Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   110

188 
 
sayəsində yenidən təkrar istehsal olunur və mühafizə edilir. Bu 
halda insanlar kollektiv əxlaqı həyata cəlb olunurlar
1

Dürkheym  bütün  hallarda  əxlaqın  sosial  mahiyyətini 
etiraf  edirdi.  O,  “əxlaqın  müqəddəs  xarakterini”  geyd  edir  və 
bunu onunla izah edirdi ki, həm dinin, həm də əxlaqın mənbəyi 
və obyekti cəmiyyətdir; cəmiyyət isə öz güvvəsinə və nüfuzuna 
görə fərddən üstündür. Cəmiyyət şəxsi təmənnasızlıq və özünü 
fəda  etməyi  tələb  edir,  bunlar  əxlaqın  vacib  komponentləridir. 
“Kant  allahı  quraşdırır,  bunsuz  onun  əxlaq  haqqında  hipotezi 
başa  düşülməzdir.  Biz  fərdlərdən  spesifik  şəkildə  fərqli  olan 
cəmiyyət  quraşdırırıq,  çünki  başqa  cür  olduqda  əxlaq 
məqsəddən, borc isə əsasdan məhrum olur”. 
Dürkheym inqilabi xarakterli ictimai idealı irəli sürməyi 
və  əsaslandırmağı  mümkün  hesab  etmirdi.  Çünki  belə  ideal 
sosial strukturun köklü surətdə dağıdılmasını tələb edirdi. Onun 
fikrincə, əxlaq “cəmiyyətin real şəraitindən geri qaldıqda” onun 
dəyişilmiş strukturla ancaq uyğunlaşdırılması tələb olunur.  
Əxlaqın  sabit  ictimai  strukturdan  asılı  olması  ideyası 
Dürkheymi  əxlaqi  relyativizmə  gətirib  çıxarırdı.  Əgər  bütün 
əxlaq 
formaları 
mövcud 
strukturla 
eyni 
dərəcədə 
şərtləşdirilibsə,  onlar  eyni  hüquqludur,  onlardan  birinin 
üstünlüyünü etiraf etmək üçün obyektiv meyarlar yoxdur.  
Dürkheymə görə, əsasən əxlaqi təbiətə malik olan ictimai 
böhranın  əsasında  ümumi  şüurun  məzmun  və  xarakterinin 
dəyişilməsi  dayanır.  Norma  və  dəyərlərin  sürətlə  dəyişilməsi 
cəmiyyətdəki  əvvəlki  nizam  və  qaydanın  itirilməsinə  gətirib 
çıxarır.  Fərdiyyətçilik  əxlaqı  hələ  ictimai  sərvətin  və  ümumi 
şüurun məzmununun başlıca cəhəti kimi möhkəmlənməmişdir. 
Mövcud  cəmiyyətdəki  həmrəylik  davranış  qaydalarının 
çatışmamazlığını  istisna  etmir,  əxlaqi  vakuum,  normasızlıq 
vəziyyətinə  səbəb  olur.  Nəticədə  cəmiyyət  əxlaqi  nizamsızlıq 
girdabına  düşərək  sosial  qarmaqarışıqlıq  dövrünü  yaşayır. 
Böhrandan çıxış yolu əxlaqi tənzimetməni gücləndirməkdir.  
                                                 
1
 Yenə orada, s.135 


189 
 
İnsanın bioloji təbiəti (qabiliyyətləri, bioloji funksiyaları, 
ehtirasları)  onun  tərbiyə  yolu  ilə  yaradılan  sosial  təbiəti  ilə 
(normalar,  sərvətlər,  ideallar)  ziddiyyət  təşkil  edir.  Bu,  heç 
zaman  kəsilməyən  daxili  narahatlığı,  gərginlik  və  həyəcan 
hissini  şərtləndirir.  Ancaq  cəmiyyətin  nəzarətedici  fəaliyyəti 
insanın bioloji təbiətini, onun ehtiras və həvəslərini cilovlayır, 
onları  müəyyən  çərçivəyə  salır.  Cəmiyyət  fərd  üzərində  öz 
nəzarətini  zəiflətdikdə  anomiya,  yəni  cəmiyyətin  və  fərdin 
inteqrasiya vəziyyətinin pozulması meydana gəlir. Belə ictimai 
vəziyyətdə fərdi davranışın möhkəm əxlaqi tənzimi yoxa çıxır, 
spesifik  əxlaqi  vakuum  yaranır;  bu  zaman  köhnə  norma  və 
sərvətlər  artıq  öz  rolunu  yerinə  yetirə  bilmir,  yeniləri  isə  hələ 
qərarlaşmamışdır.  Bu  hal  cəmiyyətin  normal,  “sağlam” 
vəziyyətini  səciyyələndirən  əxlaqi  tənzimə  və  nəzarətə  tam 
əksdir.  
Dürkheym  “Əmək  bölgüsü”ndə  anomiyanı  cəmiyyətin 
inkişafı  zəminində  sosial  strukturun  ictimai  funksiyalarının 
uyğunsuzluğu ilə izah edirdi.  
 “İntihar”da  anomiya  əxlaqi  böhran  kimi  nəzərdən 
keçirilir. Belə böhran zamanı ictimai sarsıntılar zəminində fərdi 
tələbatların  və  ehtirasların  normativ  tənzimi  sistemi  pozulur. 
Bu,  şəxsiyyətin  müvazinətinin,  qrupa  mənsubluq  hissinin, 
intizamın  və  ictimai  həmrəyliyin  itirilməsinə  doğru  aparır. 
Normadan kənara çıxan davranış da bunun nəticəsidir.  
Dürkheym inanırdı ki, cəmiyyətin və fərdin tələbatlarını 
şüurlu  surətdə  tənzimləmək  və  onları  real  ictimai  imkanlar 
çərçivəsində 
məhdudlaşdırmaqla 
kapitalist 
ictimai 
münasibətlərini  qorumaq  olar.  Bu  gərginliyin,  mənəvi 
böhranın,  məyusluq  və  kədər  hissinin  nəticəsi  kimi  kənara 
çıxan davranışın yaranmasına mane olmalıdır.  
Əxlaqı  sosial  mahiyyətli  problem  kimi  tədqiq  edən 
Dürkheym  heç  də  yanlış  fikir  söyləməmişdir.  Əxlaqın 
yaranmasında  sosial  şəraitin  həlledici  amil  olmasının  etiraf 
edilməsi,  əxlaqi  qaydaların  cəmiyyət  üçün  funksional 


190 
 
nəticələrinin  təhlilinin,  onların  sosiomədəni  dəyişkənliyinin 
birtərəfli  və  digər  tərəfdən  ümumi  xarakterinin  etiraf  edilməsi 
müsbət hal idi .  
Əxlaqa sosial cəhətdən şərtlənmiş fakt kimi  yanaşılması 
əxlaqın  fövqəltəbii  xüsusiyyətini  əsaslandıran  və  ona  açıq 
şəkildə  istinad  edən  fəlsəfi  nəzəriyyənin  intiutivizminə  qarşı 
yönəlmişdi.  Dürkheym,  eyni  zamanda  hisslərdən  doğan  əxlaqi 
mülahizələrlə onların həqiqiliyini və yanlış olmasını inkar edən 
əxlaqi emotivizmi də rədd edirdi.  
Əxlaqın  sosioloji  şərhi  prinsipcə  də  çox  əhəmiyyətlidir. 
Ancaq  Dürkheymin  konsepsiyası  olduqca  mücərrəd  və 
birtərəfli  idi.  Cəmiyyətin  xeyrinə  olan  vahid  dəyərli  əxlaqi 
məqsədlər  zəif  idi  və  əsaslandırılmamışdı.  Şəxsiyyətin  əxlaqi 
dəyərini,  onun  harmonik  inkişafını  inkar  etmək  olmaz. 
Dürkheym  fərdin  hüquq  və  ləyaqətini  etiraf  edib  fəal  surətdə 
müdafiə  etsə  də,  onun  nəzəriyyəsi  konkret  tarixi  şəraitdə 
şəxsiyyətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsinə  dialektikcəsinə 
yanaşmağa  imkan  vermir.  Cəmiyyətin  fərd  üzərində  qeyri-
şərtsiz  üstünlüyü  prinsipi  sübutsuz  idi.  Dürkheym  tərəfindən 
həmişə  tənqid  olunan  mücərrəd  fərdilik  kimi  mücərrəd,  qeyri-
tarixi kollektivçilik də bir o qədər qəbul olunmadı. Cəmiyyətlə 
şəxsiyyətin  qarşılıqlı  münasibətinə  əxlaqi  nöqteyi-nəzərdən 
yanasılması  subordinasiya  əlaqəsi  kimi  başa  düşülə  bilməz. 
Onların arasında dialektik qarşılıqlı əlaqə mövcuddur.  
Əxlaq  kimi  mürəkkəb  fenomenin  dialektik  izahı,  onun 
nisbi müstəqilliyini, sosial, mədəni, ekoloji, psixoloji və başqa 
bir  sıra  bütöv  amillərdən  asılılığını  nəzərə  alır.  Düzdür, 
cəmiyyətin Dürkheymsayağı başa düşülməli birmənalı deyildir 
və  kifayət  qədər  geniş  öyrənilməmişdir.  O,  nəticədə  burada 
ekologiya və demoqrafiya, eyni zamanda mədəniyyət və sosial 
psixologiyada öz ifadəsini tapan elementləri daxil etmişdi
1

                                                 
1
 История социологии в Западной Европе и США. NORMA-İNFRA-M. 
M.: 2001, 576 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə