Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   110

216 
 
maraqları  real  şəraiti,  ictimai  həyatın  qanunauyğunluqlarını 
özündə əks etdirir.  
  Şəraitdən  asılı  olaraq  hansısa  sosial  qrupun  mövqeləri 
daha  güclü  olur  və  onun  əxlaqi  idealı  və  baxışları  cəmiyyətdə 
hakim  mövqe  tutmağa  başlayır.  Bəzən  də  elə  olur  ki,  əks 
mövqeli  qrup  müxalifətə  keçir.  Burada  ümumbəşəri  məzmun 
daha  əhəmiyyətli  olur:  tarixi  mərhələyə  uyğun  olan  tərəflər 
əxlaqda  inkişaf  edir,  ümumbəşəri  istiqamətə  doğru  irəliləyir. 
Tarixi  dövrlər  bir-birini  əvəz  etsələr  də,  həyat  şəraitinin  bəzi 
birgəyaşayış  formaları  öz  qüvvəsini  itirmir.  Deməli,  tələblərin 
də bəziləri nəsildən-nəsilə ötürülür və inkişaf edir. Xüsusilə bu 
ən sadə tələblərə aiddir: oğurlama, öldürmə, çətinliyə düşənlərə 
kömək  et,  vədlərə  əməl  et,  düz  danış  və  s.  Bütün  dövrlərdə 
mənfi  əxlaqi  keyfiyyətlər  (qəddarlıq,  hərislik,  qorxaqlıq, 
ikiüzlülük, xəyanət, böhtan, paxıllıq) bəyənilməyib, comərdlik, 
vicdanlılıq,  mətinlik,  təvazökarlıq,  səmimilik  kimi  müsbət 
keyfiyyətlər  isə  təqdirə  layiq  görülürdü.  Bununla  belə  adları 
çəkilən  keyfiyyətlərin  istifadə  şəraiti  və  hədləri  müxtəlif  cürə 
başa  düşülürdü.  Əxlaqi  məzmun  qalır,  sosial  məzmun  isə 
dövrdən-dövrə  dəyişilir.  Bu  proses  ictimai  məqsədlər  və 
tələbatlardan  asılı  idi.  Əxlaqi  tələblərdə  həm  də  ən  ümumi 
birgəyaşayış qaydaları, onların ifadə forması, məntiqi strukturu 
əks olunur.  
  Tədqiqatçılar  onu  da  qeyd  edirlər  ki,  daha  mürəkkəb 
əxlaqi  təsəvvürlərin  (məsələn,  ədalət,  insansevərlik,  yaxşılıq, 
pislik)  sabit  tərəfi  abstrakt  forma,  digər  əxlaqi  kateqoriyalar 
vasitəsilə  ifadə  olunması  üstünlük  təşkil  edir.  Bunların 
məzmunu  isə  dövrdən  –  dövrə  fərqli  idi.  Hər  bir  xalqın 
əxlaqında  əxlaqi  norma,  qiymətvermə,  keyfiyyət,  prinsip, 
mənəviyyat,  ideal,  xeyir  kimi  ümumi  anlayışların  sabit  tərəfi 
onların məntiqi forması, mənəviyyat sistemində tutduqları yer, 
əxlaqi əsaslandırmalarda yerinə yetirdikləri vəzifələrdir. 
 
 


217 
 
7.2. Etika elminin bölmələri 
 
Etika elminin tarixi inkişafı nəticəsində aşağıdakı 
bölmələri formalaşmışdır: 
  Aksiologiya  (yunan  dilində  axia  –  dəyət,  logos  –  təlim 
deməkdir)  -  əxlaqi  dəyərləri  fəlsəfi  baxımdan  araşdıran 
nəzəriyyədir.  Fəlsəfi  elm  sahəsi  olaraq  aksiologiya  təxminən 
XIX əsrin ikinci yarısında yaranmışdır. Burada iqtisadi, estetik, 
əxlaqi,  tarixi  və  s.  dəyərlərin  problemləri  öyrənilir.  İlk  dəfə 
“aksiologiya”  termini  XX  əsrin  əvvəllərində  fransız  filosofu 
P.Lapi  tərəfindən  istifadə  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki, 
aksiologiya ilə bağlı bir sıra məsələlər bütün fəlsəfə tarixi boyu, 
qədim dövrdən etibarən ortalığa qoyulurdu. 
  Aksiologiya  əxlaqın  bir  sahəsi  olaraq  xeyir  və  şər 
problemlərini təhlil edirsə, deontologiya borc nəzəriyyəsi kimi 
təşəkkül tapmışdır. Aksiologiya aşağıdakı sualların cavablarını 
tapmağa  çalışır:  xeyir  nədir?  Bu  müəyyən  insan  hərəkətinin 
obyektiv keyfiyyətidir, yoxsa sadəcə əxlaqi şüurun yaratdığı bir 
amildir?  İnsanlar  öz  hərəkətlərində  xeyiri  və  şəri  necə  ayıra 
bilirlər (qiymətləndirirlər)? 
  Etik  təlimlər  tarixində  əxlaqi  dəyərlərin  mənşəyi  və 
mahiyyəti  haqqında  müxtəlif  təlimlər  vardır  –  naturalist, 
idealist  və  s.  Bəzən  əxlaqi  xeyirin  mənbəyini  “insan 
təbiətində”, 
insanların 
həzzalmaya 
“təbii” 
meylində 
(naturalizm, gedonizm, evdemonizm), bəzən də həmin mənbəyi 
ilahi  iradədə  və  yaxud  zəkada  olduğunu  qeyd  edirdilər 
(neoprotestantizm, neotomizm). ELə tədqiqatçılar olub ki, bunu 
kainatın qanunlarında və xassələrində, ya da insanların hiss və 
emosional  reaksiyalarında  görürdülər  (neopozitivizm,  əxlaqi 
hiss nəzəriyyəsi).  
  Marksizm  təliminə  görə  dəyərlər  sosial  hadisə  olaraq, 
insan  ləyaqəti  baxımından  qiymətləndirilir.  Bu  da  birbaşa 
ictimai  praktika  ilə,  cəmiyyətdə  formalaşmış  sosial 
münasibətlər ilə bağlıdır. 


218 
 
Dini  etika  dini  vasitələrlə  əsaslandırılan  əxlaqi 
təsəvvürlər, normalar və ehkamlardır ki, bunlar öz növbəsində 
dini  etiqad,  ehkamçılıq  və  Allah  ideyasına  əsaslanır.  Bu  cür 
əxlaqın  yaranması üçün  xüsusi sosial  tarixi şərait  yetişməlidir. 
Dini  əxlaqda  ictimai  şərait  və  maraqlar  Allahın  iradəsi  və 
hökmü  ilə  izah  olunur:  insan  yaradılarkən  artıq  öz 
müqəddəratını  bilir.  Yəhudi  və  xristian  dininə  görə  əxlaqi 
ehkamlar  Musa  peyğəmbərə  Sinay  dağında  Allahın  özü 
tərəfindən nazil edilmişdir. Beləliklə, bir sıra əbədi tələblər var 
ki, onlar həmişə birmənalı şəkildə qəbul olunmalıdır.  
Bunların  məzmunu  insanların  ictimai  həyat  şəraitindən 
asılı olmayaraq ifadə olunur. Bu tələblər, “ideal” prinsiplər bu 
dünyadakı  həyata,  insanların  maddi  tələblərinə  qarşı  durur. 
İnsanın  özündə  də  mənəvi  (ilahi)  başlanğıc  “cismani”,  hissi 
təbiətinə  ziddir.  Dini  təsəvvürlərə  əsasən  insan  bu  həyatda 
günahkar əməllər törətsə də, axirət günü onun xeyir və günahla 
bağlı  əməllərinə  qiymət  verilir:  xeyir  mükafatlandırılır,  şər 
əməllər  isə  cəzalandırılır.  Bu  dünyada  çəkdiyi  əzablar  bir  növ 
gələcək axirət dünyasına hazırlıq kimi qiymətləndirilir. Əxlaqi 
motivlərin  ən  əsası  Allaha  səcdə  etmək,  onun  iradəsinə  tabe 
olmaqdır.  Allaha  xidmət  edə  biləcək  az  bir  qism  adam  var, 
onlar  da  möminlərdir.  Yerdə  qalanlar  isə  yalnız  gələcək 
cəzadan çəkinərək, bəd əməllərdən uzaq olmağa çalışırlar. 
  Ali hakim, son hökmünü verən Allah olduğu üçün insan 
bir növ gördüyü əməllərinə görə məsuliyyətin çox payını onun 
üzərinə  qoyur.  Beləliklə,  dini  əxlaqa  görə  tərki-dünyalıq, 
mömünlik, insana xas olan bütün keyfiyyətlərin Allah yolunda 
qurban  verilməsi  həyatda  üstünlük  təşkil  etməlidir.  İnsan  ilk 
növbədə  digər  insanlara  və  cəmiyyətə  yox,  Allaha  qulluq 
etməlidir. 
  Əxlaqın tarixi xarakteri özünü onda ifadə edir ki, əxlaqi 
anlayışlar  və  təsəvvürlər  nisbi,  dəyişkən  və  şərti  xarakter 
daşıyırlar.  Əxlaqi  prinsiplər,  xeyir  və  şər  anlayışları  müxtəlif 
xalqlarda,  sosial  qruplarda  və  ayrı-ayrı  insanlarda  müxtəlif 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə