Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   110

161 
 
belə  adamlar  mənfi  qiymət  alır.  Hər  bir  kəsin  əxlaqi 
keyfiyyətlərinə  onun  əməllərinə  və  hərəkətlərinə  görə  qiymət 
verilməlidir.  Böyük  mütəfəkkir  əlxaqın  digər  ictimai  şüur 
formaları  ilə,  ilk  növbədə  elm,  incəsənət,  din,  siyasət  və 
hüquqla əlaqəsini görüb izləməyə çalışmışdır. O, alimin əxlaqi 
keyfiyyətlərinin  əhəmiyyətini  vurğulayır,  qeyd  edir  ki, 
cinayətkarların  əlində  elm  riyakarlıq,  yalan,  məhvetmə  və 
xainlik alətidir. 
  Hüquq  və  əxlaqın  əlaqəsini  qeyd  edən  Füzuli  ilk 
növbədə  feodal  dövründə  fəaliyyət  göstərən  məmurları,  bəzi 
din  xadimlərinə  ədalət  və  həqiqət  naminə  hərəkət  etməyə, 
çirkin  əməllərinə  son  qoymağa,  əxlaqi  cəhətdən  kamil  olmağa 
dəvət edirdi. Bütövlükdə Füzulinin əxlaqı ümumbəşəri, altruist 
xarakter daşıyır və xeyir və şəri məhz bu mövqedən izah edir. 
Bəzi  hallarda  isə  o,  insanların  faydasına  da  tərəf  çıxır,  lakin 
bunu egoizm  və  yaxud müəyyən utilitarizm  baxımından qəbul 
etmir.  O,  əsasən  fərdi  fayda  və  maraq  yox,  ümumi  faydadan, 
cəmiyyətin  xeyrindən  bəhs  edir.  Onun  yaratdığı  Nofəl  obrazı 
elə  altruist  etikası  nümunəsidir.  Nofəl  xeyirxah,  mərd,  əliaçıq 
bir insan olaraq Məcnuna dərhal, heç bir şərt qoymadan kömək 
əlini uzatdı. Ona köməklik etmək üçün o, öz var-dövlətindən də 
keçməyə hazırdır. Beləliklə, hər bir insan öz yaxşı əməlləri ilə 
özünə hörmət qazanmalı, xalqa fayda gətirməlidir. 
  Füzuli öz əsərlərində daim yüksək əxlaqi keyfiyyətlərini 
tətbiğ  edir  (pak,  azad  və  bərabər  hüquqlu  sevgi,  comərdlik, 
mətinlik,  səmimilik  və  vicdanlılıq,  sədaqət,  ailədə  qarşılıqlı 
hörmət,  ata-anaya  sevgi  və  ehtiram,  valideyn-övlad  hissləri, 
əməksevərlik,  sadəlik,  təvazökarlıq,  dostluq  və  yoldaşlıq, 
qadınlara  hörmət,  qayğıkeşlik  və  s.),  mənfi  keyfiyyətləri  isə 
(tamahkarlıq, hərislik, acgözlük, riyakarlıq, ikiüzlülük, əclaflıq, 
qadınlara bayağı münasibət, yaltaqlıq və s.) ifşa edirdi. 
 
 
 


162 
 
5.3.
 
Yeni dövrün etik ideyaları 
 
  Yusif  Məhəmmədcan  oğlu  Mühəmmədşahi  Qarabaqi  (? 
–  1664/1665)  Azərbaycanın  görkəmli  filosofu  və  alimi,  öz 
yaradıcılığında bir çox məsələlərlə  yanaşı mənəviyyat və etika 
məsələləri  də  araşdırmağa  çalışmışdır.  Burada  onun  sələfləri 
Mansur  Xallac,  Mahmud  Şəbustəri,  Cəlaləddin  Rumi, 
Nəsrəddin  Tusi,  Cəlaləddin  Mühəmməd  Davanni  və  s. 
olmuşlar.  Aydındır  ki,  Qarabaqinin  etik  ideyaları  onun 
ümumfəlsəfi mövqeləri ilə üst-üstə düşürdü. İnsan həyat yolunu 
elə qura bilər ki, nəticədə yüksək əxlaqi keyfiyyətləri əldə edə 
bilsin,  xoşbəxt  olsun,  əsil  dəyərləri  öyrənib  mənimsəsin, 
yaşamaqdan  zövq  alsın.  Azad  fikirli  mütəfəkkir  şiəliyin 
ehkamlarına  qarşı  çıxış  edir,  ortodoksal  mövqedə  duran 
ruhaniləri,  asketizmi,  tərkidünaylığı  tənqid  atəşinə  tuturdu.  O, 
hesab  edirdi  ki,  insan  fəaliyyətinin  əxlaqi  tənzimlənməsində 
zəka  olduqca  vacib  rol  oynayır.  İnam  düşünülmüş  olmalı  və 
təqlid  üzərində  qurulmamalıdır.  Təqlid  zamanı  insan  sərbəst 
düşünüb  qərar  verməkdən  məhrumdur;  burada  sübutolunma 
yollarından istifadə olunmur. 
  Qarabaqi  ədalət  anlayışının  təhlilində  Şəbustərinin 
ideyalarına müraciət etmişdir. Orta əsr Şərq fəlsəfəsində hesab 
olunurdu ki, biliklərə yiyələnmək, əxlaqi mənada kamil həyata 
nail  olmaq  istəyi  cəsarəti  hər  bir  insanda  ən  gözəl  əxlaqi 
keyfiyyətlərin  əldə  edilməsi  üçün  vacib  şərtdir.  Belə  insan 
müdrik və kamildir. 
  “Tatimmatül-xavaşi”  əsərində  o  göstərir  ki,  ədalətlilik 
üç  qüvvənin  tarazlığını  bildirir  –  hiddət,  istək  və  zəka. 
Ədalətliliyin  əksi  şər,  istibdaddır.  Şərin  bir  çox  ifadələri  var. 
İnsanlar  nəinki  başqalarına  əzab-əziyyət  verib  onlara  zülm 
edirlər,  onlar  çox  vaxt  özlərini  də  bu  dünyanın  ləzzətlərindən 
məhrun edirlər. 
  Qarabaqi həm də vacib saydığı müdriklik, cəsarət, şərəf 
kimi əxlaqi kateqoriyaları da təhlil edir. O, vurğulayır ki, insan 


163 
 
öz ləyaqətini  qorumalı, əxlaqlı  həyat  sürməlidir. Sədaqət,  vəfa 
ən yüksək əxlaqi keyfiyyətlər. İnsan dostluqda sədaqətli olmalı, 
dostluq  əlaqələrini  pozmamalıdır.  Qarabaqi  real  həyatda  da 
özünün irəli sürdüyü əxlaqi tələblərə sadiq olmağa çalışırdı. 
  Mirzə  Mühəmməd  Əli  Saib  Təbrizi  (1601-?)  görkəmli 
Azərbaycan  filosofu,  alimi,  şairidir.  O,  öz  qəzəllərini, 
təzkirələrini fars və azərbaycan dillərində yazırdı. Saib Təbrizi 
həm də gözəl xəttat olmuşdur. 
  Sufi panteizminə müəyyən maraq göstərən S.Təbrizi öz 
yaradıcılığında əldə etdiyi zəngin biliklərdən istifadə edir, bədii 
ədəbiyyatın  bir  çox  nümayəndələrinin  irsinə  dönə-dönə 
müraciət  edirdi.  Öz  fəlsəfi  təlimində  Təbrizi  Vəhdət-əl-vücud 
və  mistisizmi  birləşdirirdi.  Əxlaq  haqqında  ideyalarını  onun 
bədii yaradıcılığında da izləmək olur. Təbrizi öz yaradıcılığında 
dini mövhumatdan uzaq idi və öz azadsevərliyi ilə fərqlənirdi. 
O,  hesab  edirdi  ki,  varlığın  bütün  qlobal  problemlərini  nə 
fəlsəfə, nə də ki irfan (qnostisizm) vasitəsilə həll etmək olmaz. 
  İnsan  yalnız  o  zaman  “mərifət  adamı”  ola  bilər  ki,  o, 
dünyada  “nəyin”,  “niyə”,  “necə”  baş  verdiyinə  cavabı 
axtarmayacaq,  yəni  real  dünyadan,  onun  dərkindən  imtina 
edəcəkdir.  Dünya  yaranışı  sirlərini  yalnız  sufi  panteizmi 
əsasında  öyrənmək  olar.  Bu  zaman  insan  özünü  də  həmin 
dünyanın hissəsi olduğunu gərək dərk etsin. Allah adi zəka yolu 
ilə dərk oluna bilməz. İnsan zəkasından insani hisslər üçün yox, 
seyretmə istifadə olunmalıdır. 
  Saib  Təbrizi  öz  əsərlərində  insanları  nəfslərini 
cilovlamağa,  öz  istək  və  arzularını  real  imkanlar  ilə 
uzlaşdırmağa  dəvət  edirdi.  İnsan  zərurət  qarşısında  diz 
çökməlidir.  Eyni  zamanda  o  asketizmə  qarşı  çıxış  edir,  bu 
dünyanın həzzini, ləzzətini doyunca dadmağa dəvət edir. Dünya 
bütövdür,  dini  münaqişələr  isə  insanı  bu  bütövlülük  hissindən 
məhrum edir. Digər tərəfdən, burada ruhanilərin də mənfi rolu 
göstərilməlidir.  Bunların  çoxunda  müdriklik,  zəka  yoxdur. 
Onlar  çox  vaxt  nadanlıq  və  riyakarlığı  özünə  rəhbər  tuturlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə