Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   110

219 
 
olaraq  insanların  maraqları,  əqidəsi  və  meylləri  ilə  bağlıdır. 
Bunlar zaman və məkan həddlərində daima dəyişir. 
Peşə etikası hər hansı bir peşənin xüsusiyyətləri ilə bağlı 
olan  xüsusi  əxlaqi  tələblərdir.  Əxlaqi  tələblər  ümumi  səciyyə 
daşısa da, müxtəlif fəaliyyət sahələrində ictimai faydalı əməyə 
qarşı  özəl  tələblər  var.  Burada  söhbət  əmək  əxlaqının 
xüsusiyyətlərindən gedir. Adətən buraya peşə ləyaqəti, vicdanı, 
fəxri,  vicdanlılığı,  şüurluluğu,  humanizmi  və  s.  daxil  edirlər. 
Hələ  qədim  təbabətdə  qəbul  edilmiş  Hippokrat  andı  (həkimlər 
üçün)  peşə  etikasının  bir  nümunəsidir.  Müasir  dövrdə  peşə 
etikasının  hüquqi-əxlaqi  bazası  olduqca  genişdir.  Xüsusi  peşə 
birlikləri  yaradılır  ki,  bunların  yığıncaqlarında  etik  qaydalar 
müzakirə  olunaraq  qəbul  olunur.  Vaxtilə,  XX  əsrin  20-30-cu 
illərində  amerikan  sosioloq  alimi  R.Merton  alimlərin  xüsusi 
etosu (mənəvi statusu) haqqında yazmışdır. 
Normativ  etika  etika  elminin  xüsusi  bir  sahəsi  sayılır. 
Burada  həyatın  mənası,  insanın  yaşamağı  məqsədi,  xeyir  və 
şərin  mahiyyəti,  insanın  əxlaqi  borcunun  məzmunu  araşdırılır, 
müəyyən əxlaqi prinsiplər və normalar əsaslandırılır. Normativ 
etika  cəmiyyətin  əxlaqi  şüurunun  nəzəri  tərəfi  kimi  çıxış  edir. 
Normativ  etikada  nəzəri  səviyyədə  gündəlik  həyatın  mənəvi 
məsələlərinin  tədqiqi  həyata  keçirilir.  Etika  tarixində  bütün 
əxlaqi  nəzəriyyələr  əslində  elə  praktiki  məsələlərin  həllinə 
yönəldilmişdir.  Normativ  etikanı  sırf  “nəzəri”,  əxlaqi 
problemlərdən azad edilmiş “metaetikadan” fərqləndirirlər. Bu 
zaman  elmi  həqiqət  və  mənəviyyatın  qarşı-qarşıya  qoyulması 
baş  verdi.  Aydındır  ki,  əxlaqi  prinsipləri  elmi  cəhətdən 
əsaslandırmaq  üçün  ictimai  inkişafın  bütün  tərəflərini 
kompleksli  şəkildə  öyrənmək  lazımdır.  Əslində  elmi  cəhətdən 
etikada cəmiyyətin əxlaqi məsələləri hamılıqla əks olunmalıdır. 
Deontologiya  (yunanca  deon  –  haqq,  vaciblik,  logos  – 
təlim)  etikanın  xüsusi  bölməsidir.  Burada  borc  problemləri  və 
ümumiyyətlə  mənəviyyatın  lazımi,  zəruri  olanı  haqqında 
tələblər  nəzərdə  tutulur.  Deontologiya  sözünü  ilk  dəfə  olaraq 


220 
 
İ.Bentam  tətbiq  etmişdir.  Bentam  bu  sözü  bütövlükdə 
mənəviyyat  nəzəriyyəsinə  aid  edirdi.  Sonradan  deontologiyanı 
aksiologiyadan 
(xeyir 
və 
şər 
haqqında 
təlimdən) 
fərqləndirməyə  başladılar.  Məlumdur  ki,  əxlaqi  şüur  obyektiv 
sosial zərurəti insanların, cəmiyyətin, tarixi inkişafın tələbatları 
baxımından  xüsusi  subyektiv  formada  –  zəruri,  labüd  olan 
haqqında  təsəvvür  şəklində  inikas  edir.  Nəticədə  həmin 
təsəvvürə  real  faktlar,  hadisələr  əv  hərəkətlərin  nə  dərəcədə 
uyğun  olub-olmaması  müəyyənləşdirilir.  Əxlaqi  şüur  həyat 
hadisələri  onların  əxlaqi  dəyərlərinə  görə  qiymətləndirir. 
Beləliklə,  labüd,  zəruri  olan  haqqındakı  təsəvvürlərdən  əxlaqi 
tələblər  əmələ  gəlir.  İnsana  gəldikdə  isə  həmin  tərəflər  onun 
vəzifəsi  kimi  çıxış  edir;  həmin  vəzifələr  ümumiləşdirilmiş 
şəkildə hamıya aid  olan  qaydalar şəklini  alır, əxlaqi normalar, 
ehkamlar kimi qəbul olunur. 
  Bütün  əxlaqi  kateqoriyalar  məhz  etikanın  xüsusi 
bölməsi  olan  deontologiya  tərəfindən  öyrənilir.  Qeyd  etmək 
lazımdır  ki,  etikanın  digər  sahəsi  olan  aksiologiya  ilə 
deontologiyanın  tədqiqat  sahələri  hələ  də  qəti  şəkildə 
müəyyənləşdirilməyib.  Məsələn,  əxlaqın  əsas  kateqoriyaları 
olan  xeyir  və  şərin  nisbəti  məsələsi  müəyyən  bir  çətinlik 
yaradır.  Kant  da  bu  barədə  yazmışdır.  O,  bir  tərəfdən  başa 
düşürdü  ki,  borc  anlayışı  xeyir  anlayışından  irəli  gəlməlidir 
(yəni  hər  bir  insanın  borcu  xeyirli  işlər  görməkdir).  Eyni 
zamanda  xeyirin  də  tərifi  borc  vasitəsilə  verilir  (xeyir  ondadır 
ki,  borc  yerinə  yetirilsin).  Burada  mənəviyyatın  iki  növü  bir 
növ  qarşı-qarşıya  qoyulur:  xeyirli  əməl  və  vəzifənin  yerinə 
yetirilməsi,  xeyirə  doğru  can  atmaq  və  əxlaqi  qanuna  zahirən 
tabe  olmaq.  Nəticədə  (bu  barədə  Nitsşe,  Berqson,  P.Nouell-
Smit və s. yazmışlar) deontologiya və aksiologiya qarşı-qarşıya 
qoyulur. 
  Deskriptiv  etika  etika  elminin  xüsusi  sahəsidir:  burada 
bu və  ya digər cəmiyyət əxlaqi, sosioloji və tarixi baxımından 
öyrənilir.  Burada  adətlər,  ənənələr,  davranış  və  ümumiyyətlə 


221 
 
insan hərəkətləri, cəmiyyətdə tətbiq olunan sosial normalarının 
məzmunu,  əxlaqi  şüurun  strukturu,  əxlaq  haqqındakı 
təsəvvürlərin  sosial  məzmunu  təhlil  olunur.  Qeyd  edilən 
vəzifələrin  bəziləri  etnoqrafiya  və  empirik  sosiologiya 
tərəfindən  də  tədqiq  olunur.  Cəmiyyətin  əxlaqi  şüurunun  və 
əxlaqi  münasibətlərinin  konkret  tarixi  materialda  öyrənilməsi 
həm  bəşəriyyətin  inkişafında  əxlaq  tarixinin  təhlili,  həm  də 
əxlaq  tərbiyəsinin  praktik  vəzifələrinin  müəyyənləşdirilməsi 
üçün  olduqca  əhəmiyyətlidir.  Bu  zaman  həm  də  etikanın  bəzi 
ümumnəzəri məsələləri həll olunur.  
Konsekvensial  etika  (latınca  conseqentia  –  nəticə 
deməkdir)  –  etika  nəzəriyyəsinin  istiqmətlərindən  biridir  və 
əxlaqi  hərəkətləri  alınan  nəticədən  asılı  olaraq  müəyyən  edir. 
Bu  sahəyə  utilitarizm,  hedonizm,  evdemonizm,  utilitarizm, 
aksioloji intuitivizm aiddir. Hesab olunur ki, əxlaq cəmiyyətdə 
müəyyən faydalı vəzifələri yerinə yetirir, insanların maraqlarına 
cavab  verir  və,  deməli,  əxlaqi  tələblər  məqsədyönlü  xarakter 
daşıyır (teleoloji etika). 
  Konsekvensial  etikanın  başlıca  müddəalları  dəfələrlə 
Kant və deontoloji intuitivizm nümayəndələri tərəfindən tənqid 
edilirdi.  Bütünlükdə  isə  demək  olar  ki,  bu  və  ya  digər  əməlin 
nəticəsi  müəyyən  mənada  gah  ümumi,  gah  da  təsadüfi 
amillərdən  asılı  olur.  Hərəkətin  əxlaqi  dəyəri  (ləyaqət 
baxımından)  isə  burada  seçilən  motivasiyanın  xarakterindən 
asılıdır.  Hərəkətin  məzmunu  əxlaq  tərəfindən  müəyyən  edilir; 
burada  daha  çox  rast  gəlinən  və  ehtimal  olunan  nəticələrdən 
irəli  gələrək  seçim  olunur.  Bundan  əlavə,  hər  hansı  bir  əxlaqi 
hərəkətin ümumi mənası və əhəmiyyəti nəzərə alınmalıdır. 
Kontekstual  etika  (latınca  contextus  –  birləşmə,  əlaqə 
deməkdir)  –  bu  söz  birləşməsindən  bəzi  etik  nəzəriyyələr 
haqqında  danışarkən  istifadə  edirlər.  Həmin  nəzəriyyələrin 
başlıca  problematikası  yaranmış  real  vəziyyətdən  asılı  olaraq, 
insan  tərəfindən  qərarın  qəbul  edilməsidir.  Söhbət  hadisənin 
baş  verdiyi  kontekstdən  gedir.  Nəticədə  ümumi  sosial  şərait 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə