Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   110

222 
 
müəyyən  mənada  nəzərə  alınmır.  Kontekstual  etikaya  Fransa 
ekzistensializmi, personalizmi və neoprotestantizm etikasını aid 
edirlər. Bu cərəyanların nümayəndələri hesab edirlər ki, heç bir 
əxlaqi  tələbi  ümumi  qayda  kimi  irəli  sürmək  olmaz,  çünki 
bunun nəticəsində müxtəlif əks mövqelər toqquşur və bir-birini 
istisna edəcək hərəkətlərin baş verməsi ehtimalı artır. 
  Belə  bir  vəziyyət  müxtəlif  sosial  subyektlər  (qruplar, 
fərdlər) arasında, ya da ki, müəyyən şəxsin həyatında baş verə 
bilər;  həmin  şəxsin  şüurunda  isə  bir-birinə  zidd  mövqelər 
yaranır və onun öz-özü ilə yaratdığı münaqişəli vəziyyətin həlli 
məsələsi  ortalığa  çıxır.  Hər  iki  halda  münaqişə  iki  tərəfin 
toqquşması  zəminində  baş  verir:  əxlaqi  dəyərlər  və  sosial 
reallıq,  hansı  ki,  bu  dəyərlərin  tam  həyata  keçirilməsinə 
maneçilik  törədir.  Əxlaqi  münaqişənin  əsasında  son  nəticə 
etibarilə fərdi maraqların xarici şərait, müxtəlif kənar səbəblər, 
qrup  (ictimai)  rəy  və  təzyiq,  sosail  sistemin  tələbatları, 
ümumbəşəri  maraqlar,  ümumtarixi  qanunauyğunluqlar  və 
cəmiyyətin inkişafının ümumi meylləri ilə toqquşması durur. 
 
7.3. Etika və digər ictimai və humanitar sahələr 
 
Etika  və  digər  ictimai  və  humanitar  sahələri  (dil, 
incəsənət,  dövlət,  hüquq,  tərbiyə,  təlim,  əxlaq,  din  və  s.) 
arasında sıx əlaqə var.  
Əxlaq  və  incəsənət  ictimai  şüurun  formaları  olaraq,  bir-
birilə  sıx  əlaqəlidir  və  insanın  mənəvi-praktik  həyatında 
mühüm  rol  oynayırlar.  Məlumdur  ki,  ictimai  həyat 
hadisələrində  mənəvi  və  estetik  tərəflər  sıx  vəhdət  təşkil  edir. 
Bu barədə etika tarixində də çoxsaylı fikirlər irəli sürülmüş və 
tədqiqatlar  aparılmışdır.  İncəsənət  insana  bu  dünyada  özünü 
dərk  etməyə,  yaşadığı  həyatın  mənası,  onun  dəyərliliyi 
məsələlərini  qavramağa  köməklik  edir.  İncəsənətin  bütün 
formalarında bədii obrazlar vasitəsilə xeyir və şərin, mənafe və 
borcun,  xoşbəxtlik  və  insan  müqəddaratı,  əxlaqi  təsəvvürlərin 


223 
 
digər  sahələri  bir-birilə  toqquşur.  Aydındır  ki,  incəsənətin  çox 
əhəmiyyətli  bir  hissəsini  əxlaqi  problemlər  təşkil  edir.  Həmin 
problemləri  biz  normativ  etikada  öyrənirik.  Onlar  incəsənətdə 
bədii formada, hissi obrazlar şəklində çıxış edirlər. 
Burada  müəyyən  həyati  situasiyalar,  münaqişələr  təsvir 
edilir,  əks  tərəflər  toqquşur,  mübarizədə  tərəflərdən  birinin 
qalib  gəlməsi  isə  heç  də  hər  zaman  qalib  gələnin  əxlaqi 
zənginliyi  ilə  müəyyən  olunmur.  Demək  olar  ki,  incəsənət 
vasitəsilə insanlar əxlaqi problemlərini daha geniş və hərtərəfli 
şəkildə düşünüb həzm etməyi bacarırlar. Bütövlükdə əxlaqın və 
incəsənətin  nisbəti  və  münasibətləri  zəngin  və  mürəkkəbdir. 
Sənətkar,  real  həyatın  bu  və  ya  digər  tərəfini  təsvir  edərkən 
bilərəkdən  və  yaxud  bilmədən  burada  şişirtməyə  yol  verir, 
bununla  da  tamaşaçı  və  yaxud  dinləyici  tərəfindən  bu  və  ya 
digər  mənəvi  qiymətin  verilməsinə  nail  olur.  Beləliklə, 
sənətkarın  estetik  mövqeyində  artıq  müəyyən  əxlaqi 
qiymətvermə  var.  Əxlaqi  cəhətdən  kamil  olan  həm  də  estetik 
cəhətdən gözəl olur. Bəzən bədii əsərdə gözəl və əxlaqlı olanlar 
qarşı-qarşıya gəlir; amma bu qarşıdurmada da müəyyən əxlaqi 
məna  var  və  insanın  daxili  mənəvi  gözəlliyin  onun  xarici 
gözəlliyinə  nisbətdə  daha  dəyərli  olması  ideyası  vurğulanır. 
İncəsənət  vasitəsilə  insanın  şüuruna,  əqidəsinə  təsiri  rasional 
əsaslandırma  və  sübutlarla  yox,  emosional-estetik  təsiretmə 
yolu ilə, təxəyyülü hərəkətə gətirməklə həyata keçirilir. 
3.  Əxlaqın  və  elmin  nisbətini  necə  başa  düşmək  olar? 
Məlumdur  ki,  elmi  təfəkkür  nəzəri  təfəkkür  olaraq  məntiqi 
abstraksiyalar  üzərində  qurulur.  Burada  ciddi  nizam, 
tənzimlənmə  var,  real  dünyanın  obyektiv  qanunları  müəyyən 
edilir,  bu  qanunlar  haqqında  biliklər,  müəyyən  məntiqi 
ümumiləşdirmələr  aparılır.  Əxlaqi  biliklər  isə  əsasən  gündəlik 
həyati  məsələlərin  həlli  ilə  bağlıdır;  burada  rasional  və  hissi 
elementlər  bir-birilə  çulğalaşır  (anlayışlar,  əqidə,  hisslər, 
emosiyalar).  Əxlaqi  şüurun  fəaliyyəti  sadəcə  həqiqətin 
tapılmasına  istiqamətlənməyib;  burada  əsas  məqsəd  –  həyati 


224 
 
məqslədlərin,  davranış  qaydalarının  formulə  edilməsi,  qərarın 
qəbul edilməsi və hərəkətin seçilməsidir.  
Müasir dövrdə elm və əxlaqın nisbətinin öyrənilməsi çox 
aktualdır. Söhbət ilk növbədə elmdə əxlaqın rolundan gedir (bu 
barədə  hələ  R.Merton  yazırdı:  “alimin  etosu”),  digər  tərəfdən, 
söhbət  əxlaqi  prinsiplərin  elmi  əsaslandırılmasından  gedir. 
Məlumdur  ki,  elmi  ixtira  və  kəşfləri  müxtəlif  cürə  istifadə 
etmək  olar:  insanın  xeyrinə  və  zərərinə.  Elmi-texniki  tərəqqi, 
İKT  gərək  ilk  növbədə  insan  maraqlarına,  onun  həyat 
səviyyəsinin  yüksəlməsinə  cavab  versin.  Lakin  elə  kəşflər  var 
ki,  (məsələn,  hərbi  texnika  sahəsində),  onlar  insana  qarşı 
istifadə oluna bilər və nəticədə milyonlarla insan tələf ola bilər. 
Kəşflər  işsizliyi  artırır,  insanın  sağlamlığı  və  psixikasına  xələl 
yetirə  bilər.  Söhbət  ilk  növbədə  atom  enerjisindən,  genetik 
mühəndisliyin  nailiyyətlərindən,  atomlaşdırma,  İnternet,  radio 
və televiziyanın inkişafından gedir. 
Nəticədə  aydın  olur  ki,  əsl  alim  sırf  həqiqət  axtarışı  ilə 
kifayətlənib  onun  gələcəkdə  necə  istifadə  ediləcəyindən 
düşünməyə bilməz. Alim gərək öz əxlaqi məsuliyyətini burada 
dərindən  dərk  etsin,  yüksək  humanizm  ideallarının  carçısı 
olsun. Elmi fəaliyyətin özündə də alim bəzən seçim qarşısında 
qalır. Təsadüfi deyil ki, professional etika (peşəkar etika) sahəsi 
indi xeyli inkişaf etmişdir.  
İctimai  elmlərin  mühüm  vəzifələrindən  biri  də  müasir 
dövrün ən vacib əxlaqi məsələlərin həlli ilə bağlı olan suallara 
cavab  verməsidir:  insanın  mahiyyəti,  yaşamağın  mənası  nədir, 
onun  başlıca  vəzifəsi,  tərəqqi  yoluna  cavab  verən  tələblər 
nədir?  və  s.  Bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  mənəviyyatla 
həqiqət  arasında  heç  bir  uyğunluq  yoxdur.  Məsələn,  normativ 
etika  və  yaxud  metaetika  məsələləri  burada  birmənalı  şəkildə 
həll oluna bilməz. 
Əxlaq və siyasətin nisbəti ilə bağlı onu demək olar ki, hər 
ikisi  həyat  fəaliyyətini,  ictimai  şüuru  müxtəlif  şəkildə 
tənzimləyir.  Əxlaq  bütün  insanların  davranış  qaydalarına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə