Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

173 
 
yeni milli şüurun formalaşmasına təkan verən ictimai-
siyasi proseslər. 
Bu istiqamətlərin hər birinə qısaca nəzər salaq. 
Peşəkar  səviyyədə  əxlaq  problemləri  Milli  Elmlər 
Akademiyası  və  ali  məktəblərin  tədqiqatçıları  tərəfindən 
işlənilirdi. 
Əxlaqla  bağlı  məsələlər  həm  də  bədii  yaradıcılıq 
sahəsinin  ziyalı  nümayəndələri  tərəfindən  qaldırılır  və  həll 
edilirdi. 
 
5.5.
 
XX əsrdə etik baxışlar 
 
XX  əsrin  əvvəllərində  milli  yaradıcı  elitanın 
formalaşması  şərtləri  həm  Rusiya  ilə  tarixən  yaranmış 
münasibətləri,  həm  də  bütovlükdə  tarixi  keçmişi  ilə  bağlıdır. 
Fəlsəfi  fikrin  inkişafına  çoxəsrlik  tarixə  malik  İslamın  dini-
əxlaqi  təsəvvürləri,  xalqın  adət  və  ənənələri,  həmçinin  Qərb 
sosial  fikri  təsir  etmişdir.  İnkişafın  etnoqrafk,  antropolojı, 
etnomədəniyyət xüsusiyyətləri də burada müəyyən əhəmiyyətə 
malik idi. 
Məlumdur  ki,  ədəbiyyat  və  incəsənət  sahələri  fəlsəfi 
ümumiləşdirmə  üçün  ən  zəngin  materiallara  malikdirlər.  Çox 
vaxt  Respublika  ziyalıları  hadisələrin  gedişatını  qabaqcadan 
görə  bilir  və  xalqın  ideoloji  ümidlərini  aydın  ifadə  etməyi 
bacarırdı.  Sosial  quruluşda  radikal  dəyişikliklər  bu  prosesdə 
katalizator rolunu oynayırdı. 
XIX  əsrin  əvvəllərində  Azərbaycanın  şimal  hissəsinin 
Rusiyaya  birləşməsindən  sonra  təsviri  incəsənətdə  realizm 
tendensiyaları tədricən güclənir, bədii yaradıcılığın yeni növləri 
və  janrları  yaranır,  həmçinin  satirik  qrafika  və  illüstrasiyalar 
janrları,  realistik  qrafika  sənəti  yaranmağa  başlayır;  bütün 
bunlar  dövrün  ictimai-siyasi  problemləri  ilə  uzlaşır;  xüsusi 


174 
 
olaraq,  burada  ictimai  bərabərsizlik,  avamlıq  və  fanatizm, 
çarizmin zülmü ifşa olunurdu
1

Dünyanın  yeni  görünüşü  Şərq  və  Qərb  musiqi 
ənənələrinin  sintezi  əsasında  yaradılan  yeni  musiqi  janrları 
formasında üzə çıxır. Xüsusi olaraq, burada görkəmli bəstəkar 
Ü.Hacıbəyli tərəfindən yaradılmış ilk milli opera olan "Leyli və 
Mecnun"un 
səhnəyə 
qoyulması 
əlamətdar 
hadisəyə 
çevrilmişdir.  Baş  qəhrəmanların  yüksək  əxlaqi  axtarışları  ilə 
lirik 
və 
dramatik 
başlanğıcın 
uyğunluğu 
tamaşada 
təkraredilməz  abu-hava  yaradır,  tamaşaçılara  dərin  təsir 
göstərir,  onlarda  dünyaya  və  dünyada  öz  yerinə  yeni  baxışın 
formalaşmasına şərait yaradırdı. Bu əsər musiqi mədəniyyətinin 
sonrakı  inkişafına  əhəmiyətli  gərəcədə  təsir  etdi,  yeni 
dünyagörüşünün formalaşmasına imkan yaratdı
2

İnqilabdan  əvvəlki  dövrdə  bir  çox  yazıçılarının 
yaradıcılığında  zülmə,  istibdada  qarşı  çıxışlara  çağırış 
səslənirdi  (Yusif  Vəzir  Çəmənzəminli  və  başqaları);  burada  iş 
siyasi  çıxışlar  və  çağırışlarla  məhdudlaşmırdı,  incəsənət  və 
mədəniyyətin  görkəmli  nümayəndələri  həm  ölkə  daxilində, 
həm  də  xaricdə,  mətbuatda,  siyasi  təşkilatlarda  qabaqcıl 
ideyaların təbliğ edilməsi yolu ilə  yeni şüuru formalaşdırmağa 
çalışırdılar.  
XX əsrin birinci yarısında Azərbaycanın fəlsəfə fikrində 
əsas  yeri  marksizm-leninizmin  ideyaları  tuturdu.  Sosial  fikrin 
inkişafına  Azərbaycan  marksistlərinin  təsiri  çox  böyük  idi. 
Burada  subyektiv  idealistlərə  və  aqnostisizmə  qarşı  mübarizə 
səylə  aparılırdı.  Bununla  birlikdə,  artıq  inqilabdan  əvvəlki 
dövrdən 
başlayaraq, 
M.A.Sabir, 
Ü.Hacıbəyli, 
C.Məmmədquluzadənin  şəxsində  inqilabçı  demokratlar  dini 
                                                 
1
 
Культура. 
Справочник. 
Управление 
делами 
Президента 
Азербайджанской Республики. Президентская библиотека // URL: http: 
// files.preslib.az, s.55  
2
 
Гаджибейли Дж. Избранное. Баку: Азернешр, 1993. – 128 с. 
 


175 
 
fanatizmə  qarşı  çıxış  edir,  o  dövr  üçün  mütərəqqi  fəlsəfi 
ideyaları irəli çəkirdilər. 
Bütovlükdə XX əsrin başlanğıcını kütlə şüurunun oyanışı 
dövrü  adlandırmaq  olar.  Nəcəfbəy  Vəzirov,  Soltan  Məcid 
Qənizade,  Məmməd  Tağı  Sidqi,  Məhəmmədağa  Şahtaxtinski, 
Məhəmməd  Hadi,  Abdulla  Şaiq  və  digər  maarifçi 
demokratların 
ideyalarını 
Firudunbəy 
Köçərli 
davam 
etdirmişdir.  Öz  publisistik  əsərlərində  onlar  feodal 
zülmkarlığını  taxt-tacdan  məhrum  edir,  Azərbaycan  xalqının 
mədəniyyətini  və  milli  şüurunu  inkişaf  etdirməyə  çalışırdılar. 
Milli şüurun inkişaf etdirilməsi ideyası nəticədə bir çox fəlsəfi 
ideyalarının  inkişafına,  fəlsəfi  və  psixoloji  əsaslara  malik  bir 
çox  milli  problemlərin  həlli  yollarının  axtarışına  imkan 
yaradırdı. 
Ə.Əhmədovun  qeyd  etdiyi  kimi,  "bu  fəlsəfənin  əsas 
problemləri  siyasi  qaydalar  və  onların  mənəvi  dayağı  olan 
İslamın  tənqidi,  orta  əsrlər  ətaləti,  təlim  və  tərbiyənin  arxaik 
sistemlərinin  aşkar  edilməsi,  dünyəvi  təhsilin,  hüquqi 
bərabərliyin və insan ləyaqətinin təbliğatı olmuşdur"
1

Əxlaqi problemlərə olan diqqət təsadüfi deyildi,  çünki 
onlar  həyatla  sıx  uzlaşır  və  dildə,  ədəbiyyatda,  bədii 
yaradıcılıqda, elm və təhsildə öz əksini tapırdılar. Bu dövrün 
etik  problemlərinin  görkəmli  tədqiqatçılarından  biri  olan 
Ziyəddin  Göyüşov  öz  yaradıcılığında  mənəvi  həyatın  bu 
sahəsinin  regionda  inkişaf  tarixini  müəyyən  sistemdə 
göstərməyə çalışdı. Məsələn, XX əsrin əvvəlində yaranan etik 
problemlərinin  təhlili  vaxtı  o,  XIX  əsrin  60-80-ci  illərin 
ictimai-iqtisadi və siyasi inkişaf xüsusiyyətlərini nəzərə alırdı.  
Şübhəsiz, 
onun 
tədqiqatları 
marksizm-leninizm 
ideyalarının  təsiri  altında  idi.  Öz  əsərlərində  o,  Azərbaycan 
xalqının  etik  fikir  tarixini  təhlil  etmişdi.  Eləcə  də  onun 
                                                 
1
 
Ахмедов  Э.  Философия  азербайджанского  просвещения.  Баку: 
Азернешр, 1982. 291 с., s.10 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə