Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

152 
 
Əxlaqi  keyfiyyətlərin  əsasında  mötədillik  durmalıdır  ki, 
insan əsl olanı seçib tapa bilisin
1

Şəbüstəri bir sıra mənfi əxlaqi keyfiyyələrə də (paxıllıq, 
hərislik,  zabitəlik  və  s.)  diqqət  yetirir,  göstərir  ki,  bu  cür 
keyfiyyələr  insanları  daxilən  boşaldır,  simasız  edir.  Əxlaqi 
keyfiyyələr  tərbiyə  yolu  ilə  nəsildən-nəsilə  ötürülməlidir. 
Ruhanilərin  də  rolu  burada  mənfi  və  müsbət  ola  bilər. 
Ruhanilər  sırasında  nadan,  savadsız  adamlar  çoxdur,  ona  görə 
də  rəsmilərin,  bir  çox  ruhani  nümayəndələrinin  “fəaliyyəti” 
nəticəsində  “əsl”  inam  itib  sıradan  çıxır,  əxlaq  pozulur.  İnsan 
fəal  həyat  mövqeyini,  cəmiyyətdə  layiqli  yerini  tutmalıdır. 
Şəbusəri  hesab  edirdi  ki,  tərkidünaylıq,  mömünlük  insanı 
buxova  salır,  həyatın  məziyyətlərindən  uzaqlaşdırır.  Onun 
ideyaları  Azərbaycan  fəlsəfi  fikrinin  inkişafına  olduqca  böyük 
təsir göstərmişdir. 
Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hurufi (1339-1417) 
hurufizm fəlsəfəsinin banisidir. Nəiminin fəlsəfi baxışları onun 
bir  sıra  traktatlarında  öz  əksini  tapmışdır.  Yüksək  əxlaqi 
keyfiyyət  olan  sevgiyə  onun  bir  neçə  traktatı,  o  cümlədən 
“Məhəbbət-namə”  həsr  olunmuşdur.  Sevgi  fəlsəfi  kateqoriya 
kimi dünyanın bütün sahələrini əhatə edir. Buradan hürufilik və 
sufilik  arasında  olan  üzvi  vəhdət  aşkar  şəkildə  özünü  biruzə 
verir. Sevginin hər bir ifadəsinin əsasında gözəllik durur, həmin 
gözəllik 28 və 32 hərflə bərabər tutulur (ərəb və fars əlifbalarda 
hərflərin  sayı).  Sevgi  onları  birləşdirir,  allahla  eyniləşdirir. 
Allaha  sevgi  ibadətlərdə  və  sitayişlərdə  ifadə  olunmalıdır. 
Kainat, Allah, insan və hərflər bir-biri ilə əlaqəlidir. 
Nəimi  “Cavidan-namə”  əsərində  öz  etik  təlimini 
əsaslandırır və izah edir. O, göstərir ki, əxlaqi kamillik olmadan 
insanın  intellektual  kamilliyi,  sonradan  isə  allaha  və  dünyaya 
bərabər  olmasının  dərk  etməsi  mümkün  deyildir.  Əxlaqi 
kamillik,  bir  sıra,  yəni  zorakılıq,  qəsdi-qərəzlik,  acgözlük, 
ikiüzlülük  kimi  qüsurlardan  uzaqlaşmaqdan,  mümkün  deyil. 
                                                 
1
 История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с. 


153 
 
Bunun  üçün  intellektual  kamilləşmə  olduqca  vacibdir.  Zəka 
insanı  getdikcə  əxlaqi  saflığın  ən  yüksək  pilləsinə  aparıb 
çıxarır.  Burada  insan  öz  ilahiliyini  Allahla  mistikcəsinə 
qovuşaraq dərk edir. 
Eyni  zamanda  əxlaqi  kamillik  sosial  həyatın  müsbət 
mənada  dəyişiməsi  üçün  şərtdir.  Burada  zorakılıq,  şərlə 
mübarizənin  aparılması  çox  vacibdir.  Nəimi  siyasi  sahədə 
radikal  mövqedən  çıxış  edərək  mövcud  rejimləri  sərt  tənqid 
atəşinə  tuturdu.  Beləliklə,  Nəiminin  humanizmi  fəal,  mübariz 
xarakter  daşıyırdı.  Onun  fikrincə,  insan  böyük  və  möhtəşəm 
əməllərə  qadirdir.  Burada  tərki-dünyalığın  da  (asketizmin) 
böyük əhəmiyyəti var
1

İmadəddin  Nəsimi  (1369/70-1417)  Azərbaycan  və  Şərq 
fəlsəfi  poeziyasının  görkəmli  nümayəndəsidir.  Böyük  savad, 
bilik sahibi olan Nəsimi hürufiliyin aparıcı ideoloqlarından biri 
olmuşdur.  O,  insanı  Allaha  bərabər  tuturdu.  Kainatı,  bütün 
varlığı dərk etməklə yanaşı insan gərək həm də özü-özünü dərk 
etsin. Bu zaman ilk növbədə özündə olan xeyir və şər əməlləri 
fərqləndirməyi  bacarmalı,  insanlara  qarşı  mənəvi  cəhətdən  saf 
və  xeyirxah  münasibəti  formalaşdırmalı,  özündə  olan  mənfi 
əxlaqi  xüsusiyyətləri  aradan  qaldırmalıdır.  Bu  yolla  insan 
Allaha  daha  yaxın  olmağa  imkan  tapır.  Allah  həmişə 
bizimlədir,  lakin  bunu  dərk  etmək  üçün  əxlaqi  saflıq  və 
özünüdərk lazımdır. 
Dərketmə prosesində ağıl ilə yanaşı nitqin, sözün, hərfin 
də  böyük  əhəmiyyəti  vardır.  Nəsimi  dəfələrlə  var-dövlət  və 
zorakılıq  arasında  olan  əlaqəni  vurğulayaraq,  qeyd  edirdi  ki, 
var-dövlətin üstündə həmişə qan tökülüb və bəd əməllər həyata 
keçirilirdi.  Xoşbəxt  olmaq  dövlətli  olmaq  demək  deyil.  Əsil 
xoşbəxtlik bilikdə, savaddadır. Əgər cəmiyyətdə nadanlıq hökm 
sürürsə,  ən  çox  əziyyət  çəkən  alim  olur.  Nəsimi  feodal  və 
monqol istibdada qarşı çıxış edirdi. 
                                                 
1
 История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с. 


154 
 
Nəsimi göstərirdi ki, əxlaqi kamillik olmadan intellektual 
kamillik mümkün deyil. İlk növbədə hər bir insan özündə olan 
mənfi, o cümlədən hiddət, qəzəb, paxıllıq, təkəbbür və zabitəlik 
kimi keyfiyyətlərindən azad olmağı bacarmalıdır. 
Xüsusi  olaraq  Nəsimi  var-dövlətə  meyl  salmaya  qarşı 
çıxış  edirdi.  Varlanmaq  hərisliyinə  tutulan  insan  nadandır, 
nadanlıq  isə  insan  nəslinin  ən  böyük  qəbahətidir.  Nəsimi  öz 
poetik  əsərlərində  tez-tez  tərkidünyalıqdan  (asketizm)  bəhs 
edir. Onun üçün asketizm var-dövlət, dəbdəbə olan dünyaya bir 
etirazdır.  Əsas  səcdə  obyekti  insan  olmalıdır.  İnsanı 
nadanlıqdan, cəhalətdən qurtarmağa sövq etməliyik. 
Nəsimi  humanist  əxlaqı  da  fəal  təbliğ  edirdi.  O,  insana 
qarşı  hədsiz  yumşaqlıq  və xeyirxahlıq nümayiş  etdirir. Burada 
insana  qarşı  zor  işlətməmək  çağırışı  əsasdır.  Eyni  zamanda 
Nəsimi başa düşür ki, xeyir və şər bu dünyada yan-yana gedir. 
Xeyirxahlıq  nikbinliyi  törədir.  Dünyada  sədaqət,  dostluq,  əsl 
məhəbbət  olmasa  da,  yenə  də  həyat  gözəldir,  anidir,  onun 
qədrini bilməliyik
1

Qasımi  Ənvər  (1378-1434)  Azərbaycan  orta  əsr  mədəni 
ziyalılarının görkəmli nümayəndəsi olmuşdur. Qasımi öz fəlsəfi 
ideyalarını bir sıra traktatlarda (divanlarda) və poemalarda izah 
etmişdir. O, dünyanı  panteizm  möqeyindən araşdırmış, burada 
bütövlülüyü  və  vahidliyi  göstərilmişdir.  Allah  həm 
bütövlülüyün, həm də müxtəlifliliyin mənbəyidir, eyni zamanda 
dünya və Allah ayrılmazdır, vahiddir. 
Qasıminin  fikrincə,  insan  Allahdan  hər  iki  aləmin 
üzərində  hökmran  olmaq  imkanı  qazanmışdır.  İnsan  layiqdir, 
çünki o, varlığın şahı, canıdır.  
Qasıminin  fəlsəfəsində  sevgi  xüsusi  yer  tutur.  Sevgi 
dünyanın  vahidliyi  və  özünə  uyğunluğunun  əsasında  durur, 
dünyanı,  Allahı  və  insanı  bir  bütövdə  birləşdirir.  Sevgi 
həqiqətə, yəni Allaha bərabərdir. Sevgi bütün mövcudatın əsası 
olaraq  zəkaya  üzərinə  həmişə  qalib  gəlir.  Sevgi  öz  əbədi 
                                                 
1
 История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə