Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   110

146 
 
həyatın  idarə  olunmasında  zəka  xüsusi  imkanlara  malikdir. 
Düzgün düşüncə yolu məntiqdir. İctimai münasibətlərə, insanın 
mənəvi aləminə xüsusi diqqət yetirən N.Tusi öz yaradıcılığında 
ictimai  həyatın  bütün  sahələrinə  qiymət  verməyə  çalışmışdı. 
Hər  bir  insan  ünsiyyətə,  cəmiyyətə  möhtacdır.  Təbii  hüquq 
baxımından insanlar öz təbii imkan və qüvvələrinə arxalanmalı 
olur,  amma  nəticədə  onlar  arasında  ziddiyyətlər  artır,  bu  da 
cəmiyyəti  öz  məhvinə  doğru  aparır.  İctimai  həmrəylik  belə 
halların 
qarşısını 
alır. 
Xüsusi 
razılaşma 
əsasında 
ziddiyyətlərdən,  münaqişələrdən  uzaqlaşmaq,  əmin-amanlığa, 
sülhə nail olmaq mümkün olacaqdır. 
Cəmiyyətin siyasi-hüquqi əsasları kifayət qədər möhkəm 
olmalıdır ki, insanlar düzgün mənəvi tərbiyə ala bilsin, özündə 
yüksək  əxlaqi  keyfiyyətləri  aşılasın.  Sosial  münasibətlər  həm 
də  müəyyən  ziddiyyətləri,  bərabərsizliyi  nəzərdə  tutur. 
Cəmiyyətin 
tərəqqisi 
sosial 
münasibətlərin 
ahəngdar 
inkişafından  əsaslı  şəkildə  asılıdır.  Sosial  qruplar,  təbəqələr 
arasında münaqişəli vəziyyətlərin azaldılması üçün insanlar bir-
birinin  qədrini  bilməli,  hər  kəs  digərini  özünə  doğma  və  əziz 
saymalıdır.  Şah  da  rəiyyətini  öz  övladı  istədiyi  kimi  sevməli, 
xalq  isə  ona  ataya  olan  məhəbbəti  bəsləməlidir.  Vətəndaşlar 
arasında münasibətlər qardaş sevgisinin üzərində qurulmalıdır. 
Tusi  yaxşı  başa  düşürdü  ki,  belə  münasibətlər  ideal 
səviyyədə  mümkündür.  Bununla  belə  cəmiyyət  yüksək  əxlaqi 
normalara  həmişə  dəstək  verməlidir  ki,  insanlar  özlərinə  layiq 
ömür  sürə  bilsinlər.  Cəmiyyətdə  formalaşan  ictimai 
münasibətlərin  xarakterindən  asılı  olaraq  dövlət  iki  cürə  ola 
bilər: fəzilətli və fəzilətsiz. Birinci dövlət ideal xarakter daşyır, 
belə  idealı  həyata  keçirmək  üçün  hər  bir  vətəndaş  özündə 
yüksək  əxlaqi  keyfiyyətləri  aşılamalıdır.  İdealı  dövlət  dünyəvi 
və dini əsaslar üzərində  qurulur, dövlət başçısı isə dünyəvi  və 
dini  rəmzidir.  Belə  dövlətin  zəruri  prinsipi  hər  bir  kəsə  qarşı 
ədalətli  olmaq  tələbidir.  Bu  dövlətin  başçısı  maarifpərvər, 
ədalətli  şah  olmalıdır.  “Belə  bir  hökmdar  olmaq  üçün  isə 


147 
 
insanda  bir  sıra  xüsusiyyələr  olmalıdır  ki,  o  şər  qüvvələtin 
qarşısını  alıb,  xeyir  işləri  həyata  keçirə  bilsin.  Tusi 
hökmdarlarda,  ölkə  sahibi  olmaq  istəyənlərdə  ən  azı  aşağıda 
göstərilən yeddi xüsusiyyətin, yeddi xasiyyətin olmasını zəruri 
hesab  edir:  “ağalıq,  alicənablıq,  mətinlik,  tam  əzm,  səbr,  var-
dövlətin olması, sadiq və əməlisaleh köməkçilər
1

Dövlətin  əsas  vəzifəsi  xeyirli  işlərlə  məşğul  olmaq,  şər 
işlərin  qarşısını  almaqdır,  çünki  şəri  aradan  qaldırmaq  özü  də 
xeyrə səbəb olmaqdır. 
Dövlətin  əsas  vəzifəsi  xeyirli  işlərlə  məşğul  olmaq,  şər 
işlərin  qarşısını  almaqdır,  çünki  şəri  aradan  qaldırmaq  özü  də 
xeyrə  səbəb  olmaqdır.  Şər  isə  özbaşına  aradan  getmək 
istəmədiyi  üçün  zor  işlətmək,  cəza  vermək  məcburiyyəti 
meydana  çıxır.  Tusi  bu  məsələlərə  də  geniş  yer  vermiş  və 
özünün yaxşı bir hüquqşünas olduğunu nümayiş etdirmişdir. 
“Kim  qarşılıqlı  kömək  və  əməyə  xor  baxır,  onu  kiçik, 
əhəmiyyətsiz  bir  şey  hesab  edirsə,  həqiqətdə  rəzil  və  xırda 
adam  o  özüdür.  Kim  belə  sədaqətli  köməkçilərin  tez 
tapılacağını  güman  edirsə,  bərk  yanılır,  çünki  sədaqətli 
adamları seçmək üçün insanları böyük imtahanlar, sınaqlar və 
məhək daşlarından keçirmək lazım gəlir. 
Mənim  əqidəmə  görə,  məhəbbətin  qüdrəti,  qarşılıqlı 
yardımın  əzəməti  böyük  xəzinələrdən,  cəmi  dəfinələrdən, 
şahların  toplaya  bildikləri  tamam  daş-qaş  və  cavahiratdan, 
insanların  tamahına  səbəb  ola  biləcək  bütün  dənizlərin, 
səhraların  varidatından,  sularından,  torpağından,  bitkisindən, 
heyvanatından və başqa nemətlərindən daha üstündür...”  
Tusi  dostluq  və  sədaqəti  qarşılıqlı  əmək  və  yardım 
bünövrəsi  üzərində  qurulan  sarsılmaz,  əzəmətli  bir  bina  kimi 
qiymətləndirdikdən  sonra,  filosofların  sadiq  dostluq  haqqında 
fikirlərini tutuşdurur, onların müsbət və mənfi cəhətlərini təhlil 
edir,  müxtəlif  təbəqələrdən  olan  adamların  dostluğundan 
                                                 
1
 R.Sultanov. Nəsrəddin Tusi və onun “Əxlaqi-Nasiri” əsəri// N.Tusi 
Əxlaqi-Nasir. B.:1980. Elm, 256 s. s.3-31 


148 
 
danışır, dost seçməkdə
 
ayıq olmağı, qərəzsiz, səmimi, sədaqətli 
ürək  dostları  ilə,  özlərini  bunlara  oxşar  kimi  göstərən  söz 
dostlarını  bir-birindən  ayırmağı  təkidlə  dönə-dönə  təkrar  edir 
və  bu  işi  bacaranları  ən  xoşbəxt  adam  adlandırır.  Sonra  dost 
seçmək  qayda-qanunlarının,  seçdikdən  sonra  onu  saxlaya 
bilmək  şərtlərinin  şərhinə  keçir.  Dost  seçiləcək  adamları  hər 
yerdə,  istər  kiçik,  istər  böyük  işlərdə,  istər  xoş,  istər  ağır 
günlərdə, sakit və böhranlı anlarda, sözdə deyil, işdə sınaqdan 
keçirməyi və heç bir şeyi unutmamağı məsləhət görür. 
“Böyük yaradan sizin hamınıza xeyirli sənətlər, faydalı 
kəramətlər,  gözəl  fəzilətlər  qismət  etsin,  hərənizə  öz 
məqsədinizə  çatmaq  üçün  böyük  ehtiras  və  coşğunluq 
versin”
1
.  
Məhəmməd  ibn  Əbu  Bəkr  Təbrizi  (1221-1262) 
Azərbaycan  fəlsəfəsi  peripatetik  məktəbinin  nümayəndəsidir. 
Onun  yalnız  bir  əsəri  -  “Maymonidin  “Şübhələnənlərin  yol 
göstəricisi”  əsərinə  təfsirlər”  (əsər  ərəb  dilində  yox,  yəhudi 
dilinin  ivrit  dialektinə  tərcümə  olunan  şəklində  bizim  günlərə 
gəlib çatmışdır
2

M.Təbrizi,  bir  çox  digər  ideyalarla  yanaşı  həm  də 
Maymonidin  ruh,  dərketmə  haqqında  olan  fikirlərinə 
münasibətini  bildirməyə  çalışmışdır.  Ruh  və  intellekt 
anlayışlarını  o,  Maymoniddən  fərqli  olaraq,  bir-biri  ilə 
eyniləşdirmir:  “ruh  nə  cismin,  nə  də  ki,  onun  mövcudatının 
səbəbi ola bilməz. Ruh cisimlərin ilk entelexiyası olaraq onların 
kamilliyinə  nail  olmağa  çalışır.  Bu  zaman  ruhun  duyğu, 
qavrama,  hərəkət  kimi  imkanlarından  istifadə  olunur.  Ağıllı 
ruhların  ali  qüvvəsi  intellektdir”.  Ağıllı  ruhun  özü  maddi 
aləmin ali pillələrinin inkişafı nəticəsidir. 
Ruh dəyişilir, bunun səbəbi ilk növbədə onun tərəfindən 
əldə edilən biliklərdir. Ruhun bir sıra xassələri də var ki, onlar 
                                                 
1
 Sultanov R. Nəsirəddin Tusi və onun “Əxlaqi-Nasiri” əsəri // Tusi N. 
Əxlaqi – Nasiri. B.: Elm, 1980, s.3-31, s. 28-29 
2
 История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə