Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   110

210 
 
5.
 
Əxlaq  abstrakt,  fərdi  olandan  uca,  ümuməhəmiyyətli, 
şərtsiz  qəbul  olunan  davranış  qaydalarıdır.  Bu  qaydalar 
insanlararası  universial,  ümumbəşəri  əlaqəsini  təşkil  edərək, 
ideal yönümlər, davranış nümunələri kimi yaşayır. 
Bu  beş  xüsusiyyət  hələ  qədim  dövr  və  orta  əsrlərdə 
müəyyən  edilmişdir.  Yeni  dövrdə  buraya  daha  iki  xüsusiyyət 
əlavə edilib: 
6.
 
Əxlaq  fəzilətlər  və  normaların  bütövlüyü,  fərdi  və 
ümuminin  birliyidir.  Əxlaq  insan  fərdlərinə  məxsus  bir 
keyfiyyətdir,  bunun  əsasında  onlar  ictimai  münasibətlərin  elə 
bir  həddinə  çata  bilərlər  ki,  nəticədə  hər  bir  fərd  sonsuz 
dərəcədə  öz  insani  keyfiyyətlərini  inkişaf  etdirə  və  özü  ilə 
həmrəy olanların birliyinin üzvü ola bilər. 
7.
 
Əxlaq  mənfi,  pozğun  mahiyyətli  ictimai  davranış 
formalarını  inkar  edərək  tarixən  dəyişilir,  özünü  bunlardan 
təcrid  edərək  müəyyənləşir  və  əxlaqi  məzmunlu,  predmetli 
realığa qayıdır. 
XIX  əsrin  ikinci  yarısına  qədər  əxlaqın  ümumnəzəri 
modeli  hələ  formalaşmamışdı.  Bununla  belə  ümumi  şəkildə 
artıq görünürdü ki, əxlaq həm insanlar arasında ictimai əlaqəni 
bildirir,  həm  də  fərdin  özünütəsdiqləmə  yolu  kimi  çıxış  edir. 
Eyni  zamanda  əxlaq  mütləq  qanun  və  fərdi  iradənin  yüksək 
zirvəsidir, ümumiyə şərtsiz tabelik və seçimdə şəxsi azadlıqdır; 
burada  borc  və  meyl,  ümumi  iradə  və  vicdan  birləşərək, 
bütövlük, vahidlik təşkil edir ki, nəticədə harmoniya yaranır. 
Etika mənəviyyatın formalaşmasını və inkişafını öyrənən 
əxlaq haqqında elm olaraq, hələ qədim dövrdə rüşeym şəklində 
yaranmışdır.  Mənəvi  dəyərlər,  qədim  cəmiyətdə  də  mövcud 
olmuşdur.  İnsanlar  burada  digər  insanlara,  yaşadıqları  icmaya 
münasibətlərini  bildirməklə  arzu  olunan,  mümkün  olan  və 
mümkün olmayan barəsində özlərində bir təsəvvür yaradırdılar. 
İcma  münasibətləri  zəminində  davranış  qaydaları  da  tədricən 
formalaşır: məsələn, bütün icma üzvləri üçün vacib olan bir sıra 
qadağalar  (adam  yemək,  insest  və  s.)  meydana  gəlmişdir. 


211 
 
Davranış  qaydalarına  ilk  növbədə  kollektiv  fəaliyyəti,  ərzağın 
paylanması, nigah əlaqələri ilə bağlı təsəvvürlər daxil edilirdi. 
  Dinin  də  yaranması  həmin  dövrə  təsadüf  etdiyinə  görə 
bir  çox  tədqiqatçılar  əxlaqla  din  arasında  bir  başa  əlaqəni 
axtarırlar.  Lakin  unutmaq  olmaz  ki,  dini  təsəvvürlər  əxlaqi 
normalar və qaydalardan sonra  yaranmışdır. Düzdür,  sonradan 
əxlaqın  birsıra  elementlərindən  dində  istifadə  olunmağa 
başlandı. Bununla belə əxlaq daha geniş  və daha qədim sosial 
fəaliyyət  sahəsidir.  ,Şübhəsiz,  din  də  qadağalar  (tabu) 
vasitəsilə, insan davranışına təsir etməyə çalışırdı, lakin həmin 
dövrdə dinlə bağlı olmayan qadağalar da var idi.  
Ümumiyyətlə  insanlar  arasında  yaranan  əlaqələr  insan 
tələbatları  və  istehsal  üsulu  ilə  bağlıdır.  Tarixin  gedişatında 
həmin tələatlar və istehsal üsulunda baş verən dəyişikliklər də 
insan  mənəviyyatına  davranışına  əsaslı  təsir  göstərir.  Bir  sıra 
tədqiqatçıların (İ.Bahofen, “Ana hüququ”; R.Briffolt, “Analar”; 
M.  Kosven,  “Matriarxat”)  hesab  etdiyi  kimi,  qadın,  ibtidai 
mədəniyyətin 
yaradıcısı 
olaraq 
həm 
də 
əxlaqın 
formalaşmasında  əhəmiyyətli  rol  oynamışdır.  İlk  növbədə 
qadın cinslər arasında, yaşlı nəsil və gənclər arasında ilk əxlaq 
normalarını yaratmağa cəhd etmişdi. 
  Qədim  dövrün  əxlaqi  dəyərlərin  ən  alisi  kollektivçilik 
olmuşdur.  İnsanlar  özləri  haqqında  düşünəndə  həm  də  təmsil 
etdikləri  qrupu  düşünürdülər.  Qədim  insanların  dilində  də 
birinci  olaraq  “biz”,  “bizimki”,  sonra  isə  “mən”,  “mənimki” 
sözləri əmələ gəlmişdir. 
  Daha  ümumi,  abstrakt  anlayışlar  –  xeyir,  şər,  borc, 
ədalət, vicdan, qeyrət və s. – tədricən, əxlaqi təsəvvürlərin uzun 
müddət sürən inkişafı və formalaşması nəticəsində yaranmışdır. 
Əxlaqın başlıca kateqoriyası  isə xeyir və şərdir.  Əgər icmanın 
xeyrinə,  inkişafına  cavab  verən,  xidmət  edən  bir  şey  varsa, 
buna  xeyir,  yaxşılıq  deyilir,  yoxdursa  –  pis,  bəd,  şər  kimi 
qiymətləndirilirdi. 


212 
 
  Tədricən  “vicdan”  anlayışı  da  formalaşırdı,  vicdan  – 
törədilən hərəkətə görə utanmaq hissidir. Həmin hərəkətə görə 
məsuliyyət  hissinin  formalaşması  uzun  tarixi  mərhələni  əhatə 
edir.  Vicdan  ilk  növbədə  ümumi  mənafeni  ifadə  edir.  Əxlaqi 
dəyərlər həm  qədim insanların  əməllərində, davranışında, həm 
də şifahi xalq yaradıcılığında öz ifadəsini tapırdı. Birgəyaşayış 
qaydaları  nəsildən-nəsilə  ötürülür,  insanların  gündəlik 
davranışında öz əksini tapır, ənənəyə, “dədə-baba qaydalarına” 
çevrilirdi.  Yazı  yaradılandan  sonra  həmin  qaydaları  əxlaqi 
toplularda, nəsihət kitablarında qeydə alırdılar. 
  Dövrdən-dövrə keçdikcə əxlaqi qaydalar dəyişir, mühitə 
uyğunlaşırdı.  Hər  bir  elmdə  olduğu  kimi,  etika  elminin  də 
inkişafı  regionlar  və  cərəyanlar  üzrə  gedirdi.  Etika  tarixində 
tarixi  mərhələlər  (qədim  dövr,  orta  əslər,  intibah,  maarifçilik, 
yeni dövr və müasir dövr) fərqləndirilir. 
Əxlaq  haqqında  təsəvvürlər  əxlaqi,  yəni  birgəyaşayış 
qaydaların inikasıdır. Həmin qaydalara əməl olunması zərurəti 
təsəvvürlərin  formalaşmasına  təkan  verir.  Ən  qədim 
cəmiyyətlərdə  əmələ  gələn  bu  qaydalar  cəmiyyət  inkişaf 
etdikcə  zənginləşir,  inkişaf  edir,  onların  tətbiq  dairəsi  günü-
gündən  genişlənirdi.  Xeyir  və  şər  qarşıdurması  üzərində 
qurulan  etik  dəyərlər  və  normalar  bir  sıra  amillərlə 
şərtləndirilirdi. 
-
 
tayfa, qəbilə, xalq, digər etnik qrupların məskən saldığı 
ərazidə  təbii  sərvətlərin  kəmiyyət  və  keyfiyyət  göstəriciləri, 
burada  təbii  mühitin  (ilk  növbədə  coğrafi  mühitin,  yəni  iqlim, 
landşaft, dağlar, çaylar, dənizlər, səhralar və s. xüsusiyyətləri və 
s.) necə olması; 
-
 
insanları  birləşdirən  sosial  qruplarda  yaranan  mənəvi 
birlik,  bunu  təmin  edən  dinlə  bağlı  birgə  fəaliyyətin 
xüsusiyyətləri; 
-
 
Tədricən xeyir və şər haqqında təsəvvürlər məqsədyönlü 
şəkildə  cəmiyyətdə  inkişaf  etdirilib  tətbiq  olunmağa 
başlamışdır.  Əlavə  olaraq,  burada  mənfe  və  maraqlar  arasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə