Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   110

197 
 
gəlməyən  hər  bir  şeyə  qarşı  qiyama  çağırır:  dövlətə,  onun 
institutlarına,  qəbul  edilmiş  dini  və  əxlaqi  normaların 
formalizminə  qarşı  və  s.  Qiyam  və  fəal  mübarizə  bir  araya 
sığmır; Kamü hesab edir ki, burada əsl insan mövcudluğu, yəni 
ekzistensiyası  mümkün  deyil.  Xoşbəxtliyin  ali  forması 
insanların  həmrəy  olmasında  və  bir-birinə  sevgidədir.  Belə 
yanaşma  bizə  Kamünün  abstrakt  humanizm  mövqeyində 
olmasından xəbər verir. 
Qabriel  Marsel  (1889-1970)  fransız  filosofudur.  O, 
xristian 
ekzistensializminin 
nümayəndəsi 
kimi 
əxlaq 
məsələlərinə  də  diqqət  yetirmişdir.  Cəmiyyətdə  yaranan 
ziddiyyətləri  və  çatışmazlıqları,  insanın  simasızlaşmasını  o, 
maarifçiliyin  demokratik  ideallarının  itməsi  ilə  əlaqələndirirdi. 
İnsan  varlıqla  əvvəlki  vahidliyini  öz  həyatına  daha  diqqətli 
olması, daxili sabitliyin yaradılması, diqqət və mənəvi əsasların 
gücləndirilməsi yolu ilə bərpa edə bilər. Həqiqi mənəvi, əxlaqi 
mahiyyətə  və  məzmuna  nail  olmaq  üçün  insanda  sosial 
normalara  qarşı  məsuliyyətin  artması  olduqca  vacibdir.  Bəzən 
dəyərlər  şüar  xarakterli  olaraq,  öz  əsl  qiymətini  itirirlər.  İnsan 
ilk  növbədə  daxilən  azad  olmalı,  seçimə,  məsuliyyətə  malik 
olmalıdır.  
Sartrdan  fərqli  olaraq  Jak  Mariten  real  azadlığın 
həddlərini  müəyyənləşdirməyə  çalışırdı.  İnsan  müasir 
cəmiyyətdə  özünü  tam  realizə  edə  bilmir,  buna  görə  də  fərdi 
azadlığının əsl, son əsası Allaha inam olmalıdır. Dinə müraciət 
edən  Mariten  ekzistensialistlər  tərəfindən  fərdə  qarşı  irəli 
sürülən  əxlaqi  tələbləri  yumşaltmağa  çalışır.  Ekzistensializmin 
“risk”, “cəlb etmə” kimi kateqoriyaları hədsiz subyektiv olduğu 
üçün  inama  üstünlük  vermək  lazımdır.  İnam  rasional  əqidəyə 
ziddir,  çünki  əqidə  əsasında  hər  hansı  bir  qəti  mühakimələri, 
fikri irəli sürmək olmaz. 
  İnsanın 
yeganə  sərvəti  onun  emosional  aləmi, 
təəssüratlanmasıdır; burada insan özünü tam, dolğun ifadə edə 
bilir. 


198 
 
Fransız  alimi,  paleontoloqu,  filosofu  və  katolik  teoloqu 
Teyyar  de  Şarden  (1881-1955)  təkamülçü  etikanın  xristian 
variantını  təklif  etmişdir.  T.  de  Şardenin  “kosmogenez” 
nəzəriyyəsinə  əsasən  Kainatın  inkişafı  müəyyən  istiqamətdə 
gedir və son nəticə etibarilə ruhun formalaşması və inkişafı ilə 
nəticələnir. Əxlaq həyatın müəyyən bir mərhələsində yaranmış 
və  əslində  mexanika  və  biologiyanın  yekunlaşdırılması 
deməkdir.  
Əxlaqın məqsədi  fərdin  eqoizminin  məhdudlaşdırılması, 
tənzimlənməsi  və  insan  enerjisinin  lazımi  istiqamətdə 
yönəldilməsidir.  T.de  Şarden  etikanın  əsas  kateqoriyalarına 
bioloji  və  kosmoloji  izahat  verir:  xeyir  dedikdə  biz  burada 
təkamülə  səbəb  ola  bilərik,  materiyanın  təşkili  səviyyəsinin 
artmasına  və  şüurun  inkişafına  doğru  aparan  hər  bir  şeyi 
nəzərdə  tuturuq;  şər  dedikdə  isə  elementlərin  yüksək  təşkil 
edilmiş sistemə birləşməsinə mane, ruhun tərəqqisinə əngəl ola 
biləcək hər bir şey nəzərdə tutulur.  İnsanın üzərinə təkamülün 
şüurlu  şəkildə  davam  etdirilməsi  məsələsi  qoyulmuşdur. 
İnsanın  kosmosda  vəziyyəti  və  kosmogenezdə  rolu  borc 
kateqoriyasının  obyektiv  əsası  rolunu  oynayır:  insan  bu 
təkamülün uğurlu olub – olmamasına tam cavabdehdir.  
Materiya üzərində işləməli olan insan şərə qarşı durmağı 
və  ruhun  ümumi  yüksəlişinə  səbəb  olmalıdır.  İnsan  mənəvi 
kamilliyə  yalnız  kollektiv  şüura  qoşularaq  nail  ola  bilər. 
Təkamülçü  etika  həm  də  xristian  mahiyyətli  olmalıdır,  çünki 
dini  əsaslandırma  olmadan  əxlaq  öz  vəzifələrini  yerinə  yetirə 
bilməz.  Xristianlıq  insanlara  həyat  təkamülünün  “universal 
konverqensiyanın  (qovuşmanın)  transsendental  və  mənəvi 
qütbü” ilə əlaqəsini dərk etməyə köməklik göstərir. Kant ruhun 
ölməzliyini  və  Allahın  varlığını  praktik  zəkanın  əsasları 
(postulatları) kimi qəbul etməyə dəvət edirdisə, T.de Şardendə 
həmin anlayışlar təkamülün uğurlu olmasının təminatında ilahi 
mərkəzin  olması  və  ruhun  ölməzliyinin  mümkünlüyü  təşkil 
edir.  


199 
 
Bunsuz  insanlar  təkamülə  təkan  verməyə  və  şüurlu 
şəkildə  çətinlikləri  fəth  etməyi  bacarmazlar.  T.de  Şardenin 
əxlaqi  baxışlarına  həm  də  aşağıdakı  ideyalar  daxildir: 
kollektivçilik  prinsipi,  dünyaya  fəal  münasibət  tələbi,  insanda 
yaradıcı  qabiliyyətlərin  olmasına  inam  və  s.  Başlıca  əsərləri 
“İlahi  mühit”  (1927),  “İnsan  fenomeni”  (1956-cı  ildə  nəşr 
edilmişdir).  Tolerantlıq  (dözümlülük)  insanın  digər  insanların 
davranışında  ifadə  olunan  maraqlara,  əqidəyə,  inanclara, 
vərdişlərə  olan  münasibətini  xarakterizə  edən  əxlaqi 
keyfiyyətdir.  
Bu  özünü  əsasən  izahetmə  və  tərbiyə  metodları  ilə, 
təzyiqsiz  müxtəlif  maraqların,  rəylərin  uzlaşdırılmasına  və 
qarşılıqlı  şəkildə  anlamına  nail  olmaq  meylində  özünü  ifadə 
edir.  Dözümlülük  problemi  cəmiyyətdə  yaranan  münaqişəli 
vəziyyətlərin  həlli  zərurəti  ilə  bağlıdır.  Müxtəlif  fərdlər  və 
sosial  qruplar  arasında  ziddiyyətlərin  aradan  qaldırılması 
çətinliyi  bu  problemi  meydana  gətirdi.  Dözümlülük  tələbinin 
abstrakt  və  zəruri  xarakteri  həmin  ziddiyyətlərin  həllinə 
köməklik  edə  bilər.  Bu  özünü  əks  tərəfdən  göstərilən  bütün 
arqumentlərin nəzərdən keçirilməsinə hazır olmaqda ifadə edir. 
Alman 
filosofu 
Haydegger 
Martin 
(1889-1976) 
ekzistensializmin  banilərindən  biridir.  Bu  təlimin  əsas 
vəzifəsini  o,  varlığın  mahiyyətinin  dərk  edilməsində  görür. 
Bunu  etmək  üçün  Haydegger  sosial  əlaqələrdən  kənar 
götürülmüş şəxsiyyətin mövcudluğunun təhlili, onun strukturu, 
özünəməxsus  üsul  və  formalarının  aşkar  edilməsi  yolundan 
istifadə  etməyi  təklif  edir.  Haydeggeri  ilk  növbədə  insanların 
mövcudata  olan  əxlaqi-praktiki  münasibət  maraqlandırır. 
Haydegger  buna  daxili  təəssüratlanma  deyir.  Sosial  həyatın 
bütün  sferaları  qeyri-real  mövcudolmadır;  “man”  (insan). 
Burada  şəxsiyyət  özünəməxsusluğunu  itirir,  çünki  onun 
fikirləri, hissləri və əməlləri ümumi, cəmiyyət tərəfindən qəbul 
olunmuş  əxlaqi  təsəvvürlərə  əsasən  həyata  keçirilir,  insan 
ictimai rəyə tabe olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə