182
sonuncular əxlaqda elmliliyi inkar edir, əxlaqi təsəvvürlərdə
bilikləri qəbul etmirdilər.
Praqmatist əxlaqın özünə də müəyyən dərəcədə
irrasionalizm və relyativizm xas idi. Praqmatistlər ümumi əxlaq
prinsiplərinin əhəmiyyətini inkar edir, hesab edirdiklər ki,
bütün əxlaq problemlərini insan özü, konkret həyat şəraitinə
uyğun olaraq həll etməlidir. Yəni nəzəri səviyyədə həmin
problemlərin həllinə ehtiyac qalmır.
Əxlaq məsələlərinin həllində vasitə və metodların
seçimində biliyə, zəkaya müraciət etmək olar, məqsədlər əxlaq
və mənəviyyat sərhədlərini aşır. Məqsədlər insan iradəsindən
asılıdır; ağıl bunları ancaq hərəkət, fəaliyyət baş verəndən sonra
qiymətləndirə bilər.
Pessimizm (əhval-ruhiyyə, latın dilində pessimus - ən pis
deməkdir) dünyabaxışı sistemidir. Bu baxışa uyğun olaraq
hesab olunur ki, dünyada şər üstünlük təşkil edir, insan
əzabkeşliyə düçardır və gələcəkdə də heç nə dəyişməyəcək.
Pessimizmin əksi
optimizmdir. Adətən pessimizm keçid
dövründə, mövcud ictimai münasibətlər sistemi dağılarkən baş
verir.
Belə şəraitdə köhnə dəyərlər və stereotiplər, ideallar öz
əhəmiyyətini, insanlar həyata, yaxşı günlərə ümidini itirir,
yaşamaqda məna görmürlər. Etika tarixindən məlumdur ki,
stoisizm etikasında pessimizm daha güclü olmuşdur. Müəyyən
mənada dini əxlaqa da pessimizm xasdır. Məsələn, xrsitian
təlimində göstərilir ki, dünya şər dünyasıdır, insan isə öz
təbiətinə əsasən artıq günaha batmışdır. İncildə Ekkleziast deyir
ki, “Mən həyatıma nifrət etdim, hər bir şey mənasızdır, ruhun
usanmasıdır... Hər bir şey heç nədən yaranır” – İov kitabında
(Tövratın 29-cu hissəsinin adı) da belə deyilir. Buddizm
dinində də insanı həyata bağlayan hər bir şey əzabların
mənbəyi
kimi göstərilir.
Bununla belə dünya dinlərində əzablardan qurtuluş
yolları da göstərilir: ya axirət dünyasında (xristianlıq, islam), ya
184
aradan qaldırmaq reallığa düzgün baxışları formalaşdırmaq
deməkdir.
İntuitivizm (latınca intueri – diqqətlə baxmaq deməkdir)
etikada bir cərəyandır. Bu cərəyanın nümayəndələri hesab
edirlər ki, əxlaqi anlayışları (xeyir, şər və s.) zəka və təcrübə
yolu ilə əsaslandırmaq qeyri-mümkündür, bunlar insan
tərəfindən intuitiv şəkildə, “aşkar” həqiqət kimi qavranılır. Etik
intuitivizmin nümayəndələri sübut etməyə çalışırlar ki, ən
ümumi, hamı tərəfindən qəbul olunmuş əxlaqi ehkamlar sübut
oluna bilməz. İntuitivizm elementlərini hələ qədim etik
nəzəriyyələrində tapmaq olur (Sokrat, Platon). XVII-XVIII əsr
Kembric neoplatoniklər məktəbinin təmsilçiləri hesab edirdilər
ki, xeyir və şər anlayışları sadəcə olaraq tərifi və
əsaslandırılması mümkün olmayan ideyalardır (Prays,
R.Kaduort, S.Klark). C.Mur (ABŞ) hesab edir ki, etika insan
davranışını yox, əxlaqi analyışları öyrənməlidir. Mur əxlaqda
xeyiri rasional şəkildə öyrənmək istədiyinə görə utilitarizm,
hedonizm, təkamülçü etika nümayəndələrini tənqid edir.
Müasir intuitivizmdə iki cərəyan fərqləndirilir: aksioloji və
deontoloji Aksioloji cərəyan nümayəndələri (C.Mur, Q.Reşdell,
O.Conson, B.Blenşard), hesab edirlər ki, xeyir anlayışı özündə
bütün digər əxlaqi, o cümlədən borc anlayışlarını cəmləşdirir
(borc ondan ibarətdir ki, xeyir işlər görülsün); deontoloji
(Q.Priçard,
D.Ross,
E.Karrit,
Ç.Brod)
cərəyanının
nümayəndələri hesab edirlər ki, borc heç də xeyirdən asılı olan
anlayış deyil, məntiq baxımından da ondan irəlidə getmir: xeyir
ondan ibarətdir ki, hər kəs öz borcunu yerinə yetirsin. Əxlaqi
vəzifə sosial tələbatlardan irəli gəlmir; həmin vəzifələr özü-
özlüyündə əbədi və dəyişilməz olaraq qalır.
Rossa görə yeddi belə ehkam var: şər əməl etmə; xeyir
və şəri ədalətli şəkildə insanların ləyaqətini gözləməklə
bölüşdür; düz danış, vədlərinə əməl et; sənə qarşı edilən
yaxşılıqlara görə minnətdar olduğunu bildirməyi unutma;
vurduğun
zərərin əvəzini ödə; özü-özünü kamilləşdir.