Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   110

213 
 
da  mübarizə  gedirdi:  həmin  mənafelər  müxtəlif  idi:  fərd  və 
kollektiv (tayfa, xalq, silklər və s.) artıq real şəkildə öz mənəvi 
dəyərlərini (ilk növbədə fəzilətləri) fərqləndirirdi. 
Bəs əxlaqi təfəkkürün formalaşmasının əsas istiqamətləri 
hansılar olmuşdur? Burada insan xüsusiyyətlərinə, onun daxili 
aləminə müraciət etmək lazım gəlir. Özünüdərketmə vasitəsilə 
insan  dünya  ilə  özü  arasında  əlaqələri  formalaşdırır.  Bunun 
üçün  şəxsiyyət  kimi  yaşamaq,  fəaliyyət  göstərmək  lazımdır. 
Beləliklə  “insan-şəxsiyyət-özünüdərketmə-əxlaqi  (və  digər, 
mənəvi sahəyə aid olan) dəyərlər – praktika” silsiləsində əxlaqi 
dəyərlərin  yaranması  və  istifadə  olunması  prosesini  izləmək 
olar. Bunu bir insanın taleyini izləməklə əyani şəkildə izləmək 
olar:  hər  hansı  bir  qəhrəmanın  şəhidlik  zirvəsinə  ucalması  və 
yaxud,  əksinə,  hansısa  bir  şəxsin  cəmiyyətə,  onun  tərəfindən 
qəbul  olunmuş  qanun-qaydalara  qarşı  çıxması,  hətta  cinayətin 
törədilməsi və s. belə misalları çox gətirmək olar. 
Qədim  dövrdən  başlayan  əxlaqi  inkişaf  bu  günə  kimi 
davam edir. Hər bir yeni nəsil həyat sevincini və həyat faciəsini 
yenidən yaşayır. Deyirlər ki, uzun müddət yaşayıb inkişaf edən 
hər  bir  cəmiyyətdə  (regionlar,  ərazilər  üzrə)  hətta  əbədi 
dəyərlər,  yəni  bütün  insanlara,  hər  bir  nəsilə  xas  olan,  qəbul 
edilən  və  yaşadılan  dəyərlər  vardır.  Buna  ən  ümumi  şəkildə 
humanizm  deyirlər. Başqa sözlər də var ki,  insan  yaxşılıqların 
ən ümumi olanlarını ifadə edir: altruzim, vətənpərəslik və s. 
Ümumilik  dərəcəsindən  asılı  olmayaraq  bütün  əxlaqi 
anlayışlar  tarixi,  yəni  dəyişkən  xarakter  daşıyır.  Bunları 
öyrənmək üçün tarixə müraciət etmək lazımdır. Tarix dedikdə, 
burada ilk növbədə nəyi nəzərdə tutmaq lazımdır? 
-
 
maddi  mədəniyyəti  (təsərrüfat  fəaliyyətində  istifadə 
olunan  alətlər,  cihazlar,  qurğular,  təsərrüfatçılıq  formaları, 
məişət və istehlak mədəniyyəti, həyat tərzi, həyat üslubu); 
-
 
mənəvi  mədəniyyəti  (düşüncə  tərzi,  təfəkkür  tipləri, 
özünüdərk  formaları,  ictimai  şüurun  səviyyələri  və  formaları, 
incəsənət sahələri üzrə formalar, dil, din, təhsil və elm); 


214 
 
-
 
idarəçilik  strukturları  (birgəyaşayış  formaları,  siyasi 
quruluş, hüquqi normalar, siyasi təsir dairəsi, dünya nizamı və 
s.) 
Bütün qeyd edilən istiqamətlər birbaşa və yaxud dolayısı 
ilə birgəyaşayış qaydalara, o cümlədən əxlaqi təsəvvürlərə təsir 
etmişdir. Indi isə bu barədə bir qədər ətraflı. 
Bir  çox  etik  nəzəriyyələrdə  mənəviyyatın  təbiətini 
kosmoloji  mövqedən  izah  edirdilər.  Burada  əxlaqi  prinsiplər, 
xeyir  və  şər  anlayışları  əbədi  və  dəyişilməz,  mütləq  başlanğıc 
kimi  izah  edilirdi  (məs,  kainat  qanunları,  aprior  həqiqətlər  və 
yaxud ilahi  ehkamlar).  Bunları  insanların ictimai  həyat şəraiti, 
onların tələbatları və bəşəriyyətin inkişafının tarixi qanunları ilə 
heç  cürə  əlaqələndirmirdilər.  Məs.,  Sokrat,  Platon,  Meqarlı 
Evklid xeyiri abstrakt əbədi ideya kimi xarakterizə edirdilər. Bu 
ideya  şeylərin  maddi  önəmində  dəyişkən  və  real  olana  qarşı 
durur. Belə bir yanaşma xristian təliminə də xasdır. 
Əxlaqın  meyarı  etika  elmində  həmişə  əhəmiyyətli 
məsələlərdən biri olmuşdur. Meyar məsələsi əxlaqın təbiəti və 
mənşəyi  probleminin  həllindən  asılı  olmuşdur.  Tədqiqatçılar 
meyar  kimi  müxtəlif  amilləri  qeyd  edirdilər:  “insan  təbiəti”, 
“allahın  iradəsi”,  “zəka  prinsipləri”  və  s.  Əxlaqın,  yəni 
mənəviyyatın meyarı obyektiv tarixi zərurət olaraq özünü ayrı-
ayrı insanların, sosial qrupların maraqlar və tələbatlarında ifadə 
edir. Bu tələbatlar və maraqlar öz növbəsində ədalət, xeyir, şər 
haqqındakı  təsəvvürlərdə,  əxlaqi  tələblərdə  özünü  ifadə  edir. 
Cəmiyyət  inkişaf  etdikcə  əxlaqi  tələblərin  də  məzmunu 
dəyişilir.  Onlardan  bəziləri  öz  mənasını  tam  itirmiş,  digərləri 
olduğu kimi  qalmışdır.  İnsan mənəviyyatı özündə ilk növbədə 
ümumbəşəri prinsipləri nəzərdə tutmalıdır. Bununla belə əxlaqi 
sistemin  ümumi  prinsipləri  əxlaqi  və  ictimai  ideallar  və 
normalarla  yanaşı  digər  məsələləri  də  müəyyən  meyarla 
əsaslandırmalıdırlar.  Hər  bir  kəs  mənəvi  dəyərləri  hər  iki 
mövqe baxımından qiymətləndirməyi bacarmalıdır.  


215 
 
Mənəviyyat “əxlaq” sözünün sinonimi kii işlədilir. Etika 
tarixində  mənəviyyatı  bəzən  əxlaqdan  fərqli  olduğunu 
düşünürdülər. Məsələn,  Hegel  əxlaq dedikdə burada subyektin 
şəxsi və özəl qarşılıqlı münasibətlərini əhatə edən əxlaqını başa 
düşürdü. Buraya o, həm də sosial hadisələrə tənqidi münasibəti 
də 
aid 
edirdi. 
Hegel 
mənəviyyatı 
daha 
yüksək 
qiymətləndirərək,  adət-ənənələri  də  buraya  aid  edirdi:  burada 
fərd  adət  etdiyi  davranış  qaydalarından  faydalanır,  özünü 
onlarla  bir  tuturdu.  Buraya  həm  də  insanın  dövlət,  ailə, 
təşkilatlar  qarşısında  vəzifələri  daxildir.  Həmin  vəzifələr 
hüquqla tənzimlənir, ona görə də mənəviyyata aid olsa da əxlaq 
deyildir. 
  Müasir  etikada  başqa  yanaşmalar  da  var.  Bəzən  hesab 
edilir ki, əxlaq şüur forması, mənəviyyat isə praktik hərəkətlər, 
adətlər, qaydalardır.  Bəzən də hesab olunur ki,  əxlaq  – xüsusi 
ciddi tənzimlənmiş qaydalar xarici  psixoloji  təzyiq  və nəzarət, 
qrup meyarı, ictimai rəy əsasında davranışın idarə edilməsidir. 
Mənəviyyat isə şəxsiyyətin mənəvi azadlıq dairəsidir ki, burada 
ictimai  və  ümumbəşəri  tələblər  daxili  motivlərlərlə  üst-üstə 
düşür, insanın xüsusi yaradıcılıq, özünü ifadə etmə sahəsidir ki, 
daxili  özünü  məcburetmə,  şəxsi  şüurluluq  əsasında  yaxşılıq 
etmək arzusu meyli əmələ gəlir. 
Mənəviyyatın  ümumbəşəri  və  sosial-etik  tərəfləri 
haqqında  demək  olar  ki,  tarixi  inkişaf  zamanı  yaranan  hər  bir 
yeni  əxlaqi  ideya,  prinsip  və  yaxud  norma  ilk  növbədə  real 
şəraitdə,  sosial  qrupda  formalaşır  və  inkişaf  edirdi.  Həmin 
sosial  qrupun  məlum  maddi  və  sosial  maraqları  var;  bu 
zəmində  digər  qruplarla  ziddiyyətlər  də  formalaşa  bilər. 
Müxtəlif maraqlar  və  mənafelər  cəmiyyətdə  normativ  etikanın 
yaranmasında  iştirak  edir,  buna  görə  də  etikada  formalaşan 
mənəvi  dəyərlər  həmin  “süzgəclərdən”  keçirilir,  ümumbəşəri 
məzmunlu  əxlaqi  sərvətlər  hamı  tərəfindən  humanist  ideal  və 
norma kimi qəbul olunur. Bütövlükdə isə hər bir sosial qrupun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə