17
xasiyyəti, onun etosu və düşüncəni xarakterizə edən
xüsusiyyətləri fərdləndirir. Əxlaqi dəyərləri öyrənən elmi
Aristotel “etika” adlandırmışdır. Əxlaq məsələləri haqqında o
üç iri həcmli əsərlərində bəhs edir: “Nikomax etikası”, “Evdem
etikası”, “Böyük etika”. “Moral” sözü isə latın dilində etikanın
ekvivalentidir. Aristotel, Sokrat və Platonda olduğu kimi,
xeyixahlığı ancaq biliklə, anlamaqla əlaqələndirmirdi. Əslində
mənəviyyat dərketmə ilə az əlaqəsi olan, həyatın tamam başqa
çalarını təşkil edən bir sahədir. Elm ətraf aləmdə şeylərin nə
olduğunu
bildirirsə,
mənəviyyat
onların
qiymətləndirilməsindən bəhs edir. Elmin psixoloji əsasını ağıl
təşkil edirsə, əxlaqi davranışın əsasını ağıl ilə ruhun ağıllı
olmayan hissəsi ilə vəhdəti təşkil edir. Mənəviyyat sahəsi
dəyərlərlə bağlıdır və onun başlıca əlaməti xeyir və şərin
fərqləndirilməsidir. Mənəvi yaxşılıqlar azad seçim əsasında,
təcrübə və vərdiş nəticəsində əmələ gəlir.
Aristotel hesab edirdi ki, insan xasiyyəti təbii
müqəddəm şərtlər əsasında, bir də həyat fəaliyyəti nəticəsində
əmələ gəlir. Bunu izah etmək üçün heç də qeyri-real ideyalar
aləminə müraciət etmək lazım deyil. Etika praktiki elmdir,
əxlaqi həqiqət xeyirin nə olmasında öyrənilmir; bunun
nəticəsində insanın özü xeyirxah olur. Əxlaq haqqında elmi
biliklər var, bu biliklər əxlaqi normalara və əxlaqi davranış
üçün bir təməl daşıdır. Etika əxlaqa necə nail olmaq yollarını
öyrədir. Əxlaqi təlimin əsas məqsədi insanın mənən
yüksəltməkdir. Burada əsas diqqət həyat təcrübəsi az olan,
cavan adamlara, yəni gənclərə yetirmək lazımdır. Biliklərlə
yanaşı insanın yaxşılığa güclü meyli də olmalıdır. Əxlaq
siyasətin tərkib hissəsidir. Əxlaqi hərəkətlər müxtəlif və
təkrarsızdır, əxlaqi biliklər isə ümumi xarakter daşıyır. Burada
düzgün hərəkət vacibdir. Həmin hərəkət rasional və irrasional
olanın vəhdətidir. Burada biliklərlə yanaşı həm də
qabiliyyətlərin əxlaqi yetkinliyi də lazımdır. Əxlaq, siyasətlə
18
bərabər çox vacib, bir növ digər elmlər üzərində yüksələn
elmdir. Burada abstraklılıq dərəcəsi olduqca böyükdür.
Aristotelin ali xoşbəxtlik haqqında da fikirləri olduqca
maraqlıdır. O, göstərir ki, hər bir hərəkətin öz məqsədi var.
Məqsəd son nəticə etibarilə elə xoşbəxtliyin özüdür. Bunlar,
məqsədlərin olduğu qədər, müxtəlif və rəngarəngdirlər.
Məqsədlərin ən alisi elə xoşbəxtliyin də ən alisi deməkdir. Ali
pilləni həm də evdemoniya, ləzzət adlandırmaq olar. Bu həzz,
məmnunluq kamil və yetkindir. Buna nail olmaq imkanı hər
kəsin əlindədir. Həzz kamil fəaliyyətin özüdür. Həzz almaq,
buna nail olmaq üçün sosial mühit və şəraitin də mühüm
əhəmiyyəti vardır. Şərtlərdən biri də yaxşı mənşəyə sahib
olmaq, yəni - əsilzadə olmaqdır. Ali həzz özünü hərəkətdə,
fəaliyyətdə bildirir. Burada söhbət düzgün hərəkətlərdən gedir.
Yaxşı əməllər ən böyük məmnunluqdur. Buna nail ola
bilməyən adam özünü xoşbəxt saya bilməz.
Ali həzz insan təbiəti ilə bağlıdır. Etika psixologiyanın
davamıdır, yaxşılıqları isə insan təbiəti əsasında öyrənmək
lazımdır. Bu, bir növ naturalist yanaşmadır və mütərəqqi
əhəmiyyətə malikdir. Burada insan həyatına aid obyektiv
faktlarının təhlilinin əhəmiyyəti vurğulanır, əxlaqın empirik
əsaslandırılması zərurəti göstərilir. İnsan həyatının məqsədi ağıl
ilə uzlaşdırılmış ruhun fəaliyyətidir.
Ruha aid Aristotelin aşağıdakı ideyaları bizim üçün
maraqlı olar. Ruhun düşünməyən hissəsi iki yerə bölünür: bitki
və ağıla meylli olanlar, sonuncu isə, əgər onu düzgün
mühakimələr idarə edirsə, yaxşılığa meyllidir. İnsan ruhunun
ikinci, ancaq onun özünə aid olan hissəsi ağıldır. Ağıla aid olan
yaxşılıqlar iki cürə olur: ağılın özünə bilavasitə aid olanlar və
əxlaqi yaxşılıqlar. Sonuncular etikanın predmetini təşkil edir.
Əxlaqi məziyyətlər haqqında öz mövqeyini bildirən
Aristotel qeyd edirdi ki, bunlar ruhun ağıllı və ağıllı olmayan
hissələrinin qarşılıqlı təsirin nəticəsində meydana gəlir. Burada
söhbət ruhun affektiv hissəsinə ağlın münasibətindən gedir.
19
Məziyyətlər ancaq insanlara xasdır. Bunların hər birində ağıl və
affektiv olanların nisbəti də əhəmiyyətlidir. İnsan yaşa
dolduqca onun imkanları tədricən aşkarlanır, şüurlu şəkildə
qavranılır, məqsədlərə uyğunlaşdırılır. Ağıl və affekt arasında
harmoniya yaranırsa, onda hisslər düzgün istiqamətləndirilir,
ağıl gözəl işləri həyata keçirməyə köməklik göstərir. Əxlaqi
sərvətlər insanı ali məqsədə, insanın mahiyyətinin ifadə
olunmasına doğru aparır.
Aristotel ehtirasların, hisslərin səbəblərini təhlil edir.
Məziyyət insan xislətindən irəli gəlir; insanlarda anadangəlmə
yaxşılığa meyllilik vardır. İnsan həzzə, ləzzət almağa çox
meyllidir. Buna qalib gəlmək üçün səy göstərmək, özünü
tərbiyə etmək lazımdır. Əxlaqlı olmaq üçün əxlaqın tələblərinə
riayət etmək lazımdır. Burada tərbiyənin əhəmiyyəti olduqca
böyükdür. Qızıl, yəni ideal orta nöqtəni tapmaq üçün üç ruhi
vəziyyətdən (artıq olanın, əskik olanın və bunların arasında
ortada yerləşənin) ən dəyərli olanı, yəni ortaq vəziyyəti seçmək
lazımdır. Məs, comərdlik qorxu və dəlisayağı şücaət arasında
olan bir vəziyyətdir. Burada söhbət, əlbəttə ki, adi riyazi
hesablamadan getmir. Söhbət insanın hər an etdiyi seçimdən
gedir. Əxlaqi tərbiyənin məqsədi insanı mənəvi cəhətdən
kamilləşdirməkdir. Hər bir insanda müəyyən əxlaqi
keyfiyyətlərin olması onun mənəvi cəhətdən kamil olmasını
bildirir. Bu mənada insan xasiyyəti burada mühüm rol oynayır.
Bəzən formalaşmış xasiyyət insana böyük zərər gətirir. İnsan
gərək özünü idarə etməyi bacarsın.
1.4. Ellinizm dövrünün əxlaqi ideyaları
Quldarlıq dövrünün süqutu mərhələsində (ellinizm)
formalaşan əxlaqi təlimlərin xüsusiyyətlərinə müraciət edək.
E.ə. VI-V əsrlərin təbiət fəlsəfəsinin ideyaları müəyyən
dərəcədə dirçəldirilir. Əxlaqi ideyaların inkişafının növbəti
mərhələsi Epikürun (e.ə. 341-270) adı ilə bağlı olmuşdur.
Dostları ilə paylaş: |