Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

158 
 
qorxusu,  qənaətçillik,  hədsiz  utancaqlıq  kimi  keyfiyyətlər 
olmalıdır. Peyğəmbərimiz isə yaxşı insanda olan dörd keyfiyyət 
göstərirdi:  özünə  güvənmək,  əminliyi  itirməmək,  söz  verəndə 
ona  əməl  etmək,  söhbətdə  səmimi  olmaq,  yalan  danışmamaq, 
anadan  olan  gündən  günah  işlətməmək.  Pis  insanın 
keyfiyyətləri: ona etibar göstərən insanlara xəyanət edir, verdiyi 
sözə  əməl  etmir,  söhbətdə  qeyri  səmimidir,  yalan  danışır,  özü 
ganaha batsa da başqaların günahlarından keçmir.  
  Seyyid Yəhya tərbiyənin gücünü yüksək dəyərləndirirdi. 
O,  hesab  edirdi  ki,  tərbiyə  vasitəsilə  insanı  islah  etmək,  pis 
əməllərdən yayındırmaq olar. 
  Yusif  Muskuri  Şirvani  (XIV  əsr)  orta  əsr  Azərbaycan 
fəlsəfəsinin  görkəmli  nümayəndəsi,  sufilik  sahəsində  məşhur 
nəzəriyyəçisi  olmuşdur.  Onun  əsərlərindən  yalnız  bəziləri,  o 
cümlədən  “Bəyan  əl  əsrar”  (sirlərin  izahı)  bu  günə  gəlib 
çıxmışdır.  Yusif  Şirvaninin  etik  baxışları  şəxsiyyətin  mənəvi 
ucalığına  aparan  yollarının  təhlili  üzərində  qurulur.  Burada 
mənəvi  və  intellektual  proseslər  vəhdət  təşkil  edir.  Dünyaya 
gətirilən  insan  onu  dərk  edərək  öz  Tanrısını,  yaradanı  qəbul 
edir  və  mərifətin  imkanlarından  istifadə  edərək  (mistik 
dərketmə)  öz  əvvəlki  vətəninə,  sığınacağına,  ilahi  aləmə 
qayıdır.  
  Muskurinin  etik  baxışlarında  islamın  humanist  əxlaqı 
prinsipləri  ilə  yanaşı  xəlvətiyyə  sufi  təriqətinin  ideyaları  da 
təbliğ  olunur.  Məsələn,  o  yazır  ki,  nadanlığın  səbəbi  insan 
ruhunun  qaranlıq  atributları  olan  təkəbbürlük,  nifrət,  paxıllıq, 
simiclik,  şöhrətpərəstlik,  acıdillik,  yalan,  böhtanatma,  söz 
gəzdirmə  və  s.  kimi  keyfiyyətlərdir.  Bu  keyfiyyətlər  həmişə 
təzahür edir, bununla belə onları savadlanma, birlik, mətinliklə 
fəth etmək olar. 
  Muskuri 
insanın  əxlaqi  keyfiyyətlərinin  tərbiyə 
olunmasında valideynlərin və müəllimlərin rolunu xüsusi qeyd 
edir.  O,  xəlvətiyyə  sufi  təlimindən  irəli  gələrək  o  göstərir  ki, 
insan  öz  daxili  aləminə  qapanmalı,  tənhalığı  axtarmalıdır.  İlk 


159 
 
növbədə  zərərli  ehtiras  olan  ailə  və  uşaqlardan  imtina 
olunmalıdır.  Bununla  belə  tənhalıq,  qapalı  həyat  heç  də  cümə 
namazını, insanlarla birgə ibadətləri istisna etmir. 
  Məhəmməd  Füzuli  (1494-1556)  dahi  Azərbaycan  şairi 
və  mütəfəkkiridir.  Onun  yaradıcılığında  böyük  ensiklopedik 
mahiyyətli  zəka  və  sonsuz  şairlik  bacarığı  çulğalanmışdır. 
Füzulinin çoxsaylı poetik əsərləri ilə yanaşı həm də ədəbi, elmi 
və  fəlsəfi  kitabları  vardır.  Azərbaycan,  fars  və  ərəb  dillərində 
yazılan üç şer toplusu ilə yanaşı, onun 13 iri həcmli əsəri və s. 
vardır. Füzulinin yaradıcılığına Quran, hədislər, şəriətlə yanaşı 
şifahi xalq yaradıcılığı, ictimai və fəlsəfi fikir, yazılı ədəbiyyat, 
mənəvi irs təsir etmişdir. O, qədim yunan fəlsəfəsi ilə də yaxşı 
tanış idi. 
  Füzulinin  yaradıcılığında  demək  olar  ki,  ən  çox  yer 
əxlaqi  kateqoriyalardan  və  hisslərdən  biri  olan  sevgiyə  ayrılır. 
Bütün  fəlsəfi  problemlər bilavasitə sevgi məsələsi  ilə bağlıdır. 
Füzulinin  sevgi  konsepsiyasının  əsas  məqamları  hansılardır? 
Füzulinin fikrincə, sevgi ali, müqəddəm qüvvə, ilahi başlanğıc, 
qismət,  hadisə  və  mahiyyətdir.  Dünyada  baş  verən  hər  bir 
hadisə  sevginin  ifadəsidir.  O,  Allaha  sevgini  (ən  uca  və  ən 
müqəddəs sevgi), imamlara, peyğəmbərlərə, daha sonra vətənə, 
sevgiliyə  qarşı,  ailəyə  olan  sevgini,  platonik,  ümumdünya, 
kosmik  sevgi  növlərini  fərqləndirir.  Birinci  yerdə  Allaha  olan 
sevgi  durur.  Bu  ilahi  sevgi  qüdrətli  Allahın  yaratdığı  dünya 
tərəfindən  ona  qarşı  olan  sevgidir.  Onun  yaratdığı  “Leyli  və 
Məcnun”  romantik  sevgi  poemasında  sevginin  tərənnümü, 
ucalığı  demək  olar  ki,  dünyada  bu  mövzuda  yazılan  başqa  bir 
əsərlə müqayisə edilə bilməz. Vətənə, ailəyə, anaya olan sevgi 
haqqında da bir çox gözəl əsərlər yaradılmışdır. 
  Füzulinin  ictimai-siyasi  baxışlar  sistemində  ədalət  və 
ədalətsizlik  probleminə  xüsusi  diqqət  yetirilir.  O,  cəmiyyətin 
ictimai-siyasi  quruluşuna  biganə  ola  bilmir,  onu, hökmdarların 
öz rəiyyətinə münasibəti çox düşündürürdü. Şair qəddar, acgöz 
və riyakar hökmdarları ifşa edir, onlardan ilk növbədə ədalətli 


160 
 
olmasını  tələb  edirdi.  İdeal  dövlətdə  ədalət  və  qanun  hökm 
sürməlidir. 
  Bütövlükdə  Füzulinin  əxlaqi  baxışları  onun  bir  çox 
əsərlərində  öz  əksini  tapmışdır  (məs.,  “Leyli  və  Məcnun”, 
“Rindu-zahid”,  “Ənisul-qəlb”,  “Şikayətnamə”,  “Mətləül-
etiqad”  və  s.).  O,  hesab  edirdi  ki,  etikanı  ilk  növbədə  elmi 
səviyyədə araşdırmaq lazımdır. 
  Etika  əxlaq  haqqında  təlim  olaraq,  özündə  mənəvi 
anlayışları,  kateqoriyaları  və  qaydaları  birləşdirir.  Elmi 
səviyyədə  xeyir  və  şər,  xoşbəxtlik  və  bədbəxtlik  bir-birindən 
fərqləndirilməlidir.  Fala  baxanlar,  münəccimlər  daş  atıb  ya  da 
ulduzlara baxıb guya insan taleyini öyrənib deyirlər. Bu yoldan 
uzaqlaşıb  əxlaq  məsələlərini  elmi  səviyyədə  həll  etmək  üçün 
çalışmaq lazımdır. 
  Bununla yanaşı Füzuli xeyir və şərin bəzi məsələlərinin 
ilahi mənşəyinə inanırdı.  
  Füzuli  bir  çox  əsərlərində  əxlaqın  ilahi  mənşəyi 
haqqında  yazaraq  qeyd  edir  ki,  əxlaqi  keyfiyyətlər 
dəyişilməzdir  və  əvvəlcədən  təyin  edilmişdir.  Elə  keyfiyyətlər 
var ki, onlar Allah tərəfindən təyin edilmiş əxlaqi normalardır, 
elələri  də  var  ki,  onlar  insanlar  tərəfindən  bu  dünyada  əldə 
edilib, formal və müvəqqətidirlər. Rasionalist etikanın tərəfdarı 
olan  mütəfəkkir  savadlı  insanları  cəhalətdə  olanlara  qarşı 
qoyur.  Həyatın  mənası  acgözlükdə,  qızıl  və  gümüşün 
toplanılmasında  yox,  biliklərin  toplanılmasında,  elmin 
inkişafındadır. Qeyrət və ləyaqətin şərti ustalıq, sənətkarlıqdır. 
Demək 
olar 
ki, 
onun 
bütün 
əsərlərində 
əxlaqın 
təkmilləşdirilməsində elmin və təhsilin rolu əsaslandırılır.  
  Füzulinin  dəyərli  fikirlərindən  biri  də  odur  ki,  tufeyli 
həyat  tərzi  insanın  ömrünü  puç  edir,  əhval-ruhiyyəni  pozur, 
şəxsiyyəti mənəviyyatsız və simasız edir. Əxlaqın meyarı var-
dövlət,  zadəganlıq  yox,  əksinə,  imkansızlıq,  yoxsul  təbəqəyə 
aid  olmasıdır.  Varlı  adamla  gərək  imkanlı  olmaları  ilə 
öyünməsin, çünki bu onları iddialı və lovğa edir. İctimai rəydə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə