdü: 
“hər  bir  tərbiyəçi  şair  olmaya  da  bilər,  amma  hər  bir  şair 
tərbiyəçi olmalıdır”. O əmin idi ki, nəsihət verməklə, məsləhət 
etməklə ziyankar vərdişlərlə, pis əməllərlə mübarizə aparmaqla 
insan xislətini yaxşılaşdırmaq mümkündür.  
  Xaqaninin  yaradıcılığında  bir  çox  nəsihət  xarakterli 
ifadələrə rast gəlmək olur. Burada başlıca ideya ondan ibarətdir 
ki,  insan  şəxsiyyətini  şərtləndirən  əsas  amil  onun  cəmiyyətə, 
insanlara  xeyir  gətirmək  qabiliyyətidir.  İnsan  həyatında  əsas 
olanı  var-dövlət,  qızıl  deyil:  “qızıl  ikiüzlü  fırıldaqçıdır...  Kim 
qızılını kisəyə yığarsa, onun boynunu, kisənin boynunu tək,  ip 
kəsəcək”. 


141 
 
  Həyatın  mənası  var-dövlətin  artırılmasında  yox,  həmin 
var-dövlətin imkansızlara paylamaqla, əl tutmaqdadır.  
  Şeirlərin birində Xaqani yazır ki, “Manuçöhr padşah bir 
qocadan  soruşdu  ki,  dünyada  ən  dəyərli  olan  şey  nədir?  Qoca 
dedi  ki,  bu  fani  dünyada  ən  dəyərli  olan  şey  müdriklərin 
kəlamları və əliaçıq olmaqdır”. Xaqani cəmiyyətə heç bir fayda 
verə  bilməyəcək  tufeyli  həyat  sürənlərə  qarşı  çıxış  edirdi. 
“Həyatın  məqsədini  müəyyənləşdir,  mənasız  həyat  sürmə  və 
s.”. 
Cəmiyyətin,  digər  insanların  mənafe  və  maraqlarını 
özünkündən  üstün  tut.  İnsan,  günəş  kimi  öz  istisini  və  işığını 
ətrafdakı  evlərə  saçmalıdır.  Eyni  zamanda  Xaqani  şaha  qulluq 
etməyini  heç  də  xalqa  qulluq  etməkdən  üstün  tutmuşdu.  Hər 
kəs  öz  ləyaqətini  uca  tutmalı,  maddi  nemətlər  naminə  özünü 
alçatmamalıdır:  “Baxımsız  qalıb  məhv  olsan  da,  maddi 
nemətlər  naminə  ləyaqətsiz  adamlar  qarşısında  əyilmə. 
Hakimiyyət  başında  olanların  qarşısında  diz  çökmək  insan 
ləyaqətini alçatmaq, mənliyini itirmək deməkdir. 
İnsanın  dəyəri  onun  mənəvi  aləminin  zənginliyindədir: 
“Neyləyirsən  balıq  kimi  için  boş,  üstün  isə  zərlə  bəzədilmiş 
olsun? Gərək mirvari kimi zahirən boş, içi isə cəh-cəlalla dolu 
olasan”.  Bütövlükdə  Xaqaninin  etik-siyasi  baxışları  yüksək 
humanizm ilə səciyyələnir. 
Şəms  Təbrizi  (1184-1246)  öz  yaradıcılığında  bir  başa 
sosial, etik məsələlərin təhlilinə az yer ayırsa da, qeyd edirdi ki, 
insan  mahiyyətcə  allahın  ilahi  varlığının  təcəssümü  olduğu 
üçün, həmin varlığı dərk edir, nəticədə müdrik və xoşbəxt olur. 
Varlığın  vahid,  əsl  əsasını  öyrənən  insan  gərək  Allahın  xarici 
təzahüründən  uzaqlaşsın,  əsl  Həqiqəti,  yəni  bütün  varlığının 
ilahi  mahiyyətini  dərk  etmiş olsun. Əsl biliklər elm tərəfindən 
zərrə-zərrə  toplanılan  biliklər  yox,  ilahiyyat  sahəsində 
formalaşan və inkişaf edən biliklərdir. Allahı yalnız vəhy yolu 
ilə  dərk  etmək  mümkündür.  İnsan  qəlbi  sevgi  ilə 
zənginləşməlidir. 


142 
 
Allahın dərk edilməsi insanı  xoşbəxt  edir, ona əsl  sevgi 
bəxş  edir.  Bu  zaman  insan  əsil  varlıqla  həmahəng  olaraq 
yaşayır,  özünün  Allaha  yaxın  olduğunu  dərk  edir.  Dərketmə 
yolu  əzab-əziyyətlidir.  Burada  mətin,  səbrli  olmaq  lazımdır. 
Hərəkətin son nöqtəsinə gəlib çıxmaq üçün insan gərək özünü 
mistik  vəhy  dərəcəsinə  çatdırsın.  Vəhy  zamanı  insan  ilahi 
mahiyyətin  bütün  gözəlliyini  qavrayır,  onun  məziyyətlərini 
dərk  edir.  İlahi  mahiyyəti  dərk  edən  insan  burada  “aşiq  olan” 
kimi təsvir edilir.  
Beləliklə,  Ş.Təbrizinin  yaradıcılığında  sevgi  bütün 
varlıqların  öz  mahiyyətinə  meyl  salmaq,  ilahi  mahiyyətə  öz 
aidiyyatını  duymaq  deməkdir.  Bu  yolla  varlıqlar  ali  ilahi 
Həqiqətə  qovuşa  bilərlər.  İnsan  Allaha  tərki-dünyalıq  yolu  ilə 
də  qovuşa  bilər.  Bu  zaman  maddi  nemətlərə  tam  biganəlik 
nümayiş  etdirilməlidir.  Tövbə  etmək  də  Allahın  dərk 
olunmasının vacib yollarından biridir. Tövbə (günahın boynuna 
alınması  mənasında)  görülən  bəd  əməllərə,  qaydaların 
pozulmasına  görə  edilir  ki,  Allahın  mistik  dərkolunması 
mümkün  olsun.  Tövbə  ona  görə  lazımdır  ki,  bunun  yolu  ilə 
insan  bütün  əxlaqi  normalara  uyğun  gəlməyən  əməllərə  görə 
peşmançılıq  çəkərək  yeni  həyat  qurmaq  bacarığını  nümayiş 
etdirsin.  Sufilər,  həm  də  əlavə  olaraq  bu  dünyanın 
məziyyətlərinə olan əvvəlki bağlılığa görə tövbə edirdilər.  
Bunun üçün daima allahın adı çəkilməli, zikr edilməlidir. 
O,  Allahın  dərk  edilməsi  yolunu  da  üç  yerə  bölürdü:  şəriət, 
təriqət,  həqiqət.  Birinci  mərhələdə  insan  bu  dünyanın  bütün 
naz-nemətlərindən  əl  çəkməli,  onu  əhatə  edən  insanların 
hörmətini qazanmaq üçün yox, ilahi həqiqəti dərk etmək arzusu 
ilə yaşamalıdır. İkinci mərhələdə gərək insan özünü xüsusi bir 
durum  halına  salsın:  ətrafdakı  vəziyyətə  tam  etinasız  olmaq, 
yalnız ali məqsədi düşünmək. Burada qəlbin xüsusi bir vəzifəsi 
var,  o,  intellektual  yük  daşıyır:  insan  qəlbən  pak  olur,  bu 
dünyaya aid olanı rədd edir, saflaşır. Yalnız bundan sonra insan 
ilahi mahiyyəti emanasiya yolu ilə qavraya bilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə