Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə66/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   110

200 
 
  Belə  “simasız”  olandan  azad  olmaq,  mövcudluğu  öz 
şəxsi varlığı, özünəməxsus olanı kimi qəbul etmək üçün insan 
öz mənəvi aləminin xüsusi durumunu yaratmalıdır. 
  Bunu  da  o,  apriori  verilən  hisslər,  duyumlar  vasitləsilə 
(qorxu, qayğı, nigarançılıq, tənhalıq hissi, vicdan çağırışı və s.) 
edə  bilər.  Yalnız  bu  subyektiv  sahədə  insan  bütün 
özünəməxsusluğunu  nümayiş  edə  bilər,  əsl  əxlaqlı  şəxsiyyət 
kimi çıxış edərək öz əməllərinə məsuliyyət daşıya bilər. 
  Hər bir insanın fərdi taleyi, həyatının əvvəli və sonu var. 
Fani  dünyaya  gələn  insanın  gələcəyə  meyli  atır,  çünki  burada 
onun üçün açılan bir çox imkanlar var və o, onları fəth etmək 
istəyir.  Haydegger  burada  pessimist  bir  nəticə  çıxarır:  insan 
həyatı  əslində  “ölüm  üçün”  bir  varlıq,  ekzistensiyadır.  Ölüm 
qorxusu insana öz varlığını bütün  “çılpaqlığı” ilə dərk etməyə 
köməklik  edir. Haydegger öz  yaradıcılığının son mərhələsində 
insan  varlığının  yox,  abstrakt  varlığının  öyrənilməsini  önə 
çəkmişdir.  İnsan  müqəddəratı  bu  varlığın  sirrlərinə  bələd 
olmaq,  praktik  olaraq  ona  tabe  olmaq  və  qovuşmaqdan 
ibarətdir. Əsas əsərləri: “Varlıq və zaman” (1927), “Metafizika 
nədir?” (1927), “Humanizm haqqında məktub” (1947), “Yanlış 
yollar” (1950), “Metafizikaya giriş”dir. 
Yaspers  Karl  (1883-1969)  alman  ekzistensializminin 
nümayəndəsidir.  Fəlsəfənin  mühüm  vəzifələrindən  birini  o, 
əxlaqi məsələlərin həlli hesab edirdi. Fəlsəfənın məqsədi gərək 
insan  və  onu  əhatə  edən  aləm  haqqında  biliklər  sistemini 
yaratmaq  yox,  insanı  xilas  etmək  vasitəsini  axtarıb  tapmaq 
olmalıdır  ki,  texnikanın  gur  inkişafı  dövründə  insana  özü-
özünün olduğu kimi qalmağa köməklik göstərsin. İnsan təbiətin 
və  cəmiyyətin  birgə  yaratdığı  adi  nəticə  deyil.  İnsan  bütöv, 
özünəməxsus,  təkrarsız  bir  varlıqdır,  onun  daxili  mahiyyəti 
azadlıqdır. 
Xüsusi 
“ekzistensial 
vəhy” 
nəticəsində, 
“həmsərhəd”  tənqidi  vəziyyətdə  insandan  bütün  qüvvələrinin 
səfərbər  olunması  tələb  olunur.  Məhz  belə  anlarda  insan 
gündəlik  problemlərdən  azad  olunur  və  öz  daxili  aləminə 


201 
 
müdaxilə  edir.  Bu  daxili  aləmlə  bağlı  azadlığın  əhəmiyyəti  və 
mənası var.  
İstənilən  halda  insan  gərək  öz  əqidəsindən  dönməsin, 
səmimi  olsun,  öz  əhvalına,  təəssüratlarına,  meyllərinə  sadiq 
qalsın. Yaspersə görə əxlaqi seçim “naməlum sahəyə sıçrayış” 
kimi baş verir. Ona görə də insan davranışı gərək ümumi əxlaq 
prinsipləri baxımından qiymətləndirilməsin. Öz əməllərinə görə 
o  yalnız  özü-özünün  qarşısında  cavabdehdir  və  daxili 
təcrübəsində bütün mənəvi dəyərlərin yaradıcısı kimi çıxış edir. 
Etik  relyativizmdən  uzaqlaşmaq  məqsədilə  K.Yaspers 
kommunikasiya  və  transsendensiya  anlayışlarını  irəli  sürür. 
Kommunikasiya  zamanı  fərdlər  arasında  abstrakt  emosional-
mənəvi ünsiyyət əmələ gəlir.  
Nəticədə  İnsan  “Mən”-i  digərlərində  inikas  olaraq  özü-
özlüyünə  qayıdır.  Şəxsiyyət,  həm  də  ilahi  mütləqə  nisbətdə 
özü-özünü  təsdiq  edir  (transsendensiya):  Yalnız  həmin 
transsendensiya  müqabilində  insan  varlığı  (ekzistensiyası) 
mümkündür.  İnsan  mütləqə  müraciət  etsə  də,  onu  dərk  edə 
bilməz  (bunu  yalnız  seçmə  adamlar  edə  bilər).  Qalanların 
qismətinə  simasız  həyat  sürmək  qalır.  Əsas  əsərlər:  “Dövrün 
mənəvi  durumu”  (1931),  “Fəlsəfə”  (1931),  “Zəka  və 
mövcudluq” 
(1935), 
“Mövcudluq 
fəlsəfəsi” 
(1938), 
“Günahkarlıq problemi” (1946), “Fəlsəfəyə giriş” (1950). 
Şveytser  Albert  (1875-1965)  həyat  fəlsəfəsinə  yaxın  bir 
mövqedə  olan  teoloq,  həkim  və  musiqiçi  olaraq,  “həyatın 
səcdəsi”  prinsipini  irəli  sürmüşdür.  Bu  əxlaqi  prinsip 
yaşamağın  əsas  qanunu  və  şərtidir.  “Həyatın  səcdəsi”  prinsipi 
həm bəşəriyyətin mənən yeniləşməsi, həm də universal kosmik 
normaların  yaradılması  üçün  bir  əsas  olmalıdır.  A.Şveytser 
sərbəst və mənəvi cəhətdən yetkin şəxsiyyət ideyasını müdafiə 
edirdi.  Bununla  da  o,  konkret-fərdi  olanın  üzərində  ümuminin 
hökmranlığına qarşı çıxış edirdi. Şveyster həyatın iki prinsipini 
ekzistensializm  mövqeyindən  qarşı-qarşıya  qoyurdu:  1.  iradə 
(insanın azad və əxlaqlı mahiyyətini ifadə edir); 2. bilik (anlam, 


202 
 
bunun əsasında xarici zərurətə tabe olma durur). Onun fikrincə, 
dünyanın  dərki,  başa  düşülməsi  sivilizasiyanın  mənəvi  iflasını 
bildirən skeptisizm ilə nəticələnir. Mədəniyyət və sivilizasiyanı 
qarşı-qarşıya  qoyan  Şveyster  “texnoloji  dövranı”  və  “xarici 
tərəqqini”  tənqid  atəşinə  tuturdu.  Etika  mədəniyyətlə  üzvi 
vəhdət  təşkil  etməlidir.  Mədəni  inkişafin  səviyyəsi  meyarı 
cəmiyyətin  əldə  etdiyi  humanizm  dərəcəsi  ilə  ölçülür.  Elə  bir 
nəzəriyyəni,  dünyagörüşünü  yaratmaq  lazımdır  ki,  nəticədə 
insan  şəxsiyyəti  dirçəlsin  və  öz  yaradıcı  fəallığını  bərqərar 
etsin. 
 
Müstəqil iş 
 
Suallar 
1. XX əsrin etik nəzəriyyələri (özünüreallaşdırma etikası, 
neopozitivizmin 
əxlaqi 
nəzəriyyəsi, 
neoprotestantizm, 
neotomizm, praqmatizm, pessimizm, intuitivizm, irrasionalizm, 
kosmik teologiya etikası)  
2.  E.Dürkheym,  E.Hartman,  N.Hartman  və  b.  etik 
baxışları.  
3. A.Berqsonun etikası. J.Mariten. Q.Marsel. 
4.  Ekzistensializm  etikası  (M.Haydegger,  K.Yaspers, 
J.P.Sartr, A.Kamü). 
5.  Emosional  etikasının  neopozitivist  nəzəriyyələri. 
Praqmatizmdə etika (Ceyms, Dyui və b.).  
6. A.Şvetserin bioetika ideyaları 
 
Tapşırıqlar 
 
M.ROKİÇİN “DƏYƏRLƏR ORİYENTASİYASI” 
METODİKASI 
 
Dəyərlər 
oriyentasiyası 
sistemi 
şəxsiyyətin 
istiqamətlənməsinin  məzmununu  ifadə  edir  və  onun  dünyaya 




Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə